78
illərdə A zərbaycanda milli ideyalı "Şeypur" və "Zənbur" adlı satirik jurnallar ç ıxırdı. İlk nö mrəsi 1918 il oktyabrın 5-də
çıxmış "Şeypur"un naşiri Səməd Mənsur, redaktoru Məmmədəli Sidqi idi. 1919 ilin aprelindən nəşr edilən "Zənbur"da
Məmmədə li Sidqi, Əli Nə zmi, Sə məd Mənsur, Balaqardaş Səttaroğlu və başqa müəlliflə rin g izli imzala rla şeir və publisist
yazıları dərc olunurdu. Jurnaldakı rəngli karikaturalar rəssam Əzim Əzimzadəyə məxsus idi. Həftədə bir dəfə çıxan
"Zənbur"un cəmi 24 nö mrəsi nəşr edilmişdir.
1918-20 illə rin satirik mətbuatı mütərəqqi ideyaların carç ısı olan "Molla Nəsrəddin" ədəbi mə ktəbinin satira
ənənələrindən faydalanaraq, azadlıq və istiqlal düşmənlərini, imperializmin müstəmləkəçilik siyasətini, geriliyi, cəhaləti və
xu rafatı satira atəşinə tutur, xalqı elmi b iliklərə yiyələn məyə, müasirləşməyə səsləyirdi.
Ümu miyyətlə, 1918-20 illərin mətbuatı o dövrə qədərki Azərbaycan milli mətbuatının demo kratik ənənələrinin
yekun mərhələsi idi. Bu dövrün mətbuatında Azə rbaycanın milli, ictima i-siyasi fikri, 1905 il inqilabından sonra çarizmin
müstəmləkəçilik siyasətinə qarşı xalq ın etirazı, 1911 ildən sonra milli mu xtariyyət ideyası, Rusiyada 1917 il o ktyabr
çevrilişindən sonra isə milli istiqlal idealları ö z əksini tapmışdır. A zərbaycan Xalq Cü mhuriyyəti dövrünün milli mətbuatı
bütün bu tarixi mübarizələrin salnaməsidir.
Xalq nıaarifi. Azərbaycan Xalq Cü mhuriyyəti yarandığı ilk gündən xalq maarifinin və mədəniyyətin inkişafına
xüsusi diqqət yetirird i. Çünki çar hakimiyyəti Rusiyanın müstəmləkə əsarəti altında olan xalqlarrının milli-siyasi mən lik
şüurunun oyanmasına hər vasitə ilə mane olmuşdu. Çar Rusiyasında xalq məktəbləri dövlət orqanizmində "yaman şişi"
xatırladırdı. Höku mət, bir tərəfdən, xalq təhsilinin inkişafı ilə razılaş mağa məcbur o lurdu. Çünki dünyada elm və texnikanın
sürətlə inkişafı Rusiyada da maarifin və xalq təhsilinin tamamilə yenidən qurulmasını tələb edirdi. Digər tərəfdən, çarizm
xalqın oyanmaqda olan şüurunun qarşısını almaq üçün xalq maarifi işini məhdud çərçivədə saxlamaq istəyirdi. Çar
Rusiyasında xalq maarifi və onun əsas daşıyıcısı olan müəllimlər höku mət tərəfindən hər cür həqarə və təqiblərə məru z
qalırd ı.
Milli ucqarlarda, o cümlədən Şimali Azərbaycanda, vəziyyət daha dözülməz id i. Burada zorla ruslaşdırma siyasət
yeridilir, təhsil, əsasən, rus dilində aparılır, milli d il və mədəniyyətin in kişafına hər cür əngəllər törədilirdi.
1918 il may ın 28-də Azərbaycanın müstəqilliy i elan edildiy i gün Fətəli xan Xoyskinin sədrliyi ilə yarad ılmış
birinci Höku mət kabinəsində Xalq Maarifi Na zirliyi də təsis olundu. Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi na zirlik ö z
fəaliyyətinə Azərbaycan xa lq maarifinin və ziyyətinin və bu sahədə həyata keçirələcə k və zifə lərin müəyyənləşdirilməsi ilə
başladı. Şimali A zərbaycanda fəaliyyət göstərə keçmiş maarif şəbəkəsi gənc respublikanın xalq maarifi sahəsində qarşıya
qoyduğu tələblərə cavab verə bilməd iyindən, nazirlik bu sahədə islahatlar keçirmək üçün təkliflər hazırlayıb Höku mətə
təqdim etdi. İslahatdan məqsəd gənc respublikanın məhdud iqtisadi imkanla rı da xilində xa lq maarifini, q ısa müddətdə,
sürətlə inkişaf etdirmək idi. Bunun üçün xalq məktəbləri və tədris dairələrin in direktoru vəzifələri ləğv olundu. Bütün
respublikada mə ktəb və maarif işinin idarə o lunması Xa lq Maarifi Na zirliyinin və xa lq məktəblə ri təlimatçıla rın ın ixt iyarına
verild i. Azərbaycan Xa lq Cü mhuriyyəti Höku mət i Gəncəyə köçdükdən sonra iyunun 30-da Höku mət in xüsusi qərarı ilə
Xalq Maarifi Nazirliyinin ştat tərkibi təsdiq olundu. Nazirliyin s əlahiyyətinə xa lq maa rifinə aid qanun layihə ləri ha zırla maq,
respublikada elmin və maarifin inkişafına dair tədbirlə r plan ı müəyyən etmək və s. daxil idi. Na zirliyin mə ktəblər idarə
nəzdində ali və orta ixt isas təhsili, xa lq təhsili və peşə təhsili işləri ü zrə üç müstəqil şöbə yaradılmışdı.
79
Azərbaycan Xalq Cü mhuriyyəti Hö ku mətin in xa lq maarifin in inkişafina çox mühüm təkan verən ilk tədbirlərindən
biri 1918 il 27 iyun tarixli qərar o ldu. Hə min qərara əsasən, Azərbaycan-türk dili dövlət dili elan edildi. La kin Azərbaycan
dilini mükə mməl bilən ixtisaslı kadrların olma ması qəra rın həyata keçirilməsini çətinləşdirird i. Buna göre də in zibati idarə
orqanları, məh kəmə işi və s. sahələrdə Äzərbaycan dilini b ilən ixtisaslı kadrlar hazırlanana qədər, müvəqqəti olaraq, rus
dilindən istifadəyə də yol verilirdi. Cü mhuriyyət Hökuməti milli kadrların yetişdirilməsinə, bu sahədə təhsilin tama milə
yenidən qurulmasına xüsusi əhə miyyət verirdi. Təhsil sahəsində həyata keçirilən ilk mühüm tədbir mə ktəblərin
milliləşdirilməsi oldu. A zərbaycan Hökumətinin 1918 il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtida i tədris
müəssisələrində təhsil şagird lərin ö z ana d ilində aparılmalı və dövlət dili o lan Azərbaycan dilinin tədrisi icbari surətdə
həyata keçiril-mə lid ir. Azərbaycan dilini b ilməyən şagirdlər üçün üçüncü və dördüncü siniflerdə rus şöbələri açılır və burada
Azərbaycan dili intensiv surətdə tədris olunurdu ki, 2 ildən sonra həmin şagirdlər artıq Azərbaycan dilində təhsillərini davam
etdirə bilsinlə r. 5-c i sinifdən sonra şagirdlər mə ktəbi qurtarana qədər tədris prosesi rus dilində aparılır, Azə rbaycan dili isə
həmin siniflərdə məcburi fənn kimi tədris olunurdu. Bu siniflərdə Azə rbaycan dilinin tədrisi həftədə 4 saatdan az olma malı
idi.
Azərbaycan Höku mət i tədris işin i milliləşdirə rkən azsaylı xa lqların uşaqlarının da mənafeyini nəzərə almışdı.
Hökumətin 1918 il 7 sentyabr tarixli qərarı ilə sinifdə başqa millətdən olan şagird lərin sayı 10 nəfərdən az o lmadıqda, onlara
öz d illərində ilahiyyat və ana dili dərsləri keçilməli id i. Bununla belə, məktəblərin milliləşdirilməsı ilə əlaqədar olaraq
Azərbaycan dilini bilməyən ço xlu uşaq təhsildən kənarda qalırdı. Buna görə də, Azərbaycan Hökuməti 1918 il noyabrın 13-də
özünün xalq təhsili haqqındakı əvvəlki qərarlarında dəyişikliklər etdi. Yen i qərara görə, b ir orta təhsil müəssisəsi olan
şəhərlərdə Xalq Maarifi Nazirliyin in ica zəsi ilə, yu xarı hazırlıq siniflərindən başlayaraq, paralel surətdə rus bölməsinin də
açılmasına icazə verilirdi. Eyni tipli bir neçə təhsil ocağın ın fəaliyyət göstərdiyi şəhərdə onların bir h issəsi milliləşdirilir,
qalan hissəsində isə təhsil rus dilində aparılırdı. La kin həmin mə ktəblərin ha mısında Azərbaycan dili məcburi fənn kimi
tədris olunma lı idi. Hə min qəra rla a zərbaycanlı uşaqlardan yalnız milliləşdirilmiş, ya xud milliləşdirilməsi nəzə rdə tutulan
mə ktəblərdə o xu mala rı tələb olunurdu.
Azərbaycan Höku mət inin həyata keç ird iyi tədbirlə r nəticəsində, art ıq 1919 ilin əvvəllə rində ölkədə dövlət hesabına
637 ibtida i mə ktəb və 23 orta ixt isas təhsili mə ktəbi fəa liyyət göstərirdi. Orta mə ktəblər arasında 6 kişi və 4 qadın
gimnaziyası, 5 realn ı məktəb, 3 müəllimlər seminariyası, 3 müqəddəs Nina qız tədris müəssisəsi, politexnik məktəb və
ko mmersiya məktəbi var id i. 1919 ilin əvvəllərində Bakı qadın müəllimlər seminariyası kişi müəllimlər seminariyasına
çevrild i. 1919 ilin iyu lundan Lənkəran kişi və qadın gimnaziyaları da Xalq Maarifi Nazirliyinin sərəncamına keçirild i.
Hə min il avqustun 11 -də Xalq Maarifi Na zirliy inin qəra rı ilə Bakı, Gəncə və Nu xadakı (Şə ki) müqəddəs Nina q ız tədris
müəssisələrinin adları dəyişdirilərək Bakıdakı b irinci Azərbaycan qız g imnaziyası, Gəncə və Nu xadakılar isə qız
gimnaziyaları adlandırıld ı. 1919 ildə Xalq Maarifi Nazirliyi Göyçay şəhərində realnı məktəb, Bakıda qız, Nu xada kişi və
qız, Şuşada kişi məktəb və seminariyaları açmaq barədə A zərbaycan Parlamentinə qərar layihələri təqdim etdi. Parlament
respublikanın imkanlarını nəzərə alaraq, onlardan ancaq birin i həyata keçirdi. 1919 ildə Göyçayda realnı məktəb açmaq
haqqında qanun layihəsi təsdiq olundu.