43
rentabelliyinin, xüsusi və investisiyalaşdırılmış kapitalın gəlirliliyinin,
müəssisənin fəaliyyətinin maliyyələşdirilməsi dəyərinin dəyişməsi aiddir.
Müəssisədə qeyri-müəyyənliyin endоgen amilləri kapitalın
rentabelliyi və gəlirliliyi səviyyəsini müəyyən edən göstəricilərin
dəyişməsi ilə əlaqədardır və müəssisənin istehsal təsərrüfat fəaliyyətinin
maliyyələşdirilməsi sahəsində bir sıra risklər yaradırlar.
Riskin endоgen amilləri müəssisənin fəaliyyətinin mikrоmühitini
fоrmalaşdırır.
Məlumdur ki, bazar subyektlərini sahibkarlıqla məşğul olmağa
sövq edən ən əsas amil gəlirdir. Gəlir isə istehsal amillər xərcləri və
onların dəyəri arasındakı fərqdir. Bura renta (yəni faizə görə gəlir), maaş
və riskə görə mükafat daxildir. Riskə görə mükafat dedikdə, sahibkarın
risk şəraitində qəbul etdiyi qərarın əvəzi olaraq, onun əldə etməyə
çalışdığı əlavə mənfəətdir.
Beləliklə, aydın olur ki, tam məlumatlı mühitdə bazar dinamik
deyil, statik olur və fərdlərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa
stimulu qalmır. Çünki insanları bizneslə məşğul olmağa sövq edən əsas
amil gəlir, dolayısı ilə riskdir.
Amerikan professoru C.B.Klark gəliri belə izah edir: “... gəlir
insanların sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün tələ yemidir.
Bunun daha yaxşı forması isə maaşa olan əlavələrdir. İnkişafın baş
verməsi üçün bu yem o qədər böyük olmalıdır ki, insan maneələri aşmağa
və riskə getməyə hazır olsun.
Gündəlik həyatda insan fəaliyyəti nəticəsində baş verən
dəyişikliklərin bəzilərini əvvəlcədən bilmək olur, bəzilərini isə yox.
44
Həmin dəyişikliklər nəticəsində itkinin baş verəcəyini yaxud əlavə gəlirin
əldə ediləcəyini də ancaq ehtimal etmək mümkündür. Gəlirlə dəyişiklik
arasında dolayı əlaqə mövcuddur ki, buna da müxtəlif amillər təsir
göstərir.
Dəyişikliyin baş verməsi, gəlirin yaranması üçün əsasdır. Əgər
həyatda hər şey olduğu kimi davam etsəydi, yaxud gələcəkdə baş verəcək
hadisələr bu gündən bilinsəydi, bu zaman xalis rəqabət bazarda hər şeyi
ideal hala gətirər və beləliklə, məhsulun qiyməti onun istehsalına çəkilən
xərclərlə bərabərləşər və sahibkarların fəaliyyət göstərməsinə heç bir
marağı qalmazdı.
Buradan belə nəticəyə gəlmək olar ki, xalis rəqabət ancaq
müəyyənlik şəraitində mövcuddur. Reallıqda isə insanların gələcək
haqqında tam məlumatı olmadığı üçün xalis rəqabət mühiti də mövcud
deyildir. Məhz bu amil sahibkarlarda onların bazardakı gələcək
fəaliyyətinə dair qeyri-müəyyənlik yaradır ki, bu da onların faəliyyətini
situmullaşdırır və gəlir əldə etməyə, inkişaf etməyə sövq edir.
Qeyri-müəyyənliyin
yaranmasına
digər
səbəb
zamanla
əlaqədardır. Çünki iqtisadi vəziyyətin dəyişməsi ilə gəlir arasında dolayısı
əlaqə mövcuddur. Belə ki, gəlir o zaman yaranır ki, sahibkarın məhsul
istehsal etdiyi zamanla məhsul satışı arasındakı zamanı fərqlənir. Bu
zaman istehsal xərcləri üçün bir qiymət, satış üçün isə ayrı qiymət
qoyulur ki, bu da dəyişiklik yaradır. Dəyişiklik olmasaydı, rəqabətin
sayəsində istehsala çəkilmiş xərclərlə məhsulun satış qiyməti eyniləşərdi.
Reallıqda bu mümkün olmadığından, gələcəkdəki dəyişiklik, əsasən də
45
dəyişikliyin nəticəsinə dair məlumatımız olmadığından qiymətlər ancaq
proqnoz əsasında formalaşır ki, bu da sahibkar üçün stimul yaradır.
Biz daim dəyişən, qeyri-müəyyəniklərlə dolu bir dünyada
yaşayırıq, gələcəyə dair dəqiq məlumatımız çox azdır. Həyatdakı
problemlərin yaranmasına da çox zaman bizim məlumatsızlığımız səbəb
olur. Bunu həm biznesə, həm də digər sahələrdə görmək mümkündür.
Qeyri-müəyyənlik iqtisadi kateqoriya kimi müxtəlif tədqiqatçılar
tərəfindən tədqiq olunmağına baxmayaraq, onun izahı zamanı fikir
ayrılığı hələ də mövcuddur. Bəzi müəlliflər “qeyri-müəyyənlik” anlayışını
məlumatın azlığı və ya etibarsızlığı olduğu şərait kimi göstərirlər.
Digərləri isə qeyri-müəyyənliyin belə bir tərifi ilə razılaşmayıb,
idarəetmənin effektivliyi üçün məlumatın müəyyənliyini əsas şərt hesab
etmirlər. İnformasiyanın iqtisadi sistemin fəaliyyəti, iqtisadi hadisələrin
baş verməsi üçün əsas amil olmasına baxmayaraq, hər hansı firmanın
fəaliyyətinin davamlılığı digər amillərdən - onun ödəməqabiliyətliliyi,
təşkilatı quruluşu, idarəetmə sistemi və digər amillərdən asılı olduğunu
iddia edirlər.
Lakin o da danılmaz faktdır ki, firmanın düzgün idarə edilməsi
üçün onun haqqında dolğun informasiyaya sahib olmaq gələcəkdə
risklərin müəyən edilməsinə və onların azaldılması üçün müvafiq
tədbirlərin görülməsinə imkan yaradır. Bu səbəbdən inkişaf etmiş
ölkələrdə iri şirkətlər müntəzəm olaraq, informasiyanın toplanılması ilə
bərabər marketinq və anti-böhranlı siyasətin həyata keçirilməsi üçün
tədbirlər görürlər.
46
İdarəetmənin əsas məqsədi obyektlərin effektiv idarə edilməsi
üçün qeyri-müəyyənlik şəraitində müxtəlif yollarla müəyyənliyin əldə
edilməsidir. Bunun üçün qərar qəbulunda optimal variantlarının tapılması
üçün baş vermiş təsadüfi hadisələrin uçota alınması zəruridir.
Qeyri-müəyyənlik bazar iqtisadiyyatının əsas xüsusiyyətidir.
İnzibati-amirlik sisteminindən fərqli olaraq, bazar iqtisadiyyatında hər şey
məlum olmur və müxtəlif nəticələrin baş verməsi mümkündür. Bu bir
tərəfdən yaxşıdır ki, bazar subyektləri arasında fəaliyyət üçün stimul
yaradır, digər tərəfdən isə gələcəyi proqnozlaşdırmaq çətinlik yaradır və
nəticələrin mənfi olması ehtimalı mövcud olur.
Qeyri-müəyyənliyin özünəməxsus xüsusiyyətləri də mövcuddur.
Bu, iqtisadi sistemlə, təsərrüfat sisteminin fəaliyyəti, qoyulmuş
məqsədlərin müxtəlifliyi, iqtisadi parametrlərin ziddiyyətliliyi ilə
əlaqədardır. Bütün bunlar bir tərəfdən müxtəlif situasiyalar yaradır, digər
tərəfdən isə qeyri-müəyyənliyin müxtəlif tiplərinin yaranmasına səbəb
olur.
Qeyri-müəyyənliyin
səviyyəsinin
azaldılması
fəaliyyətin
təşkilatlanması və əlaqələndirilməsi ilə mümkündür. Çünki məhz
fəaliyyətin
təşkilatlandırılması
sayəsində qeyri-müəyyən proses
müəyyənləşir. Bundan sonra isə tənzimləmə vasitəsilə çatışmazlıqlar
müəyyən olunur. Bütün bunlar qeyri-müəyyən faktorların, təsadüfi
hadisələrin müəyyənləşməsinə şərait yaradır. Burada əsas məqsəd eyni və
ya
müxtəlif
xarakterli
hadisələrin
qeyri-müəyyənliyinin
minimallaşdırılması üçün müvafiq modellərin yaradılmasıdır.
Dostları ilə paylaş: |