Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə62/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   58   59   60   61   62   63   64   65   ...   148

________________Milli Kitabxana________________

De, hardadır o Tuğan şah ki, mən bir əppək üçün,

Önündə "sənsəni" təkrar edib duram hər gün.

Məsihtək nəfəsim, nitqimin qılıncı ilə,

Gələr Kəlim kimi hümmətimlə lal dilə.

Necə ağız açıb alçaqlara, çörək diləyim?

Qara daş üstünə gövhər suyu, alıb, ciləyim?

Bilik gözünə şəfa bəxş edən təbibəm mən,

Dəva alır göyün ulduzları gözə məndən.

Dedim: könüldəki arzumla Məkkəyə gedərəm,

Açar xəzinəni qarşımda bəlkə pak hərəm.

Qızılla Məkkə müyəssər olar, yoxumdur zər,

Mənə ki, yoxsulam, ancaq xəyaldır bu səfər.

Düşəndə Təbrizə meylim, qəmim daha artar,

Həm Ərze-Rum, həm Arran məni qonaq çağırar.

Mənim ki Ərze-Rum arzumdur, qəsdim Arrandır,

O yerlərə səfər etmək mənə ürəkdəndir.

Qarışqatək yuvama şövq ilə aparram dən,

Quşam, gərək qapam hər danəni ətəklərdən.

İraq ilə Rey edərlər əgər məni dəvət,

Sözümlə bu iki ölkə qəbul edər miniət.

Mənijə Bijən ilə yalvarar ki, şerimdən,

İşıq saçam quyuya ki, dibindədir Bijən*.



________________Milli Kitabxana________________

ŞİKAYƏTLƏR

1. ZƏMANƏDƏN ŞİKAYƏT

Bu yaşıl gülzardan mən ayrılanda hər zaman,

Bir yeni aləm təfəkkürdən mənə olmuş məkan.

Nə üzük, nə təxt varımdır, "rəbbi həbli" söylərəm,

Turu atəşsiz "ənəllah" övçünü seyr eylərəm*.

Tullaram dəryaya, harda nəfsdən görsəm nişan,

Odda yandırram, ağıldan bir əsər tapsam haman.

Gah bir təxt öz məqamımca düzəldib Sidrədən,

Hümmətimcə gah şüar hazırlaram şerimlə mən.

Bircə anda xərclərəm, hər nə verər doqquz fələk,

Altı gün süfrəm dolarsa, bir gecəmcindir xörək.

Gecə-gündüz gövhərindən qəsrini təbim qurar,

Asiman firuzəsindən tac vermiş ruzigar.

Təbimin şişə evində gör təmiz vicdanımı,

Aç fələkdən pəncərə, dal seyrə ondan canımı.

Gonlümü güzgü edib, abi-həyat nuş eylərəm,

Sən inanmazsan məgər, mən Xızıram, həm İskəndərəm?

Göylərə uçsam, rəvadır, mən səmavi bir quşam,

Cövhərim qiymətlidir, dünyaya zinət vurmuşam.

Bir oyun qurdum, uduzdum bu cahanı torpağa,

Hazıram indi o dünyanı qumara qoymağa.




________________Milli Kitabxana________________

Qoysa da şeşxanədə beş hiss, dörd ünsür məni,

Udmuşam nərd oynayan dünyada hər üç növbəni*.

Hümmətim "peyğəmbər oldun" söyləyərkən qeybdən,

Eşq əlindən "gəldi həqq" fərmanı aldım onda mən.

Güzgüdür aləm önümdə, tutiyə mən oxşaram,

Başqasına baxmaram, çünki, mənimcin mən varam.

Arxasından güzgünün ağlım nəyi təlqin edər,

Mən onu allam dilə, zahirdə söz açsam əgər.

Bütdür, ulduzdur yanımda, bil, tamahla arizu,

Mən Xəliləm, rədd qıldım həm bütü, həm ulduzu.

Bir zaman "ən nəbüdül əsnam" idi dil əzbərim,

İndi "inmi la ühübbül-afilin"dirrəhbərim*.

Səf çəkib, qarşımda durmuşdur zəmanə divləri,

Dəhrdə guşənişinlikdir mənə izzət yeri.

Divlər ilə çarpışarkən, doğrusu, mən Rüstəməm,

Mən gərək Simurğtək insan gözündən gizlənəm*.

Hər sözüm şirvanlılar bağrına neştər olsa da,

Təbimin şəlıdi İraq əhlinə olmuşdur qida.

Xalq atan yoxsulluğu mən qaldırıb etdim qəbul*,

Sam Zalı atdı, mən aldım, bəslədim, bildim oğul.

İtsifətlər cərgəsində bir heç olsam da əgər,

Şirtəbiətlər məni qiymətli gövhərtək sevər.

Aləmi, Xaqaniyəm, fəth eyləmişsə şöhrətim,

El bilir, Xaqanilikdən yüksək olmuş hümmətim.



________________Milli Kitabxana________________

Mənsəbi çəkdim dara, gördü fələk, verdi qərar:

- Naibim ol, ey xətib, burda qılınc, minbər də var.

Gönlüm istərdi, öyündümsə onun hökmüylə mən,

Yoxsa, qoymazdım desinlər: "öz-özünü mədh edən".

* * *


Mən kiməm, xilqətdən üstün nəfsimə qiymət verəm?

Xilqətin tacı əgər olsa başımda, kafərəm.

Bir vücudam, əsli yox, sən də məni tilsim tanı,

Sanma bir natiq ki, sağdır, var vücudunda canı.

Zatı yoxluqdan ibarət bir adam bilsə əgər,

Varlığım yeldir mənim, nəqşimdə yox oddan əsər.

Oddur, aşkardır mənim sıfra bərabər xislətim,

Mən Əsəd bürcü ikən, Cövzaya yoxdur nisbətim*.

Nəhsiyəm ulduzların, xalqın vəbalı oldum həm,

Saxta bir varlıq bu aləmdə əgər varsa, mənəm.

Rüknlərdən biveci, həm də zamanın qaysağı,

Mən kiməm bu ölkədə? Alçaqların ən alçağı!

Mən doğulduqda, ağıl təlqin qıldı Adəmə:

"Leysə min əhlik", - buna səhvən sən övladın demə!

Dövrəmi almış dərin dərya, bir odlu körpü var,

Keçmərəm ondan, məni qərq eyləsin qoy dalğalar.

Süni saçlartək həyatdan məndə yoxdur bir əsər,

Gövhərim ənmik kimi bir an parıldar, tez sönər.

Olmadım Əshabi-kəhfə it, Məsihayə ulaq*,

Vəhşiçinsli bir it oldum, həm də bimayə ulaq.




________________Milli Kitabxana________________

Həmdəməm Haruta, həm bərbət çalan o arvada,

Zöhhak əfisi, dəmirci zindanı üstə qada*.

Oxşasam da aslana, qardan düzəltmişlər məni,

Bir öküz sanma öküz şəklində altun kuzəni.

Mən ki, "la movla lehüm"ü dəftərimə salmışam,

Küfr təlimin "nəsullah" məktəbində almışam*.

Kafərəm - Kəbə yıxan, qibləm mənim bütxanədir,

Başıma daş yağdırın, quşlar, yatıbsız, ya nədir?

Dəm vurar dindarlığından mən kimi kafər olan,

Bil, yalançı sübhdən yüz qat yalandır bu yalan.

Daxilən əfi ilan, tavus rəngəm zahirən,

Müxtəsər, bil, yolkəsən divə mənəm yol göstərən.

Həvvanı rüsvay edən mən, Hacərə töhmət vuran,

Zəhradan pərdə qopardan, Məryəmə bardaq quran.

Zənn edirlər ki, hümatək az yeyən, kəmşəhvətəm,

Mən xoruztək dən gəzən, şəhvət əsiri oldum həm.

Mən gecə-gündüz "Quran" bəndindən azad olmuşam,

Aylar, illər, sağər əldə, mey içib şad olmuşam.

Həm Zühəl rəngli dəmirtək od mənim bətnimdədir,

Həm "nəayim" tək hərisəm, çeynərəm odlu dəmir*.

Zahidəm, amma, nə Yəhyatək, brəhmən seyrətəm,

Şairəm, amma, nə Həssantək, Ləbidi tiynətəm*.

Mən zəhərli ətlərindən çox yedim alimlərin,

Bu acı getməz, yusan yüz yol suyunda gövsərin.

Sehrlə ruhanilikdən dəm vurarsam da əgər,

Yaxşı bax, hər zümrəyə məndən əziyyətlər keçər.



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə