Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə60/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   56   57   58   59   60   61   62   63   ...   148

________________Milli Kitabxana________________

Zəifləmiş vücudum bənzər ipək bir telə,

Bu nazik ipək tel də qüssədən gəlmiş dilə.

Divarlar seyr elədi mənim solğun rəngimi,

Onların da üzləri oldu zəfəran kimi.

Göyə fəvvarə vurdu ürəyimdən axan qan,

Öz yolunda palçığa batıb, qaldı kəhkəşan.

Tikanlığın içində çırpınan bülbüləm mən,

Ümidimi kəsmişəm gülüstanın gülündən.

İnsaf, mürüvvət gülü qalmamışkən dünyada,

Etdiyim bu haraydan, bu nalədən nə fayda?..

Ciyərimin qanından ciyərim doymuş deyə,

Mədəmin meyli yoxdur nə suya, nə çörəyə.

Can burda məhv olurkən, nəyə gərəkdir bədən'?

Ölürkən ev sahibi, tapılarmı ev güdən?

Torpaqdan ev tikənlər axırda torpaq oldu,

Tikdikləri saraylar, kaşanələr uçuldu.

Sel coşdu, dalğalandı, yaman tufan qopardı,

O, tək paltarı deyil, dərzini də apardı.

Bir qəssab dükanıdır bu fələk ilk çağından,

Qan axır damcı-damcı qəssabın bıçağından.

Bir yan quzu cəmdəyi, bir yanda var tərəzi,

Nə köklük, nə arıqlıq düşündürür bir kəsi.

Yağlı, ucuz bir tikə mənimsəmis hər alçaq,

Mənim tikəm həm arıq, həm də bahadır ancaq.

Dükanda döş, qabırğa, ürəkdir dəyən gözə,

İstədiyi tikəni qəssab vermir heç kəsə.



________________Milli Kitabxana________________

Abır-həya gedincə qorxu qalxır ortadan,

Nəyin dərdini çəkər sürüsü batmış çoban?

Çıxıb getdi, şəhərdən uzaqlaşdı karivan,

Gözətci də bac alıb, çəkildi, getdi yoldan.

Dəvə palçıqda yanmış ildırım zərbəsindən,

Türkmən azad edilmiş dəvənin vergisindən.

Arzulardım həyatda sədaqət, düzgün ilqar,

Ümidlərim puç oldu, vəfasız çıxdı dildar.

Dad çəkdim fərasətsiz, anlamaz böyüklərdən,

Böyük qəmlər bu kiçik könlümü ctdi məskən.

Zəni edirdim dünyada var vəfalı adamlar,

Yarım vəfasız çıxdı, səhvimi etdim iqrar.

Yusifin də başına bəlalar açdı dövran,

Qardaşlar arasında baş verən bir nifaqdan.

Bir ilin məhsuludur mənim gündəlik qəmim,

Uzun illər boyunca qəm olacaq həmdəmim.

Budur, yenə törətmiş yaşıl yelkənli fələk,

Fırtınalar qoparan, gəmi qıran bir külək.

Yox, bu tufan yaranmış qəza buyruğu ilə,

Qoy dünyada möminlər yaşasın bundan belə.

Xilas olum deyə mən, bir qüdrətli hökmdar,

Çalışır var gücüylə, artıq nə möhnətim var.

Xaqanini öldürsə şah, onun sarayından,

Qisasını alar bir şah nişanlı hökmran.



________________Milli Kitabxana________________

4. HƏBS EDİLDİYİ BARƏDƏ

VƏZİRƏ MƏKTUB

Nə qədər ki, dövlət sənin qapındadır pasiban,

Açacaqdır qapısını sənə geniş asiman.

Qüreyşilər bayrağınla sənin oldu səfərbər,

Yəmənilər xəncərinlə sənin oldu müzəffər*.

İnsaf gəlib dərgahına, oldu səninlə ortaq,

Zülmü sitəm astanandan qaçdı yaxa yırtaraq.

Fələk sənin qullarının qollarına baş əydi,

Ona görə yüksəklikdə yer tutubdur əbədi.

Öz qələmin rəng vermişdir məharətlə rüzgara,

Gecə, gündüz bu səbəbdən olmuş belə ağ, qara.

Söz Misrinin Yusifləri sağlığına hər zaman,

Nuş eyləyir mənaların badəsini şadiman*.

Mənim bütün varlığımı bürümüşdür qəm, kədər,

Sənin qayğın olmayınca bu varlıqdan nə səmər?

Mənim yüksək qiymətimi təkcə bir sən bilərsən,

Simurğ o vaxt yaşayar ki, Cəmşid ona verər dən.

Gözəl bilər bu mətləbi göy cəlallı hökmdar,

Mənim kimi yer üzündə tapılmaz bir sənətkar.

Baxma, sadə bir xarratın oğluyam mən, bil, Azər,

Xarrat idi, lakin oğlu Xəlil oldu peyğəmbər.

Bu sənətdə hər kəs məndən öyrəndi bir fəsahət,

Sonra, gedib, hazırladı mənə min cür fəlakət.

Bu təəccüb deyil, əgər bir qurşun almaz qıra,

Hünər ona deyərəm ki, almaz polad sındıra.

Gedən zaman bu dünyadan Sənaitək bir ustad,

Əvəz gəldim ona, atam mənə Bədil qoydu ad.



________________Milli Kitabxana________________

Boğazına dünyanın mən gövhər tökdüm o qədər,

Onu aman deməyə də qoymadı bu gövhərlər.

Sən təbimin bağçasından istə təzə xurmalar,

Gedib, hər bir yaramazın söyüdündən umma bar!

Hər an xurma ağacından bollu xurma dərərsən,

Yel əsərsə, kəpənəklər uçar ancaq söyüddən.

Əgər qəmdən qocalmışsa vücudum, nə eybi var?

Mədhin ilə bu dünyanı bəzərəm, ey hökmdar!

Tərifini edən qəlbim sınsın gərək hər anda,

Çün xəzinə olar ancaq xarabazar məkanda.

5.

Qəlbə təsir etsə əgər qüssə, qəm,

Odlu göz yaşları yağdırar o dəm.

Tale üz döndərib yıxsa hər kəsi,

Ondan uzaq qaçar hətta gölgəsi.

Ruzigarda vəfa görməmişəm mən,

O, vəfa göstərər bəlkə nüdrətən.

Fələyin nöqtəsiz olur zərləri,

O, nərddə udmuşdur çox hərifləri.

Pəncü-yek oynamış yenə də fələk,

Ki, do-şeş atana hesablar do-yek.

Məni yaxşılıqla utandırmadan,

Pisliklə xəcalət edir hər zaman.

Acgöz bir qarışqa, dilsiz bir quşam,

Əsla qəfəs üçün doğulmamışam.



________________Milli Kitabxana________________

Bir quş caynağından ordu sınarmı?

Qarışqa gücüylə şəhr alınarmı?

Adətən, arılar vızıldar, ancaq,

İnsan arzularmı heç vızıldamaq?

Ayağıma zəncir vurubdur fələk,

Sancır hər halqası ilan ağzıtək.

Bu dəmir halqalar, dişsiz ağızlar,

Necə ki, ağızsız, dişli bir mişar.

Doğrayar meyvəli, göy budaqları,

Bax, eləcə kəsir buayaqları.

Bir dəmir həlqədir, yoxsa ac köpək?

Qapır baldırımı qudurmuş ittək.

Xaqani ahından duman yaratdı,

O duman yuksəlib, göylərə çatdı.

Fələyin pərdəsi yırtıldı bir baş,

Bütün sirrləri faş olundu, faş.

Lakin, iş bunlarla düzəlmir tamam,

Tək yaradan çəkir işlərə əncam.

Düşmən çox olsa da, ölüm gerçəkdir,

Hamısı torpağa çevriləcəkdir.

6.

Xaqani qürbətə basalı ayaq,

Olmuş tək qapılı bir evdə dustaq.

Nə evin içində rahət olur can,

Nə də var bayıra çıxmağa imkan.

Üzü divaradır, sanki hörümçək,

Girmiş daş altına bir qarışqatək.



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə