Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə133/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   129   130   131   132   133   134   135   136   ...   148

________________Milli Kitabxana________________

Mütrüb - burada:  fleyta  çalan;  bərbət - simli  musiqi  aləti; mizmar - fleyta  deməkdir.

Səh143.

Bax bir o qara buynuza, qamı deşilmiş gürzədir,

Ovsunçu qorxmaz heç nədən, gürzə dodağından sorar.

Qara  buynuz - burada  abnus  adlanan  sərt  və qara  hind  ağacından  qayrılmış musiqi

aləti  deməkdir.  Xaqani  onu,  formasına  uyğun  olaraq,  qarnı deşilmiş  gürzəyə bənzədir.

Ovsunçu həmin aləti  məharətlə çalan adamdır ki, qorxmadan ilanla öpüşür, yəni, dodağı

ilə üfürüb çalır. Bundan sonrakı beytlərdə də musiqi alətləri bədii vasitələrlə yad edilir.



Səh. 143.

Bir dəfvuran ustanı gör, dəfdə şikaristanı gör.

Səf-səf duran heyvanı gör, bir-birlərilə çarpışar.

Sikaristan - ovlaq deməkdir. Burada Xaqani məclisdə çalınan dəfin kənarlarına rəsm

edilmiş  ovlağın  və bu  ovlaqda  çəkilmiş  biri-birilə döyüşən  heyvanların  şəkillərini  təsvir

edir.

Səh. 144.

Altun sədəfdir, ya Günəş xərçəngə böylə yar olub,

Xərçəng isə pərvanətək qorxmaz, od ilə oynayır...

Xərçəng - burada Günəşin ətrafinda dolanan on iki bürcdən biridir. (Bu bürc Sərətan

da  adlanır) Günəş  bu  bürcə iyun  ayında  girir.  Xaqani  burada  Günəşi  bir  qızıl  sədəfə,

Xərçəng  bürcünün  ulduzlarını  isə od  qatarına  bənzədir  və bunun  pərvanə kimi  Günəşin

ətrafına dolandığını göstərir.



Səh. 145.

Bostanı, gah-gah sal yada, onda san üzlü Günəş.

Dörd bir yanı on aypara, hər il üzə bir yol çıxar.

Burada  şair: Sarı  üzlü  Günəş - dedikdə qovunu  bildirir,  on təzə ay isə qovunun

üstündə olan təbmi xətlərə, on dilimə işarədir ki, bunların da hərəsi bir təzə Aya (hilala)

bənzəyir.



Səh. 145.

Ey İsaya naib olan dodağı iki mərcan,

Ey, atəşdən qüdrətilə abi-həyat yaradan.

Naib - əvəz edən, müavin deməkdir. Şerin mənası: ey İsa nəfəsli (Müvəffəqəddin), ey

böyük alim!



Səh 145.

Ey, zəhəri sağaldıcı olan hər bir dərmandan!

Yeni: ey acı (doğru) sözləri hər kəsə kömək olan, düz yol göstərən.

Səh 145.

Qanadları altındadır vəslin Simurğ quşunun,

Kölgəsində bəsləmişdir vüsalını Süleyman.

Yeni,  sənin  ağlına  və

biliyinə

çatmaq  mümkün  deyildir.  Burada  Xaqani

Müvəffəqəddinin biliyini Simurğ quşunun uca bildiyi, əlilişməz  yüksəkliklərə, bu biliyin

geniş və dərinliyini isə Süleyman peyğəmbərin sonsuz dövlətinə bənzədir.



Səh 146.

Bülbüllərdən yuz Barbəd əyləşib hər tərəfdə...



Barbəd - Sasani şahlarından Xosrov Pərvizin məşhur çalğıçısıdır.

Səh. 147.

Calalının nərdi üstə doqquz qatlı fələyə,




________________Milli Kitabxana________________

Qabaqca o altı oyun bağışlayır hər zaman.



Altı  oyun  bağışlamaq - mahir  oyunçunun  oynadığı  adama  oyunun əvvəlində etdiyi

güzəşt deməkdir. Beytin mənası: o, (Müvəffəqəddin) ağıl və tədbir işlərində zəmanənin ən

böyük adamlarından qat-qat üstündür.

Səh. 148.

"Əlifilə "sıfır" kimi yalqız və boş qalmışan.



"Əlif" Hərfi ərəb əlifbasında  şəklində yazılır;  bu,  eyni  zamanda  bir,  tək  deməkdir;

"sıfır"  (o) - içi  boş  bir  dairədir.  Xaqani  öz  yalqızlığını  "əlif"ə,  yoxsulluğunu  isə "sıfıra"

bənzədir.

Səh 148.

Bəli, kiçik bir təndirdən yaranmışdır o tufan!



Kiçik  təndir - burada:  şairin  yanan  qəlbi,  tufan  isə onun  göz  yaşlarıdır.  Bu  isə Nuh

tufanının çörək bişirən bir qarının təndirindən başladığı əfsanəni də yada salır.



Səh. 148.

Arranlı bir namussuzun axmaqlığı üzündən,

Bax, ey Allah, gör ki, neçə qəlb evi oldu viran.

Arran - Xaqani dövründə Azərbaycanın bir vilayəti, Beyləqan da  Arranın bir hissəsi

olmuşdur.  Burada  Xaqani  "Arranlı  bir  namussuzun..." dedikdə Mücirəddin  Beyləqanini

nəzərdə tutur.  Mücirəddin  Xaqaninin  şagirdi  olduğu  halda,  özünü  müəllimindən  üstün

tutmuşdur.



Səh .149.

Odur mühit dənizləri, Ümman, Ceyhun, Nil çayı,

Dağlardansa Cudi, Həri, ya da ki, Qafü Səhlan.

Birinci misrada çay, ikincidə dağ adları verilir. Xaqani bu beytdə dörd böyük çay ilə

dörd  yüksək  dağı  göstərərək,  aşağıdakı  beytdə bunların  səkkizinin  də Müvəffəqəddinin

səxavətindən çox kiçik olduğunu söyləyir.



Səh. 149.

Günəştək saf ürəklisən, Müştəritək təqvalı,

Xasiyyətdə Məhəmmədsən, ehsanda şahi-Mərdan.

Təqvalı - Allahdan qorxan, mömin adam deməkdir; şahi-Mərdan - İmam Əlidir.  Bu

beytdə Xaqani  Müvəffəqiddinin  Allaha  necə ürəkdən  bağlı  olduğunu  Müştəri

ulduzunun Günəşə bağlı olması ilə, onun sifətlərini Məhəmmədin və Əlinin sifətlərilə

müqayisə edir.



Səh 149.

Tərif etmək xəyalıyla səndə olan kamalı

Bəndəniz bir Ütariddir, ya da söz bilən Həssan.

Ütarid - Günəşə ən yaxın ulduz, Həssan - Məhəmməd peyğəmbərə ən yaxın olmuş və

ona mədhiyyələr yazmış şairdir. Xaqani bu beytdə özünü Ütaridə və Həssana bənzətməklə

Müvəffəqəddini  Günəşlə və Məhəmmədlə müqayisə edir,  eyni  zamanda  özünün  ona ən

yaxın xeyirxah bir adam olduğunu göstərmiş olur.



Səh. 149.

Məhəmmədəl-Mustafanın qapısında, bəllidir,

Sədaqətlə xidmət etmiş qulu Ənəslə Səlman.

Ənəs – Məhəmmədin yaxın xidmətçilərindən olmuş, on yaşından iyirmi yaşına qədər

(Məhəmmədin ölümünə qədər) ona qulluq etmişdir. Səlman (Səlmani - fars adı ilə tanınır)




Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə