Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə134/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   130   131   132   133   134   135   136   137   ...   148

________________Milli Kitabxana________________

- məşhur  alim  olmuş,  özünü  qul kimi  Məhəmmədə satdırmışdır.   Xaqani  burada  özünün

Müvəffəqəddinə sədaqətini Ənəslə Səlmanın Məhəmmədə olan sədaqətilə müqayisə edir.

Səh. 150.

Bax, bu xurdad ayı içrə çiçək açan ağacın,

Meyvəsini aban ayı yığışdırar bağiban.

Xurdad ayı - farsların üçüncü ayı (may), aban – səkkizinci ayıdır (oktyabr). Burada,

habelə bundan əvvəl  və sonra  gələn bir  neçə başqa  beytdə Xaqani  Müvəffəqəddini  gec

mədh  etdiyi  ücün  ondan  üzr  istəyir  və bunun  daha  yaxşı  nəticəsini  necə biləcəyini

müxtəlif misallarla təsdiq edir.



Səh 150.

Bir cəza ki, Neman onu gördü Nuşirəvandan.



Neman  (Neman  ibn  Münzir) - orta əsrlərdə Ərəb  İraqında  öz  mərkəzi  şəhərinin

(Hiyrə) adı ilə adlanan bir ərəb məmləkətinin 18 hökmdarından biri olmuşdur. Hiyrə uzun

zaman  Sasanilərin  hakimiyyəti  altında  olmuş,  onun  məlikləri  də Sasani  hökmdarları

tərəfindən  təyin  edilmişdir.  Neman  22  il  Hiyrədə Nuşirəvanın  və onun  oğlu  Xosrov

Pərvizin vassalı vəziyyətində hakimiyyət sürdükdən sonra Mədainin Qəsr-Kəsra sarayında

yaşayan ərəb rəislərindən Zeyd ibn Ədnin fitnəsi ilə Nuşirəvanın əmrilə öldürülmüşdür.



Səh. 157.

Kəsra, üzüyünü görərsə, inan,

O, öz üzüyünü edər ağacdan.

Kəsra - İranın qədim padşahlarından Sasanilər sülaləsinə mənsub olan şahlara verilən

ümumi addır. Xosrov sözü də öz etimologiyasına görə Kəsra ilə bağıdır.



Səh. 159.

Qızıl papaqlı səhər qəşəng qəba büründü,

Gecə qunduz xəzini atıb üryan göründü.

Səhər şəfəqə büründü (Günəş çıxdı).

Gecənin boz rəngi yox oldu.

Səh .161.

Bubbu dedi: - Nərgizin Cəm taxtında var yeri,

Yasaməndən gözəldir Əfrasiyab əfsəri.

Bubbu – şanəbubbu quşu. Cəm - Cəmşid. Əfrasiyab -"Şahnamə" surətlərindən Turan

padşahı.


Mənası: nərgiz gülü taxta oturub, başına tac qoymuşdur. O, yasəməndən gözəldir.

Səh. 164.

Görünsəm də vəsl əlifi kimi hər bir ünvanda,

Heç kəs mənim varlığımdan xəbər tutmaz bir an da.

Vəsl əlifi - mürəkkəb  söz  arasında  yazılıb,  oxunmayan  "əlif"ə deyilir.  Məsələn,

Əbdüləli adında olan "əlif" kimi.



Səh. 165.

Əşa kimi dilim səpir saf incini aşikar...



Əşa ibn-Qeys - yeddinci əsrin əvvəlində yaşamış ərəb şairidir.

Səh. 166.

Belə hünər nəsib olmaz yüz Bəşşarə, Ləbidə.



Ləbid- Əbu-Əqil  ibn-Rabiə (VII əsr)  və Bəşşar  ibn  Bürd  (VIII əsr)  məşhur ərəb

şairləridir.



Səh 166.


________________Milli Kitabxana________________

Qəlb bazarı salar Yusifini hörmətdən.

Yusif  peyğəmbərin  Misir  bazarında  satılmasına  işarədir.  Burada Yusif  xitab  edilən

şəxsin heysiyyət və ləyaqətinə işarədir.



Səh 167.

Zahirən insana oxşar yabanı ot kökü var.

Bu misrada məşhur jenşen xatırlanır ki, onun kökü insana bənzəyir.

Səh 168.

"Bəli" əhdini "Ələstə" verən ötkəm dilidir,

"La ilahe" qapısında dayanan "la" kimidir.

Beytin mənası: O, əzəliyyət çağırışına "bəli" cavabını verərək "Allahdan başqa Allah

yoxdur" sözünün əvvəlində olan "La" kimi kəmərini bağlayıb hazır durmuşdur. Yəni: əsil

dindardır.



Səh. 168.

İsməti sirr Firidununa bayraqdır onun,

Hümməti zərbədir acgözlüyünə fəğfurun.

Firidun - Cəmşid  nəslindəndir.  Dəmirçi  Gavə üsyan  edərək,  qan  içən  Zöhhakı

öldürüb, onu taxta oturtmuşdur ("Şahnamə").

Fəğf'ur - Qədim Çin hökmdarlarına verilən ümumi addır.

Səh. 172.

Dağ başında Musa əli görünər.

Musa peyğəmbər guya Tur dağında əlini qaldıranda parlaq işıq vermişdir.

Səh .173.

Gün Şirin üstünə həmişə minir.

Əsəd (Şir) bürcünə işarədir. Günəş bu bürcdə olur.

Səh .179.

Can əcəldən aman çəkir bəzən,

Necə Əfrasiyab Rüstəmdən.

"Şahnamə"də Rüstəm Turan şahı Əfrasiyabın kəmərindən tutub başı üstə qaldırdıqda

kəmər qırılıb, Əfrasiyab qaçmışdı.

Səh. 182.

Bu Günəş qərq edib Reyi nura,

O, Xoy əhlinə oldu Ahura.

Rey - İranda  şəhər  adı. Ahura  (Hörmüz) - oda  sitayiş  edənlərdə xeyir  allahı. Xoy -

Cənubi Azərbaycanda şəhər.



Səh. 182.

Xoyda bu, Şafei əqidə ikən,

Hənəfi oldu Reydə o qəlbən.

Safei,  Hənəfi,  Maliki  və Hənbəli - İslamda  dörd  məzhələdir  ki,  onların  banilərinin

adları ilə məşhurdur.



Səh 182.

Bu, Nəbinin hədisin etdi şüar,

O, Əlinin kəlamını təkrar.

Nəbi - Məhəmməd peyğəmbər. Əli - İmam Əli ibn Əbi Talib (I imam).

Səh. 182.

Kəbül-Əhbar Kəbdir, şəksiz.



Kəbul-Əhbar – Kəb ibn Mane həmirayə işarədir.


________________Milli Kitabxana________________

O, məşhur yəhudi alimlərindən idi. Xəlifə Ömər vaxtı İslamı qəbul etdi.



Səh. 185.

Tacda üçdür, Əmində dörd hərf var,

Bismdə və İllahda da bu qərar.

Xaqani  mədh  etdiyi  Tacəddin  ibn Əminəddini  tərif  edərkən  bu  adların  hərf  sayı

etibarilə "Bismillah"a  uyğun  gəldiyini  bildirib,  bu  adlarda  şərafət  olduğunu  nəzərə

çarpdırır.



Səh .187.

Bu qəsidəm də yeddiliklə gedir,

Ən gözəl səkkizinci şerimdir.

Bu  beytdə Xaqani  Məkkə divarından  yeddi  məşhur şerə (müəlləqati-səbə)  işarə

edərək, öz şerini onların yanından asılmağa layiq səkkizinci şeir hesab edir.

Səh. 187.

İmrəl-Qeysin qəsidəsin yada sal,

Bu qəsidəm ona yetirdi zaval.

Məkkə divarından  yeddi  şerin ən  qüvvətlisi  məşhur Ərəb  şairi İmrəl-Qeysin hesab

edildiyi üçün, Xaqani öz şerini onun şerindən üstün hesab edir.

Səh. 187.

Üzrümü dinləsən, "Quran"da da var,

"Xalq" sözü sonda, eyləmə inkar!

Xaqani "Quran"ın "nas" (nisan, xalq) sözü ilə bitdiyinə işarə edir.



Səh .191.

Bəsdir Məryəm ismətinə bu dəlil,

Ki, uşağı bir günlükdə açdı dil.

Dini  rəvayətə görə Məryəm  İsanı  atasız  doğduğu  üçün,  onu  ismətsiz  hesab  edənlər

vardı. Yeni doğulmuş oğlu İsa dil açıb anasının günahsız olduğunu söyləmişdir.

Səh 192.

Ütaridtək yaz bu mədhi, et bəyan.



Ütarid - Merkuri səyyarəsi. Guya səmada katiblik işini o aparır:

Səh .194.

...sürmə yuyuldu haman.

Burada sürmə gecənin qaranlığına işarədir.

Səh 197.

Qırx səhərin elminin məğzi olub məktəbi,

Nuh ona bir xəlfədir, ruh açar hər mətləbi.

Qırx səhər - Adəmin qırx günə yaranması.

Beytin mənası: Şah Adəmin yaranma hikmətini bilir, Nuh peyğəmbər isə ikinci Adəm

adlandığı üçün xəlifə (əvəz edən) hesab edilir. Buna görə də şahın hər əmri mənalı və ürək

açandır.


Səh. 197.

...südab cövhəri



Südab bitki adıdır. Onun suyu ilə baş yuyulduqda qara saçın rəngt ağarır.

Səh. 198.

Çıxdı dünən Dəlvdən Yusifim üzdə niqab.



Yusif- Günəşə işarədir. Dəlv - XI bürc.

Burada eyni zamanda Yusifın quyudan dol içində çıxmasına işarə var.




Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə