Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə137/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   133   134   135   136   137   138   139   140   ...   148

________________Milli Kitabxana________________

Slavyan - qanlı göz yaşı.

Burada rənglərin oxşarlığından bədii istifadə edilmişdir.



Səh 238.

Bəli, göz ağladır, "ha" hərfinə dönərsə əgər.

Ərəb əlifbasında "Ha" hərfi iki gözlü yazılır.

Səh. 239.

Məni Vətəndə ikən o, çağırdı ibn-cəla.



İbn-cəla - vətəndən ayrı düşənin oğlu, qərib.

Səh. 240.

Gecə geyindi zireh, bir mühib zülmətdən,

Süha çıxıb, onu deşdi, açıldı köksü həmən.

Tutub da zülməti qovdu Xəzib ilə Səlqa.



Süha,  Xəzib,  Səlqa - Kiçik  Ayı  bürcü  yaxınında  olan  ulduzlardır,  səhərə yaxın

görünürlər.

Xaqani səhərin açıldığını dan ulduzlarının görünməsilə bildirir.

Səh .240.

Sökəndə dan, oxudu "Vəzzüha" xoruz ucadan.



Vəzzüha - işıqlandı  deməkdir.  "Quran"da "Vəşşəms  və züha" ilə başlayan  surəyə

işarədir, yəni Günəş doğdu.



Səh. 243.

Fəzilətim məni Davudtək etdi peyğəmbər,

"Zəbur" qıldı mənə yaxşını, pisi əzbər.

Davud - gözəl  səsi  olan  peyğəmbərdir.  Klassik ədəbiyyatda  Ləhni-Davud  (Davudun

səsi) xoş səsə misal olaraq göstərilir. "Zəbur" (və ya "Məzamir") Davud peyğəmbərə nazil

olan müqəddəs kitab.

Səh. 243.

Fəzilətimlə cahanda tanınmışam "Əfzəl"

Bu fəzli bəxş qılıbdır xudayi-əzzə və cəl.

Birinci misrada "Əfzəl" sözü burada iki məna verir:

1.  Xaqaninin  öz  ləqəbi  (Əfzələddin).  2.  Fəzilətli.  Xudayi-əzzə və cəl-əziz və calal

sahibi - Allah.



Səh. 243.

Tutar əlimi məqamı uca Cəlaləddin.

İraqda  din  başçısı  imam  Cəlaləddin  Xavəriyə (İsfahaniyə)  işarədir.  O,  şairi  zamanın

xəlifəsi Əl-Müqtəfibillahın yanına aparıb, ona təqdim etmişdir.



Səh 246.

O, Nuhdur, onda Cudi dağı ləyaqəti var.

Nuh  peyğəmbər  zamanı  dünyanı  su  basdıqda,  o  öz  tərəfdarlarını  gəmisinə toplayıb,

qərq  olmaqdan  xilas  etmiş,  su  aşağı  enəndə Nuhun  gəmisi  guya  Ağrıdağın  yüksək

zirvələrindən biri olan Cudi dağına oturmuşdur.

Səh. 246.

Məgər görübdür onu Turda Kəlimullah,

Həra dağından ovunla enib Həbibullah.

Kəlimullah - Musa peyğembər (Allahla danışan).

Həbibullah - İbrahim peyğəmbərə işarədir.

Səh. 248.



________________Milli Kitabxana________________

Bax, necə gör halqalanmış damənimdə əjdaha,

Qorxuram, tərpənsəm, agah olsun heyvanım mənim.

Damən - ətək, əjdaha - burada zəncir deməkdir.

Səh. 248.

Qorxmasın ta gözlərimin nənnisində cüt uşaq,

Əjdahanı gizlədər hər an bu damanım mənim.

Yəni bəbəklərim bu canımı üzən zəncirləri görməsin deyə,  onlan ətəklərimlə örtürəm.



Səh. 248.

Boynuma Zöhhak ilanı saldı ahəngər bu gün,

Çün Firidun xəznəsidir əqlü ürfanım mənim.

Xaqani burada Zöhhak ilanı dedikdə, boynundakı zənciri nəzərdə tutur; yəni: bədənim

dəmir zəncirli olsa da, ruhun elm xəzinəsidir.

Səh. 249.

Gizlədər Xara dağını rəxti-əlvanım mənim.



Xara dağı - çaxmaq daşı kimi bərk qayaları olan dağdır; rəxtiəlvan -rəngbərəng (xara)

paltar deməkdir.

Misranın mənası: həbsxananın daş döşəməsini əynimdəki paltar örtür, yəni: mən quru

yerdə yatıram.



Səh. 249.

Qütbtək saxlar məni çarmıx dəyişməz nöqtədə,

Bu Zühəlsima iki Mərrix zənəb-sanım mənim.

Zühəl və Mərrix ulduz adlarıdır. Zənəb-buxov deməkdir.

Beytin  mənası:  həbsxananın  bir  küncündəyəm,  iki  buxovla  çarmıxa  çəkilmiş

kimiyəm.

Səh. 249.

Bu dəmir kürsüdə olcaq saqi-lərzanım mənim.



Saqi-lərzanım — titrəyən qol-qıçım deməkdir.

Səh. 250.

"Zər" sözündə iki hərf, var qovuşmaz heç zaman

Ərəb əlifbası ilə "zər" sözü şəklində biri-birinə bitişməyən iki hərflə yazılır.

Xaqani deyir: mənası qızıl olan bu iki hərfin özü biri-birilə birləşmir, o halda mənim

qəlbim onunla necə birləşə bilər?

Səh. 251.

Fəqr bətnində yetişdim, nitq əli oldu mamam.

Yəni yoxsullarla keçindim, yalnız dilimlə həyatımı təmin etdim.

Səh. 252.

Bax, əlim - Cövza, qələm - Hut oldu, məna – Sünbülə Sünbül Hutdan doğar, Cövza -

qələmdanım mənim.

Cövza - Əkizlər  bürcü; Hut - Balıq  bürcü; Sünbülə - Bakirə qız  bürcüdür. Əlim -

Cövza: əlimdə ox var (Cövzanın surətinə; işarədir); qələm - hut: qələmim (balıq suda olan

kimi)  murəkkəbdədir; məna - Sünbülə:  yəni - yazdıqlarım  (hələ heç  kəsin  yaratmadığı)

bakirə əsərlərdir. Sünbülə Hutdan doğar: qələmimdən bakirə (eşidilməmiş) şeirlər çıxar.



Səh 252.

Yeddi ölkədə yazarsa kimsə iki beytimi,

Kafərəm, Darül-Qəmamə - dörül-imanım mənim.



________________Milli Kitabxana________________

Darül-Qəmamə - Qəmamə adlı  bir  arvadın  Yerusəlimdə tikdirdiyi  kilsədir  eyni

zamanda, qəmamə-zibil, darül-qəmamə zibillik mənasını verir.

Xaqani  deyir:  dünyada  mənim kimi əsər  yaza  bilən  olsa,  qoy  mənim  məscidin  kilsə

(yaxud zibilxana) olsun.



Səh. 252.

Bu-Ləhəblərlə döyüşməkdən nə qorxum dəhrdə,

Mustafanın mehri olmuş əldə qalxanım mənim.

Bu-Ləhəb (Əbu-Ləhəb) - Məhəmməd  peyğəmbərin əmisi  və eyni  zamanda  düşməni

olmuşdur. Məhəmmədi çox incitmiş və təhqir etmişdir.

Xaqani    deyir:      Bu-Ləhəb      kimi      alçaq      düşmənlərlə döyüşməkdən  qorxmuram,

Məhəmmədin gücü məndədir.



Səh 252.

Qasimi-Rəhmət, Əbülqasım, Rəsulüllahdır,

Canıma, əqlimə sahib, şanlı sultanım mənim.

Qasimi-Rəhmət, Əbulqasim,  Rəsulüllah - hər  üçü  Məhəmmədin  ləqəblərindəndir.

Beytdə deyilir: mənim yalnız bir ağam var ki, o da Məhəmməddir.



Səh. 253.

Ki, Dəccalın işin işlər mina rəngli kəlisa?



Mina  rəngli  kəlisa - göy,  asiman  deməkdir;  burada  zəmanə mənasında  işlədilmişdir.

Misrada deyilir: bu zəmanə alçaqların, yalançıların xeyrinə hərəkət edir.



Səh. 253.

Bax, Məryəmin sapı kimi ikiqatdır bədənim,

İsadakı iynə kimi təkcədir qəlbim mənim.

Dini  rəvayətə,  görə,  Məryəm  İsanı  götürüb  Dəməşqə getmiş  və orada  hər  ikisi  yun

əyirir, muzd ilə yaşamışlar. İsanın iynəsi - guya İsa göyə çəkilib, dördüncü fələyə çatanda,

mələklər: - "Dünya malından İsada bir şey varmı?" - deyə onu axtarmış və bircə iynə ilə

bir qırıq küpə tapmışlar ki, buna görə onu yuxarı göylərə buraxmamışlar.

Xaqani burada öz vücudunu Məryəmin bükülmüş sapına, yalqızlığını İsanın iynəsinə

bənzədir.

Səh. 253.

Sur kimi nəfəslənən ahlarımla hər səhər.

Mavi damın bacasında yerləşən xaç deşilər.

Sur - guya qiyamət günü ölüləri diriltmək üçün İsrafil adlı mələyin çalacağı borudur.

İkinci  misrada  olan  xaç  sözü  ekvator  xətti  ilə yer  məhvərinin  (oxunun)  birləşərək,  yer

kürəsinin ortasında əmələ gətirdiyi xaçdır.

Səh. 253.

O dördüncü göydə İsa Günəşlə həmxanasa,

Bundan nə həzz ala bilər İsa quşu - yarasa?

Dini xurafata görə, İsanın möcüzələrindən biri də palçıqdan quş qayırıb, üfürərək, ona

həyat verməsi olmuşdur ki, bu quş da guya yarasa imiş.

Xaqani burada demək istəyir ki, yarasa işıqdan heç bir fayda almadığı kimi, mənim də

elmimin, sənətimin bu qaranlıq zindanda heç bir faydası yoxdur.

Səh. 254.

Niyə İsa və quşunun özü təbibi olmur,

Ki, o quşun kor gözünə özü bağışlasın nur?

İsanın göstərdiyi möcüzələrdən biri də anadangəlmə korların gözünü aça bilməsi imiş.




Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə