Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə138/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   134   135   136   137   138   139   140   141   ...   148

________________Milli Kitabxana________________

Xaqani  burada  kinayə ilə deyir:  korları müalicə edən  İsa  nə üçün  özünün  yaratdığı

quşun (yarasanın) gözünü açmadı?

Səh. 254.

Məryəm xurma ağacıyla göstərmişsə möcüzü,

Mən təbimin paklığına şahid gətirrəm sözü.

Məryəm Beytülmüqəddəsdən qaçarkən yolda İsam doğmalı olur. O, burada bir xurma

ağacına söykənir,  ağacın  dibindon  bulaq  çıxır,  İsa  doğulur.  Guya  mələklər  bu  bulağın

suyu  ilə onu  yuyurlar.  Sonra  Məryəm  yenə quru  xurma  ağacını  tərpədir,  ağacdan  təzə

xurmalar tökülür.

Xaqani bütün bunları xatırladaraq, deyir: Məryəmin möcüzələrinə xurma ağacı şahid

olan kimi, mənim də təbimin bakirəliyinə əsərlərim şahiddir.

Səh. 254.

Necə iki "əlif" durar bir "ətəna" sözündə,

"Tən"in o cür dayanmışam arxasında, önündə.

Ərəbcə yazılan "ətəna" sözünün hər iki tərəfındə "əlif" durur. Xaqani deyir: mən də bu

cür iki "əlif" kimi "tən"in dalında və qabağında durmuşam,  yəni, hər tərəfdən mənə tənə

ilə hücum edirlər.



Səh. 254.

Abbasilər qapısına getmərəm kömək üçün,

Səlcuqilər qapısında inləmərəm bircə gün.

Abbasilər - İslamiyyətdə əməvilərdən  sonra  gəlmiş  xəlifələr  sülaləsidir.  Bunların

dövründə


islam   ölkələrinin   birliyi   yavaş-yavaş   dağılaraq parçalanmış, xəlifəlik öz

əvvəlki qüdrətini itirmişdir.



Səlcuqilər - XI-XIII əsrlərdə Yaxın Şərqdə hakimiyyət  sürmüş  səlcuq  türkləridir.

Bunların əvvəl  vahid  olan dövləti  sonradan  parçalanmış,  hakimlər  arasına  təfriqə və

ədavət düşmüşdür.

Xaqani  burada  deyir:  Mən  nə Abbasilərdən  kömək  istəyirəm  (onların  özləri

köməksizdir),  nə də Səlcuqilərlə dost  olmağı  arzu  edirəm  (onların  özləri  biri-birinə

düşməndirlər).



Səh. 254.

Nə Arslan, nə də Bəğra qapısına gedərəm.



Arslan - Məlikşah  Səlcuqinin  nəvələrindəndir; İranda  15  il  hakimiyyət  sürmüşdür.

Bəğra - Arslanın oğludur.



Səh. 255.

.Yusif yoxdur, qıtlıq günü eləsin məni təmin,

Birdir mənim gözlərimdə Yəhuda, İbn-Yamin.

Rəvayətə görə,  Yusif  Misirdə hökmranlıq  edərkən,  qonşu  məmləkətlərə böyük

qəhətlik  düşmüş  və Yusif  onlara  azuqə vermişdir. Yəhuda - Yaqub  peyğəmbərin  böyük

oğlu,  Yusifin  ögey  qardaşıdır. İbn-Yamin (Binyamin) - Yəqubun  kiçik  oğlu,  Yusifin

doğma qardaşıdır.



Səh. 255.

Əzbərləyib "Əlhəmdüllah", "Əlkəhf"i, "Ərrəhman"ı,

Həm "Yasin"i, həm "Tasin"i, həm "Mim"i, həm "Tahan"ı. "Quran" surələridir.

Səh. 255.

Miqatdan Həccə gedib, təvaf edib Kəbəni,

Səyü cümar icra edib, görüb əsl qibləni.



________________Milli Kitabxana________________

Miqat - yer  adıdır;  Məkkəyə ziyarətə (Həccə)  gedənlər  burada  xüsusi  paltar  (ehram)

geyirlər.  Təvaf  edib,  Kəbəni:  Kəbənin ətrafına  dolanıb – deməkdir. Cümar - Məkkədə,

Mina düzündə qurban bayramından sonra ziyarətçilərin üç gün qaldığı yerdir.

Səh. 255.

Yəhudanın tay-tuşudur düşmənlərim, odur, mən,

İsa kimi çox qorxuram gözlənilməz tənədən.

Yəhuda - Bəni-Israil; Məryəmə və İsaya qəsd edən.

Səh. 255.

Nədir əmrin, Yəhudanın sitəmindən qorxaraq,

Mən Sükuba kilsəsinə düşüm əlindən qaçaq.

Sükuba - nəsrani  abididir;  guya  İsa  yəhudilərin  zülmündən  qaçaraq,  Sükubanın

tikdirdiyi kilsəyə getmiş və oradan göyə çəkilmişdir.



Səh. 256.

Nacorməklik hara, Mərxan kilsəsində mən hara?

Bokratilər qapısına gedib, istəyim çara?

Nacorməklik- bütxanada  oturmağa  deyilir; Məxran - kilsə adı; Bokratilər - iflis

hökmdarlandır.



Səh. 256.

Əynimə bir çuxa geyim, orada "molo" çalım?



"Molo " – keşişlərin kilsədə avazla oxumasına deyilir.

Səh. 256.

Bətriq kimi yurdum olsun qayaların ətəyi?

Bətrib (bitrib)-xristianların ruhani və bunlardan monastıra yaşayan birisinin adıdır

Gedib Rumun heykəlində məktəb açım təzədən?

Mətran qoyan ayinləri başlayım təlimə mən?

Heykəl - Rumda  bir  məbəd  adı; Mətran  (Mitran) - mitropolit,  pravoslav

xristianlarında yüksək ruhani dərəcədir.



Səh. 256.

Səqqa oğlu kimi atım ridanı, teyləsanı?

Zünnar asım, bərnəs geyim, olum donuz çobanı?

Səqqa oğlu - Şeyx Sənanın ləqəbi; rida - bəzi ruhanilərin atdıqları örtük, əba; teyləsan

- ruhanilərin  başlarına,  yaxud  çiyinlərinə saldıqları parça;  zünnar - vaxtı  ilə xristian

keşişlərinin  bağladıqları rəngli  qurşaq;  bərnəs –nəsranilərin  qoyduqları böyük  yun

papaqdır.



Səh. 256.

Verim böyük Tərsiqusun qarşısında imtahan,

Söhbət açım Cəbrayildən, oğuldan və atadan?

Tərsiqüs (Tursiqus) - nəsranilərdə böyük bir ruhani və alim olmuşdur. Oğul - İsa, ata -

müqəddəs  ruh  (Allah), Cəbrayil - Allahın əmrilə Məryəmə müqəddəs  ruhu  püfləyən

mələk.

Səh. 256.

Üsqüf mənim biliyimi üstün tutar, verər həqq,

Yəqub ilə, Nəstur ilə Məlkaya qarşı mütləq.

Üsqüf- xristian  qazısı; Yəqub  və Nəstur - iki  keşiş; məlka-xristianların  böyük

ruhanilərindən biridir.



Səh. 256.


________________Milli Kitabxana________________

Kəşf edərəm öz əlimlə əsrarını lahutun,

Göstərərəm nə deməkdir həyulası nasutun.

Əsrarını  lahutun - Allahın  sirlərini; Həyulası  nasutun - insanlığın  maddi  aləmi

deməkdir.



Səh. 257.

Deyərlər ki, bu, hikmətdə ikinci Bətlimusdur,

Böyüklükdə, hörmətində şöhrətli Filakusdur.

Bətlimus (Ptulamey) - Fludisin oğlu, məşhur həkim Calinusun şagirdidir; İkinci əsrin

əvvəllərində İskəndəriyyədə yaşamış  böyük  riyaziyyatçı  və ulduzşünas  alim  olmuşdur.



Filakus (və ya Filikus) - qədim Romanın görkəmli alimlərindən biri olmuşdur.

Səh. 257.

Qüstəntinə aparılan yazımın hər kəlməsi,

Ölülərə hünut olar, dirilərin sürməsi.

Qüstəntin - Xaqaninin  məktub  yazdığı  Rum  hakimi; hünut - ölülərin  uzun  zaman

qalıb, çürüməməsi üçün meyitə sürtülən xoş qoxulu maddədir.



Səh. 257.

Məsihanın eşşəyinin peyinini basıb mən,

Burun qanın dayandııram qoca abidin fövrən.

Məsiha - İsa  peyğəmbərin  ləqəbidir.  Eşşək  peyini  vaxtı  ilə burundan  axan  qanı

kəsmək üçün bir dərman kimi işlənirmiş.



Səh. 257.

Üç "üqnumu", üç "qurquru" öyrənərəm mən əzbər.



Üqnum - əsil, əsas; üç üqnum - ata,  oğul  və müqəddəs  ruh  deməkdir.  (yeni,

xristianların  İsanı  ya  Allah,  ya  allahın oğlu,  ya  da  allahın  ruhu  adlandırdıqları Allah

üçlüyü.) "Qurquf' - nəsranilərdə bir kitabın adıdır.

Səh. 257.

Dara çəkilən zaman İsa dedi gedirəm,

Yuxanda öz atamın səsini dərk edirəm?

Burada Xaqani İsanın guya "Mən allahın oğluyam" demiş olmasına işarə edir.



Səh. 257.

Əgər Zərdüşt dini ilə maraqlanarsa qeysər,

Əlim ilə "Zənd-Avəsta" ayinləri dirilər.

Zərdüşt - atəşpərəstlərin peyğəmbəri; "Zənd-Avəsta" - Zərdüştün əsəridir.

Burada  Xaqani  Rum  qeysərinə,  onun üçün  Zərdüşt  ayinləri  yazmağa  hazır  olduğunu

söyləyir.

Səh. 258.

Deyirəm ki, od nə idi, haradan yarandı "Zənd"

Ki, onların ikisindən ad aldı zənd-pazənd?

Zənd-pazənd - qədimdə od əldə etmək üçün işlədilmiş olan iki ağac alətin adıdı -; üstə

qoyulub burulanı zənd, altdakını pazənd adlandırmışlar.



Səh. 258.

Bir möbədi tarazıya qoyub, axtarsam taraz,

Luka oğlu Qəsta onun yəqin pərsəngi olmaz.

Möbəd - zərdüştilərin  kahini; Luka  oğlu  Qəsta -Abbasilər  dövründə yaşamış  məşhur

tibb alimi olmuşdur.




Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə