Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   25   26   27   28   29   30   31   32   ...   100

 
97 
2. Normal qradientin təsirinə düzəliş vermək üçün 
3.  Müxtəlif  ərazilərdə  təyin  edilən  maqnit  sahəsinin  qiymətini  vahid 
səviyyəyə gətirmək üçün və s. 
 
 
 
§25. Yerin maqnit sahəsinin variasiyası 
      Uzun müddət bir müşahidə məntəqəsində Yerin maqnit sahəsinin 
öyrənilməsi  göstərdi  ki,  Yerin  maqnit  sahəsi  sabit  qalmır,  vaxtdan 
asılı  olaraq dəyişir. Bu  hadisəni öyrənmək üçün bizim respublikada 
da  xususi  xidmət  idarəsi  var  ki,  aramsız  olaraq  maqnit  sahəsinin 
gərginliyinin  dəyişməsi  yazılır,  buna  maqnit  observatoriyası  deyilir. 
Maqnit  sahəsinin  bir  müşahidə  məntəqəsində  zamana  görə 
dəyişməsinə maqnit variasiyası deyilir. Variasiyalar dövrü və qeyri-
dövrü olur. Dövrü variasiya müəyyən vaxt ərzində maqnit sahəsinin 
dəyişməsinin tam başa çatmaq siklinə deyilir və sutkalıq, illik, əsrlik 
olur.  Dövrü  olmayan  variasiya  yoxdur.  Maqnit  burulğanlılıq 
müəyyən dövrə malik deyil, bir neçə saatdan 2-3 sutkaya kimi davam 
edə bilir. Sutkalıq, illik variasiyalar və maqnit burulğanlığı Günəşdən 
gələn şualanmaların hesabına baş verir. Əsrlik variasiyanı  isə Yerin 
daxilində gedən proseslərlə bağlayırlar. 
Maqnit kəşfiyyat işləri apardıqda variasiya maneələrə çevrilir. 
Xüsusilə sutkalıq variasiya və maqnit burulğanlığı çox maneə törədir
cünki bunların dövrü çox kiçik, sahəsinin qiyməti isə çox böyükdür, 
sutkalıq variasiya 50 nTl, maqnit burulğanlığı isə bir neçə yüz nTl-ya 
çatır.  Bu  maneədən  qurtarmaq  üçün  çöl  işləri  aparılan  ərazidə 
Geofiziki  partiyalarda  xususi  cihazlar  qoyulur  ki,  bu  variasiyaların 
qiymətini bütün gün ərzində yazır. 
 
§ 26.Süxurların maqnit xassəsi haqda ümumi məlumat 
Bütün  süxurlar  maqnit  sahəsinə  gətirildikdə  müxtəlif  cür 
maqnitlənir, belə ki, maqmatik, metamorfik və çökmə süxurları müx-
təlif  maqnit  xassələrinə  malikdirlər.  Süxurların  maqnit  xassəsini 
təsvir  edən  kəmiyyətlərdən  biri  maqnit  qavraycılığıdır. 

  qiyməti 
süxurun  maqnit  sahəsində  maqnitlənmə  qabiliyyətinin  çox  və  az 


 
98 
olmasını göstərir. Çünki süxurların tərkibi müxtəlifdir, buna görə də 
müxtadif qavraycılığa malikdir və eyni bir maqnit sahəsində müxtəlif 
maqnitlənməyə malikdir.  

-nın qiymətinə görə bütün minerallar üç qruqa bölünür: dia-
maqnitlər, paramaqnitlər və ferromaqnitlər. 
Diamaqnit  minerallar  (vismut,  mis,  qızıl,  gümüş,  almaz, 
qurğuşun, kvars, kips və s.) ən kiçik maqnit qavraycılığına malikdir. 

  <0  ,  adətən  (1-2)  10
-5
  BS  vahidi.  Belə  minerallar  maqnit  anomal-
iyası yarada bilməzlər. 
Paramaqnit  minerallar  (platil,  qranat,  turmalin,  müskovit  və  s.) 
maqnit qavraycılığına malikdir. 

  >0 , (20-19) 10
-5
 BS vahidləri hü-
dudunda dəyişir. Bu mineralların külli miqdarda bir yerə toplanması 
bir neçə nanotesla anomaliya yarada bilər. 
Paramaqnit və diamaqnit mineralların maqnitlənməsi I xarici maqnit 
sahəsinin  gərginliyi  ilə  düz  mütənasibdir,  yəni  maqnit  sahəsinin 
gərginliyi  artdıqca  maqnitlənmə  də  artır  və  əksinə  (şəkil  33).  Bu 
mineralları  maqnit  sahəsindən  çıxardıqdan  sonra  minerallar  maq-
nitliyini  itirir.  Belə  ki,  bu  maqnitlənməyə  induktiv  maqnitlənmə 
deyilir, yəni xariçi sahənin hesabına yaranan sahədir. Bu I
i
 kimi işarə 
olunur.  İnduktiv  maqnitlənmə  ilə  onu  yaradan  sahə  arasında 
aşağıdakı əlaqə mövcuddur. 
        
 


 
99 
Şəkil  33.
Maqnitlənmənin  intensivliyinin  maqnit  sahəsinin  gərginliyin 
asılılığı.a-paramaqnit (1), diamaqnit (2), b-ferromaqnit mineralla
r. 
 
Ferromaqnit minerallar böyük maqnit qavraycılığına malikdir  

  »  0 
(maqnitit, maggemit   4-dən 25 BS vahidləri, titanomaqnitit 10
-5
-dən 
25  BS  vahidləri,  pirrotin  isə  10
-2
-dən  10
-1
  BS  vahidləri  hududunda 
dəyişir). 
     Ferromaqnit  minerallar  üçün  xarici  maqnit  sahəsinin  təsirindən 
maqnitlənmə prosesi mürəkkəb əyri ilə təsvir olunur, buna qisterezis 
əyrisi deyilir (şəkil 10b). Bu əyri göstərir ki, xarici maqnit sahəsinin 
gərginliyi  T  artdıqca  maqnitlənmə  əvvəlcə  çox  tez  artır,  sonra 
yavaşımağa  başlayır  və  nəhayət,  mineral  doyma  halına  çatır  M 
nöqtəsi  əgər  sahəni  T  –  ni  yavaş-yavaş  azaltmağa  başladıqda  I 
azalmağa başlayır. Bu azalma maqnitlənmə prosesindən yavaş gedir. 
T=  0  olanda  maqnitlənmə  tam  yox  olmur,  bir  qədər  qalıq  maq-
nitlənməyə  malik  olur  I
r
.  Əgər  biz  cismi  tam  maqnitsizləşdirmək 
istəsək, yəni   I
r
=0, onda biz cismə əvvəl verdiyimiz maqnit sahəsinin 
əks  istiqamətində  sahə  ilə  təsir  etməliyik  -T
s
    buna  koerstiv  qüvvə 
deyilir. 
      Təbiətdə  çoxlu  süxurlara  rast  gəlinir  ki,  onlar  qalıq  maqnitlən-
məyə  I
r
  malikdir.  Bu  maqnitlənmə  qədim  zamanlarda  Yerin  maqnit 
sahəsində əmələ gəlmişdir. Belə maqnitlənmə yerdə gedən bəzi fiziki 
və kimyəvi proseslər nəticəsində baş verir. Ferromaqnit mineralların 
yüksək  qalıq  maqnitlənməsini  saxlamaq  qabiliyyətinə  malik 
olmasıdır.  Süxurlarda  bir  neçə  (növ)  qalıq  maqnitlənmə  ayrılır: 
temperatur,  kimyəvi,  yaxud  kristallaşma,  vyazki,  dinamik  və  s. 
Süxurlar  eyni  zamanda  müxtəlif  (növ)  maqnitliyə  malik  olurlar.  Bu 
maqnitlənmənin vektorlar cəminə təbii qalıq maqnitlənmə deyilir və 
I
n
 kimi işarə edilir. 
     Yerin indi mbvcud olan maqnit sahəsinin təsiri ilə bütün süxurlar 
əlavə olaraq induktiv qalıq I
i
 maqnitlənmə əldə edir. Belə olan halda, 
süxurlar bütün bu maqnitlənmələrindən cəm maqnitlənmələrdən əldə 
edir.   
                                    I = I

+ I

= I



T. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə