XəZƏr universiteti erciyes universiteti



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə15/187
tarix12.10.2018
ölçüsü4,61 Mb.
#73678
1   ...   11   12   13   14   15   16   17   18   ...   187

32 

 

AXC –NİN VERSAL (PARİS) SÜLH KONFRANSINA TƏQDİM EDİLƏN 



SƏNƏDLƏRİNDƏ AZƏRBAYCAN XALQININ ETNİK VƏ MİLLİ 

MƏNLİYİ 

 

Yəhyayeva Xəyalə  

 

  Müsəlman Şərqində ilk respublika hesab olunan Azərbaycan Xalq Cümhu-

riyyətinin xarici siyasətinin başlıca məqsədi, Azərbaycanın müstəqilliyinin gerçək-

ləşməsindən ibarət idi. Qonşu ölkələrin Azərbaycan istiqlalını tanıması müstəqilliyin 

dönməzliyinin  təmin  edilməsi  üçün  kifayət  deyildi.  Hesab  edilirdi  ki,  dünyanın  o 

vaxtkı ən böyük dövlətləri tərəfindən respublikamızın müstəqilliyinin tanınması keç-

miş metropoliya-Rusiyanın iddiaları və birbaşa təcavüzü qarşısında önəmli rol oy-

naya bilər. Məhz ona görə də bu sahəyə birinci dərəcəli əhəmiyyət verilmiş və işin 

təşkilinə  ölkənin  ən  nüfuzlu  şəxsləri  cəlb  edilmişdi.  Həmin  dövrə  təsadüf  edən,  I 

Dünya müharibəsindən sonra dövlətlərarası münasibətləri nizama salmağı qarşısına 

məqsəd qoyan Versal (Paris) sülh konfransı dövlətimizin və müstəqilliyimizin bey-

nəlxalq aləmdə tanınması üçün əlverişli şərait yaratdı. (Nəsibli N 2011, 220) 

  İlk öncə, yeni yaranmış respublikanın konfransa və onun vasitəsi ilə də Qər-

bə təqdim edilməsi işinin təşkil olunurdu. Yəni Qərb dünyasının Azərbaycanla bağlı 

məlumatsızlığı problemi və ondan doğan çətinliklər aradan qaldırılmalı idi. Müxtəlif 

sahələri  əhatə  edən  məlumatların  toplanılması  üçün  komissiyalar  təşkil  olundu. 

Məhz bunun nəticəsi idi ki, AXC sülh nümayəndəliyi Azərbaycanın dövlətçilik ta-

rixi, mövcud durumu və problemləri, iqtisadi-mədəni potensialı, inkişaf perspektiv-

ləri ilə bağlı çoxsaylı materiallarla təmin olunmuşdur. (Musayev. İ 2003, 138)  

  Qərb ictimaiyyətinə təqdim olunmuş sənədlərdə Azərbaycan əhalisinin ant-

ropologiyası və etnik tərkibi haqqında olan məlumatlar xüsusi əhəmiyyət kəsb edir. 

Qeyd edək ki, bu cür məlumatlara təqdim olunmuş sənədlərin bir çoxunda rast gəl-

mək mümkündür.  

  1919-cu  il  mayın  28-də  danışıqlar  preziden  Vilsonla  görüş  zamanı  ABŞ 

rəsmisi  Azərbaycan  nümayəndələrinə  öz  tələblərini  Sülh  konfransının  katibliyinə 

vermələrini  məsləhət  görmüşdür.  Hələ  kitabça  formasında  çap  edilməzdən  əvvəl 

tələblər  əlyazma  halında  Sülh  konfransının  katibliyinə  təqdim  edildi.  Tələblərdə 

Azərbaycan haqqında geniş tarixi-etnoqrafik, iqtisadi və siyasi xarakterli məlumat-

ların  verilməsi  konfrans  iştirakçılarının  Azərbaycan  haqqında  məlumatların  ya 

olmaması, ya da həddindən artıq bəsit olması ilə bağlı idi.  

Versal (Paris) sülh konfransına təqdim olunan memorondumdan məlum olur 

ki, Azərbaycan respublikası hökumətinin nəzarəti altında olan mübahisəsiz  ərazi 

837.866 kv. verst və yaxud 94.137.38 kvadrat kilometr idi. Bu da bütün Qafqazın 

217.408  kv.verst  və  yaxud  247.376.15  kvadrat  kilometr  olan  ərazisinin  30%-i 

demək idi. (Həsənli C. 1993, 204) Lakin, bəzi mənbələrdə Azərbaycanın ərazisinin 

cüzi fərqli rəqəmlərlə göstərildiyinin də şahidi oluruq. Məsələn: M. Ə. Rəsulzadə 

“Qafqaz  türkləri”  adlı  əsərində  yazır:  “...  Azərbaycan  Güney  Qafqazın  yerləşir. 

Toplam 92.160 kv. kilometr olan (85.348) bu yer genişliyinə görə Portuqaliya, əski 

Serbiya ilə bir olub, İsveçrə Respublikasının iki qatıdir” (Rəsulzadə M. 2012, 61).  



33 

 

Topçubaşov  göstərirdi  ki,  rus  statistikası  Qafqazdakı  müsəlman  əhalisinin 



sayını  qəsdən  azaltmasına  baxmayaraq,  burada  onun  hakim  element  olduğunu 

gizlədə bilməmişdir. Zaqafqaziyanın 7, 6 mln nəfərdən ibarət olan ümumi əhalisinin 

3,  3  milyonunu  müsəlmanlar,  1,  8  milyonunu  ermənilər,  1,  6  milyonunu  gürcülər 

təşkil  etmişdir.  Müsəlman  əhalisinin  əksəriyyəti-  2,  7  mln-u  da  azərbaycan 

türklərindən ibarət idi(Nəsibli N. 2011, 221).  

  O  dövr  Azərbaycan  əhalisi  haqqında  M.  Ə.  Rəsulzadə  də  maraqlı  məlu-

matlar vermişdir. Müəllifə görə Azərbaycan əhalisi 3 milyona yaxındır. Bu 3 milyo-

nun yüzdə 70-i türk-müsəlman, yüzdə 20-i erməni, qalanı da rus, yəhudi, alman və 

başqalarıdır.  Əhalinin  yüzdə  77-i  köylü,  yüzdə  23-ü  isə  şəhərlidir.  Milliyətcə 

əhalinin çoxu türklərdir. Türk çoxluğu əkinçiliklə, heyvan bəsləməklə yaşar. Bundan 

başqa sənətkarlıq, ticarət, sənaye ilə uğraşanları da çoxdur. (Rəsulzadə M. 2012, 62)  

  Yenə həmin mənbədən bəlii olur ki, Azərbaycanda yerlilərdən sonra sayca 

ermənilər  gəlir.  Ermənilər  daha  çox  Qarabağ  dağlarında  (Zəngəzurda)  kürdlərlə 

qarışıq,  bir  az  da  Gəncə,  Şamaxı,  Şəki  qəzalarında  yaşarlar.  Ermənilərdən  sonra 

sayca  yüzdə  10-a  girən  milli  qruplardan  ruslarla  ukraynlılar  tuturlar.  Bunların  bir 

çoxu şəhərlərdə, bir az da Muğan ovalığı ilə Şamaxı qəzasında yaşayır. Bir dönəm 

çar  onları  buralara  yerləşdirmişdir.  Bu  yerləşdirmə  siyasəti  indi  də  sürdürülmək-

dədir. Bunlarda başqa yerli azlıqlardan ləzgilər, yəhudilər, tatlar gəlir ki, daha çox 

dağlarda yaşar, dilcə türkləşməkdədilər. (Rəsulzadə M. 2012, 63) 

  Həmin dövrdə Azərbaycan ərazisində əhalinin məskunlaşma coğrafiyasına 

diqqət yetirdikdə, regionlararası fərqin olduğu açıq-aşkar görülməkdədir.  

  Əhalinin sıxlığına görə Azərbaycan Güney Qafqaz cümhuriyyətləri arasında 

ikinci yerdədir. Bir kvadrat kilometrə 30 adam düşür. Bir sıra yerləri çıxdıqdan sonra 

da (Məsələn, Bakı şəhərilə yan-yörəsində bir kvadrat kilometrə 436) əhalinin sıxlığı 

yerinə  görə  ortalama  20  ilə  43  arasında  sallanmaqdadır.  Azərbaycan  cinsə  görə 

qadını erkəyindən az olan ölkələrdəndir. Azərbaycanda hər 1000 erkəyə 855 qadın 

düşür. (Rəsulzadə M. 2012, 63)  

  O dövr Azərbaycan xalqının etnik tərkibi və ümumiyyətlə ölkəmizdə möv-

cud olan demoqrafik vəziyyət haqqında daha geniş məlumatlara isə Sülh heyətinin 

müttəfiq dövlətlərə təqdim etdikləri sənədlər arsında özünəməxsus yeri olan “Qafqaz 

Azərbaycanı əhalisinin antropoloji və etnik əsəri ” (“Composition antropologique et 

ethnique  de  la  population  de  l’Azerbaidjan  du  Caucase”)  adlı  əsərdə  rast  gəlmək 

mümkündür.  

  Əsər  tanınmış  antropoloq,  doktor  Pantuovun  irqi  cəhətdən  Qafqaz  xalqla-

rının bölgüsü ilə başlayır. Sözügedən alim Qafqaz xalqlarını 6 irqə bölür: 

1. Simberik irq  

2. Adriatik irq 

3.  Semitik  irq-  (burada  bu  anlayış  təkcə  yəhudiləri  və  semitləri  deyil,  eyni 

zamanda qədim dünyanın yeddi antik xalqını da özündə əks etdirir) 

4. Ural-Altay irqi 

5. İran irqi 

6. Monqol irqi.  

Yuxarıda adı çəkilmiş bölgüdə Azərbaycan xalqının əsasən üç irqə aid olduğu 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə