XəZƏr universiteti erciyes universiteti



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə16/187
tarix12.10.2018
ölçüsü4,61 Mb.
#73678
1   ...   12   13   14   15   16   17   18   19   ...   187
    Bu səhifədəki naviqasiya:
  • Astract

34 

 

qeyd olunur: semitik, iran və adriatik irqlər. (“Composition antropologique et eth-



nique de la population de l’Azerbaidjan du Caucase”, 3-4) 

Əsərdə də qeyd olunduğu kimi, etno-linqvistik baxımdan Şimali Qafqaz və 

Dağıstanla müqayisədə Azərbaycanı qarışıq irqlərin sıx şəkildə məskunlaşdığı ərazi 

hesab  etmək  olmaz.  Belə  ki,  Şimali  Qafqazda  demək  olar  ki,  hər  dərə,  hər  vadi 

özünəməxsus  dialektə,  adər-ənənənələrə  və  qaydalara  malik  xalqlar  tərəfindən 

məskulaşıb.  

Yazılan  məlumatlardan bir daha aydın olur ki, Azərbaycan xalqının əsasını 

Cənub və Cənub-Şərqi Qafqazda məskunlaşan türk-tatarlar təşkil edirdi.  

Məlumat üçün qısaca qeyd edək ki, Azərbaycan türkləri və Azərbaycanlıların 

təşəkkül  tapmasında  qıdim  xalqların  iştirakı  olmuşdur.  Məsələn:  1)  İskit-(skif 

tayfası) bura daxildir. Massaget, sak, kaspi, hun, uz, bulqar, savir (sabir, sibirlilər), 

xəzərlər. 2) Ən qədim türklər- bulqarlar, uyğurlar, çuvaşlar, yakutlar; ilkin türklər- 

oğuzlar, tuvanlar, xakaslar, şorlar; yeni yaranan türklər- azərbaycanlılar, özbəklər, 

qaqauzlar, qıpçaqlar, türkmənlər, cığataylar. 3) Şumerlər- (sumerlər) yəni üç min il 

bundan əvvəl yaşayan türklər. (Hüseynov M. 1999, 258-259) 

Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan xalqının əsasını türklər təşkil 

edirdi. Lakin bu o demək deyidi ki, Azərbaycanda digər millətlərin nümayəndələri 

yaşamırdı.  “Qafqaz  Azərbaycanı  əhalisinin  antropoloji  və  etnik əsəri”-ndə  o  dövr 

Azərbaycanda yaşayan bir neçə xalq haqqında qısa şəkildə qeyd olunur: 

Tartarlar-  Azərbaycanda,  əsasən  Şərqi  Qafqazın  dörd  quberniyasında  məs-

kunlaşıblar (Yerevan, Tiflis, Yelizavetpol, Bakı).  



Türkomanlar  (tərəkəmələr)-  əsasən  Qars  əyalətində,  az  bir  hissəsi  isə  tərə-

kəmə adı altında Ahalsıx ərazisində yaşayırlar.  



Qarapapaqlar- Türkomanlar kimi onlar da əsasən Qars əyalətində sıx şəkildə 

məskunlaşıblar.  

Türko-tatarlar ümumiyyətlə Qafqazda- 2. 909. 132 nəfər, Azərbaycanda- 2. 

658. 766 nəfər 



Farslar-  Tiflis,  Bakı,  Batum  və  Dağıstanda  yaşayırlar  və  Azərbaycan  ləh-

cəsində danışırlar. Qafqazda: 19. 723 nəfər, Azərbaycanda: 12. 714 nəfər 

Tatlar-  Bakı,  Dağıstanın  cənub-şərqi  və  Yelizavetpol  ərazisində  məskunla-

şıblar. Qafqazda: 154. 587 nəfər, Azərbaycanda: 152. 747 nəfər 



Talışlar-  Lənkəran  ərazisində  daha  sıx  halda  yaşayırlar.  Qafqazda:  57.  539 

nəfər, Azərbaycanda: 57. 050 nəfər.  



Ləzgilər- əsasən Dağıstanda, bundan başqa isə Quba qəzasında və Yelizavet-

pol qəzasının bir neçə kəndində məskunlaşıblar.  



Avarlar-  mərkəzi  Dağıstanda,  Azərbaycanda  isə  Zaqatala  bölgəsində  məs-

kunlaşıblar.  



Udinlər- qədim Qafqaz Albaniyasının əhalisi hesab olunan bu xalqa Vartaşen 

(indiki Oğuz) və Nuxa(indiki Şəki) şəhərlərində daha çox rast gəlmək olar.  

Azərbaycan ərazisində bu xalqlarla yanaşı slavyan xalqları və avropalılar da 

məskunlaşmışdılar: 



Ruslar- Qafqazda: 346. 970 nəfər, Azərbaycanda: 179. 523 nəfər 

Ukraynlar- Qafqazda: 41. 730, Azərbaycanda: 16. 523 


35 

 

Polyaklar- Qafqazda: 22. 230, Azərbaycanda: 10. 930 



Litvalılar- Qafqazda: 5. 320, Azərbaycanda: 260 

Almanlar- Qafqazda: 22. 880, Azərbaycanda: 8. 970 

Ruminlar, fransızlar, italyanlar- Qafqazda: 1. 170, Azərbaycanda- ----- 

Yunanlar- Qafqazda: 99. 320, Azərbaycanda: 69. 820  (“Composition  antro-

pologique et ethnique de la population de l’Azerbaidjan du Caucase”, 5-13) 

Qeyd  edək  ki, bu məsələni daha düzgün və ardıcıl  şəkildə şərh etmək  üçün 

Nümayəndə  heyəti  mənbə  kimi,  Qafqaz  İdarəsi  tərəfindən  yaradılmış  və  sübut 

edilmiş elmi təsnifatdan istifadə etmişdilər.  

Beləliklə, bütün qeyd olunanlardan belə bir nəticəyə gəlmək olar ki, cəmi 23 

ay yaşamasına baxmayaraq milli tariximizdə parlaq səhifələrdən biri hesab olunan 

AXC-nin aparıcı maarifçilərinin əsərlərində və nümayəndə heyətinə təqdim edilmiş 

sənədlərdə  Azərbaycan  xalqının  antropoloji  və  etnik  cəhətdən  zənginliyi  bir  daha 

sübut edilmiş və yüksək səviyyədə Qərb ictimaiyyətinin diqqətinə çatdırılmışdır.  



 

Ədəbiyyat 

1.

 



Délégation Azerbaidjanienne à la Conférence de la Paix. “Composition antropologique 

et ethnique de la population de l’Azerbaidjan du Caucase”. Paris, 1919 

2.

 

Həsənli C. “Azərbaycan beynəlxalq münasibətlər sisitemində”. Bakı, 1993 



3.

 

Hüseynov M. “dünya türklərinin müxtəsər tarixi”. Bakı, 1999 



4.

 

Musayev İ. “Azərbaycanın xarici siyasəti (XXəsr)”. Bakı, 2003 



5.

 

Nəsibli N. “Azərbaycan Demokratik Respublikasının xarici siyasəti”. Bakı, 2011 



6.

 

Rəsulzadə M. “Qafqaz türkləri”. Bakı, 2012 



 

Astract 

 

The main task of delegation of the newly formed Azerbaijan Republic, took part in 

Versailles  peace  conference  was  to  bring  Azerbaijan  people´s  will  and  existence  of 

Azerbaijan  Republic  to  the  attention  of  world.  For  this  purpose,  the  delegation  published 

books and broshures in various languages to introduce their country, its ancient history and 

art, their independent living right at their native land. The national identity of Azerbaijanis 

was one of the important issues in these documents.  

In one of the documents it is mentioned that the nations consisted of turks ad tatar 

tribes  lived  in  the  Caucasus,  exactly,  in  the  south-eastern  region  of  Transcaucasus  since 

ancient times. These tribes, as time passes, integrated with more numorous, more powerful 

turks. As a result of this process the local population living in this part of the Caucasus was 

named Azerbaijan turks or azerbaijanis with their country name.  

Local Azeri turks faced more pressure in comparison with other nations during the 

Russian reign because of their belonging Islam religion and being brothers with Seljuk turks. 

Although  neighbours,  georgians  and  armenians  might  create  schools,  newspapers, 

associations in their own language Azeri turks were prohibited.  

Despite all these obstacles and barriers, of course, Azeriturkscouldn´ t stay away from 

the  high  public  ”cultural,  religious,  politic  independence”  idea.  Though  many  years  have 

passed  since  the  establishment  of  ADR,  measures  taken  by  the  nation  indicating  national 

dignity  of  Azeri  turks  and  their  leaders,  during  its  activity  are  actual  because  of  being 

important.  

Keywords: ADR and national dignity, Paris peace conference and Azerbaijanis 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə