Xix əsr azərbaycan şERİ antologiyasi



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə27/124
tarix18.06.2018
ölçüsü3,81 Mb.
#49521
1   ...   23   24   25   26   27   28   29   30   ...   124

____________________Milli Kitabxana______________________

 

 



BoĢ laqqırtı nəyə lazım xoĢ gəlsə də hər avaz,

 

 



Göz gördüyün qəbul edər, quru sözə inanmaz.

 

 



EĢq hədisi baĢqa Ģeydir, tələbi də bir baĢqa,

 

 



Gəl dolanaq indi biz də bu hədisin baĢına.

 

 



Sözə yeni məna ilə yeni Ģəkil verərək, 

"Ġstincanı", "Ġstibranı" biz baĢqa cür Ģərh edək.

 

 

Bunlar nədir ki, bunlarsız taət həram sayılır,



 

 

Onlar olsa insan ğəflət yuxusundan ayılır.



 

 

Burda daha yada düĢdü bu sözlərin izahi



 

 

Ki, demiĢdi fazillərin baĢçısı ġeyx Bəhayi:



 

 

Yaramazlar, bu əməldən, hərəkətdən utanın



 

 

Ki, istinca daĢlarıni gizlərsiniz Ģeytanın.



 

 

Ġstincadan qərəz budur ki, qəlb təmiz olmalı, 



Alçaq tiynət məhv edilib paklıq əziz olmalı.

 

 



Ġstibrasa o deməkdir, gizli saxla hər sözü

Sirr deyilən xəzinəyə məxzən olsun qəlb özü.

 

 

ġərab içsən Ģərabla da apararsan xumarı, Su 



olmasa bəs təmizlik nə cür olar, bil barı!

 

 



Əbədiyyət badəsilə sərxoĢ olan hər adam, 

"Vəlləzinə amənu"dən alar qüvvət və ilham.

 

 

Bu söz ilə təmizlənsə hər ürəyin qubarı,



 

 

Cəmalında Ģəfəq salar könüllərin ilğarı.



 

 

Bu bədxahlıq, yaramazlıq, xəbisliklə, ey cahil, 



Ġbadətin mənasızdır, qəbul olmaz duan bil.

 

 



Bu hərəkət çox bənzəyər dərgahında üsyana,

 

 



Zahirdə həqq, batindəsə bağlanmıĢsan Ģeytana.

 

 



 

 

 



83

 



____________________Milli Kitabxana______________________

 

 



Bu riyakar itaətdən susmaq daha yaxĢıdır, 

Üsyankarlıq kafirlikdən hər mənada yaxĢıdır.

 

 

Pis sifətdən çəkin, həqqə istinad et, ey insan!



 

 

Bir an belə üz döndərmə "gəl-gəl" deyən Allahdan.



 

 

Alın açıq hər iĢini eĢqə bağla həmiĢə,



 

 

Qoy eĢq olsun dil əzbərin sənə yüksək bir peĢə.



 

 

Məhəbbətdən baĢqa yoxdur sənə düz yol göstərən,



 

 

Odur səni xeyir iĢlərə çəkib - qorxma, gəl, - deyən.



 

 

Ey qəfəsdə çırpınan quĢ, tənbəllikdən iĢ aĢmaz,



 

 

Sən qartalsan, milçək iĢi qüdrətinə yaraĢmaz.



 

 

Öz nəfsinin məhbəsindən qurtar, azad qanad 



çal, "Leysə lil-insanə illa ma səa"dən ibrət al!

 

 



Əqlin varsa puç eyləmə ömrünü qıl ehtiyat, 

Qoyma boĢ-boĢ kefcilliyə hədər olsun bu həyat.

 

 

Bir düĢünsün əbədiyyət dövlətinə sahibsən,



 

 

Müvəqqəti ləzzət üçün uçurursan əlindən.



 

 

Asiliklə əziz ömrü göylərdən yerə saldın,



 

 

UĢaq kimi çirk içində batıb qaldın, qocaldın.



 

 

Azad doğan ürəyini özün saldın zindana,



 

 

YaradıliĢ mənasından xəbərsizsən, qansana!



 

 

Həqq yaratdı özü kimi səni, verdi min zinət,



 

 

Bu qamətlə dedi bizə etməlisən itaət.



 

 

Ta ki, səndə olsun əlaməti, cəlalı,



 

 

Dil və candan istəyəsən ta ki, o zülcəlalı.



 

 

Xəlvətdən bir mənzil verdi sənə möhkəm



mükəmməl, Sonra dedi öz əqlinlə bizə tərəf qayıt, gəl.

 

 



 

 

 



84

 



____________________Milli Kitabxana______________________

 

 



Lakin indi bunları son unutmuĢsan, ey insan,

 

 



Heyif olsun sənə, heyif, yazıq sənə, bir utan!

 

 



Bəzən guya meyl edirsən xaliqə, ibadətə,

 

 



Bu yerdə də pərdə olur öz varlığın taətə.

 

 



Taət etsən behiĢt Ģövqi, ya cəhənnəm xofindən,

 

 



Yəqin bil ki, dərgahında sədaqətli deyilsən.

 

 



Çünki bu n əfs istəyidir, xudpərəstlik deməkdir, 

Həqqə taət əvəzinə, qurulmuĢ bir kələkdir.

 

 

Bəhaidən yenə düĢdü yadıma bir rəvayət,



 

 

Bu yerdə çox münasibdir qoy eyləyim hekayət.



 

 

O demiĢdir: - Əvəz almaq məqsəd olsa taətdən,



 

 

Kor olmaqdır, muzdurluqdur, əl çək belə adətdən.



 

 

AĢiqlərə məqsəd ancaq yar vəslidir hər zaman,



 

 

Cənnət Ģövqi, ya cəhənnəm xofi bilməz o bir an.



 

 

Hər kəsin ki, yar sevdası baĢındadır nə qəmi,



 

 

Onun vardır öz behiĢti, öz müdhiĢ cəhənnəmi.



 

 

Kafirlərin küfri, həm də dini hər bir dindar ın, 



Ürəyində bir zərrəcik dərdə bənzər əttarın.

 

 



Hər Ģəxsin ki, olsa bu cür yüksək ali hümməti

Əssabiqun ayəsindən alar gücü, qudrəti.

 

 

Candan keçib çatar o dəm cananının vəslinə, 



Əzəliyyət aləmilə qavuĢar bil o yenə.

 

 



 

 

 



 

 

 



 

 

 



85

 



Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə