Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
13
Xocalının Qırxqız dağ silsiləsində yaylaq yerləri, Xocavənd rayonunun ərazisində isə geniĢ əkin və qıĢlaq
sahələri olmuĢdur. Əsgərana rayon statusu verildikdən sonra Xocalının torpaq sahələrinin çox hissəsi alınmıĢ,
erməni kolxozları arasında bölüĢdürülmüĢdü. Xocalı əvvəlcə kolxoz olmuĢ, sonra isə sovxoz. (Kərkicahanın
təsərrüfatı da ona birləĢdirilmiĢdi) Xocalı və Kərkicahan (Xankəndinin 26-cı məhəlləsi adlanırdı) bütövlükdə
azərbaycanlılar yaĢayan ərazi olmasına baxmayaraq, məsul vəzifələrdə həmiĢə ermənilər iĢləmiĢdilər. Beləliklə
azərbaycanlılar ermənilərin təsiri altına salınır və onlardan asılı vəziyyətdə olurdular. Erməni rəhbərləri isə
həmiĢə azərbaycanlılara qarĢı məkrli və ikiüzlü siyasət yeridirdilər. Bu isə Yuxarı Qarabağın sakinlərinin
yaddaĢından heç bir zaman silinməyəcəkdir. Çünki ermənilərin onlara vurduqları maddi, mənəvi zərbələr heç
vaxt unudulan deyil.
Xocalı Laçın rayonunun ġamkənd, Piçənis, ġəlvədərəsi ellərinin arxası, dayağı idi. Xocalı Yevlax-
Naxçıvan yolunun arasındakı körpünü xatırladırdı. Bu ellərin möhkəm dostluq və qohumluq əlaqələri var idi.
Vaxtilə Xocalıdan keçən dəmir yolu da onun iqtisadi həyatında əsas rol oynayırdı. Xocalı eyni zamanda
Xankəndi erməniləri ilə Əsgəran, Hadrut, Xocavənd və Ağdərə erməniləri arasında keçilməz sərt bir qalanı
xatırladırdı.
Sulu, münbit torpağa malik olan Xocalı ildə iki, bəzən isə üç dəfə məhsul verirdi. Xocalıların uzun illər
boyu ağır zəhmət hesabına halal əməklə qurduqları, yaratdıqları bir gecənin içində yanıb külə döndü.
Tarixi yerləri ilə məĢhur olan Xocalı, tarixi Ģəxsiyyətləri ilə də seçilən ulu yurd yerlərimizdən biridir. Bu
ulu yurd yerlərimizdə ermənilər ciddi-cəhdlə çalıĢsalar da qədim oğuz-türk toponimlərimizi dəyiĢdirə
bilməyiblər.
Xocalı rayonu və Xankəndi ərazilərində yerləĢən, qədim, tarixi hadisələrlə zəngin olan adlarımızı yad
etmək, onları unutmamaq lazımdır.
Xocalı ərazisində: QıĢlaqlar, Böyük Dəmyə, Kiçik Dəmyə, Sərçəli, Kərbəlayı AbıĢ qayası, Cəfərtəpəsi,
Çınqıl təpəsi, DikdaĢ, Haçatəpə, Xoruz təpə, Uzərrik təpə, Bozun düzü, Bozdağ, Kətik, Qarağac bulağı, Əhməd
bulağı, AtaĢ bulağı, Nəriman bulağı, Müseyib bulağı, Rəhim bulağı və s.
Xankəndi Ģəhəri ərazisində: Ağa körpüsü, Xan qızının bulağı (Qarabağın sonuncu hakimi Mehdiqulu
xanın qızı XurĢud Banu Natavanın adınadır), Bəhlul, Xanbağı (Xanbağında sovetlər dövrünə qədər yaĢamıĢ
Məhəmmədağanın tikdirdiyi üçmərtəbəli binalar bu günümüzə kimi qalmıĢ, həmin binalarda həmiĢə
azərbaycanlılar yaĢamıĢdılar), Yağlıtəpə Yezid xırmanı (həmin ərazidə torpaqdan 10—15 sm yuxarı qızılgül
kolları bitərdi. Ağsaqqallar deyərdilər ki, həmin yerdə günahsız azərbaycanlıların qanı tökülüb. O güllər həmin
qandan qidalanır bu gün də günahsız Ģəhidlərin ruhunu yaĢadırlar özlərində), ġuĢa yolu və s.
Kərkicahan qəsəbəsi ərazisində: Güllü təpə, Öküzuçan, Həbibin bulağı, Bəylərin bulağı, Hacıyurdu, Zərli
yeri, Qızılqaya, Qozludərə, Kələmlik, Hacıbulağı, Məscid yeri, Qanlı dərə, Duzlaq, Çiləbört və s. kimi tarixi
yerlər vardır.
Cəmilli kəndi ərazisində: Kürən, ġəkər bulağı, Xoruzlu təpə, Dəyirman dərəsi, Darılı, Darçay, Cüt qoz və
s. kimi yerlər vardır.
Toponimlərimizdən görünür ki, hər bir ad hər hansı bir tarixi hadisə ilə əlaqədardır. Eyni zamanda
Qarabağda-Arsaqda adlarımızın hamısı Azərbaycan dilimizlə səsləĢir. Onu da qeyd etmək lazımdır ki,
Azərbaycanda, əsasən də Qarabağda V-VIII yüzilliklərdən qabaq ləhcələr, dialektlər, qəbiləbirləĢmələrinin
dilləri geniĢ yayılmıĢdı. Burada eyni zamanda ümumxalq dili mövcud idi və bu dil əsas ünsiyyət vasitəsi kimi
böyük imkanlara malik idi. Azərbaycanımızın tarixində yer, dağ, çay, qala və s. adlar baĢqa dillərdə də əks
olunmuĢdur.
Alban tarixçisi Musa Qağanqatlının "Alban ölkəsinin tarixi" əsərinin əski ermənicəyə tərcüməsində
Azərbaycan sözlərinin özünə yer tapması aydınlaĢdırılır. O zaman Azərbaycan dili geniĢ yayılmıĢ və ona görə
də Azərbaycan dilində olan sözlər baĢqa dildə, o sıradan qraparda (əski erməni dili) iĢlənmiĢdir.
Vaxtilə Azərbaycanda hökmranlıq etmiĢ hunlar, xəzərilər, səlcuqilər moğollar (monqollar), türkmanlar
sonradan məğlubiyyətə uğramıĢ, onlardan qalanları qəbilələr Ģəklində birləĢmiĢdilər. Beləliklə onlar yerli
türklərlə qarıĢıb birləĢmiĢ və yeni bir türk xalqı, yəni azəri türkləri meydana gəlmiĢdir. Türk-Azəri dili sadəliyi
ilə seçilmiĢ, Qafqazda, Rusiyada, Ġran və Asiyada iĢlənən bir beynəlmiləl dil halını almıĢdır.
Qasım Qırxqızlı .
Əsrin faciəsi - Xocalı. Bakı: 1999,
S.8-12.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
14
Yuxarı Qarabağ və Xocalı
1988-ci il 12 fevral, 1992-ci il 26 fevral olaylarında
"Bütün ġərqdə iĢğalçı siyasətin aparıcıları,
xarici kapitalın agentləri xain və satqın erməni agentləridir".
Sovet diplomatı Q.V.Çiçerin,
1922-ci il, 8 dekabr, Lozanna konfransı.
1987-ci ilin axırları idi. Ermənilər gizli-gizli xosunlaĢır, Qarabağ məsələsini açıqlamaq üçün ciddi-cəhdlə
hazırlıq görürdülər. Moskva, Ermənistan emissarları Qarabağa axıĢır, çoxsaylı görüĢlər keçirir, erməni əhalisini
gələcək mitinq və siyasi tədbirlər keçirməyə hazırlayırdılar. Ġdarə və müəssisələrdə ciddi-cəhdlə imzalar
toplanılır, erməni əhalisi arasında hərtərəfli əlaqələr bərpa edilir, daha doğrusu müharibəyə hazırlıq iĢi
görülürdü. Hadisələr ağır-ağır ölçülür-biçilir, Moskva və Yerevanla əlaqələr daha da gücləndirilirdi. Əsas
məsələ bu proseslərin azərbaycanlılardan gizli saxlanılması idi. KeçmiĢ Dağlıq Qarabağ Muxtar Vilayətinin
rəhbər iĢçilərinin hamısı bütün proseslərdə iĢtirak edir, özlərinin "ustalıqlarını" nümayiĢ etdirirdilər. Vaxtilə
DQMV-dən sürgün edilmiĢ erməni ziyalıları da artıq Qarabağda köhnə peĢələrini məharətlə ifa edirdilər. Bu
məsələlərin hamısı Azərbaycanın yüksək dairələrinə gün kimi aydın idi. Bəzən də onlar bu proseslərdə
bilərəkdən və yaxud kortəbii Ģəkildə iĢtirak edirdilər.
12 fevral 1988-ci ildə Ermənistandan gəlmiĢ bir qrup tələbə "Qarabağ" mehmanxanasının ətrafında
toplaĢaraq mitinqə oxĢar bir aksiya keçirdilər. Bu kəĢfiyyat xarakterli bir tədbir idi. Bir neçə gündən sonra
mitinqlər baĢlandı. "Lenin meydanı"nda baĢlanan mitinqin dalğası bütün vilayətin ərazisini bürüdü. Mitinq
meydanında çadırlar quruldu, kababxanalar pulsuz fəaliyyətə baĢladılar.
SSRĠ-də "Yenidənqurma və aĢkarlıq, demokratiya" birdən-birə iri addımlar ataraq böyük sıçrayıĢlar etmək
xülyasına düĢdü. Bu ideyaları sınaqdan keçirmək üçün obyektlər axtarılmağa baĢlandı. Obyektin Azərbaycanda
sınaqdan keçirilməsi Moskvada çoxdan hazırlanmıĢdı. Bu da "Qarabağ kartı" idi. Bu kart Rusiyanın əlində
böyük bir siyasi vasitə kimi saxlanılırdı. Əvvəlcə Qarabağ münaqiĢəsini qızıĢdırmaq, sonra isə Türkiyəni bu
məsələyə qatıb tamamilə məhv etmək də planlaĢdırılmıĢdı. Bu sahədə Sovet Ġttifaqı Kommunist Partiyası Siyasi
Bürosu və SSRĠ Dövlət Təhlükəsizlik Komitəsinin rolu danılmazdır.
Yuxarı Qarabağ ermənilərinə Azərbaycandan, SSRĠ-dən və xarici ölkələrdən köməklik gəlirdi. Artıq
Azərbaycandan göndərilən ərzaq məhsullarını qəbul etmir, ancaq benzini havada qapırdılar. Əsgəran neft
bazasına kifayət qədər benzin toplamıĢdılar. Azərbaycan hökumətinin nümayəndələri ərzaq məhsullarının
etiketini dəyiĢdirib ya Rusiyanınkını, ya da Ermənistanınkını yapıĢdırıb Xankəndinə daĢıyırdılar. Guya bu yolla
erməniləri sakitləĢdirəcəklər.
Bakıdan Xankəndinə, ermənilər üçün 600 ton benzin göndərilmiĢdi. Xocalılar bu iĢi vaxtında bildilər və
benzini Xocalıdan buraxmadılar. Bu respublika rəhbərlərini və onun yerlərdəki nümayəndələrini bərk
qəzəbləndirmiĢdi. Ona görə də rus əsgərlərini Xocalıya yeritdilər, lakin Xocalının əzmini qıra bilmədilər.
Benzini Ağdama qaytarıb, sonra gizli yollarla yenə də ermənilərə çatdırdılar.
Moskva "dovĢana qaç, tazıya tut" əmrlərini verirdi. Əvvəlcə mitinqə qorxa-qorxa çıxan ermənilər,
sonradan Qorbaçovu, Moskvanı söyür, lənətləyirdilər.
Azərbaycanın hökumət nümayəndələrinin DQMV-yə axını heç bir müsbət nəticə vermirdi. Əksinə bizim
tərəfimizdən ermənilərə edilən hər bir güzəĢt onlara güc və qüvvət verirdi. Hər bir iĢ planlaĢdırılmıĢ ssenari üzrə
gedirdi.
Azərbaycanlıların, Xankəndi ipək kombinatından və baĢqa iĢ yerlərindən qovulması qısa müddətdə baĢa
çatdırıldı. Ən ağır iĢləri azərbaycanlılar görürdülər. Bu iĢçilərin sayı təkcə ipək kombinatında 600 nəfərə yaxın
idi. Azərbaycan KP MK-nın 1-ci katibi Kamran Bağırov Xankəndinə gəlmiĢdi ki, vilayəti özü idarə etsin.
Qətiyyətsiz hərəkətlərinin ucbatından bir neçə saat Vilayət partiya komitəsinin katibi H. Poqosyanın kabinetində
girov saxlanıldı. Azərbaycan Daxili ĠĢlər Nazirliyinin əməkdaĢları Kamran Bağırovu azad etdikdən sonra
erməni mitinqçilərini mühasirəyə aldılar. Kreml rus qoĢunu ilə DQMV-ni ələ almaq üçün ən yaxĢı vasitə əldə
etmiĢdi. Ermənilərin xahiĢi ilə qoĢun Qarabağa gəldi. Ermənipərəst ordu ikiüzlülük siyasətini yeritməyə baĢladı.
Eyni zamanda Xüsusi Ġdarəetmə Komitəsinin yaradılması üçün də münasib Ģərait yaranmıĢdı. Azərbaycanın
hakimiyyət orqanlarının səlahiyyətləri alınıb birbaĢa həmin komitəyə verildi. Vilayətdəki idarə və müəssisələr
Azərbaycanı tanımır, Ermənistanla iqtisadi-siyasi əlaqələr yaradırdılar. Artıq möhür və Ģtamplar da
dəyiĢdirilmiĢdi.
Dostları ilə paylaş: |