Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
11
muxtariyyətə malik olan Dağlıq Qarabağda yaĢayan erməni icması millətlərin öz müqəddəratını təyin etmək
hüququnu bəhanə edərək Azərbaycan dövlətinə tabe olmaqdan imtina etdi. Rusiya və Ermənistan isə Dağlıq
Qarabağ ermənilərinin müdafiəçisi kimi çıxıĢ etdi.
Çar Rusiyası hələ XVIII əsrin 80-ci illərində erməni «dövləti»ni məhz Qarabağ ərazisində yaratmağı
nəzərdə tuturdu. Hətta bu planı həyata keçirmək üçün Rusiya imperatoru II Yekatrina (1762-1796-cı illər) 1783-
cü il aprelin 6-da göstəriĢ də vermiĢdi. Ġmperatriçanın göstəriĢində qeyd olunurdu ki, «Ġbrahim xanı devirməli və
Qarabağda müstəqil erməni əyaləti təsis etməli» (32,80).
Qeyd edək ki, ermənilər himayədarlarının köməyi ilə XX yüzildə bir neçə dəfə Qarabağı ələ keçirməyə
cəhd etmiĢdilər.
Leninin, Stalinin yaxın dostu, silahdaĢı xalqımıza qarĢı rəğbəti ilə tanınmayan A.Ġ.Mikoyan 1919-cu il
mayın 22-də Leninə yazırdı ki, «Erməni hökumətinin daĢnaq agentləri Qarabağı Ermənistana birləĢdirməyə
çalıĢırlar. Bu, Qarabağ əhalisi üçün Bakıdakı həyat mənbəyindən məhrum olma və heç zaman və heç nə ilə
əlaqəsi olmadığı Erivanla bağlanmaq deməkdir. Erməni kəndliləri beĢinci qurultayda Azərbaycanı tanımağı və
ona birləĢməyi qərara aldılar».
XI Qırmızı Ordunun Azərbaycana hücumu ərəfəsində Moskvaya gəlmiĢ erməni nümayəndələri ərazi
güzəĢtləri, o cümlədən Qarabağın onlara verilməsi müqabilində Azərbaycan hökumətini devirmək iĢində Sovet
Rusiyası ilə razılığa gəlmiĢdilər. 1920-ci il mart ayının 22-də Qarabağda Moskvanın təhriki ilə erməni
qiyamının baĢ verməsi və Azərbaycan ordusunun Qarabağa cəlb edilməsi əvvəlcədən hazırlanmıĢ təxribatın
nəticəsi idi.
Məhz buna görə 1920-ci ilin aprelində Azərbaycan rus sovet ordusu tərəfindən iĢğal edildikdən bir qədər
sonra torpaqlarımızın bir hissəsi Ermənistana və Gürcüstana verildi (Bax: Xəritə 4). Bununla yanaĢı ermənilər
Qarabağın dağlıq hissəsini də ələ keçirmək üçün fəallaĢdılar.
Qarabağın dağlıq hissəsini ermənilərə verib onu birdən-birə Ermənistana birləĢdirməyin mümkün
olmadığını görən ermənilər rus sovet hakimiyyəti ilə daha hiyləgər bir yol tutdular. 1921-ci il iyulun 5-də
Rusiya Kommunist (bolĢeviklər) Partiyasının Qafqaz bürosu Moskvanın göstəriĢi ilə Qarabağın dağlıq
hissəsində ermənilər üçün vilayət yaradılması və onun Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində
saxlanılması haqqında qərar qəbul etdi (36,90-91,92).
«RK(b) MK-nın Qafqaz bürosu plenumunun axĢam iclasının protokolundan
5 iyul 1921-ci il
ĠĢtirak edirlər: RK (b) P MK üzvü Stalin,
Qafbüronun üzvləri:
yol. Orcanikidze, Kirov, Nazaretyan,
OraxelaĢvili, Fiqatner, Nərimanov,
Myasnikov, ASSR Xalq Xarici ĠĢlər
Komissarı Hüseynov.
* Qarabağ xanlığının tarixində mühüm rol oynamıĢ Ġbrahim xanın dövründə onun vəziri olmuĢ
M.C.CavanĢir (1773-1895) «Qarabağ tarixi»ndə yazır: «Qədim tarix kitablarının yazdığına görə Qarabağ
vilayətinin sərhədi belədir: Cənub tərəfdən Xudafərin körpüsündən - Sınıq körpüyə qədər Araz çayıdır. Ġndi
(Sınıq körpü) Qazax ġəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır... ġərq tərəfdən Kür çayıdır ki, Cavad
kəndində Araz çayına qovuĢaraq gedib Xəzər dənizinə tökülür. ġimal tərəfdən Qarabağın Yelizavetpolla Kür
çayına qədər - Goran çayıdır... Qərb tərəfdən KüĢbək, Salvartı və Ərikli adlanan Qarabağ dağlarıdır (17, 107-
108). (Bax: Xəritə 3)
** Görkəmli rus yazıçısı Y.Pompoyev bu rəqəmləri faizlə hesablayaraq göstərir ki, «əsrin əvvəli üçün
yaylaqlardan istifadə edənlərin sayının 72,6%-i türklərə, 13%-i ermənilərə, 14,6%-i isə digər xalqlara məxsus
olmuĢdur (27, 39).
Əziz, Boran. Xocalı soyqırımı: Səbəbləri, həyata keçirilmə üsulları və nəticələri. Bakı, 2008, S. 18-20.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
12
Xocalı ümid çırağımız idi
Xocalı sovetliyi (sovetliyin tərkibində Xocalı, Dərələyəz, Qala-dərəsi kəndləri olmuĢdur) 1978-ci ilə
qədər Xankəndi (Stepanakert) rayonunun tərkibində, həmin ildən 1990-cı ilə qədər isə Əsgəran rayonunun
tərkibində olmuĢdur. 1991-ci ildə respublika hökumətinin qərarı ilə Xocalı rayon və Ģəhər statusu almıĢdır.
1991-ci ildən Kərkicahan, Kosalar (Kosalar sovetliyi Canhəsən, Qaragav, Cavadlar, Yaloba, BaĢkənd
kəndlərini əhatə edirdi), Cəmilli, MeĢəli, DaĢbulaq kəndləri də Xocalının tabeliyinə verilmiĢdi.
Xocalı rayon və Ģəhər statusu aldıqdan sonra inkiĢaf edib böyüyür, orada yeni, iri miqyaslı yaĢayıĢ
massivləri salınırdı. Ermənistandan, Xankəndindən didərgin salınanların və Özbəkistandan köçüb gələn məhsəti
türklərinin bir hissəsi də Xocalıda məskunlaĢmıĢdılar. Respublika ictimaiyyətinin diqqəti Xocalıya yönəlmiĢ,
ona ümid çırağı kimi baxırdılar. Əfsuslar olsun ki, bu ümid çırağı söndürüldü, bu günümüzə qara hərflərlə
yazılan bir tarixə çevrildi.
Xocalı Ģəhərinin sakinləri bu yurda elə bağlanmıĢdılar ki, onların bu yurddan didərgin düĢəcəkləri
ağıllarına belə gəlmirdi. Lakin min bir zəhmətlə tikilən, abadlaĢan, qorunan Xocalı bir gecənin (26 fevral 1992)
içərisində yandırılıb külə döndü. Dinc əhalisi 366-cı rus alayının və erməni hərbi birləĢmələrinin əli ilə misli
görünməmiĢ bəlalara və qırğına düçar oldu. Bu qırğın zamanı bir çox ailələr bütünlüklə məhv edildi. Bu isə nə
Xocalının qorunmasına cavabdeh olan daĢürəkli rəhbərlərimizi, nə də dünya ictimaiyyətini narahat etdi. Çünki
təbliğat maĢınımız da əleyhimizə idi, Moskvanın və Ermənistanın dəyirmanına su tökürdü. Ona görə də nə
səsimizi eĢidən, nə də harayımıza çatan vardı.
Tariximizin daĢ yaddaĢı olan Xocalı təkcə Azərbaycan xalqının yox, bütün türk-müsəlman dünyasının
Kərbəlası, Məkkəsi, Mədinəsi, qibləgahı, namusu, qeyrəti idi. Xocalı Ģəhid Ģəhəridir. Qarabağsız Xocalısız
keçirdiyimiz bir anla da barıĢmamalıyıq. BaĢı aĢağı, utana-utana gəzməməliyik bu müqəddəs Azərbaycan
torpağının üstündə. Qəflət yuxusundan ayılmalıyıq, düĢməni oda-alova tutmalıyıq, yaĢamaq hüquqlarımızı
bərpa edib, gələcək nəsillərə ərmağan etməliyik!
Hardasan, Xocalım, harda? Səni qarıĢıq yuxularımda görürəm. Ayılıb topa-tüfəngə sarılmaq istəyirəm.
Yağılardan qisas almaq ruhu məndən əl çəkmir ki, çəkmir! Dözümüm, dəyanətim tükənib daha. Bu dözümüm
tükdən asılı bir vəziyyətdədir. Əllərimi uzadıb iki çayın qovuĢuğu kimi səni qucmaq istəyirəm. Əllərim sənə
çatmır ki, çatmır. Quca biləydim səni kaĢ! ġirin bayatılı, nəğməli laylaylarının sehrinə uyuyaydım kaĢ! Sənsiz,
adsız-sansız, Ģöhrətsiz-Ģansız heç kiməm, Xocalım!
Xocalı böyüyürdü. Sən demə Xocalı böyüklüyünün içində böyük Xocalı dərdi də cücərib boy atırdı.
Xocalının dönməz, mərd, cəsur övladları qana qanla cavab verdilər. Qorudular göz bəbəyi kimi bu müqəddəs
yurd yerlərini. Son anda təkləndilər, xəyanətin, naqisliyin qurbanı oldular. Bu çox ağır gəldi xocalılara. Onlar
yurd-yuvalarını itirdilər. Vətəndə vətənsizlik bəlasına düçar oldular...
Ağdam-Xankəndi dəmir yolu çəkiləndə erməni traktorçusunun Xocalı sahəsindən xeyli qızıl külçəsi
tapması haqqında söz-söhbət gəzirdi, sonradan məlum oldu ki, bu söz-söhbət doğru imiĢ. Bu qızıllar dövrümüzə
qədər salamat qalan Kurqan təpələrinin cənub istiqamətindən tapılmıĢdı. Bu torpağın altı da, üstü də qızıl idi.
Ermənilər tapılan hər bir tarixi tapıntını aparıb öz muzeylərini zənginləĢdirirdilər.
Xocalının bir neçə qədim Kurqan qəbiristanlıqları hərbi yol çəkmək adı altında dağıdılıb yox edilmiĢdi.
Qəbir daĢlarını isə daĢıyıb tikinti materialı kimi istifadə etmiĢ, yerində fermalar tikmiĢdilər. Qədim Xocalı kəndi
müxtəlif vaxtlarda (1905, 1906, 1917 və 1918-ci illərdə) yandırılıb, talan-qarət edilmiĢdi. Ağdərədən keçən
Gəncə-Qala (ġuĢa) yolu da hərbi yol çəkmək adı altında bağlamıĢdılar. Belə qənaətə gəlmək olur ki, sovet
hökumətinin dövründən ermənilər bu yol ilə hərbi sursat daĢıyaraq növbəti müharibəyə hazırlaĢırmıĢlar.
1990-cı ilin payızında Xocalının əkin sahələri od tutub yanırdı. Həmin ilin iyul ayında Xocalının 17
hektar taxıl sahəsini ermənilər yandırdılar. Yanğınlar Xocalıdan baĢlayaraq Malıbəyli, QuĢçular, Həsənabad,
ġuĢa-Ağdam Ģose yolunun hər tərəfində olan əkin yerlərini bürümüĢdü. Bunu ona görə edirdilər ki, əhali köçüb
getsin.
Xocalı Əsgəran rayonunun Naxçıvanik, Ağbulaq, Noraguh, Badara, DaĢbulaq, Ballıca və Mehdikənd
kəndlərinin əhatəsində, Qarqar, Hilis və Xocalı çaylarının qovĢağında yerləĢir. Strateji əhəmiyyətə malik olan,
lakin müdafiə üçün çətin bir ərazidə idi Xocalı. Bütün Ģah yüksəklikləri ermənilərin əlində idi. Bu isə Xocalının
müdafiəsini qat-qat çətinləĢdirirdi.
Aran Qarabağdan dağlara gedən köç yolları da iki istiqamətdə Xocalıdan keçirdi. Bu yolun biri ġuĢadan
keçərək Sarıbaba, Kirs, Laçın istiqamətində, o birisi isə DaĢbulaq, Badara və MeĢəlidən keçərək Qırxqız
(Azərbaycan xəritələrinin heç birində Qırxqızın adı çəkilmir, Qarabağ yaylası kimi verilir. Qırxqızın adı ancaq
mahnılarda, el sənətkarlarının dillərində iĢlənib), Uzundərə, Kotanqaya, Çınqıllı və s. yaylaq yerlərinə doğru
uzanırdı. Yaz və payız aylarında Ģose yollarında qoyun sürülərinin, mal naxırlarının əlindən yol tapıb keçmək
üçün saatlarla vaxt lazım olurdu.
Dostları ilə paylaş: |