Xocali soyqirimi



Yüklə 5,01 Kb.

səhifə9/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
11 
muxtariyyətə  malik  olan  Dağlıq  Qarabağda  yaĢayan  erməni  icması  millətlərin  öz  müqəddəratını  təyin  etmək 
hüququnu  bəhanə  edərək  Azərbaycan  dövlətinə  tabe  olmaqdan  imtina  etdi.  Rusiya  və  Ermənistan  isə  Dağlıq 
Qarabağ ermənilərinin müdafiəçisi kimi çıxıĢ etdi. 
Çar  Rusiyası  hələ  XVIII  əsrin  80-ci  illərində  erməni  «dövləti»ni  məhz  Qarabağ  ərazisində  yaratmağı 
nəzərdə tuturdu. Hətta bu planı həyata keçirmək üçün Rusiya imperatoru II Yekatrina (1762-1796-cı illər) 1783-
cü il aprelin 6-da göstəriĢ də vermiĢdi. Ġmperatriçanın göstəriĢində qeyd olunurdu ki, «Ġbrahim xanı devirməli və 
Qarabağda müstəqil erməni əyaləti təsis etməli» (32,80). 
Qeyd  edək ki,  ermənilər himayədarlarının  köməyi  ilə  XX yüzildə bir  neçə dəfə Qarabağı ələ  keçirməyə 
cəhd etmiĢdilər. 
Leninin,  Stalinin  yaxın  dostu,  silahdaĢı  xalqımıza  qarĢı  rəğbəti  ilə  tanınmayan  A.Ġ.Mikoyan  1919-cu  il 
mayın  22-də  Leninə  yazırdı  ki,  «Erməni  hökumətinin  daĢnaq  agentləri  Qarabağı  Ermənistana  birləĢdirməyə 
çalıĢırlar.  Bu,  Qarabağ  əhalisi  üçün  Bakıdakı  həyat  mənbəyindən  məhrum  olma  və  heç  zaman  və  heç  nə  ilə 
əlaqəsi olmadığı Erivanla bağlanmaq deməkdir. Erməni kəndliləri beĢinci qurultayda Azərbaycanı tanımağı və 
ona birləĢməyi qərara aldılar». 
XI  Qırmızı  Ordunun  Azərbaycana  hücumu  ərəfəsində  Moskvaya  gəlmiĢ  erməni  nümayəndələri  ərazi 
güzəĢtləri, o cümlədən Qarabağın onlara verilməsi müqabilində Azərbaycan hökumətini devirmək iĢində Sovet 
Rusiyası  ilə  razılığa  gəlmiĢdilər.  1920-ci  il  mart  ayının  22-də  Qarabağda  Moskvanın  təhriki  ilə  erməni 
qiyamının  baĢ  verməsi  və  Azərbaycan  ordusunun  Qarabağa  cəlb  edilməsi  əvvəlcədən  hazırlanmıĢ  təxribatın 
nəticəsi idi. 
Məhz buna görə 1920-ci ilin aprelində Azərbaycan rus sovet ordusu tərəfindən iĢğal edildikdən bir qədər 
sonra torpaqlarımızın bir hissəsi Ermənistana və Gürcüstana verildi (Bax: Xəritə 4). Bununla yanaĢı ermənilər 
Qarabağın dağlıq hissəsini də ələ keçirmək üçün fəallaĢdılar. 
Qarabağın  dağlıq  hissəsini  ermənilərə  verib  onu  birdən-birə  Ermənistana  birləĢdirməyin  mümkün 
olmadığını  görən  ermənilər  rus  sovet  hakimiyyəti  ilə  daha  hiyləgər  bir  yol  tutdular.  1921-ci  il  iyulun  5-də 
Rusiya  Kommunist  (bolĢeviklər)  Partiyasının  Qafqaz  bürosu  Moskvanın  göstəriĢi  ilə  Qarabağın  dağlıq 
hissəsində  ermənilər üçün  vilayət  yaradılması və  onun  Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində 
saxlanılması haqqında qərar qəbul etdi (36,90-91,92). 
 
«RK(b) MK-nın Qafqaz bürosu plenumunun axĢam iclasının protokolundan 
 
5 iyul 1921-ci il 
 
ĠĢtirak edirlər:                  RK (b) P MK üzvü Stalin,  
Qafbüronun üzvləri:  
yol. Orcanikidze, Kirov, Nazaretyan, 
OraxelaĢvili, Fiqatner, Nərimanov,  
Myasnikov, ASSR Xalq Xarici ĠĢlər  
Komissarı Hüseynov. 
 
*  Qarabağ  xanlığının  tarixində  mühüm  rol  oynamıĢ  Ġbrahim  xanın  dövründə  onun  vəziri  olmuĢ 
M.C.CavanĢir  (1773-1895)  «Qarabağ  tarixi»ndə  yazır:  «Qədim  tarix  kitablarının  yazdığına  görə  Qarabağ 
vilayətinin  sərhədi  belədir:  Cənub  tərəfdən  Xudafərin  körpüsündən  -  Sınıq  körpüyə  qədər  Araz  çayıdır.  Ġndi 
(Sınıq körpü) Qazax ġəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır... ġərq tərəfdən Kür çayıdır ki, Cavad 
kəndində  Araz  çayına  qovuĢaraq  gedib  Xəzər  dənizinə  tökülür.  ġimal  tərəfdən  Qarabağın  Yelizavetpolla  Kür 
çayına qədər - Goran çayıdır... Qərb tərəfdən KüĢbək, Salvartı və Ərikli adlanan Qarabağ dağlarıdır (17, 107-
108). (Bax: Xəritə 3) 
**  Görkəmli  rus  yazıçısı  Y.Pompoyev  bu  rəqəmləri  faizlə  hesablayaraq  göstərir  ki,  «əsrin  əvvəli  üçün 
yaylaqlardan  istifadə  edənlərin sayının 72,6%-i türklərə, 13%-i  ermənilərə, 14,6%-i  isə  digər xalqlara məxsus 
olmuĢdur (27, 39).  
 
Əziz, Boran. Xocalı soyqırımı: Səbəbləri, həyata keçirilmə üsulları və nəticələri. Bakı, 2008, S. 18-20. 


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
12 
 
Xocalı ümid çırağımız idi 
 
Xocalı  sovetliyi  (sovetliyin  tərkibində  Xocalı,  Dərələyəz,  Qala-dərəsi  kəndləri  olmuĢdur)  1978-ci  ilə 
qədər  Xankəndi  (Stepanakert)  rayonunun  tərkibində,  həmin  ildən  1990-cı  ilə  qədər  isə  Əsgəran  rayonunun 
tərkibində olmuĢdur. 1991-ci ildə respublika hökumətinin qərarı ilə Xocalı rayon və Ģəhər statusu almıĢdır. 
1991-ci  ildən  Kərkicahan,  Kosalar  (Kosalar  sovetliyi  Canhəsən,  Qaragav,  Cavadlar,  Yaloba,  BaĢkənd 
kəndlərini əhatə edirdi), Cəmilli, MeĢəli, DaĢbulaq kəndləri də Xocalının tabeliyinə verilmiĢdi. 
Xocalı  rayon  və  Ģəhər  statusu  aldıqdan  sonra  inkiĢaf  edib  böyüyür,  orada  yeni,  iri  miqyaslı  yaĢayıĢ 
massivləri salınırdı. Ermənistandan, Xankəndindən didərgin salınanların və Özbəkistandan köçüb gələn məhsəti 
türklərinin  bir  hissəsi  də  Xocalıda  məskunlaĢmıĢdılar.  Respublika  ictimaiyyətinin  diqqəti  Xocalıya  yönəlmiĢ, 
ona  ümid  çırağı  kimi  baxırdılar.  Əfsuslar  olsun  ki,  bu  ümid  çırağı  söndürüldü,  bu  günümüzə  qara  hərflərlə 
yazılan bir tarixə çevrildi. 
Xocalı  Ģəhərinin  sakinləri  bu  yurda  elə  bağlanmıĢdılar  ki,  onların  bu  yurddan  didərgin  düĢəcəkləri 
ağıllarına belə gəlmirdi. Lakin min bir zəhmətlə tikilən, abadlaĢan, qorunan Xocalı bir gecənin (26 fevral 1992) 
içərisində  yandırılıb  külə  döndü.  Dinc  əhalisi  366-cı  rus  alayının  və  erməni  hərbi  birləĢmələrinin  əli  ilə  misli 
görünməmiĢ bəlalara və qırğına düçar oldu. Bu qırğın zamanı bir çox ailələr bütünlüklə məhv edildi. Bu isə nə 
Xocalının qorunmasına cavabdeh olan daĢürəkli rəhbərlərimizi, nə də dünya ictimaiyyətini narahat etdi. Çünki 
təbliğat  maĢınımız  da  əleyhimizə  idi,  Moskvanın  və  Ermənistanın  dəyirmanına  su  tökürdü.  Ona  görə  də  nə 
səsimizi eĢidən, nə də harayımıza çatan vardı. 
Tariximizin  daĢ  yaddaĢı  olan  Xocalı  təkcə  Azərbaycan  xalqının  yox,  bütün  türk-müsəlman  dünyasının 
Kərbəlası,  Məkkəsi,  Mədinəsi,  qibləgahı,  namusu,  qeyrəti  idi.  Xocalı  Ģəhid  Ģəhəridir.  Qarabağsız  Xocalısız 
keçirdiyimiz  bir  anla  da  barıĢmamalıyıq.  BaĢı  aĢağı,  utana-utana  gəzməməliyik  bu  müqəddəs  Azərbaycan 
torpağının  üstündə.  Qəflət  yuxusundan  ayılmalıyıq,  düĢməni  oda-alova  tutmalıyıq,  yaĢamaq  hüquqlarımızı 
bərpa edib, gələcək nəsillərə ərmağan etməliyik! 
Hardasan,  Xocalım,  harda?  Səni  qarıĢıq  yuxularımda  görürəm.  Ayılıb  topa-tüfəngə  sarılmaq  istəyirəm. 
Yağılardan qisas almaq ruhu məndən əl çəkmir ki, çəkmir! Dözümüm, dəyanətim tükənib daha. Bu dözümüm 
tükdən  asılı  bir  vəziyyətdədir.  Əllərimi  uzadıb  iki  çayın  qovuĢuğu  kimi  səni  qucmaq  istəyirəm.  Əllərim  sənə 
çatmır ki, çatmır. Quca biləydim səni kaĢ! ġirin bayatılı, nəğməli laylaylarının sehrinə uyuyaydım kaĢ! Sənsiz, 
adsız-sansız, Ģöhrətsiz-Ģansız heç kiməm, Xocalım! 
Xocalı  böyüyürdü.  Sən  demə  Xocalı  böyüklüyünün  içində  böyük  Xocalı  dərdi  də  cücərib  boy  atırdı. 
Xocalının  dönməz,  mərd, cəsur övladları  qana qanla cavab verdilər. Qorudular göz bəbəyi kimi bu  müqəddəs 
yurd  yerlərini. Son anda təkləndilər, xəyanətin, naqisliyin qurbanı  oldular. Bu çox ağır gəldi xocalılara. Onlar 
yurd-yuvalarını itirdilər. Vətəndə vətənsizlik bəlasına düçar oldular... 
Ağdam-Xankəndi  dəmir  yolu  çəkiləndə  erməni  traktorçusunun  Xocalı  sahəsindən  xeyli  qızıl  külçəsi 
tapması haqqında söz-söhbət gəzirdi, sonradan məlum oldu ki, bu söz-söhbət doğru imiĢ. Bu qızıllar dövrümüzə 
qədər salamat qalan Kurqan təpələrinin cənub  istiqamətindən tapılmıĢdı. Bu torpağın altı  da, üstü də qızıl  idi. 
Ermənilər tapılan hər bir tarixi tapıntını aparıb öz muzeylərini zənginləĢdirirdilər. 
Xocalının bir neçə  qədim Kurqan  qəbiristanlıqları hərbi yol çəkmək adı altında dağıdılıb  yox  edilmiĢdi. 
Qəbir daĢlarını isə daĢıyıb tikinti materialı kimi istifadə etmiĢ, yerində fermalar tikmiĢdilər. Qədim Xocalı kəndi 
müxtəlif  vaxtlarda  (1905,  1906,  1917  və  1918-ci  illərdə)  yandırılıb,  talan-qarət  edilmiĢdi.  Ağdərədən  keçən 
Gəncə-Qala  (ġuĢa)  yolu  da  hərbi  yol  çəkmək  adı  altında  bağlamıĢdılar.  Belə  qənaətə  gəlmək  olur  ki,  sovet 
hökumətinin dövründən ermənilər bu yol ilə hərbi sursat daĢıyaraq növbəti müharibəyə hazırlaĢırmıĢlar. 
1990-cı  ilin  payızında  Xocalının  əkin  sahələri  od  tutub  yanırdı.  Həmin  ilin  iyul  ayında  Xocalının  17 
hektar  taxıl  sahəsini  ermənilər  yandırdılar.  Yanğınlar  Xocalıdan  baĢlayaraq  Malıbəyli,  QuĢçular,  Həsənabad, 
ġuĢa-Ağdam Ģose yolunun hər tərəfində olan əkin yerlərini bürümüĢdü. Bunu ona görə edirdilər ki, əhali köçüb 
getsin.  
Xocalı  Əsgəran  rayonunun  Naxçıvanik,  Ağbulaq,  Noraguh,  Badara,  DaĢbulaq,  Ballıca  və  Mehdikənd 
kəndlərinin əhatəsində, Qarqar, Hilis və Xocalı çaylarının qovĢağında yerləĢir. Strateji əhəmiyyətə malik olan, 
lakin müdafiə üçün çətin bir ərazidə idi Xocalı. Bütün Ģah yüksəklikləri ermənilərin əlində idi. Bu isə Xocalının 
müdafiəsini qat-qat çətinləĢdirirdi. 
Aran Qarabağdan dağlara gedən köç yolları da iki istiqamətdə Xocalıdan keçirdi. Bu yolun biri ġuĢadan 
keçərək  Sarıbaba,  Kirs,  Laçın  istiqamətində,  o  birisi  isə  DaĢbulaq,  Badara  və  MeĢəlidən  keçərək  Qırxqız 
(Azərbaycan xəritələrinin heç birində Qırxqızın adı çəkilmir, Qarabağ yaylası kimi verilir. Qırxqızın adı ancaq 
mahnılarda,  el  sənətkarlarının  dillərində  iĢlənib),  Uzundərə,  Kotanqaya,  Çınqıllı  və  s.  yaylaq  yerlərinə  doğru 
uzanırdı. Yaz  və payız aylarında Ģose  yollarında qoyun sürülərinin,  mal naxırlarının əlindən yol tapıb keçmək 
üçün saatlarla vaxt lazım olurdu. 




Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə