Xocali soyqirimi



Yüklə 5,01 Kb.

səhifə17/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
1   ...   13   14   15   16   17   18   19   20   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
25 
qəbul edilən kazarmalardan baĢqa təkcə respublika idman-texniki və hərbi vətənpərvərlik könüllü cəmiyyətinin 
məktəbləri, yataqxanaları və sair binaları bazasında, cəmiyyətdə iĢləyən zabitlərin  köməyi  ilə 30 min  döyüĢçü 
hazırlamaq imkanı olmuĢdur. Eyni zamanda 1992-ci ilin yanvar-fevral aylarında T. Mehdiyevin, ġ. Musayevin 
əmrləri  ilə  onlarla  hərbi  hissələr  yaradılmıĢdır.  Bu  imkanların  heç  birindən  müdafiə  nazirliyi  rəhbərliyi 
tərəfindən istifadə edilməmiĢdir. 
Ġstintaqla müəyyən edilmiĢdir ki, müdafiə naziri V. BərĢadlının 19.11.91-ci il tarixli əmri ilə respublikanın 
Ermənistan  və  Dağlıq  Qarabağla  sərhəd  olan  22  rayonunda,  o  cümlədən  də  Xocalı  Ģəhərində  ərazi 
özünümüdafiə  batalyonları  yaradılmıĢdır.  Xocalı  Ģəhər  Özünümüdafiə  batalyonu  əsasən  Xocalı  əhalisindən 
təĢkil olunmuĢdur. Batalyonun komandiri Xocalı Ģəhər orta məktəbində hərbi təlim üzrə müəllim, ehtiyatda olan 
baĢ  leytenant  Hüseynov  Tofiq  Mirsiyab  oğlu  təyin  edilmiĢdir.  Batalyonun  Ģəxsi  heyəti  237  nəfər  zabit  və 
əsgərdən ibarət olmuĢdur. 
Müdafiə  Nazirliyi  tərəfindən  Xocalı  batalyonunda  44  ədəd  7,62  mm  kalibrli,  51  ədəd  5,45  mm  kalibrli 
AKM avtomatı, dörd ədəd əl pulemyotu, 2 ədəd qumbaraatan, 3 ədəd pistolet, 10 ədəd T03-8 markalı tüfəng və 
az miqdarda döyüĢ sursatı verilmiĢdir. Bundan baĢqa batalyonun əsgərlərində Ģəxsi hesaba alınmıĢ müxtəlif növ 
ov tüfəngləri və sair olmuĢdur. Bundan baĢqa batalyonda SSRĠ-nin daxili qoĢunlarında qalmıĢ bir ədəd BRDM, 
iki ədəd "alazan" qurğusu olmuĢdur. 
Xocalıdakı  batalyona  kömək  məqsədilə  21  dekabr  1991-ci  ildə  33  nəfərdən  ibarət  minaatan  batareyası 
göndərilmiĢ,  Ağdamda  onlardan  13  nəfəri  Umudlu  kəndinə,  qalanı  isə  Xocalı  Ģəhərinə  göndərilmiĢlər.  Faciə 
zamanı batareya 16 nəfər Ģəxsi heyətilə Xocalı müdafiəçiləri arasında olmuĢ, altı nəfəri qəhrəmancasına həlak 
olmuĢlar. 
1991-ci  ilin  noyabrında  keçmiĢ  SSRĠ  DĠN  qoĢunları  Dağlıq  Qarabağdan  çıxdıqdan  sonra  Xocalıya  quru 
yolla  gediĢ-gəliĢ  tam  kəsilmiĢdir.  Xocalı  ilə  əlaqə  ancaq  Zabrat  xüsusi  aviasiya  birliyi  "Azalaero"nun 
vertolyotları vasitəsilə həyata keçirilmiĢdir. 28.01.92-ci ildə Ağdam - ġuĢa marĢrutu ilə uçan vertolyot ermənilər 
tərəfindən vurulduqdan sonra, Xocalı Ģəhəri ilə vertolyot əlaqəsi də kəsilmiĢdir. 
28.01.92-ci ildə Xocalı soyqırımı baĢ verən günədək 13.02.92-ci ildə ancaq bir dəfə Xocalı Ģəhərinə MĠ-26 
markalı  nəqliyyat  vertolyotu  uçmuĢ  və  300  nəfərdən  çox  sakini  Xocalıdan  çıxarmıĢdır.  Bu  vertolyotu  MDB 
qoĢunlarının  Gəncədə  yerləĢən  vertolyot  eskadrilyasından  Qarabağ  zonası  üzrə  prezident  müvəkkilliyinin 
ayırdığı  100  min  manat  hesabına  almaq  mümkün  olmuĢdur.  Sonralar  da  vertolyot  eskadrilyasının  komandiri 
Zolotuxin  və  pilotlar  Zaqafqaziya  hərbi  dairəsinin  qadağanına  isnad  edərək  Xocalı  Ģəhərinə  vertolyot 
göndərilməsindən  imtina  etmiĢlər.  Bu  məsələ  ilə  əlaqədar  müraciət  edən  Ģəxslərə  isə  Zaqafqaziya  qoĢunları 
hərbi  dairənin  komandanın  müavini  Qrekov  və  baĢqa  yüksək  rütbəli  zabitlər  Azərbaycanın  MDB-yə  daxil 
olması lazım olduğuna iĢarə etmiĢlər. 
Müəyyən edilmiĢdir ki, Xocalının mühasirədə olması, əhalinin çıxılmaz vəziyyətə düĢməsi, Xocalı Ģəhərinin 
ermənilər  tərəfindən  iĢğal  olunacağının  labüd  olduğu  hamıya:  hakimiyyətdə,  eyni  zamanda  müxalifətdə  olan 
qüvvələrə məlum idi. Dağlıq Qarabağda hadisələrin inkiĢafı bunu göstərirdi. 
24.09.91-ci  ildə  keçmiĢ  Mardakert  rayonunun  Ġmarət  -  Qərvənd  kəndinin  iĢğalı  ilə  baĢlanğıcı  qoyulmuĢ, 
azərbaycanlıların Dağlıq Qarabağdan qovulub çıxarılması prosesi buna əyani sübutdur. 30.10.91-ci ildə Tuğ və 
Səlakətin kəndləri, 12.11.91-ci ildə  Axullu, 19.11.91-ci  ildə Xocavənd, 12.11.91-ci ildə Cəmilli  kəndləri  iĢğal 
olundu. 
10.02.92-ci  ildə  Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin  BaĢ  Komandanı  A. Mütəllibov  Qarabağ 
zonası  ərazisində  olan  silahlı  qüvvələrin  üzərində  vahid  komandanlıq  yaradılması  barədə  2  və  3  N-li  əmrlər 
verilmiĢdir. 
2  N-li  əmrlə  vahid  komandanlıq  Azərbaycan  Respublikası  Daxili  iĢlər  nazirinin  müavini,  Qarabağ  zonası 
üzrə Daxili ĠĢlər idarəsinin rəisi T. Əliyevə tapĢırılmıĢdır. Elə həmin tarixdə 2 N-li əmrə bir bənd artırılmıĢ 3 N-li 
əmr  prezident  tərəfindən  Ali  BaĢ  Komandan  kimi  imza  olunmuĢdur.  Bu  bənddə  Qarabağ  zonasına  daxil  olan 
ġuĢa Ģəhərinin müdafiəsi R. Qazıyevə həvalə edilmiĢdir. 
Bir  nəfərə  ciddi  məsuliyyət  tələb  edən  bir  neçə  vəzifənin  həvalə  edilməsi  göstərir  ki,  prezidentin  həmin 
vəzifələrin  lazımi  qaydada  yerinə  yetirilməsində  marağı  olmamıĢdır.  Xocalı  hadisələri  ərəfəsində  T. Əliyevi 
Bakıya  çağırıb  prezidentin  sərəncamında  saxlamaq,  sonra  isə  onu  müdafiə  naziri  təyin  etmək,  faktiki  olaraq 
Qarabağ zonasını vahid komandansız qoymaq idi. Bu hərəkətlə Ağdam və onun ətrafında olan silahlı qüvvələrin 
birləĢməsi, Xocalıda olan əhalinin mühasirədən çıxarılmasından ötrü əməliyyat keçirilməsi pozulmuĢ oldu. 
15  fevral  1992-ci  ildə  ġ. Musayev  F. Hacıyevə  Müdafiə  Naziri  əvəzi  və  baĢ  qərargah  rəisinin  səlahiyyətli 
nümayəndəsi  olması  barədə  vəsiqə  verib  onu  Ağdama  göndərmiĢdir.  Vəsiqə  F. Hacıyevə  qarĢıya  çıxan 
vəzifələri yerindəcə həll etmək hüququ vermiĢdir. 
Həmin gün Ağdama gələn F. Hacıyev Qarabağ zonası üzrə silahlı qüvvələrin vahid komandanı T. Əliyevin 
iĢ otağında oturmuĢ, giriĢ qapılarına Ģəxsi mühafizəsi üçün əli silahlı Ģəxslər təyin etmiĢdir. Ağdamda o, özünü 
prezident  tərəfindən  göndərilən  səlahiyyətli  nümayəndə,  bütün  silahlı  qüvvələrin  komandanı  elan  etmiĢdir. 




Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə