Xocali soyqirimi



Yüklə 5,01 Kb.

səhifə16/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
24 
təĢkilatlarının,  ictimai təĢkilatların  əmlakına 4  mlrd. 199  mln. 668  min 338 rub. məbləğində ziyan  dəymiĢdir. 
Ziyan 1992-ci ilin dekabr ayına aid qiymətlər miqyasında hesablanmıĢdır. 
-  Respublika  rəhbərliyinin,  hərbi  komandanlığın,  silahlı  dəstə  komandirlərinin  Xocalı  qırğınının  baĢ 
verməsində təqsiri istiqamətində istintaq iki versiya üzrə aparılmıĢdır: 
- Vəzifəli Ģəxslərin xəyanəti nəticəsində Xocalı Ģəhəri qəsdən düĢmənə verilmiĢdir, 
-  Vəzifəli  Ģəxslərin  qulluq  vəzifələrinin  icrasına  cinayətkarcasına  səhlənkar  yanaĢması  nəticəsində  Xocalı 
Ģəhərinin müdafiəsi pis təĢkil edilmiĢ, Ģəhərin mühasirədən çıxarılması üçün lazımi tədbirlər görülməmiĢ, dinc 
əhalinin evakuasiyası təĢkil edilməmiĢ, ona görə də kütləvi qırğın baĢ vermiĢdir. 
Xocalı  Ģəhərinin  xəyanət  nəticəsində  qəsdən  düĢmənə  verilməsi  versiyası  üzrə  respublika  Milli 
Təhlükəsizlik  Nazirliyi,  Daxili  ĠĢlər  Nazirliyi  ilə  birgə  iĢ  aparılmıĢ,  onlara  konkret  əməliyyat  tapĢırıqları 
verilmiĢdir. Ġstintaq qrupu tərəfindən mümkün olan bütün istintaq-əməliyyat tədbirləri aparılmıĢdır. Ancaq hər 
hansı bir vəzifəli Ģəxsin və ya silahlı qüvvə komandirinin xəyanət etməsi faktı müəyyən edilməmiĢdir. 
Qeyd  etmək  lazımdır  ki,  istintaq  zamanı  ermənilər  tərəfindən  Ģəhərin  iĢğalı  vaxtı  əsir  götürülmüĢ  Əzizov 
Arif Qüdrət oğlu  və Məmmədov  Aydın Calal  oğlunun xəyanət  etmələri faktdır. Xocalı sakini  olan bu Ģəxslər 
əsirlikdə  olarkən  əsirlikdə  olan  azərbaycanlılar  arasında  Ģəhərin  müdafiəçilərini  ermənilərə  göstərərək  onların 
öldürülmələrinə  səbəb  olmuĢlar.  Bu  Ģəxslər  haqqında  Azərbaycan  Respublikası  CM-nin  17,94-cü  mad.  4,6-cı 
bəndləri ilə cinayət iĢi ayrılıb məhkəməyə göndərilmiĢdir. 
Müəyyən  edilmiĢdir  ki,  hələ  1988-ci  ildən  baĢlayaraq  respublika  rəhbərliyi  tərəfindən  Dağlıq  Qarabağ 
probleminin həllində böyük səhvlərə yol verilmiĢdir. Həmin vaxt Dağlıq Qarabağın  erməni icmasını vilayətdə 
partiya və  dövlət orqanlarında  məsul  vəzifələrdə iĢləyən  "liderləri"  demokratiya, aĢkarlıq Ģüarlarından istifadə 
edərək Dağlıq Qarabağın Ermənistana birləĢməsindən ötrü açıq fəaliyyətə baĢlamıĢdılar. Respublika rəhbərliyi 
isə  "demokratiyanı  boğmaq  olmaz"  pərdəsi  altında  açıq-aĢkar  kütləvi  informasiya  vasitələri  və  sair  yollarla 
respublikamızın  ərazi  bütövlüyünə,  dövlətçiliyinə  qarĢı  yönələn  cinayətkar  hərəkətlərə  qiymət  verməmiĢ, 
onların  qarĢısını  almaq  üçün  tədbirlər  görməmiĢdir.  Cəzasız  qaldıqlarından  ĢirnikləĢən  ermənilər  Dağlıq 
Qarabağın Ermənistan SSR-yə birləĢməsi qərarına gətirib çıxaran kütləvi aksiyalara baĢladılar və eyni zamanda 
Ermənistan SSR-də yaĢayan azərbaycanlı əhali min illik dədə-baba yurdlarından qovulmağa baĢlandı. 
1988-ci  ilin  martında  Ermənistandan  qovulub  Azərbaycana  gələn  ilk  qaçqınlar  əsasən  ġuĢa  və  Yuxarı 
Qarabağın  azərbaycanlılar  yaĢayan  digər  məntəqələrində  yerləĢdirilmiĢdilər.  Bundan  narahat  olan  ermənilər 
azərbaycanlıların  Ermənistandan  qovulmalarını  müvəqqəti  dayandırdılar.  Təcili  olaraq  Aslanyan  familiyalı, 
nazir  müavini  iĢləyən  bir  Ģəxsin  baĢçılığı  ilə  öz  emissarlarını  Dağlıq  Qarabağa  göndərdilər.  Onlar  Dağlıq 
Qarabağda  yerləĢmiĢ  azərbaycanlı  qaçqınları  geri  qaytarmaq  üçün  cəhd  göstərdilər,  çünki  Dağlıq  Qarabağda 
əhali nisbətinin azərbaycanlıların xeyrinə dəyiĢməsi erməni tərəfini qorxudurdu. 
Bu  vaxt  isə  Azərbaycan  rəhbərliyi  KP  MK-nın  I  katibi  Ə. Vəzirovun  baĢçılığı  altında  ġuĢa  və  Dağlıq 
Qarabağın  baĢqa  azərbaycanlılar  yaĢayan  məntəqələrdən  Ermənistandan  gələn  qaçqınların  çıxarılıb 
respublikanın  baĢqa  rayonlarında  yerləĢdirilməsi  üçün  geniĢ  fəaliyyətə  baĢladılar.  ġuĢa  Ģəhərinə  Mərkəzi 
Komitə  katibi  Orucov  göndərilmiĢ,  respublikanın  müxtəlif  rayonlarının  rəhbərləri  dəvət  edilmiĢ  və  qaçqınlar 
arasında  böyük  təbliğat  iĢi  aparıb,  onları  ġuĢa  və  DQ-nın  baĢqa  yaĢayıĢ  məntəqələrindən  çıxarmağa  nail 
olmuĢlar. 
Ġstintaq  belə  hesab  edir  ki,  həmin  vaxt  respublikaya  rəhbərlik  etmiĢ  Ə. Vəzirov  bu  hərəkətləri  ilə 
Azərbaycan xalqının mənafeyinə ağır zərbə vurmuĢdur. 
31  avqust  1991-ci  ildə  SSRĠ  Müdafiə  Naziri  ġapoĢnikov  Azərbaycan  Respublikası  Prezidenti  Mütəllibova 
məktubla  müraciət edib,  müttəfiq respublikalarda milli qvardiya və ya Müdafiə Nazirliyi yaratmaq təklifi irəli 
sürmüĢdür. 
Mərkəzin  bu  təĢəbbüsündən  sonra  respublika  prezidenti  334  N-li  5  sentyabr  1991-ci  il  tarixli  fərmanla 
Azərbaycan Respublikası Müdafiə Nazirliyi yaratmıĢ, müdafiə naziri vəzifəsinə BərĢadlı Valeh Əyyub oğlunu 
təyin etmiĢdir. 
Müdafiə  Nazirliyinin  yaranma  prosesinə  Azərbaycan  Xalq  Cəbhəsinin  əvvəlcə  BərĢadlının,  sonra  da 
T. Mehdiyevin  istefa  tələbi  ilə  keçirdiyi  piketlər  və  bu  piketlərin  təsiri  altında  tez-tez  müdafiə  nazirlərinin 
respublika prezidenti tərəfindən dəyiĢdirilməsi də olmuĢdur. 
Belə  ki,  V. BərĢadlı  05.09.91-ci  ildən  11.12.91-ci  ilə  kimi,  T. Mehdiyev  12.12.91-ci  ildən  11.02.92-ci  ilə 
kimi,  ġ. Musayev  11.02.92-ci  ildən  24.02.92-ci  ilə  kimi,  T. Əliyev  24.02.92-ci  ildən  07.03.92-ci  ilə  kimi 
müdafiə naziri iĢləmiĢlər. Altı ay ərzində dörd müdafiə nazirinin dəyiĢdirilməsi respublika silahlı qüvvələrinin 
yaradılmasına böyük ziyan vurmuĢdur. 
Üç  ay  gecikdirilmiĢ  çağırıĢ  həm  də  keyfiyyətsiz  keçirilmiĢdir.  Azərbaycanda  payız  çağırıĢı  üçün  hərbi 
hissələrə göndərilməsi planlaĢdırılmıĢ çağırıĢçıdan ancaq 5425 nəfəri ordu sıralarına aparılmıĢdır. 
Halbuki,  istintaq  zamanı  müəyyən  edilmiĢdir  ki,  respublikamızda  kifayət  qədər  çağırıĢçı  qəbul  edib, 
döyüĢçü hazırlamaq üçün baza olmuĢdur. 1991-ci ilin axırları, 1992-ci ilin əvvəllərində 4-cü Ordu hissələrindən 




Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə