Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   20   21   22   23   24   25   26   27   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
35 
 
Kiçik, uzaq və indi ölü Ģəhər Xocalı 
 
Tomas QOLTS, 
yazıçı-jurnalist (ABġ)  
 
"...Sonuncu dəfə Xocalıda bir ay əvvəl olmuĢdum. O vaxt artıq ora getmək tək helikopterlə mümkün idi. 
Ermənilər  Ağdama  gedən  yolu  tutmuĢdular.  Azərbaycanın  hökumət  rəhbərləri  qəti  Ģəkildə  inkar  etsələr  də, 
Xocalıda  nəsə  dəhĢətli  bir  olayın  baĢ  verdiyi  məlum  idi.  Vaxt  itirmədən  Londonun  "Ġndependent"indən  Xyu 
Poupla  Ağdama  yola  düĢdük.  Axırıncı  dəfə  Əliflə  getmiĢdik  ora.  O  deyirdi  ki,  son  üç  ayda  ucqar  kəndlərin 
hamısını  ermənilər  bir-bir  iĢğal  ediblər.  Azərbaycanlıların  əlində  yalnız  Xocalı  ilə  ġuĢa  qalıb  ki,  onların  da 
arasında yol kəsilib. Bizim hamımızı satıblar, əgər hökumət istəsə, Ağdama gedən yolu bir gündə açar.  
EĢitdiklərimizə  inana  bilmirdik.  Onlar  deyirdilər  ki,  ermənilər  rus  əsgərləri  ilə  birləĢərək  25-i  gecəsi 
Xocalı  Ģəhərini  Yer  üzündən  siliblər,  yüzlərlə  insanı  qətlə  yetiriblər.  Sağ  qalanların  üz-gözləri  cırıq-cırıq, 
ayaqları yalın, soyuqdan və qıĢqırmaqdan səsləri çıxmırdı. Raisa Aslanova adlı bir qadın ağlaya-ağlaya bildirdi 
ki, həyat yoldaĢını və kürəkənini onun gözləri qarĢısında öldürüblər, qızı isə itkin düĢüb. Yüzlərlə, bəlkə də min 
nəfər mülki Ģəxs onları müdafiə edən bir ovuc döyüĢçü ilə birgə bildirçin ovundakı kimi gülləbaran edilmiĢdi. 
Cəsədlərin  çoxu  əlçatmaz  yerlərdə,  meĢədə,  dağlarda  qalmıĢdı.  Xocalı  insan  məskəni  deyil,  qarğaların  sakin 
olduğu məkana bənzəyirdi. Bir gecədə min ölü? Bu, qeyri-mümkün kimi görünürdü. Lakin biz kiçicik araĢdırma 
aparandan sonra ölənlərin sayı barədə deyilənlərin həqiqət olduğunu gördük.  
Ağdamda yerli  dini rəhbər Sadıq Sadıqov siyahı  ilə  ölənlərin adını  çəkərək  göz  yaĢları tökürdü. Həmin 
gün itkin düĢən və öldüyü güman edilən - ailəsi tamamilə məhv edilənləri çıxmaq Ģərtilə 477 nəfər ölü var idi. 
Bunlar hələ Ağdama gətirilmiĢlər idi. "Reyter" agentliyinin müxbiri Elif Kaban sarsılaraq sanki ağlını itirmiĢdi. 
Həyat yoldaĢım Hicran iflic olmuĢdu. Fotoqraf Oleq Litvin huĢsuszluq halına düĢmüĢdü. Ġnsanlar dəhĢətli Ģeylər 
danıĢırdı.  Bir  qrup  insan  ənənəyə  uyğun  olaraq  ölüləri  yuyub,  kəfənləyib  iri  yük  maĢınlarına  dolduraraq  dəfn 
etmək  üçün  qəbiristanlığa  daĢıyırdı.  Bəzi  meyitlərin  baĢlarının  dərisi  soyulmuĢdu,  bədənlərinin  müxtəlif 
hissələri kəsilmiĢdi.  
Günortadan  xeyli  keçmiĢ  kimsə  dedi  ki,  Gəncədəki  rus  qarnizonundan  kirayə  edilmiĢ  hərbi  helikopter 
qırğının  baĢ  verdiyi  sahə  üzərinə  uçuĢ  edəcək.  Biz  bunu  eĢidən  kimi  hava  limanına  tərəf  getdik.  Amma  uça 
bilmədik.  Elə  bu  vaxt  bir  nəfər  ağlaya-ağlaya  məni  qucaqladı:  -  Tomas,  naĢ  naçalnik,  komandir  Əlif  -  deyib 
hönkürdü. Məlum oldu ki, Əlif Hacıyevin komandanlıq  etdiyi qırx nəfərlik  dəstənin  yalnız 10 üzvü sağ qalıb. 
Onlar dəhĢətli gecədə baĢ verənləri - Əlifin öldüyü anı hissə-hissə danıĢırdılar. Əlif qadın və uĢaqları müdafiə 
edərkən  baĢından  aldığı  güllə  yarasından  həlak  olmuĢdu,  amma  meyiti  gəlib  çıxmamıĢdı.  Xocalıda  yaĢanan 
faciədən və Ağdamda baĢ verənlərdən dövlətin xəbəri yox idi. Rəsmilərdən Ağdamda yalnız parlamentin vitse-
spikeri  Tamerlan  Qarayevi  gördük.  Yorulub  əldən  düĢmüĢ  bu  adam  Rusiya  Daxili  ĠĢlər  Nazirliyinin 
Stepanakertdə  yerləĢən  366-cı  motoatıcı  alayından  fərrarilik  etmiĢ  iki  türkmən  əsgərini  dindirirdi.  Onlar  bir 
həftə  əvvəl  Xocalıya  qaçıb  gəlmiĢdilər.  DanıĢıqlardan  məlum  oldu  ki,  hücum  edənlər  yalnız  ermənilər  deyil, 
sovet  ordusunun  həbrçiləri  də  olub.  Onlardan  biri  Ağaməhəmməd  Mutif  danıĢırdı  ki,  erməni  və  rus  zabitləri 
müsəlman  olduğumuz  üçün  bizi  döyürdülər,  ona  görə  də  bir  təhər  qaça  bildik...  Bir  sözlə,  1000  nəfərə  qədər 
insanın ölümü ilə nəticələnən sovet ordusunun dəstəyi ilə Azərbaycan Ģəhərinə edilmiĢ erməni basqını.  
Mən BĠ-Bi-Si-nin Moskva  müxbirinə qırğın  haqqında məlumat verəndə: "DüĢünürsən  ki, Qarabağda bir 
hücum  nəticəsində  ölənlərin  sayı  dörd  il  ərzində  bizim  xəbər  verdiyimiz  ölənlərin  sayından  çoxdur?  Bu 
mümkün deyil, "Reyter"ə bax, onlar heç bir xəbər vermirlər", - deyə soruĢdu. Doğrudan da, belə idi. Elif Kaban 
öz səyyar faks aparatı ilə məlumatları göndərməyinə baxmayaraq efirə heç nə verilmirdi. Bakıdakı hökumət və 
KĠV  bizə  yardım  etmirdi.  Biz  Ağdama  xəbərlər  əldə  etmək  üçün  yollananda  Prezidentin  nümayəndəsi  iddia 
edirdi ki, Xocalının mübariz müdafiəçiləri ermənilərin hücumunu dəf ediblər və yalnız iki nəfər həlak olub.  
Axırda  "VaĢinqton  Post"un  Moskva  bürosuna  zəng  edərək  hadisə  haqqında  məlumat  vermək  istədiyimi 
bildirdim. Onlar çox məĢğul olduqlarından məni dinləyə bilmədilər, yalnız VaĢinqtonda yerləĢən xarici əlaqələr 
bölməsi  ilə  birləĢdirdilər.  Ölənlərin  sayını  onlara  deyəndə  mənə  əsəbiləĢərək  bildirdilər  ki,  sən  bu  rəqəmi 
haradan  bilirsən,  axı  rəsmi  Bakı  hələ  də  ölənlərin  2  nəfər  olduğunu  deyir.  Erməni  KĠV-sində  Azərbaycan 
tərəfinin  güclü  hücumu  haqqında  məlumat  verilir.  Niyə  bu  haqda  sənin  hesabatında  heç  nə  yoxdur?  Mənim 
deməyə  sözüm  qurtarmıĢdı.  Onlara  artıq  heç  nə  deyə  bilmirdim.  Elə  bu  vaxt  Ağdamda,  mənim  qaldığım 
hökumətin  qonaq  evindən  təxminən  2  kilometr  aralıya  kristal  tipli  raket  düĢdü  və  partladı.  Bu  hadisə  baĢ 
verəndə  mən  VaĢinqtonla  xəttə  idim.  Pəncərələr  sınıb  töküləndə  qərara  gəldik  ki,  nə  qədər  ki,  biz  də  göyə 
sovrulmamıĢıq, telefonla danıĢığı bitirək və zirzəmiyə düĢək.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə