Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   23   24   25   26   27   28   29   30   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
41 
 
ġahidlərin söylədikləri 
 
Soyqırım günü Xocalının 7 minlik əhalisinin demək olar ki, yarısı Ģəhərdə, erməni hərbi birləĢmələrinin 
mühasirəsində  blokada  vəziyyətində  idi.  Taleyi  Allahın  ümidinə  buraxılan  insanlar  bütün  çətinliklərə  dözür, 
ermənilərin  hücumlarının  qarĢısında  tab  gətirirdilər.  Əhali  daĢnakların  Ģəhəri  talan  edib,  insanları  qıracağına 
inanmırdılar.  DüĢünürdülər  ki,  arabir  atıĢmalar  ötəridir.  Ancaq  Ģəhərdə  dolaĢan  xəbərlərə  görə,  ermənilər 
Xocalıya hücum əməliyyatı üzərində qərarlıdır və bunu fevralın 18-dən sonra hər gün gözləmək olar. Xocalının 
fevralın 13-dən sonra Azərbaycanla əlaqəsi yox idi. Axırıncı vertolyot da bu tarixdə Xocalıya enərkən cəmi 300 
nəfəri  Ģəhərdən  çıxarıb.  Vəd  edilmiĢdir  ki,  vertolyot  bir  də  qayıdacaq.  Camaat  da  hər  gün  gözləyir,  təyyarə 
meydanına yığıĢırdılar. Yanacaq, çörək qıtlığı baĢlamıĢdı. Xəstələrin, qocaların vəziyyəti dözülməz idi. Fevralın 
13-dən  sonra  xocalılar  konkret  olaraq  heç  bir  kömək  görmədilər.  Onların  ümidi  yalnız  ratsiya  ilə  əlaqəyə 
qalmıĢdı.  Yenə  də  vəd  verilir,  kömək  göstərəcəklərini,  vertolyot  göndərəcəklərini  söyləyirdilər.  Ancaq  onlara 
ölüm ayağında yalnız ümidlər qaldı. 
Fevralın 25-dən 26-na keçən gecə, təxminən saat 23.00-da Ģəhərə ardı-arası kəsilmədən toplardan atəĢ 
açmağa  baĢladılar.  Demək  olar  ki,  elə  ilk  həmlədən  Ģəhərin  Əsas  müdafiə  postları  sıradan  çıxarıldı.  Çünki 
Xocalının müdafiəsi demək olar ki, yox idi. Əgər müdafiəyə aid nələrsə olubsa belə, onların dəqiq, özü də qısa 
zamanda  məhv  edilməsinin  bir  səbəbi  var.  Deməli,  Ģərait,  Ģəhərdəki  vəziyyət  düĢmən  tərəfindən  dəqiq 
öyrənilibmiĢ.  Dolayısı  ilə  də  olsa  bunu  366-cı  olayın  bölmələri  arasında  radiodalğanın  maqnit  yazısı  da 
təsdiqləyir. Bu yazının bəzi məqamlarına diqqət yönəldək: 
"Mən  13-əm.  KəĢfiyyat  vasitələrini  yerbəyer  eləmiĢəm.  NiĢançı  da  niĢan  almağa  hazırdır.  (Söhbətin 
məğzindən aydın olur ki, söhbət topçu niĢançıdan yox, kəĢfiyyatçıdan gedir). 
Bu danıĢıqların mətnindən aydın olur ki, düĢmən kəĢfiyyatçıları bir neçə nəfərdir... 
Əhali  vahimə  içərisində  güllə  yağıĢı  altında  Xocalını  tərk  etməyə  baĢlayır...  Qoy  o  dəhĢətli  gecənin 
Ģahidlərinin özləri danıĢsın: 
 
Cəmil CümĢüd oğlu Məmmədov: 
-  Ruslar  tanklar  və  BTR-lərlə  Ģəhərə  daxil  olaraq  evlərimizi  darmadağın  etdilər.  Arxalarınca  isə 
ermənilər  gəlirdi.  BeĢ  yaĢında  nəvəmi  götürüb  meĢəyə  qaçdım.  Bir  sutka  qarın  altında  qalmıĢam.  Körpə 
donmamaqdan  ötrü  paltarlarımı  soyunub  uĢağa  bükmüĢdüm.  Artıq  taqətim  qalmamıĢdı.  Naxçıvanik  kəndinə 
yollanıb ermənilərə yalvardım ki, nəvəmə rəhm etsinlər. Məni təhqir edib komendanta təhvil verdilər. O isə əmr 
verdi  ki, bizi tövləyə salsınlar. Burada çoxlu  qız-qadın, körpə  vardı. Sonra bizi Əsgərana gətirdilər. Arvadım, 
qızım, yeznəm burada idilər. Boyeviklər dırnaqlarımı çıxartdılar. Zəncilər göyə atılıb üzümüzə təpik vururdular. 
Çox  iĢgəncədən  sonra  məni  ermənilərlə  dəyiĢdirdilər.  Nəvəm,  arvadım,  qızım  və  yeznəmdən  heç  bir  xəbər 
yoxdu. 
 
Səriyyə Talıbova: 
-  Gözümün  qabağında  4  məshəti  türkünün,  3  qonĢumuzun  baĢını  erməni  quldurunun  qəbri  üstündə 
kəsdilər.  Rus  əsgərləri  ilə  bir  yerdə  ermənilər  ata-analarının  gözü  qarĢısında  uĢaqlarına  iĢgəncə  verib 
öldürürdülər. Sonra isə meyitləri buldozerlərlə dərəyə tökürdülər: 
 
Camal Allahverdi oğlu Orucov: 
- 16 yaĢında oğlumu güllələdilər. 23 yaĢlı qızımı iki əkiz oğlu və 18 yaĢlı hamilə qızımı əlimizdən aldılar. 
 
10 yaĢlı Ramil Həsənov: 
- Ermənilər gələndə meĢəyə qaçdım. 3 gün ac-susuz orada qalmıĢam. Susuzluqdan ölürdüm. Çoxlu qar 
yemiĢəm. 
 
Sənan Abdullayev: 
- Bir gün meĢədə qaldıqdan sonra ermənilər bizi tapıb Əsgərana gətirdilər. Anam-atam, 16 yaĢlı bacım 
meĢədə öldü. Ruslar, ermənilər, sırğalı zəncilər uĢaqların gözü qarĢısında mənə iĢgəncələr verirdilər. Sonra bizi 
içərisinə su doldurulmuĢ zirzəmiyə saldılar. Suda boğulmamaq üçün uĢaqları bir gün əlimdə saxlamıĢam. 
 
Ayağımdan güllə yarası almıĢ 4 yaĢlı Fuad Gülməmmədov: 
- Ermənilər məni ayağımdan tapança ilə vurdular. 
 
 


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
42 
 
Xədicə Abdullayeva: 
-  Bir  sutka  ayaqyalın  meĢədə  qaldıqdan  sonra  atam,  anam  və  16  yaĢlı  bacım  Ģaxtaya  tab  gətirmədilər. 
Sağ  qalan  xocalılarla  birgə  məni  də  girov  götürdülər.  Bizi  bir  gün  ac-susuz,  döĢəməsinə  su  doldurulmuĢ 
zirzəmidə saxladılar. DaĢnak tör-töküntüsünə dəyiĢdirildim. Ġndi iki ayağımdan da məhrumam. 
 
Mirzə Allahverdiyev: 
Ermənilərin hücumundan sonra meĢəyə çəkilməli olduq. Burada 3 gün ac-susuz qaldıq. Fevralın 28-də 
axĢam  bizi  mühasirəyə  aldılar.  Bizi  Əsgəranda  ölüm  kamerasına  saldılar.  Hər  gün  bir  neçə  adamı  aparıb 
güllələyirdilər. VəhĢilər baĢıma  dəhĢətli zərbələr  endirirdi. Qızıl  diĢlərimi  kəlbətinlə çıxartdılar. Ġki  qabırğamı 
sındırdılar.  18  gündən  sonra  bir  alt  paltarında  bizi  dəyiĢdirdilər.  Atamı,  iki  qardaĢımı,  qardaĢım  oğlunu 
öldürdülər. 
 
Nəsibə Əliyeva: 
- MeĢədən çıxan kimi ermənilər atəĢ açdılar. 40 nəfər idik. 26 nəfəri, o cümlədən oğlumu və yoldaĢımı 
öldürdülər. 8 yaĢlı Yavərim isə güllə yarası aldı. 
 
Xatirə Orucova: 
- 8 yaĢım var. Gözümün qabağında atamı, anamı və 6 yaĢlı bacımı ermənilər güllələyib qətlə yetirdilər. 
Güllə mənə də dəyib. 
 
Məhəmməd Orucovun dedikləri: 
- ġəhərə hücum baĢlananda 16 yaĢlı oğlum Xaqani evə girib məni, qızlarım Leylanı və Aybənizi, 2 yaĢlı 
nəvələrim Fuadı və Muradı meĢəyə qaçırdı. Əmimdən xəbərimiz yox idi. 2 gün meĢədə qarın-çovğunun içində 
qalandan  sonra  ermənilər  bizi  tutub  Pircamala  apardılar.  Hamımızı  tövləyə  saldılar.  Tövlə  əsirlərlə  dolu  idi. 
Əmimi  də  burada  gördüm.  Gözlərimiz  qarĢısında  əmimi  və  oğlumu  möhkəm  döydülər.  Sonra  faĢistlər  əsirlər 
arasında 10-13-15 yaĢlı qızları seçib ayırdılar...Həyat yoldaĢımı da bir neçə nəfərlə Əsgərana aparıb güllələdilər. 
Bundan sonra məni buraxdılar, qızlarımı, oğlumu və nəvələrimi isə əsir saxladılar. 
 
MirəĢ Əliyeva: 
- Biz  meĢədə  qara bata-bata dolaĢırdıq.  Yolu  keçəndə  mənə  güllə  dəydi.  Yıxıldım  və  daha ayağa dura 
bilmədim.  Haradasa  meĢədən,  səngərdən  tez-tez  atəĢ  açılırdı.  Əlif  məndən  yapıĢıb  yolun  qırağına  tullandı. 
MeĢədən açılan atəĢlər bir müddət ara verdi. Əlif (Xocalı aeroportunun  komandiri -  A.A.) baĢını qaldırmadan 
yolun o biri tərəfində uzanmıĢ qadınlara qıĢqırırdı ki, tez yolu keçsinlər. Bu vaxt ərzində 20 nəfərədək qadın və 
uĢaq  yolu  keçmiĢdi.  Əlif  avtomatın  darağını  dəyiĢməyə  baĢlayanda  ermənilər  cavab  atəĢi açdılar.  Güllələrdən 
biri düz Əlifin alnına dəydi. 
 
Cəmil Məmmədov: 
-  ġəhərə  girən  tanklar  və  zirehli  transportyorlar  evləri  dağıdır  və  adamları  basıb  keçirdilər.  Rus 
əsgərlərinin  arxasınca  erməni  yaraqlıları  gedirdilər.  5 yaĢlı  nəvəmi  və  14  min  manat  pulumu  götürüb  meĢəyə 
tərəf qaçdım. Gecə uĢağın donmaması üçün paltarımı çıxarıb onu bürüdüm. Lakin bu kömək etmirdi. Qarı qazıb 
uĢaqla  birlikdə  onun  içinə  girməli  olduq.  Səhər  uĢağın  buna  tab  gətirməyəcəyini  baĢa  düĢüb  yaxınlıqdakı 
Naxçıvanik erməni kəndinə yollandım. Orada bizi silahlı ermənilər qarĢıladılar. Mən onlara yalvarıb-yaxardım 
ki, pulu götürsünlər və uĢağın xatirinə bizi Ağdama buraxsınlar. Cavabında məni döydülər, söydülər və kəndin 
komendantının  yanına  apardılar.  O  əmr  etdi  ki,  bizi  pəyəyə  salsınlar.  Pəyədə  artıq  azərbaycanlı  qadınlar  və 
uĢaqlar  var  idi.  Pəyədə  bizi  4  gün  saxladılar,  nə  çörək,  nə  su  verdilər.  4  gün  sonra  məni  nəvəmlə  Əsgəran 
rayonuna gətirəndə baĢımıza elə oyun açdılar ki, Naxçıvanikdəki pəyəni cənnət sandım. 
Erməni  muzdluları  (mən  erməni  dilini  bilirəm  və  yerli  ermənini  gəlmə  ermənidən  seçirəm).  Ayaq 
barmaqlarımın  dırnaqlarını  çəkib  çıxartdılar.  Ermənilərin  arasında  olan  zəncilər  havaya  tullanaraq  ayaqları  ilə 
üzümdən  vururdular.  Bir  neçə  saat  davam  edən  iĢgəncələrdən  sonra  məni  həbs  edilmiĢ  bir  erməni  ilə 
dəyiĢdirdilər. Nəvəmi isə əlimdən aldılar. Arvadımdan və qızlarımdan heç bir xəbərim yoxdur. 
 
Qasımova Ayna: 
- 12 gün meĢədə qaldıq. Ġki oğlum və bacım da yanımda idi. Yediyimiz ağac və itburnu qabığı idi. Tez-
tez  qar  da  yeyirdik.  12  gündən  sonra  min  bir  zülmlə  gəlib  Ağdama  çıxdıq.  Ağdamda  nə  qədər  çalıĢdılarsa 
ayaqqabılarımızı ayağımızdan çıxara bilmədilər. Ayaqlarımız tamam donmuĢdu. Sonra ayaqqabılarımızı bıçaqla 
kəsdilər. Ağdamda sistem qoyub Bakıya müalicəyə göndərdilər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə