Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   25   26   27   28   29   30   31   32   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
45 
tərəfindən asfaltı, evləri atəĢə tutmuĢdular. Həsənlə onların bostanından  keçib,  məktəbin  həyətinə  girdik. Ərik 
ağaclarının  altında  Həsən  qolundan  yaralandı.  Onun  o  biri  qoluna  girib,  məktəbin  zirzəmisinə  tərəf  apardım. 
Amma orda heç kim yox idi. Bilmirdik hara gedək. Ermənilər gəlib bizi tutdu. Əliyeva ġərqiyyəni, qızı Aliməni 
beĢ  uĢaqla,  fermada  iĢləyən  Yusifi,  arvadını,  onların  da  beĢ  uĢağını  bizimlə  bərabər  Stepanakertin  9  nömrəli 
məktəbinə gətirdilər. Sonra arvad-uĢaqdan bizi ayırıb, avtovağzalın yanındakı Ģəhər milis Ģöbəsinin qazamatına 
gətirib saldılar. Qənəhət Hacıyev, Qəyyum Aslanov, ƏĢrəf Əliyev, Əbülfət Kərimov, Elbrus Abbasov, ġafanın 
oğlu Vidadi, Qaradağ stansiyasından Əli, FərraĢlı Abbas da burda idilər. Həsənabadlı "DovĢan" Edikin oğlu bir 
dəstə  erməni  ilə  gəlib  bizi  təpikləyir,  qaldırıb  yerə  çırpırdılar.  O  deyirdi  ki,  xocalıların  hamısını  qıracağam, 
mənim qardaĢımı siz öldürmürsünüz. 
Vidadi  bıçaq  axtarırdı  ki,  özünü  öldürsün.  Deyirdi  ki,  mənim  baĢımı  sabah  kəsəcəklər.  Mənə  deyirlər  ki, 
Osipin oğlu Tosulu (Armavari), guya mən öldürmüĢəm. Vidadi bir ĢüĢə tapıb cibinə qoymuĢdu ki, lazım gəlsə 
venasını  kəsib  özünü  öldürsün.  Həsənabadlı  Setrakın  olğu  Jora  gəlib  Həsəni  harasa  apardı.  Həsənin  qolu 
hovlayıb ĢiĢmiĢdi. Sonra eĢitdik ki, Həsəni buraxıblar. Üç gün keçmiĢdi ki, gəlib Vidadini apardılar. Dedilər ki, 
bu gün Tosulun üçüdür, səni onun qəbrinin üstündə kəsmək üçün qəbiristanlığa aparırıq. Vidadi ĢüĢə də cibində 
getdi... 
 
Akif AĢırlı. Türkün Xocalı soyqırımı. Bakı: 2005, S. 73-84 
 
 
 
 


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
46 
 
Xocalı soyqırımı 20-ci əsrin ən dəhĢətli faciələrindəndir 
 
Bütövlükdə  Azərbaycan  xalqına  qarĢı  yönəldilmiĢ  Xocalı  soyqırımı  öz  ağlasığmaz  qəddarlığı  və  qeyri-
insani cəza üsulları ilə bəĢər tarixində bir vəhĢilik aktıdır. Bu soyqırımı, eyni zamanda bütün bəĢəriyyətə qarĢı 
tarixi bir cinayətdir. 
Heydər Əliyev 
 
Ermənistanın Azərbaycana təcavüzü bütün bəĢəriyyətə qarĢı cinayətdir. 
Otto Hausen,  
Almaniyanın sabiq dövlət katibi 
 
Biz  dünyaya  nümayiĢ  etdirməliyik  ki,  Qarabağ  və  ətraf  ərazilərdə  bütün  baĢ  verənlər  çox  dəhĢətli  bir 
fəlakətdir və bu fəlakət aradan qaldırılmayıb. 
Erix Fayql,  
professor, Vyana 
 
Soyqırımı  (genosid)  -  ayrı-ayrı  əhali  qruplarının  irqi,  milli,  yaxud  dini  mənsubiyyətinə  görə  məhv 
edilməsi,  bəĢəriyyətə  qarĢı  ən  ağır  cinayətlərdən  biridir.  Tarixdən  məlumdur  ki,  Ġkinci  dünya  müharibəsində 
hitlerçilər  iĢğal  etdikləri  ölkələrdə  əhaliyə  qarĢı  kütləvi  miqyasda  soyqırımı  cinayətləri  törətmiĢlər:  Xatın, 
yəhudi soyqırımları, Yaponiyada Xirosima və Naqasaki faciəsi, müsəlman dövlətlərindən Ġraqda, Əfqanıstanda, 
Pakistanda, Çeçenistanda və s. baĢ verən son hadisələr göstərir ki, faĢizmi doğan ana hələ sağdır. Buna Xocalı 
faciəsi canlı misaldır. 
Ermənilərin Xocalı Ģəhərini hədəfə almaqda məqsədi nə idi? Bu, bir tərəfdən, Qarabağın dağlıq hissəsində 
azərbaycanlılardan  ibarət  olan,  strateji  əhəmiyyətli  maneəni  aradan  qaldırmaq  idisə,  digər  tərəfdən, 
ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək məqsədi güdürdü. Çünki Xocalı elə bir yaĢayıĢ məskəni 
idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə 
əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düĢmüĢdü. 
Xocalının  kurqanları  və  digər  abidələri,  müxtəlif  növ  məiĢət  əĢyaları  insan  cəmiyyətinin  inkiĢaf 
dinamikasını  özündə  əks  etdirən  maddi  mədəniyyət  nümunələridir.  Erməni  iĢğalından  sonra  bütün  bu  maddi 
mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının 
texnika  vasitəsilə  darmadağın  edilməsi  erməni  vandalizminin  bariz  nümunəsi  olmaqla  yanaĢı,  dünya 
mədəniyyətinə qarĢı a zorakılıq aktıdır. 
1992-ci  ilin  qanlı  faciəsinə  kimi  Xocalıda  7  min  əhali  yaĢayırdı.  Məlum  hadisələr  dövründə 
Ermənistandan, qonĢu Xankəndidən ermənilər tərəfindən didərgin salınmıĢ g xeyli azərbaycanlı və 1989-cu ildə 
Fərqanədən qovulmuĢ Məhsəti türkləri də məskunlaĢmıĢdılar. 
1992-ci  il  fevralın  25-dən  26-na  keçən  gecə  erməni  silahlı  dəstələri  Xankəndi  Ģəhərində  yerləĢdirilmiĢ 
SSRĠ-nin 366-cı  motoatıcı alayının  köməyi ilə silahsız və köməksiz Xocalı Ģəhərinə  hücum  etmiĢlər. Əvvəlcə 
Ģəhər 4 tərəfdən erməni qoĢunları tərəfindən əhatə olunmuĢ, 
sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəĢ açılmıĢ, az bir vaxt ərzində 
Ģəhərdə yanğın baĢ vermiĢ, Ģəhər tamamilə alova bürünmüĢdür. ġəhərin müdafiəçiləri və yerli əhali buranı tərk 
etməyə məcbur olmuĢlar. Fevralın 26-sı səhər saat 5-ə kimi Ģəhər erməni iĢğalçıları tərəfindən zəbt edilmiĢdir. 
Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edilmiĢdir. 
Xocalı  soyqırımı  zamanı  613  nəfər  öldürüldü,  1000  nəfərdən  çox  müxtəlif  yaĢlı  dinc  sakin  aldığı  güllə 
yarasından əlil oldu. 106 nəfər qadın, 83 azyaĢlı uĢaq, 70 qoca öldürüldü. 10 ailə tamamilə məhv edildi, 25 uĢaq 
hər  iki  valideynini,  130  uĢaq  isə  valideynlərindən  birini  itirdi.  Faciə  baĢ  verən  gecə  1275  dinc  sakin  girov 
götürüldü, onların 150-nin taleyi hələ də məlum deyil. 
Bütün  bunlar  erməni  hərbiçiləri  tərəfindən  xüsusi  amansızlıqla  və  ağlasığmaz  vəhĢiliklə  həyata 
keçirilmiĢdir.  Hücumda,  həmçinin  mayor  Oqanyan  Seyran  MuĢeqoviçin  (Seyran  Oqanyan  sonradan  Dağlıq 
Qarabağda  ermənilərin  qeyri-qanuni  rejiminin  «müdafiə  naziri»  oldu)  komandanlığı  altında  366-cı  alayın 
Əzizbəyov RPĠ-nin 2-ci PB-nin təhqiqatçı batalyonu, Yevgeni Nabokixin komandası altında Əzizbəyov RPĠ-nin 
3-cü  PB-nin  təhqiqatçı  batalyonu,  1  saylı  batalyonun  qərargah  rəisi  Çitçyan  Valeri  Ġsayeviç  və  alayda  xidmət 
edən  50-dən  artıq  erməni  zabit  və  praporĢiki  iĢtirak  etmiĢdir  («Xocalının  iĢğalına  dair  istintaq 
materialları»ndan). 
ġəhər  əhalisinin  bir  hissəsi  zorakılıqdan  qaçıb  qurtarmaq  istəyərkən  əvvəlcədən  düzəldilmiĢ  pusqularda 
qətlə  yetirilmiĢdir.  Rusiyanın  «Memorial»  hüquq-müdafiə  mərkəzinin  məlumatına  əsasən,  4  gün  ərzində 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə