Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   17   18   19   20   21   22   23   24   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
31 
 
366-cı rus hərbi alayı Xocalını qanına buladı 
 
Artıq  tarixin  arxivinə  atılmıĢ  Sovet  dövlətinin  bu  alayı  barədə  bütün  təfərrüatlar  aydınlaĢdırılıb.  Bir 
məsələ  bəllidir  ki,  Xocalı  soyqırımının  törədilməsində  bu  alayın  müasir  hərbi  texnikasından,  Ģərəfmi  erməni 
quldurlarına  satmıĢ  zabit  heyətindən  istifadə  edilmiĢdir.  Xocalı  qətliamının  acılarını  yaĢayan,  ana-bacılarını, 
övladlarını  Əsgəran  yolunda,  Naxçıvanikdə,  Kətik  meĢəsində  itirən,  zamanın  ağrılarına  tab  gətirən  faciə 
Ģahidləri  buna  Ģəhadət  verir.  Özü  də  təkzibolunmaz  sübutlarla,  faktlarla.  Sovet  ordusunun  sabiq  generalları 
"zabit  Ģərəfmi"  qorumaq  üçün  bu  faktları  təkzib  etməyə  çalıĢsalar  da,  söylədikləri  arqumentlər  su  üzərində 
sabun köpüyünə bənzəyir. Bu alayın hərb tarixinə Xocalı ləkəsi vurulub. Tarix isə ləkə, yamaq götürmür. Xocalı 
soyqırımını  araĢdırmaq  üçün  belə  heç  bir  emosiyaya  uymayaraq  366-cı  alayın  tarixinə  diqqət  yetirib,  əliyalın 
insanlara  qarĢı  törədilən  faciənin  sərhədlərini  müəyyənləĢdirməliyik.  Ən  azı  tarix  və  gələcək  nəsillər  üçün. 
BəĢəriyyət  isə gərək bu sadalanan cinayətlərə göz  yummasın. Xocalıda törədilənlərin soyqırım faktı  olduğunu 
təsdiqləsin və bəyan etsin. Yoxsa dünya yeni soyqırımlarla, yeni terror hərəkətləri ilə üzləĢməli olacaq. Necə ki, 
Amerika  kimi  böyük  dövlət  11  sentyabr  terroru  ilə  üzləĢdi.  Amerikanın  üzləĢdiyi,  insanları  sarsıdan  bu  qanlı 
səhnələri  366-cı  alay  xocalıların  baĢına  cəmi  3-4  saat  ərzində,  1992-ci  ilin  fevral  ayının  25-dən  26-na  keçən 
gecə gətirdi. 613 nəfər insan güllələndi, 1225 nəfər girov düĢdü. Onların arasında 63 nəfər 3 yaĢından 15 yaĢına 
qədər uĢaq, ahıl vardı. Bu qətliamlar nə hərb qanunlarına, nə də insani davranıĢlara, heysiyyətə əsaslanır. Yalnız 
qəddarlıqla vəhĢiliyə dəlalət edir. 
KeçmiĢ Sovet  ordusunun 366-cı alayının bu qəddarlığı, rüsvayçılığı təsadüfi  deyil. Bəllidir ki, təsadüf 
də  qanunauyğunluğun  ayrıca  bir  halıdır.  Qanunauyğun  odur  ki,  tarixən  çar  Rusiyasının  zamanında  da  rus 
zabitləri  dini  birliyi  əsas  gətirərək  həmiĢə  ermənilər  tərəfindən  azərbaycanlılara  qarĢı  döyüĢüb,  vuruĢub. 
Minlərlə  azərbaycanlıları  dədə-baba  torpaqlarından  didərgin  salıb,  Qafqazın  boĢaldılmıĢ  ərazilərinə  erməniləri 
məskunlaĢdırıblar.  Erməni  dövlətinin  sərhədlərini  Azərbaycan  torpaqlarının  hesabına  geniĢləndiriblər.  Məgər 
366-cı  alay  çar  Rusiyasının  hərbi  strukturlarının,  zabit  və  əsgərlərinin  varisi  deyildimi?  Qarabağda  aparılan 
hərbi əməliyyatlarda tək texnika ilə  deyil, canlı  qüvvə ilə  erməni  daĢnaklarına kömək  etmirdilərmi?  Bütün  bu 
deyimlər sübut olunmamıĢmı? 
Alayın yüksək səlahiyyətli zabitləri ermənilərə müntəzəm surətdə silahlar, hərbi sursatlar satırdı. Bütün 
bunların nəticəsi olaraq alayda hərbi qanunlardan kənar olan qeyri-qanuni atmosfer yaradılmıĢ, ordu qanunları 
ticarət qanunları ilə əvəzlənmiĢdir. Alayın say tərkibi 1800 nəfəri əhatə etməsinə baxmayaraq, cəmi 350 nəfərə 
yaxın  zabit  və  əsgəri  qüvvə  qalmıĢdır.  Mərkəzi  Tbilisi  Ģəhərində  yerləĢirdi.  Para  qazanmaq  zabitlərin  baĢlıca 
amalına  çevrilmiĢdi.  Ona  görə  də  Xankəndinə  insani  varlıqlarını,  simasını  çoxdan  itirmiĢ  erməni  daĢnakları, 
quldurlara  öz  çeĢidli  "xidmətlərini"  təklif  edirdilər.  Hətta  erməni  terror  qruplarına  belə  xidmətlərin  gündəlik 
məzənnəsi də bəlli idi. Azərbaycanlıların yaĢayıĢ məntəqəsinə bir top atəĢi 1300 rubl, BTR-in bir gecəlik icarəsi 
5000 rubl, altı PDM-dən ibarət qrupun hər reydi üçün 1,5 milyon rubl, kiçik rütbəli zabitlərin təlimatlarının gös-
təriĢlərinə 3-4 min rubl ödənilməli idi. Canlı qüvvə olaraq sıravi əsgərlər də döyüĢ əməliyyatlarına cəlb olunur, 
pis qazanmırdılar. Alayın hərbi qulluqçusu Znayevin Tbilisidəki hərbi hissəyə köçürülməsi zamanı ciblərindən 
280 rubl aĢkarlanmıĢdır. Xocalı soyqırımından bir gün sonra, yəni fevral ayının 27-də gündüz saat 3 radələrində 
Binə aeroportunda Deyçukov Oleq Alekseyeviç adlı bir polkovnik həbs olundu. Onun üstündən yarım milyona 
yaxın pul aĢkarlandı. Polkovniki müĢayiət edən praporĢik P. ġevçenko, sıravi əsgər, sürücü A. Qainkin də həbs 
olundu.  Bu,  xocalıların  qanpulu  idi.  Yüksək  rütbəli  rus  zabiti  Azərbaycanda  soyqırım  törədərək  vəhĢiliyinin, 
qəddarlığının əvəzini almıĢdı. 
1985-ci  ildən  Xankəndinə  köçürülən  366-cı  alayı  Qarabağda  baĢlanan  erməni  separatçılığının  fonunda 
Xocalı soyqırımınadək normal hərb həyatının nə demək olduğunu bilmədi. Alayda əsas vəzifələri tutan erməni 
zabitlərinin sayı  nə az, nə çox, 50 nəfər idi. PraporĢiklər də  yox  deyildi. Bir  məsələ aydındır ki,  praporĢikləri 
daha çox yerli əhali arasından yığırdılar. Məhz ona görə də yerli ermənilərdən alayda kiçik rütbəli hərbçilər çox 
idi.  Erməni  əsilli  hərbçilər  artıq  366-cı  alayı,  onun  baĢ  komandiri  Zarviqarovu  milli  münaqiĢəyə,  etnik 
separatçılığa  çəkə  bilmiĢdilər.  Bu  alayın  hədəfi  bəlli  idi.  Müntəzəm  olaraq  Azərbaycan  kəndlərinə  basqınlar 
edilir, insanlar güllələnir, onların qanı pula çevrilərək rus zabitlərinin cibinə axırdı. Xocalı soyqırımından bir ay 
öncə  Zaqafqaziya  hücum  dairəsinin  müavini,  milliyyətcə  erməni  general-leytenant  Ohanov  alaya  baĢ  çəkərək 
zabit heyətini etnik separatçılığa sövq edən hərəkətlərdə bulundu. Ohanov zabitləri "ġanlı Arsax iĢinə" xidmətə 
çağırmıĢdı. Lakin hərbi hissədəki vəziyyətlə barıĢmayanlar, öz hərbi andına sadiq qalıb zabit Ģərəfmi qorumaq 
istəyənlər də vardı. 
Çünki  keçmiĢ  Sovet  ordusunun  ənənələrinə  görə,  alayda  ukraynalılar,  qazaxlar,  özbəklər,  gürcülər  də 
hərbi  xidmət  keçirdilər.  Hələ  1991-ci  ilin  sonlarında  alayın  bir  qrup  zabiti  Zaqafqaziya  hərb  dairəsi 
komandanlığına  rəsmi  məktubla  müraciət  edib  alaydakı  mənəvi  pozğunluğu  göstərməklə  yanaĢı,  yüksək  səla-
hiyyətli  zabitlərin  onları  azərbaycanlı  əhaliyə  qarĢı  döyüĢlərə  sövq  etmələrini  göstərmiĢdilər.  Sözügedən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə