Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
9
SSRĠ-də milli münaqiĢələrin qızıĢması yönündə edilən hərəkətlərə qarĢı mərkəz tərəfindən heç bir tədbir
görülmürdü. Problemlə bağlı apardığımız tədqiqat və hadisələrin müqayisəli təhlili bunun iki başlıca səbəbinin
olduğunu göstərir. Bu səbəblər eyni zamanda baş verən, bir-birilə bağlı olan proseslər olmuşdur. Bunlardan
birincisi - SSRİ-nin rəhbərliyinə daxil olan adamların əksəriyyəti milli münaqişələr vasitəsilə Sovet
imperiyasının bütövlüyünü qoruyub saxlamaq niyyətində idi. Onlar əzəli Azərbaycan torpağı olan Qarabağı
ermənilərə vəd etməklə erməni-Azərbaycan müharibəsinə start vermiĢ oldular. Bu yolla ruslar həm
Azərbaycanı, həm də erməniləri əllərində saxlamağı düĢünürdülər. Ölkəmizin müstəqillik uğrunda mübarizəyə
qalxması və suverenliyini elan etməsi Qarabağın iĢğalına təkan verdi. Rus-erməni birgə iĢğalı Dağlıq Qarabağın
azərbaycanlılar yaĢayan kiçik məntəqələrindən baĢlandı.
Qeyd edək ki, XX yüzildə Rusiya iqtisadi-siyasi cəhətdən zəiflədikdə bu imperiyanın bütövlüyünü
qoruyub saxlamaq üçün bir neçə dəfə milli münaqiĢələr, qırğınlar törətmək siyasətindən «uğurla» istifadə
etmiĢdir. Xalqımız bu siyasətin ağrı-acısını bir neçə dəfə - 1905-1907, 1917-1920-ci illərdə dadmıĢdır. Çar və
sovet Rusiyası «parçala, hökm sür» siyasəti həyata keçirməklə xalqları, o cümlədən azərbaycanlıları əsarət
altında saxlamaq, onları milli-azadlıq mübarizəsindən yayındırmaq, Rusiya əsarətindən qurtarmaq niyyətindən
uzaqlaĢdırmaq siyasəti yeritmiĢdi.
İkinci mühüm səbəb birincidən heç də az əhəmiyyət daşımayan, ilk baxışda ona zidd görünən, ancaq
mahiyyətcə onunla sıx bağlı olan Sovet İttifaqının dağılmasına təkan verən proses olması idi. Bəzi
politoloqlar və siyasətçilər belə hesab edir ki, bu prosesdə beynəlxalq güclərin və böyük dövlətlərin rolu çox
olmuĢdur. Onlar milli münaqiĢələr vasitəsi ilə silah gücünə məğlub etməyin mümkün olmadığı SSRĠ-ni
dağıtmaq niyyətində idilər və sovet rəhbərliyinə daxil olan bir çox adamlar da hələ də dəqiqləĢməyən
səbəblərdən onlara yardımçı oldu. Maraqlıdır ki, 1987-ci ilin yanvarında ABġ prezidenti Karterin sabiq
köməkçisi Zbiqnev Bjezinski «VaĢinqton Tayms» qəzetinin bir qrup müxbiri və redaktoruna «.. Ģər
imperiyasının»» gələcəyi ilə bağlı demiĢdir: «Gələcək 20-30 ildə dünyada milli və etnik münaqiĢələrin mərkəzi
Sovet Ġttifaqı olacaqdır. Burada millətçilik canlı dinamik qüvvəyə çevriləcəkdir. Sovetlər öz millətlərinin
problemini nəzarətdə saxlaya bilməyəcəklər. Onların sistemi ölümcül böhran ərəfəsindədir». (Sitat üçün bax:
27, 13).
Qeyd edək ki, bir neçə il sonra bu məĢhur siyasətçinin dünyada baĢ vermiĢ qlobal dəyiĢikliyə həsr olunan
«MöhtəĢəm iflas: XX əsrdə kommunizmin doğulması və məhvi» kitabı çapdan çıxdı.
Avropada və Amerikada ermənilərin separatçı hərəkətləri «yenidənqurmanın» ilk dövrlərində
demokratiya, insan haqları uğrunda mübarizə adı altında mütərəqqi, sovet totalitarizminə qarĢı çıxan qüvvə kimi
müdafiə və təbliğ olunmağa baĢlandı. Öz torpaqlarını müdafiə edən, separatizmin əleyhinə olan Azərbaycan
xalqı isə guya SSRĠ-ni qoruyub saxlamaq istəyən mühafizəkar, dindar, islam fundametalistləri kimi təqdim
edildi.
Bəzi tədqiqatçılar belə hesab edir ki, əslində beynəlxalq güclər erməni lobbisi vasitəsilə SSRĠ-ni
dağıtmağa görə gördüyü iĢlər müqabilində Qarabağı ermənilərə vəd etmiĢdir. Məhz buna görə ABġ Səddam
Hüseyni 150-yə yaxın Ģiəni qətlə yetirdiyinə görə edam etdirdiyi halda, minlərlə azərbaycanlını insanlığa
yaraĢmayan vəhĢiliklə qətlə yetirən ermənilərə heç bir söz demir, Avropa dövlətləri ermənilərin törətdikləri
qətliamlara, özgə torpaqlarını iĢğal etmələrinə göz yumur.
Dünyanın qloballaĢması sükanı arxasında dayanmıĢ BMT və onun Təhlükəsizlik ġurası isə özünün 4
mötəbər qərarının arxasında dayanmır.
Sovet imperiyasının rəhbərliyi milli münaqiĢələrdən istifadə edərək SSRĠ-nin bütövlüyünü qoruya
bilmədilər.
Bir çox analitiklər doğru olaraq belə hesab edir ki, Dağlıq Qarabağdakı hadisələr müstəqilliyimizin
əleyhinə yönəlmişdir və Xocalı soyqırımı da həmin prosesin kulminasiya nöqtəsi idi. Bu, əslində xalqımızın
müstəqillik mübarizəsinin məhv olması üçün hazırlanmış ssenari olsa da, bu ssenarinin həyata
keçirilməsində alət rolunu oynayan ermənilər planı soyqırım kimi həyata keçirdilər.
1986-cı ildə Moskva Qazaxıstana D.Ə.Kunayevin yerinə milliyyətcə rus olan Gennadi Kolbini birinci
katib təyin etdi. Bu, Qazaxıstanda böyük narazılığa, xalqın etirazına səbəb oldu. Bu əslində Qorbaçovun türk
xalqlarına qarĢı ilk fitnəkarlığı idi. Bir qədər sonra, 1987-ci ilin əvvəllərində «Literaturnaya qazeta» da Ġqor
Belyayevin «Ġslam» adlı məqaləsi dərc edildi. Müəllif məqaləsində göstərirdi ki, islam dini SSRĠ üçün
təhlükəlidir və düĢməndir, ümumiyyətlə, müsəlmanlar çox məkrli və xaindirlər. Bir qədər sonra, həmin ilin
fevral və may aylarında Sov.ĠKP-nin orqanı olan «Pravda» qəzetində da eyni məzmunda yazı çap olundu. Bu
yazıda qazaxlar, qırğızlar «milli qapalılıq meylinə, milli lovğalılıq əhval-ruhiyyəsinə», «ayrı-ayn millətçilik
təzahürlərinə» görə ciddi tənqid olunurdu. Beləliklə, Moskva tərəfindən qatar hərəkətə gətirildi.
Xocalıda həyata keçirilən soyqırım və bütövlükdə «Dağlıq Qarabağ problemi» SSRİ rəhbərliyinin
ümumilikdə Azərbaycan siyasətinin tərkib hissəsi idi. Bu siyasəti özlüyündə bir neçə mərhələyə bölmək olar.
Belə ki, o vaxtkı mərkəzin, yəni Moskvanın «yenidənqurmanın» ilk dövrlərində Azərbaycan-Ermənistan
Dostları ilə paylaş: |