Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
10
münasibətlərinə, Dağlıq Qarabağ məsələsinə münasibəti bir cür (gözləmə; qızıĢdırma; daha çox Ermənistana
üstünlük vermə; problemi SSRĠ-nin ərazisi daxilində bir parça torpağın, yəni Azərbaycan torpağının bir
respublikadan baĢqasına - Ermənistana verilməsi; buna qədər Krım Rusiya Federasiyasının tərkibindən
çıxarılaraq Ukraynaya verilmiĢdi və bununla presedent yaradılmıĢdı), «yenidənqurma»nın dalana dirəndiyi
vaxtlarda isə baĢqa cür olmuĢdur.
Bu hadisə əslində birdən-birə deyil, uzun illər ərzində diqqətlə hazırlanmış, ciddi siyasi-maliyyə dəstəyi
alan partiya, sovet orqanları tərəfindən himayə edilən bir addım olmuşdur.
Xocalı hadisələrinə qədər Ağdam, Sumqayıt və s. bu kimi hadisələr baĢ vermiĢdi. Bəzi publisistlər,
politoloqlar belə hesab edirlər ki, əgər Sumqayıt hadisəsinə qədər Qorbaçov Dağlıq Qarabağı Ermənistana
verməyə daha çox meylli idisə, bu hadisə və Azərbaycan xalqının sərt müqaviməti onun tərəddüd etməsinə
səbəb oldu. O, bundan sonra problemi kompromis yolu ilə həll etməyə üstünlük verdi.
Əslində Rusiya hökuməti Xocalı faciəsini planlaşdırıb həyata keçirməklə xalqımızın müstəqillik əzmini
sındırmaq niyyətində idi. Ancaq nə qədər çətin də olsa xalqımız mübarizə əzmini daha da artırmaqla
düşmənin öz niyyətinə çatmasına imkan vermədi.
Xocalı faciəsi ümumilikdə Rusiyanın ġərq siyasətinin, müsəlman, türk dünyasına qarĢı yeritdiyi siyasətin
nəticəsidir. Bu siyasətin icraçısı isə ruslar tərəfindən XIX əsrin I rübündən Azərbaycana köçürülüb yerləĢdirilən
ermənilər olmuĢdur. «Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarĢı apardığı
soyqırım siyasətinin qanlı səhifəsidir» (3).
SSRĠ-nin dağılması ərəfəsi və ondan sonrakı dövrdə Ermənistan beynəlxalq hüquq normaları və BMT
nizamnaməsini kobud Ģəkildə pozaraq Moskvanın himayəsi ilə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan
Dağlıq Qarabağı iĢğal etmək məqsədilə məkrli fəaliyyətə baĢladı.
Azərbaycan torpaqlarının bir hissəsi olan Qarabağ Aran və Yuxarı, yaxud Dağlıq hissədən ibarətdir (Bax:
Xəritə 2). Azərbaycana gəlmə olan ermənilər Qarabağın dağlıq ərazisinin hamısında deyil, yalnız bir hissəsində
yaĢamıĢlar. Təsadüfü deyil ki, «Dağlıq Qarabağ» ifadəsi termin kimi I dünya müharibəsinin sonlarından
iĢlənməyə baĢlanmıĢdır. (Daha geniĢ məlumat üçün bax: 19; 32). Rusiya Kommunist (bolĢeviklər) partiyası
Zaqafqaziya Ölkə Komitəsinin Dağlıq Qarabağda milliyətcə erməni olan məsul nümayəndəsi ġ.ġaduns bütün
Qarabağın Azərbaycan Xalq Cümhuriyyətinə daxil olduğunu bildirərək 20 dekabr 1922-ci ildə yazırdı: «elə bu
dövrdə daĢnaklar tərəfindən yaradılmıĢ yeni termin - Dağlıq Qarabağ əmələ gəldi. DaĢnaklar Ermənistanda
hakimiyyəti ələ aldıqdan sonra yenidən Dağlıq Qarabağ uğrunda mübarizəyə giriĢir» (sitat K. ġükürovun
«Dağlıq Qarabağ: anlayıĢı və ərazisi haqqında (tarix və müasirlik)» məqaləsindən götürülmüĢdür. Bax: 32, 103).
Beləliklə, ermənilər Qarabağın dağlıq ərazisinin bir hissəsindən ibarət olan Dağlıq Qarabağı coğrafi
anlam kimi deyil, siyasi termin kimi irəli atmaqla onu ələ keçirmək uğrunda mübarizəyə başladılar.
Ġstedadlı Azərbaycan tarixçisi K.ġükürov yazır: «Lakin Muxtar Dağlıq Qarabağ Vilayətinin (Azərbaycan
Mərkəzi Ġcraiyyə Komitəsinin 1923-cü il 7 iyul dekabrında qurum rəsmən belə adlanır) yaradılması ilə onun,
yəni Qarabağın bütövlüyü yenidən və qəti Ģəkildə pozulur. Muxtar Dağlıq Qarabağ Vilayətinin ərazisi elmi-
coğrafi yox, volyuntarist prinsip əsasında formalaĢdırılıb. Yəni o, erməni yaĢayan məskənlərin üstün olduğu
lokal əraziləri muxtar qurum adı altında birləĢdirməklə təĢkil edilmiĢdir. (Qeyd etmək lazımdır ki, bu prinsipi
əsas götürməklə dünyanın əksər ölkəsi və ya iri Ģəhərində kompakt yaĢayan hər hansı gəlmə əhalinin inzibati-
siyasi qurumunu təĢkil etmək mümkündür. Belə ki, Nyu-Yorkda Çin məhəlləsi əsasında çinlilərlə, yaxud
müvafiq qaydada yaponlara muxtariyyət tələb etmək olar). (32, 104).
Görkəmli QafqazĢünas M.A.Skibitski 1899-cu ildə Tiflisdə nəĢr etdirdiyi «Материалы для устройства
казенных летних и зимних пастбищ и для изучения скотоводства на Кавказа» adlı kitabında Qarabağla
bağlı çox maraqlı məlumatlar vermiĢdi. O, burada onverstlik miqyasda (müasir ölçülərlə 1:420 000) tərtib etdiyi
xəritəni də vermiĢdir. Bu xəritələrdən biri də «Kapта Карабахских казенных летних пастбищ» adlanır. O,
yazır: «Qarabağın yay otlaqları Qarabağ adlanan, 1828-ci ildə Rusiyaya birləĢənədək (iĢğal edilənədək - Boran
Əziz) xüsusi Qarabağ xanlığını təĢkil edən torpaqlarda yerləĢmiĢdir. O... uzunluğu 102.4 verst, ... enlikdə isə
146 verst uzanır.* ...Təsvir edilən yaylaqlardan istifadə edənlərin ümumi sayı 452 kənd arasında paylanmıĢ
26038 təsərrüfatdır, onlardan 4048 təsərrüfat Cəbrayıl qəzasının 81 kəndində, 5064 təsərrüfat CavanĢir
qəzasının 102 kəndində, 331 təsərrüfat Yelizavetpol (Gəncə) qəzasının 4 kəndində, 9432 təsərrüfat Zəngəzur
qəzasının 75 kəndində, 5223 təsərrüfat ġuĢa qəzasının 81 kəndində 1940 təsərrüfat Cavad qəzasının 9 kəndində
yaĢayırdı».
Skibitskinin fikrincə tayfa tərkibinə görə Qarabağ yaylaqlarından istifadə edənlər azərbaycanlılar,
ermənilər və baĢqaları olmuĢdur. O, yazır ki, 18919 təsərrüfatdan ibarət azərbaycanlılar-tüklər bütün Qarabağ
ərazisində səpələnmiĢ 333 kənddə və Gəncə ovalığında olan 2 kənddə; 3408 təsərrüfatdan ibarət ermənilər
CavanĢir, Zəngəzur və Cəbrayıl uyezdlərinin yüksəklik hissəsində 47 kənddə yaĢayırdı.**
1986-cı ilin ortalarında Dağlıq Qarabağ erməniləri özlərinin Yerevandakı və xaricdəki havadarlarının
köməyilə separatçılıq hərəkatına yenidən baĢladılar. Azərbaycanın tərkibindəki siyasi, iqtisadi, sosial və mədəni
Dostları ilə paylaş: |