Xülasə Öz işimdə keyfiyyətli tədqiqat məlumatları və onların effektli yolla toplanmasından bəhs etmişəm. Bu bölmədə elmi tədqiqatın qərar qəbul etmədəki mühüm funksiyası izah edilməyə çalışılmış və buna uyğun olaraq tədqiqatda izlənilən proseslər izah



Yüklə 50,32 Kb.
səhifə15/21
tarix10.05.2022
ölçüsü50,32 Kb.
#86409
növüXülasə
1   ...   11   12   13   14   15   16   17   18   ...   21
tədqiqat serbes1234

Dərin müsahibələr

Ən məşhur və ən çox istifadə edilən keyfiyyət metodu dərin müsahibələrdir. Bu müsahibə zamanı suallardan istifadə olunur,cavabı birmənalı "hə" və ya "yox" deyil, ətraflı cavabdır. Proqramın təsirini qiymətləndirmək üçün çox vaxt dərin müsahibələrdən istifadə olunur. Keyfiyyət metodu ilə hazırlanan tədqiqatlarda araşdırılan hadisə və ya fenomen haqqında dərin qavrayışa nail olmaq üçün səy göstərilir (Morgan, 1996)

Dərin müsahibə müsahibə götürən şəxs tərəfindən əvvəlcədən müəyyən edilmiş plana uyğun olaraq aparılan və respondentləri tədqiqatçını maraqlandıran bir sıra məsələlər üzrə uzun və hərtərəfli müzakirələrə sövq edən üsullardan istifadə əsasında aparılan qeyri-rəsmi şəxsi söhbətdir. Müsahibə təkbətək keçirilir və 30 dəqiqədən 60 dəqiqəyə qədər davam edir. Müsahibə zamanı respondentin şəxsi fikri, inancları və dəyərləri araşdırılır. Dərin müsahibələr çox vaxt apara bilər və bəzi cavabları şərh etmək bəzən çətin olur.Dərin müsahibənin aparılması müsahibə verəndən müəyyən bacarıqlara malik olmasını tələb edir. Müsahibin qərəzinin tədqiqatın yekun nəticəsinə təsir etmə ehtimalı yüksək olduğundan müsahibənin təcrübəli müsahibə aparması vacibdir. Müsahib bütün lazımi təfərrüatları toplamalı və eyni zamanda öz fikirləri ilə respondenti çaşdırmamalıdır.


Yüklə 50,32 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə