Xx əsin əvvəlində əldə edilən texniki nailiyyətlər



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə29/49
tarix21.07.2018
ölçüsü5,08 Mb.
#57445
1   ...   25   26   27   28   29   30   31   32   ...   49

Avtomatlaşdırmanın yayılması 
 
474 
 
Üçüncü  qrupa  daxil  olan  rəqəmli  idarəetmə  sistemləri  maşının  işçi 
hissəsini  eyni  zamanda  üç  koordinat  oxu  boyu  verilmiş  kontur  üzrə 
hərəkət etdirməyə imkan veirir. Bu sistemlər nisbətən mürəkkəb hərəkət 
yerinə yetirdiyindən, onların hazırlanmasında maşının hərəkətini ani bir 
zamanda  hesablayıb,  rəqəmli  şəkildən  real  hərəkətə  çevirmək  üçün 
güclü  hesablama  texnikasına  ehtiyac  yaranır.  Kontur  boyu  hərəkət 
proqramlaşdırılan zaman  hərəkət kiçik  yol parçaları şəklində hesablanır 
və idarə proqramı bu parçaların başlanğıc və son nöqtələrini birləşdirən 
xətlər  şəklində  verilir.  Proses  zamanı  dəzgahın  idarə  sistemi  bu 
proqrama  əsasən  verilmiş  kiçik  yol  parçalarını  (millimetr  həddində) 
interpolyasiya  edərək  əyrixətli  hərəkəti  həyata  keçirir.  Bu  növ 
proqramların  hazırlanması  böyük  zəhmət  tələb  etdiyindən  60-cı  illərdə 
ilk  növbədə  mövqe  və  xətti  idarəetmə  sistemləri  geniş  tətbiq  olunur. 
Ancaq sənayeçilər qarşısında duran mürəkkəb texnoloji proseslər kontur 
üzrə 
idarəetmə 
sistemlərinin 
proqramlaşdırılmasının 
inkişaf 
etdirilməsini də tələb edirdi.  
 
60-cı  illərdə  bir  neçə  proqramlaşdırma  üsulları  işlənib  tətbiq  olunur. 
Bir  çox  istehsalçılar  perfolentlərdən  istifadə  edirdilər.  Bunun  səbəbi 
ondan  ibarət  idi  ki,  perfolentlər  maqnit    lentlərinə  nisbətən  toz,  rütubət 
və  elektromaqnit  sahələrindən yaranan təsirlərə davamlı idilər. Bundan 
əlavə  proqramlaşdırmada  edilən  səhvləri  asanlıqla  aradan  qaldırmaq 
olurdu.  Kağız  və  plastikdən  hazırlanan  perfolentlərdəki      deşiklərin 
açılması  ilk  vaxtlarda  əl  ilə  aparılırdı.  Sonralar  perfolentləri  yazan 
maşınlar  düzəldilir  (şəkil  3.20).  Perfolentlərin  tətbiqinin  əvvəlində 
universallaşdırılmış  kodlaşdırma  məlum  deyildi.  Amerikada  8  yollu 
perfolentlərdən  istifadə olunduğu halda, Avropada 5 yollu lentlər tətbiq 
olunurdu.  
 
Sonralar  yarımkeçirici,  tranzistor  və  elektron  hissələr  əsasında 
düzəldilmiş  idarəetmə  sistemlərinin  yaranması  ilə  informasiyaların 
yaddaşa verilməsi və emalı asanlaşır.       
 
1966-cı  ildə  Londonda  keçirilən  NC  dəzgahları  sərgisində  artıq  yeni 
informasiya  daşıyıcılarının  inkişafı  görünürdü.  Elektronikada  yarım- 


Avtomatlaşdırmanın yayılması 
 
475 
keçirici inteqral sxemlər öz kiçik qabaritləri ilə  idarəetmə sistemlərində 
tətbiq  olunaraq  yeni  sistemlərin  yaranması  üçün  şərait  yaratmışdır.  Bu 
yeni  elektron  sistemi  yüksək  dayanıqlığa  malik  olduğundan  prosesləri 
problemsiz aparmaq olurdu.    
 
Getdikcə güclü elektron hissələrin idarəetmədə tətbiqi nəticəsində, bu 
sistemlərin  məhsuldarlığını  artırmaqla  bərabər,  hesablama  texnikasının 
istehsal  prosesləri,  layihələndirmə,  nəzarətetmə  və  idarəetmədə  tətbiqi 
mümkün  olmuşdur.  Beləliklə,  60-cı  illərin  ortalarında  Adaptiv  Control 
(AC-  adaptiv  idarəetmə),  Direct  Numerical  Control  (DNC  –  birbaşa 
rəqəmli  idarəetmə)  və  Computerized  Numerical  Control  (CNC  – 
kompyüterlə  rəqəmli  idarəetmə)  sistemləri  yaradılıb  istehsalda  tətbiq 
olunurlar.   
 
1970-ci  ildə  ilk  AC 
sistemləri  tətbiq  olunur. 
Prosesə 
təsir 
edən 
çoxsaylı 
parametrləri 
ölçmək  üçün  dəzgahda 
əlavə 
ölçü 
cihazları 
quraşdırılmalı  idi.  Bun- 
lar  əlavə  xərclə  bərabər, 
proses  zamanı  texniki 
problemlər 
yaratdı- 
ğından  AC  sistemləri 
praktikada geniş tətbiq tapa bilmir.   
 
Elektronikanın  inkişafı  nəticəsində  hesablama  texnikasının  gücünün 
artması bu texnikanın, həm də proqramlaşdırmada tətbiq olunması üçün 
zəmin  yaratmışdır.  Bununla  əməktutumlu  perfolentlərin  hazırlanmasını 
aradan  götürmək  üçün  dəzgahların  birbaşa  kompyüterdən  idarə 
olunmasına  cəhd  edilir.  1971-ci  ildə  Milan  sərgisində  Jerard  Dülen 
(ingl.  Gerard  Duelen)  tərəfindən  nümayiş  etdirilən  CNC  torna  dəzgahı 
ilk  mini  kompyüterdən  idarə  olunan  dəzgah  hesab  olunur. 
Minikompyüterlərin üstünlüyü ondan ibarət idi ki, burada idarə sistemi 
 
Şəkil 3.20. Perfolentləri hazırlayan maşın. 


Avtomatlaşdırmanın yayılması 
 
476 
çevik  olaraq  istənilən  dəzgah  üçün  proqramlaşdırma  yolu  ilə 
uyğunlaşdırıla  bilirdi.  Bundan  əlavə,  bu  sistemlərlə  təchiz  olunmuş 
dəzgahlarda  işçi  proqramları  düzəliş  etmək  imkanı  ilə  insan-maşın 
dialoquna  şərait  yaranmışdı.  Bu  sistemlərin  çatışmayan  əsas  cəhəti 
onların baha olması idi. 
 
1975-ci  ildə  mikroprosessorların  tətbiqi  ilə  dəzgahların  idarə 
olunmasında  yeni  bir  texniki  mərhələnin  başlanğıcı  qoyulur.  Cəmi  bir 
neçə  millimeter  ölçüyə  malik  kiçik  mikroprosessorlar  minlərlə  kiçik 
tranzistorları özündə cəmləyərək böyük gücə malik idilər (şəkil 3.21).  
 
 
 
 
 
 
 
 
 
 
3.21. Mikroprosessor, Intel firması. 
 
    Intel  firmasının  1971-ci  ildə  yaratdığı  və  bazara  çıxartdığı  ilk 
mikroprosessor  2300  tranzistordan  ibarət  olub  saniyədə  60000 
əməliyyat yerinə yetirə bilirdi. İntel firmasının apardığı sonrakı tədqiqat 
işlərinin  nəticəsində  mikroprosessorlar  daha  da  inkişaf  etdirilərək,  8 
BİT,  16  BİT,  32  BİT  mikroprosessorları  yaradılmışdır.  Bu  yeni 
arxitekturaya  malik  prosessorlar    əvvəlki  nəsilə  aid  olanlardan  öz  gücü 
ilə  fərqlənirdilər.  Prosessorların  qiymətinin  getdikcə  aşağı  düşməsi 
maşınlarda  bir  neçə  prosessorun  quraşdırılmasına  imkan  yaratmışdır. 
Nəticədə  güclü  idarəetmə  sisteminə  malik  CNC  dəzgahlarda  nəinki 
rəqəmli proqramlara düzəliş etmək, həm də emal prosesi zamanı paralel 
olaraq  yeni  proqramların  işlənməsi  mümkün  olmuşdur.  Dəzgahların 
dəqiqliiyi  və  sürətinin  artması  sayəsində  CNC  dəzgahlarında 
məhsuldarlıq artmışdır.   
 
Mikroprosessorlarla işləyən  idarəemə sistemi bu gün CNC dəzgahla-  


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə