Xx əsin əvvəlində əldə edilən texniki nailiyyətlər



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə31/49
tarix21.07.2018
ölçüsü5,08 Mb.
#57445
1   ...   27   28   29   30   31   32   33   34   ...   49

Avtomatlaşdırmanın yayılması 
 
480 
 
Hal-hazırda  mövcud  olan  texnoloji  prosessorlar  alətin  emal  zamanı 
trayektoriyasını hesablamaqla bərabər, həm də iqtisadi cəhətdən əlverişli 
emal  parametrlərinin  seçilməsinə  şərait  yaradır  (şəkil  3.23).  İdarəetmə 
sisteminin texniki və proqram təminatının modular şəkildə hazırlanması 
nəticəsində  istehsalatda  məhsuldar  və  etibarlı  işləyən  idarəetmə 
sistemlərinin yaranması mümkün olmuşdur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 3.23. CNC frez dəzgahı, Hermle firması (AFR)
 
 
Həndəsi  və  texnoloji  verilənlərin  ayrıca  daxil  edilməsi  nəticəsində 
hissənin  CAD  proqramı  tərəfindən  tərtib  edilmiş  modeli  birbaşa  NC 
proqramlarının  hazırlanmasında  istifadə  edilir.  Bu  şəffaf  kompyüter 
sistemi  inteqrasiya  olunmuş  texnoloji  prosesin  (CİM-  Computer 
İntegrated Manufacturing) yaradılması və istehsalda tətbiqi üçün zəmin 
yaratmışdır.   


Avtomatlaşdırmanın yayılması 
 
481 
3.3. Çevik istehsal sistemlərinin yaranması 
 
İ
darəetmə  sistemlərinin  inkişaf  etməsi  dəzgah  funksiyalarının 
modifikasiya  olunması  və  genişləndirilməsinə  gətirib  çıxarmışdır.  NC 
idarəetmə  sistemlərinin  yaranması  ərəfəsində  onların  dəzgahqayırmada 
rolu aşağı idi. NC sistemlər ilk vaxtlarda adi dəzgahlara quraşdırılırdılar. 
Buraya  oxboyu  hərəkət  etdirilən  və  mürəkkəb  frezləmə  əməliyyatının 
tətbiqi  üçün  nəzərdə  tutulan  iri  və  bahalı  dəzgahlar  daxil  idilər.  NC 
sistemlərinin  inkişafı  ilə  dəzgahların  yeni  tətbiq  sahələri  meydana 
gəlmişdir.  
 
Texnoloji  proseslərin  avtomatlaşdırılması  zamanı  iri  seriyalı  və 
kütləvi  istehsalda  NC  sistemi  ilə  təchiz  olumuş  dəzgahların  tətbiqi 
nəzərə  çarpırdırsa,  sonralar  bu,  fərdi  və  kiçik  seriyalı  istehsalda  tətbiq 
olunmağa başlayır.  
 
60-cı illərin əvvəllərində məhsuldar işləyən dəzgahlardan əldə edilən 
təcrübələr  göstərmişdir  ki,  rəqəmli  idarə  olunan  dəzgahların  kiçik 
seriyalı istehsalda tətbiqində də aşağı  maya dəyəri əldə  etmək  olar. Bu, 
əsasən köməkçi vaxtın, tərtibat və alət xərclərinin azaldılması hesabına 
yerinə yetirilirdi.    
 
Rəqəmli  sistemlərin  inkişafı  və  onun  geniş  tətbiqi  dəzgah 
konstruksiyalarında  da  dəyişiklərin  edilməsini  tələb  edirdi.  İdarəetmə 
sistemlərinin  quraşdırılması  dəzgahlarda xüsusi uyğunlaşdırma işlərinin 
aparılmasından sonra  mümkün  olmuşdur. 1963-cü ildə Milan şəhərində 
keçirilən  sərgidə  xüsusi  idarə  sisteminə  malik  rəqəmli  dəzgahlar  geniş 
yer  almışdır.  Dəzgahlarda  mövqeləşdirmə  dəqiqliyini  artırmaq  üçün 
konstruktorlar  ötürmə  sistemindəki  hissələrin  oturtma  dəqiqliyini 
artırmalı və onların yeyilməsini azaltmalı idilər.    
 
Əsasən dəyişən sürətlərlə hərəkət zamanı bir-birinə nisbətən hərəkətli 
hissələr  arasında  müxtəlif  sürtünmə  halları  baş  verir.  Sürtünmənin 
rəqəmli  idarə  olunan  dəzgahların  dəqiqliynə  təsirini  azaltmaq  ötürmə 
sistemlərində  xüsusi  yastıqların  tətbiqindən  sonra  mümkün  olmuşdur 
(şəkil 3.24). 


Avtomatlaşdırmanın yayılması 
 
482 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 3.24. Diyircəklərdə oturan sürüşmə yastığı.
 
 
Dəzgahlarda  tətbiq  olunan  güclü  ötürmə  sistemləri  dəzgahın  bütün 
komponentlərinin 
statik, 
dinamik 
və 
termiki 
xassələrinin 
yaxşılaşdırılmasını  tələb  edirdi.  Bundan  əlavə,  yonqar  nəql  edən 
mexanizmin  yaxşılaşdırılması,  müxtəlif  soyuducu-yağlayıcı  mayelərin 
tətbiqi  və  ölçü-nəzarət  sistemlərinin  tam  izolə  olunması  vacib 
məsələlərdən idilər.  
 
İdarə sistemlərinin inkişafı dəzgahların texniki imkanlarını artırmaqla 
bərabər,    yeni  texnoloji  imkanlara  malik  dəzgah  funksiyaları  da 
yaratmışdır. Beləliklə, 50-ci illərin sonunda emal mərkəzləri yaradılır və 
1960-cı  ildə  ilk  dəfə  olaraq  Çikaqo  dünya  sərgisində  nümayiş  etdirilir. 
Bu  yeni  dəzgah  konstruksiyasında  inteqrasiya  olunmuş  alət  seçimi 
sistemi, alət  maqazinindən avtomatik alət və pəstah dəyişdirilməsi  kimi 
yeni  funksiyalar  mövcud  idi.  Yeni  tipli  dəzgahda  torna,  frez  və 
burğulama əməliyyatları avtomatik olaraq aparılırdı [3.14].   
 
Sərgidə  mütəxəssislərin  böyük  marağına  səbəb  olan  emal  mərkəzi, 
idarəetmə  sistemləri  və  dəzgahların  hazırlanması  ilə  məşğul  olan 
firmaları  öz  tətbiq  sahələrinin  genişləndirməsinə  həvəsləndirmişdir. 


Avtomatlaşdırmanın yayılması 
 
483 
Sonralar  hər  hansı  kiçik  bir  əlavə  funksiyaya  malik  olan  NC  dəzgahı 
emal mərkəzi adlandırılmağa başlayır. 
 
1967-ci  ildə  Hannoverdə  keçirilən  sərgidə  nümayiş  etdirilən  emal 
mərkəzlərindən,  artıq  Avropa  istehsalçılarının  hazırladıqları  NC 
dəzgahlarının  ABŞ-da  istehsal  olunanlarla  eyni  səviyyədə,  bəzi 
sahələrdə  isə  hətta  müəyyən  texnoloji  üstünlüyə  malik  olmaları  aydın 
görünürdü  [3.15].  Buna  misal  olaraq,  alət  dəyişdirilməsinin  mexaniki 
aparılmasını göstərmək olar (şəkil 3.25).       
 
 
 
 
 
     
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 3.25. CNC-emal mərkəzi.
 
 
  
 
Bir çox dəzgahlar pəstahların mexaniki dəyişdirilməsinə imkan verən 
tərtibatlara  malik  idilər.  Dəzgahdan  kənarda,  diyircəkli  stolun  üzərində 
yerləşdirilmiş  müxtəlif hissələrin  hər biri ayrılıqda kodlara malik idilər. 
Pəstah  dəzgaha  verildikdən  sonra  idarəetmə  sistemi  koda  uyğun  olaraq 
rəqəmli proqramlardan istifadə edirdi.   
 
Rəqəmli  idarəetmə  sistemindən  geniş  istifadə  olunması  robotların 
inkişaf  etdirilib,  sənayedə  tətbiqinə  imkan  yaratmışdır.  Əvvəllər  yalnız 
mövqe idarəetməyə  malik olan robotlar əl ilə yerinə  yetirilən birdəfəlik 


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə