Xx əsin əvvəlində əldə edilən texniki nailiyyətlər



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə34/49
tarix21.07.2018
ölçüsü5,08 Mb.
#57445
1   ...   30   31   32   33   34   35   36   37   ...   49

Avtomatlaşdırmanın yayılması 
 
491 
məhsulun  layihələndirilməsini  yerinə  yetirir.  İlk  dəfə  olaraq  CAD 
sistemi 
60-cı 
illərin 
əvvəlində  MİT-də  D.T.Ross  tərəfindən 
yaradılmışdır.  Bu,  NC  sistemlərinin  tətbiqi  ilə  şərtlənmişdir.  Hissənin 
modeli  əsasında  dəzgahların  idarə  proqramlarının  yaradılması  məsələsi 
o dövrdə CAD sistemlərinin inkişafını stimullaşdırmışdır [3.18].  
 
Kompyüterlərin  tətbiqi  ilə  konstruksiyaetmə  prosesi  yeni  mərhələ 
qədəm  qoyur.  Konstruksiyaemədə  aparılan  aramsız  tədqiqatlar 
nəticəsində,  layihələndirmə  prosesinin  təşkili,  emal  üçün  optimal 
həndəsənin  yaradılması  və  qısa  vaxtda  CAD  modellərinin  hazırlanması 
mümkün olmuşdur. CAD sistemlərinin tətbiqi maşınqayırmada daha ge- 
niş  tətbiq  olunur.  Artıq  elektrotexnika,  elektronika  və  tikinti  də 
avtomatlaşdırılmış  konstruksiyaetmə  sistemlərinin  tətbiq  sahəsinə 
çevrilmişdir. 
 
CAD  sistemlərində  hazırlanmış  verilənlər  sonrakı  mərhələdə 
texnoloji 
proseslərin 
layihələndirilməsində 
istifadə 
olunur. 
Layihələndirmədə  də  kompyüterlərin  tətbiqi  özünə  geniş  yer  almışdır. 
Texnoloji  proseslərin  avtomatlaşdırılmış  layihələndirilməsi  üçün  tətbiq 
olunan  CAP  sistemləri  prosesin  idarə  olunması  və  texniki  avadanlığın 
nəzarət  edilməsinə  imkan  verir.  Bu  sistemlərin  əsas  tapşırığı  texnoloji 
marşrut sənədləri və avadanlığın seçilməsinin avtomatlaşdırılmış şəkildə 
hissənin  kompyüter  modeli  əsasında  aparmaqdan  ibarətdir.  Belə 
hazırlanmış  texnoloji  sənədlər,  sonrakı  mərhələlərdə  prosesin  idarə 
olunmasında tətbiq olunur. CAM sistemləri texnoloji proseslərin birbaşa 
avtomatlaşdırılmış  layihələndirilməsi  və  işçi  maşınlar  üçün  idarə 
proqramlarının  hazırlanmasında  tətbiq  olunur.  Burada  prosesin 
aparılması zamanı baş verən dəyişiklikləri senzorların köməyi ilə qeydə 
alıb,  sonra  kompyüterdə  layihələndirmə  zamanı  tətbiq  olunması  imkanı 
vardır.  Proses  verilənlərinin  yığılması  zamanı  material  və  informasiya 
axını arasında sıx əlaqə mövcuddur.    
 
CAD/CAM  inteqrasiya  olunmuş  sistemi  ilə  hissələrin  hazırlanma 
prosesini,  konstruksiyaetmədən  mexaniki  emalı  qədərki  bütün 
əməliyyatların təşkili və idarəsini asanlaşdırmaq olur.  


Avtomatlaşdırmanın yayılması 
 
492 
 
CAQ  sistemlərinin  istifadəçi  CAD/CAM  və  CAP  sistemlərinin 
tətbiqi  ilə  sıx  əlaqədardır  (şəkil  3.30).  CAQ  bir  tərəfdən  nəzarət 
sənədlərinin  avtomatlaşdırılmış  hazırlanmasını,  digər  tərəfdən  bu  işin 
istehsal  şəraitində  yerinə  yetirilməsini  əhatə  edir.  CAQ  sistemlərinin 
tətbiqi  konstruksiyaetmə,  layihələndirmə  və  nəzarət  üsullarının  tətbiqi 
zamanı  həndəsi,  texnoloji  və  təşkilati  verilənlərə  istinad  edir.  Hal-
hazırda  istehsalda  keyfiyyətə  qoyulan  tələblər  avtomatlaşdırılmış 
nəzarət sistemlərinin köməyi ilə yerinə yetirilir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 3.30. Kompyüter inteqrasiya olunmuş texnoloji prosesin tərkibi.  
 
Elektrikləşdirilmiş  üsulların  köməyi  ilə  prosesin  hər  hansı  bir 
parametrini  elektrik  siqnalı  şəklində  ölçüb,  sonra  transformasiya 
etməklə, həmin parametrin dəyişməsi haqqında informasiya almaq olur. 
Keyfiyyətə  nəzarət  sistemlərinin  mürəkkəb  ölçmə  işlərində  tətbiqindən 
öncə,  ölçmə  işlərini  hissələrin  CAD  modellərinin  köməyi  ilə 
 
CIM 
CAD/CAM 
CAD 
CAP 
CAM 

 

 

İstehsal proq-
ramının işlənməsi 
İstehsal proqramı 
Vaxt və 
yükləmənin 
planlaşdırılması 
Sifarişin verilməsi 
Prosesə nəzarət 
PPS 


Avtomatlaşdırmanın yayılması 
 
493 
kompyüterdə  simulyasiya  etmək  olur.  Bunun  nəticəsində,  əməktutumlu 
ölçmə işləri, vaxt və maya dəyəri baxımından optimallaşdırıla bilir.     
 
Kompyüter  inteqrasiya  olunmuş  istehsalın  planlaşdırılması  və  idarə 
olunması 
sistemi 
(alm. 
PPS 

Produktionsplanungs- 
und 
Steuerungssystem)  avtomatlaşdırılmış  prosesdə  ayrı-ayrı  yerlərlə 
qarşılıqlı  əlaqədə  olub,  prosesin  əvvəldən  sona  kimi  aparılması  üçün 
lazım olan təşkilati işləri özündə cəmləşdirir.   
   Texnoloji  proseslərin  avtomatlaşdırılmasının  ən  yüksək  pilləsini 
özündə  əks  etdirən  kompyüter  inteqrasiya  olunmuş  istehsaldır  (CİM- 
Computer  Integraded  Manufacturing).  CIM  texnologiyasının  ilk 
konsepti  1973-cü  ildə  ABŞ-da  C.Harrinqton  (ingl.  J.Harrington
tərəfindən  işlənmişdir  [3.19].  80-ci  illərdə  informasiya  texnikasının 
inkişafı  Almaniya  və  ABŞ-da  maşınqayırma  müəssisələrində  bütün 
informasiya  axının  və  verilənlər  bazasının  inteqrasiya  edilməsi 
istiqamətində aparılan işlərin reallaşması üçün şərait yaratmışdır. 1985-
ci  ildə  Hannover  sərgisində  CIM  texnologiyasının  inkişafına  aid 
görülmüş işlərin nəticələri nümayiş etdirilmişdir. Kompyüter inteqrasiya 
olunmuş  istehsalda  bütün  informasiya  axının  açıq  arxitektura  əsasında 
qurulması  rəqəmli  verilənlər  əsasında  işləyən  avadanlıqlar  üçün 
planlaşdırılmış  texnoloji  proseslərin  şəffaf  şəkildə  təsvir  olunması, 
həmçinin  tətbiqi  və  etibarlı  təşkil  olunmasını  mümkün  etmişdir.  CIM 
texnologiyasında  bir  müəssisə  daxilində  iştirak  edən  şöbələr 
kompyüterlərin  köməyi  ilə  bir-biri  ilə  əlaqə  saxlayır. Bununla,  prosesin 
məhsuldarlığını  artırmaq  və  emala  sərf  olunan  vaxtı  azaltmağa  imkan 
yaranır.       
 
 
 
 
 
 
 


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə