www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
166
Həm sədəfəm, həm inciyəm, həşru sirat əsinciyəm,
Bunca qumaşu təxt ilə mən bu dükanə sığmazam.
Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş,
Gövhəri-kan mənəm mən uş, bəhrəvu kanə sığmazam.
Gərçi mühiti-əzəməm, adım adəmdir, adəməm,
Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam.
Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,
Gör bu lətifeyi ki mən, dəhru zəmanə sığmazam.
Əncum ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm,
Çək dilini və əbsəm ol mən bu lisanə sığmazam.
Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm,
Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam.
Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə,
Gülşəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam.
Nar mənəm, şəcər mənəm, ərşə çıxan həcər mənəm,
Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam.
Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm,
Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam.
Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
Bundan uludur ayətim, ayətü şanə sığmazam.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
167
167
167
MƏHƏMMƏD FÜZULĠ
(1494-1556)
Klassik Azərbaycan ədə-
biyyatının inkişafında müstəs-
na xidmətləri olan, lirik və
epik əsərləri ilə ədəbiyyatımızı
zənginləşdirən M.Füzuli 1494-
cü ildə İraqda – Kərbəla şəhə-
rində anadan olmuşdur.
Türk, ərəb və fars dillə-
rində əsərlər yazmış, Azərbay-
can və fars dillərində divan ya-
ratmışdır. «Bütün Yaxın Şərq-
də dastan dedikdə Firdovsi,
rübai dedikdə Xəyyam, əxlaqi-didaktik şeir dedikdə Sədi
xatırlandığı kimi, qəzəl dedikdə də hər kəsdən əvvəl
Füzuli yada düşür» (Mir Cəlal).
Füzuli Nizaminin «Leyli və Məcnun»unun təsiri ilə
Azərbaycan dilində «Leyli və Məcnun» (1536) yaratmış-
dır. Şairin Azərbaycan, ərəb və fars dillərində yazdığı
«Qəsidələr divanı» vardır.
Uzun illər boyu M.Füzulinin «Qəzəllər» divanı və
«Leyli və Məcnun» əsəri orta məktəblərdə dərslik kimi
istifadə edilmişdir.
M.Füzuli 1556-cı ildə taun xəstəliyindən vəfat
etmiş, Kərbəla şəhərində (öz vəsiyyətinə görə) İmam
Hüseyn məqbərəsinin astanasında dəfn edilmişdir.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
168
MƏNĠ CANDAN USANDIRDI
Məni candan usandırdı, cəfadan yar usanmazmı
Fələklər yandı ahımdan, muradım şəmi yanmazmı?
Qamu bimarinə canan dəvayi-dərd edər ehsan.
Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı?
Qəmim pünhan tutardım mən, dedilər yarə qıl
rövşan
Desəm, ol bivəfa bilməm, inanarmı inanmazmı?
Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmi?
Güli-rüxsarinə qarşı gözümdən qanlı axar su,
Həbibim, fəsli güldür bu, axar sular bulanmazmı?
Deyildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görəcək utanmazmı?
Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sevdadır, bu sevdadan
usanmazmi?
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
169
169
169
AġIQ ƏLƏSGƏR
(1821-1926)
Azərbaycan aşıq yara-
dıcılığının ustad sənətkarla-
rındandır.
1821-ci
ildə
Qərbi
Azərbaycanın Göyçə mahalı-
nın Ağkilsə kəndində anadan
olmuşdur. Aşıqlıq fəaliyyəti
ilə Türkiyədə, İranda və Da-
ğıstanda məşhur olmuşdur.
1918-19-cu illərdə doğma
vətən torpaqları erməni işğa-
lına məruz qalmış və Ələsgər Kəlbəcərdə, Tərtərdə köç-
künlük həyatı yaşamışdır. 1921-ci ildə yenidən Vətənə
qayıtmış, 1926-cı ildə isə vəfat etmişdir.
Aşıq şeirinin bir çox janrlarında şeirlər yazmış, do-
daqdəyməz təcnis, dildönməz gəraylı növlərini yaratmış-
dır.
DAĞLAR
Bahar fəsli, yaz ayları gələndə,
Süsənli, sünbüllü, lalalı dağlar!
Yoxsulu, ərbabı, şahı, gədanı
Tutmaz bir-birindən aralı dağlar!
Xəstə üçün təpəsində qar olur,
Hər cür çiçək açır, laləzar olur,
Çeşməsindən abi-həyat car olur,
Dağıdır möhnəti, məlalı dağlar!
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Həcər Hüseynova "Nitqin inkişafına dair praktik məşğələlər"
170
Yazın bir ayında çox yaxşı çağın,
Kəsilməz çeşməndən gözəl yığnağın,
Axtarma motalın, yağın, qaymağın…
Zənbur çiçəyindən bal alı, dağlar!
Yazın əvvəlində dönürsən xana,
Son ayda bənzərsən yetkin bostana,
Payızın zəhməri qoyur virana,
Dağıdır üstündən cəlalı, dağlar!
Gahdan çiskin tökər, gah duman eylər,
Gah gəlib-gedəni peşiman eylər,
Gahdan qeyzə gələr, nahaq qan eylər,
Dinləməz haramı, halalı dağlar.
Ağ xələt bürünər, zərnişan geyməz,
Heç kəsi dindirib kefinə dəyməz.
Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli, qalalı dağlar.
Köçər ellər, düşər səndən aralı,
Firqətindən gül-nərgizin saralı,
Ələsgər Məcnun tək yardan yaralı,
Gəzər səndə dərdli, nalalı, dağlar!…
Dostları ilə paylaş: |