7
Yaqub Məğrur
Vətən naminə
gələcəkdə kitablarım çapdan çıxar və mən şair ola
bilərəm. Hətta “ÖZÜMÜ AXTARIRAM” adlı şeirdə
yazmışdım:
...Qəfil ayrı düşdüm daş sarayımdan,
“Sürgündə” çalışdım özül qazmağa.
Muğanda qurduğum çadır “ev”imdə,
Həsrətdən başladım şeir yazmağa.
Sözləri nə qədər sıralasam da,
Mən heç də özümü şair sanmıram.
Yenişli – yoxuşlu dar cığırlarda,
Saxta əməllərdən faydalanmıram.
Axtara – axtara qırx bir yaşımda,
Nəhayət yad eldə tapdım özümü.
Ancaq ki, hələ də əmin deyiləm,
Bu yeni tapdığım mənim özümmü?..
Yuxarıda qeyd etdiyim kimi, 1993-cü ildə erməni
barbarlarının Cəbrayıl rayonunu işğal etməsi
nəticəsində, Biləsuvar rayonu ərazisində salınmış 4
saylı məcburi köçkün şəhərciyində çadır evlə təmin
olunsam da, iş olmadığından çadırların arasında boş-
boşuna gəzib dolaşır, “ev”ə qayıdanda da rahatlıq
tapa bilmirdim. Günün xeyli hissəsini “ev”də oturub,
daş evdən çadıra necə düşməyimiz barədə xatirələr
yazmaqla məşğul olurdum. Hətta qəlbimdəki hicran
yanğısı bütün vücudumu qarsıyaraq təbimi riqqətə
gətirir və məni yurd həsrətli şeirlər yazmağa da
məcbur edirdi. On iki səhifəlik şagird dəftərində qeyd
etdiyim bu cızma-qaralar yeganə təskinlik mənbəyim
idi.
Ancaq bir ildən də çox müddətdə bu mühitə
uyğunlaşa bilmədiyimdən Biləsuvar rayon İcra
Hakimiyyətinə gedib, ilk tanış olduğum humanitar
məsələlər üzrə başçının müavini cənab Rac Mu-
radovdan, ata yurdunu itirmiş bir qələm sahibi kimi
işlə təmin olunmağıma kömək etməsini xahiş etdim.
O isə bu barədə rayon İcra Hakimiyyətinin başçısı
cənab Əli Babayevə məruzə etdi və məni onun
qəbuluna apardı. Başçı bizi təmkinlə dinləyib, öncə
İH-nin orqanı olan “MƏHSUL” qəzetinin baş redak-
toru cənab Həmdulla Əzizova, sonra isə rayon
Mədəniyyət Şöbəsinin müdiri Rəfiqə xanım
Cəfərovaya zəng edərək, mənim münasib işlə təmin
olunmağım barədə göstəriş verdi. Məsələnin həllinə
nəzarəti isə Rac müəllimə tapşırdı...
Öncə “MƏHSUL” qəzeti redaksiyasına getdim.
Ömrünün ahıl çağlarını yaşayan Həmdulla müəllim
də mənimlə ətraflı söhbətdən sonra məcburi
köçkünlərin çadır həyatı ilə bağlı bir yazı hazırlayıb
gətirməyimi istədi. İlk tanışlıqda özünü H. Əliyevin
kadrı kimi təqdim edən və bundan qürur duyduğunu,
eləcə də keçmiş partiya biletini hələ də ürəyinin
başında gəzdirdiyini bildirən bu qocaman jurnalistin
məntiqli danışığı, əqidə dönməzliyi, şəxsiyyəti və
vüqarlı görkəmi mənə çox müsbət təsir bağışladı.
Onunla sağollaşıb çadır şəhərciyinə qayıtdım.
Həmin gecə yatmayıb “QARABAĞSIZ KEÇƏN
GÜNLƏR” başlıqlı geniş bir məqalə hazırladım və
növbəti gün redaksiyada Həmdulla müəllimə təqdim
etdim. Baş redaktor yazını oxuyub qurtarandan sonra
soruşdu:
8
Yaqub Məğrur
Vətən naminə
9
Yaqub Məğrur
Vətən naminə
- Məqaləni sən yazmısan?
- Bəli!
– Dünən isə deyirdin ki, mühəndisəm.
– Elədir!
Axı bu yazı sırf jurnalist qələmindən çıxıb.
Həmdulla müəllimin mənə inanmadığını anlasam
da, sadəcə gülümsünüb dedim:
- İstəsəniz, başqa məqalə də yazıb gətirə bilərəm.
– Ehtiyac yoxdur. Onsuz da qəzetimizin növbəti
sayı çapa hazırlanır. Yaxın günlərdə hər şeyə aydınlıq
gələcək. Odur ki, hələlik ştatdan kənar müxbir kimi
işə başla, sonrasına baxarıq!
Mən işə başlayandan bir həftə sonra qəzet çapdan
çıxdı. Sözügedən məqaləm də dərc olundu. Üstəlik
baş redaktor, çadır şəhərciyində yaşayan məcburi
köçkünlərə paylamaq üçün mənə 50 nüsxə qəzet
hədiyyə etdi.
Həddi - hüdudu olmayan ilk sevincimi paylaşmaq
üçün İcra Hakimiyətinə - Rac müəllimin qəbuluna get-
dim. O, məni görən kimi kabinetinə dəvət etdi:
–Gəl içəri! Elə indicə sənin məqaləni oxuyurdum.
Çox təsirli yazmısan.
Mən ona minnətdarlığımı bildirib, cənab Başçıya
da təşəkkürümü çatdırmağı xahiş etdim. Rac müəllim
söhbətimizin sonunda, nəyisə gizlədirmiş kimi dedi:
- Sən Rəfiqə xanıma da baş çək! O özü zəng edib
soruşurdu ki, cənab Başçı tapşırdığı oğlan niyə gəlib
çıxmadı? Yəqin ki, səninçün hansısa işi nəzərdə tu-
taraq zəng edib.
Mən Rac müəllimlə sağollaşıb, dərhal Mədəniyyət
Şöbəsinə yollandım. Gözəlliyi, şəxsiyyəti və intellekti
ilə başqalarından seçilən, məni gülər üzlə qarşılayıb
təmkinlə dinləyən və dərhal iş təklif edib, xoş təsir
bağışlayan Rəfiqə xanım dedi:
- İcra Hakimiyyəti Başçısının göstərişinə əsasən
rayonumuzun ərazisində salınmış çadır şəhər -
ciklərində məcburi köçkünlərə nümunəvi xidmət
göstərən kitabxana açmaq planımız var. Başçı
tapşırdığına görə bu kitabxananı sənə həvalə etsək,
məncə yaxşı olar.
Ona minnətdarlıq edib dedim:
- Mən artıq “MƏHSUL” qəzetində çalışıram. Hər
gün rayon mərkəzinə işə gəlirəm. Belə olan halda,
mənim iki müxtəlif yönlü işi eyni vaxtda, müxtəlif
yerlərdə reallaşdırmağım mümkün deyil. Ancaq bu
məsələnin başqa bir həll yolu var.
– Necə?
- Əgər siz kitabxanaçı vəzifəsinə məni deyil, həyat
yoldaşımı götürsəniz, yeni tikib başa çatdırdığım iki
otaqlı kərpic binanı sizə bağışlayaram və kitabxananı
həmin binada açarsınız.
Rəfiqə xanım gülümsünüb soruşdu:
- Yoldaşınızın təhsili varmı?
– Bəli, orta ixtisas təhsillidir.
– Yəni demək istəyirəm ki, kitabxanaçı oxuculara
həm nümunəvi xidmət göstərməyi, həm də kitabları
qoruyub saxlamağı bacarmalıdır. Sizcə yoldaşınız
bunların öhdəsindən gələ biləcəkmi?
– Narahat olmayın, Rəfiqə xanım! Bu işə şəxsən
özüm nəzarət edəcəyəm.
- Deməli məsuliyyəti öz boynunuza götürürsünüz.
Elə isə hesab edirəm ki, sizə inanmaq olar. Odur ki,
siz sabah şöbəmizə gəlin! Mən də ona qədər
yoldaşınızın işə götürülməsi məsələsini həm cənab
10
Yaqub Məğrur
Vətən naminə
Dostları ilə paylaş: |