YAQUB MƏĞRUR
VƏTƏN NAMİNƏ
Bakı
“Araz” - 2016
Redaktor: Nizami Süleyman
Korrektor: Həqiqət Sönməz
Tərtibatçılıar: Vüsal Ziyadxanoğlu,
Ülvin Məhəmməd
Yaqub Məğrur (Xudiyev Yaqub Əmirqulu
oğlu) “Vətən naminə”
Bakı, “Araz” nəşriyyatı, 2016-cı il, 204 səh.
Oxuculara təqdim edilən “VƏTƏN NAMİNƏ” kitabında Qara -
bağın, eləcə də Cəb rayılın faciəli tarixi, keçmişi və bu günü
barədə müəllifin faktlara söykənən şeirləri, publisistik yazıları və
s. dərc edilmişdir.
On minlərlə insan həyatına son qoymuş bu hadisələrin geniş
təhlilini verən Y. Məğrur qələmini süngüyə çevirərək yaratdığı
əsərlərlə erməni vandalizminə qarşı mübarizə yollarına işıq
salmağa çalışır və xalqımızı düşmən tapdağı altında inləyən
qədimdən-qədim dədə-baba torpaq larımızın azad edilməsi
uğrunda birləşməyə çağırır.
c
“Araz” 2016
c
Y.Xudiyev 2016
Yaqub Məğrur
Vətən naminə
Y
050
2016
4957134516
3
Yaqub Məğrur
Vətən naminə
Yaqub Məğrur
ÖMÜRNAMƏ
Yaqub Məğrur Əmirqulu oğlu Xudiyev 1956 – cı
ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində
anadan olmuşdur. Dövri mətbuatda 1995 – ci ildən
fəaliyyət göstərir. Biləsuvar rayon İH – nin orqanı olan
“MƏHSUL” qəzetində çalışdığı iki il ərzində
“XUDAFƏRİN NƏĞMƏLƏRİ” Ədəbi Birliyi yaradıb.
Hazırda da fəaliyyətdə olan həmin birliyin sədridir.
Müxtəlif qəzetlərdə şöbə müdiri və redaktor
vəzifələrinədək yüksəlib. 2001 – 2008 – ci illərdə
“ŞƏHİDLƏR” qəzetinin baş redaktoru işləyib. 2003 –
cü ildə “TƏHQİQAT” ictimai – siyasi, hüquqi qəzetini
təsis edib və hazırda da qəzet onun rəhbərliyi altında
nəşr olunur.
AJB – nin və “İTİ QƏLƏM” Ədəbi Birliyinin
üzvüdür. 2006 – cı ildə “QIZIL ƏLLƏR”, 2007 – ci ildə
“PEŞƏKAR JURNALİST”, 2008 – ci ildə “QIZIL
QƏLƏM” və “MÜQƏDDƏS QƏLƏM”, 2011 – ci ildə
“ƏSRİN ZİYALISI – İLİN PUBLİSİSTİ”, 2012 – ci ildə
“ARAZ”, 2015 – ci ildə “İTİ QƏLƏM” və s. fəxri
diplomları ilə təltif olunmuşdur.
“ÖZÜMÜ AXTARIRAM” adlı ilk kitabı 2006 – cı
ildə işıq üzü görmüşdür. “XEYİRXAH TANRI
DİLƏKÇİSİ” adlı iri həcmli bədii oçerkdən ibarət kitabı
2007 – ci ildə, “QEYRƏT NƏĞMƏSİ” adlı şeirlər to-
plusu 2008 – ci ildə, “ÖLÜM DAĞI - DAŞBAŞI”
romanı 2010 – cu ildə, “QADIN – SİRLİ TAPMACA”
şeirlər kitabı 2012 – ci ildə və şeirlərdən və publisi-
stikadan ibarət “GƏLİRƏM, QARABAĞ!” adlı kitabı
2014 – cü ildə çapdan çıxmışdır.
“VƏTƏN NAMİNƏ” kitabı şairin oxucxularla
yeddinci görüşüdür.
4
Yaqub Məğrur
Vətən naminə
5
Yaqub Məğrur
Vətən naminə
BİR DƏ OXU, YAXŞI TANI!
Can ilə, cismi ilə, varlığı rəğbətdi sözə,
Bacarır az söz ilə misraya çox məna düzə.
Fikri sərrast yönəlir, hədəfi birbaşa vurur,
İnanmaram qələmi əyri yaza, ya tələsə.
Dolayı yolları heç xoşlamayır ilhamı da,
Bircə bənddən bilinir, təbi şuxdur yolu kəsə.
Təpədən dırnağacan atmacalar ustasıdı,
Tanrıdan nəsiblənib, lütfün alıb hər nə isə.
Ruhunun şairidi, sözlər ona vasitədi,
Dözə bilməz beləsi, çor deyənə zor deməsə.
Yurdu tapdaqda olan söz əhlinin dərdlərinə,
İnamım yoxdu qəti, dağlığıyla dağ da dözə.
Çoxu üzdən yaşayır, şair dərindən dərinə,
Bu səbəbdən çin olur, şair nəyi zənn eləsə.
Şairin sezgiləri, kəraməti, fəhmi olur,
Şair çox adiləşər, bağlanaraq sözü yesə.
Yaqub Məğrur adını bir də oxu, yaxşı tanı!
Nə badə kimsə gələ, şair olandan nəfəsə.
* * *
P.S.
Adı gəlir peyğəmbərdən,
Təxəllüsü özündəndir.
Biri göydən, biri yerdən,
Qədər-qismət üzündəndir.
Nizami Süleyman,
Şair-publisist.
Redaktor sözü
KÖVRƏK XATİRƏLƏR
1974 – cü ildə orta məktəbi “TƏRİFNAMƏ” ilə
bitirərkən, fikrim ədəbiyyatçı olmaq idi. Ancaq bu
məqsədlə sənədlərimi verdiyim Azərbaycan Pedaqoji
İnstitutunun (indiki ADPU-nun) filologiya fakültəsinə
qəbul imtahanlarında, o vaxt üçün yüksək nəticə
sayılan iyirmi bal toplasam da, yalnız iş stajım
olmadığına görə müsabiqədən keçə bilmədim. Hal-
buki ədəbiyyat müəllimim, şair Çərkəz Məcid başda
olmaqla mənə dərs deyən orta məktəb
müəllimlərimin hamısı qəbul imtahanlarından və
müsabiqədən maneəsiz keçəcəyimi bildirirdilər.
Təəssüf ki, bu, belə olmadı və növbəti ildə məni hərbi
xidmətə çağırdılar.
Sovet ordusu sıralarında istehkamçı - mühəndis
ixtisasına yiyələndim. Bu, mənim həyatımda ilk
dönüş nöqtəsi oldu. İki illik hərbi xidmətdən tərxis ol-
unduqdan sonra da, tale məni ədəbiyyata deyil,
texnika sahəsinə yönləndirdi. Mülki həyatda da “Av-
tomobil nəqliyyatının istismarı” üzrə mühəndis
ixtisasına yiyələnib, uzun müddət bu sahədə müxtəlif
vəzifələrdə çalışdım.
Həm hərbi xidmətdə olarkən, həm də ondan
sonrakı dövrdə təbim hərdən cuşə gəlir və kiçik
həcmli lirik şeirlər yazırdım. Düşünürdüm ki, bəlkə
bu, orta məktəbdə ədəbiyyat dərsindən 5/5 qiyməti
almağı bacaran yeganə şagird olmağımdan irəli gəlir.
Hətta ötən əsrin doxsanıncı illərinin əvvəllərində
doğma yurd yerlərimizdən didərgin salınanda və ilan
mələyən Muğan düzünün şoran torpaqlarında
məskunlaşanda da, heç ağlıma gəlməzdi ki,
6
Yaqub Məğrur
Vətən naminə
ÖN SÖZ ƏVƏZİ
Dostları ilə paylaş: |