185
Yaqub Məğrur
Vətən naminə
İcazə verin, qarşıdan gələn 60 illik yubileyiniz
münasibəti ilə Sizi ürəkdən təbrik edim! Ömrünüz
uzun, canınız sağ, uğurlarınız tükənməz olsun!-
deyim. Uca Tanrı bizi doğma yurdlarmıza
qovuşdursun! Sizin şah əsərinizi o yurdda, gözəl
Qarabağda, cıdır düzündə oxuyaq və alqışlayaq!
İnşallah!..
Həşim Həsənoğlu,
“SAHİL” qəzetinin baş redaktoru,
yazıçı- publisist.
ELƏ DEYİRSƏN
“GƏLİRƏM, QARABAĞ!”,
ANCAQ GƏLMİRSƏN
DAĞDAN AĞIR HƏSRƏT YÜKÜ VAR
ONUN
Mən Yaqub Məğruru çoxdan tanıyıram.
Daşıyıcısı olduğu təxəllüsə layiq kişidir.
Zəhmətkeşdir, çətinliklərdən qorxmayandır, sözü
birbaşa qıpqırmızı üzə deyəndir. Ünsiyyətcildir,
obyektivdir, prinsipialdır. Dünya dağıla tutduğu
yoldan çəkinən, dönən deyil Məğrur. Gözləri
həmişə gülür, lakin diqqətlə baxanda görürsən ki,
gözlərinin dərinliyində boy atmış qəm, kədər qat
bağlayıb.
Y.Məğrur cəsarətli qələm sahibi, məhsuldar
şair, “dişli” publisistdir. “Təhqiqat” kimi döyüşkən,
mübariz bir mediya təmsilçisinin təsisçisi və baş
redaktorudur. Onun indiyəcən çoxsaylı şeir və
publisistik yazı larından ibarət bir neçə kitabı çap
edilib. Soydaşlarını ciddi narahat edən sosial-
iqtisadi problemlər, zəmanədən, taleyin
amansızlığından şikayət, tez-tez rastlaşdığı
haqsızlıqlar, eləcə də yurd, vətən həsrəti,
mənəvi iztirablardan qaynaqlanan narahatlıq,
sözübütövlüyə, birliyə, həmrəyliyə çağırış şairi
düşündürən başlıca məsələlərdəndir. Qarabağ
mövzusu, vətəndə vətənsizlik dərdi, möhnəti,
qaçqın və məcburi köçkünlərin ağır həyat tərzi,
dolanışıq qayğıları, doğma el-obaya qayıdiş
istəyi Yaqub Məğrurun yaradıcılığından qırmızı
zolaq kimi keçir. Onun ”Gəlirəm, Qarabağ!”
toplusunda (“Təknur” nəşriyyatı, 2014-cü il,
redaktor Ə.Əroğul) dediklərimin bir daha şahidi
olduq. Burada öz həyat kredosuna sadiq qalan
müəllifin
şeirləri,
poemaları,
publisistik
məqalələri, poetik deyimləri, elegiyaları...
sərgilənib. Kitabdakı irili-xırdalı əsərlər bir an-
lama köklənib: birləşib, bütövləşib, qeyrətləşib
düşmən tapdağında can verən doğma yurd
yerlərimizi əsarətdən qurtarmaq, o yerlərə
qayıtmaq...
Məlumdur
ki,
Qarabağın
erməni
quldurlarından
qeyrd-şərtsiz
boşaldılması
haqqında dörd qətnamə mövcuddur. Fəqət uzun
illərdir onlar kağız üzərində qalıb, icrasına əməl
olunmur. AŞ PA adlanan qurum, ABŞ, Rusiya,
Fransa dövlətləri və ATƏT ötən müddət ərzində
186
Yaqub Məğrur
Vətən naminə
187
Yaqub Məğrur
Vətən naminə
nəinki irəliyə bir addım belə atmayıblar, əksinə,
müxtəlif
sərsəm
bəhanələrlə
vəziyyətin
normallaşmasını, ədalətli sülhün bərqərar
edilməsini əngəlləməklə məşğuldurlar. Bu
baxımdan müəllif “ATƏT-ə açıq məktub” şeirində
danışıqların
uzadılmasını,
həmsədrlərin
fəaliyyətsizliyini, üzgörənliyini kəskin tənqid
atəşinə tutur:
İyirmi il bir nöqtədə durmusuz,
Millətimə ağır zərbə vurmusuz.
Çox danışıb xalqımızı yormusuz,
Varmı yeni “təklif-fikir” ay ATƏT?
Bəşəriyyət tarixində heç vaxt misli-bərabəri
görünməmiş Xocali faciəsi barəsində çox yazılıb.
Ancaq Yaqub müəllimin məxsusi şeiri bunlardan
öz kəskinliyi, təsirliliyi ilə seçilir, oxucunun
yaddaşını itiləyir:
Türkün qəhrəmanlıq salnaməsində
Tarixə həkk olmuş andı Xocalı.
Qarlı-qiyamətli qış gecəsində
Nahaqdan tökülmüş qandı Xocalı!
Yaralarından qan sızan Vətənimizn cənnət
guşəsi, füsunkar “Qarabağın qızıl tacı”,
“xalqımızın musiqi və mədəniyyət beşiyi” olan
Şuşanın acınacaqlı taleyi Y. Məğrurun yozu-
munda görün necə poetikləşdirilib:
Tapdağı altında xain düşmənin
Iyirmi ildir ki, sızlayır Şuşa.
Onu qəribsəyən cəsur kəsləri
Zirvədən boylanıb gözləyir Şuşa.
Doğulub boya-başa çatdığı Cəbrayılın işğalı
müəllifin dincliyini büsbütün əlindən alıb, onu
olmazın dərdlərə salıb. O müdhiş günləri
xatırladıqca tüstüsü təpəsindən çıxır Yaqub
eloğlumuzun. Cənnətmisal rayonun təbii
sərvətləri, amansız düşmən tərəfindən qolu
kəsilən Xan Çinarı, başı ağ çalmalı nurani-pirani
Ziyarət dağını, diş göynədən Çinar Kəhrizini,
Dağtumas yaylaqlarını xatırladıqca içində bir
üsyan, etiraz dalğası boy verir. “Cəbrayılsız
yaşamağa haqqım yoxdur” qənaətinə gəlir.
Bədbinləşir, doğma Vətəninin qoynunda ölməyi
arzulayır. Bu bədbinlik, ümidsizlik, carəsizlik
notlarının, harayın, çağırışın axar-baxarında o,
dərdini “əsrlərə sinə gərən, şahidlik edən”
Xudafərin körğüləriylə bölüşür:
Qan qoxlu izimizsən,
Qəm-qüssəli sözümüzsən.
Yaş süzülən gözümüzsən,
Xudafərin, Xudafərin!..
- deyə fəryad qoparır şair. Yaqub Məğrur
“İlahi” şeirində fikrinin məntiqi davamı kimi,
188
Yaqub Məğrur
Vətən naminə
189
Yaqub Məğrur
Vətən naminə
azərbaycanın təkləndiyini, köməksizliyini, qarı
düşmənin isə amansızlığını, qudurğanlığını
diqqətə çəkir. Böyük Yaradanın öznilə millətimizi
birləşərək ayrılığa, möhnətə son qoymağa
səsləyir:
Yaqub deyir: - Az Ərlərik, Azlarıq,
Nə qədər ki, bu dünyada biz varıq,
Vətən birləşincə heç vaxt susmarıq,
Sən özün birləşdir, bizi İlahi!
“Şəhidlər”, “Can Qarabağ”, “Çadırda”, “Özümü
axtarıram”, “Dönək Qarabağa”, “Ay vətən oğlu”,
“Yurd daşı” və bir sıra başqa şeirlərində də o,
iyirmi ildən cox vaxt müddətində hicranın dar
ağacından, möhnətin dor ağacından asılıb qalan,
ayaqları doğma torpaqlarından üzülən bəxtikəm
didərginlərin əzab-əziyyətlə dolu zindan həyatı,
ağrı-acıları, iztirabları, mənəvi-ruhi sarsıntıları
inandırıcı, təbii boyalarla əks etdirilib. Misallara
müraciət edək: “Nə qədər yardımla dolanmaq
olar,
Yan-yana,
üst-üstə
qalanmaq
olar?”(“Çadırda”); “Didərgin salındım eldən-
obadan,
Bilmədim
kimlərə
deyim
dərdimi”(“Özümü axtarıram”); “Xalqa Qarabağı
unutduraraq,
Xəyanət
etdilər
doğma
Vətənə”(“Dönək Qarabağa”)...
Diqqət yetirin ki, şair bütün türk millətini
səfərbərliyə necə çağırır:
Dostları ilə paylaş: |