Yarımkeçiricilər


İstilik enerjisinin çevrilməsi



Yüklə 178,95 Kb.
səhifə2/2
tarix10.02.2023
ölçüsü178,95 Kb.
#100617
1   2
kimyasərbəstiş

İstilik enerjisinin çevrilməsi[redaktə | mənbəni redaktə et]
Yarımkeçiricilər böyük termoelektrik güc faktorlarına malikdirlər ki, bu da onları termoelektrik generatorlar üçün faydalı edir, həmçinin yüksək termoelektrik göstəriciləri onları termoelektrik soyuducularda əhəmiyyətli edir.
Dielektriklər
Dielektriklər — elektrik cərəyanını keçirməyən maddələrdir. Dielektriklərin qaz, maye və bərk növləri var. Dielektriklər neytral atom və ya molekullardan təşkil olunmuşdur. Dielektriklərin iki növü vardır: polyar və qeyri-polyar. Onlar molekulların quruluşuna görə bir-birindən fərqlənirlər. Elektrik sahəsində dielektrikin bağlı yükləri əks istiqamətlərdə yerini dəyişir; dielektrik polyarlaşır. Polyarlaşmış dielektrik özü elektrik sahəsi yaradır. Bu sahə dielektrikin daxilində xarici elektrik sahəsini zəiflədir.
  • Dielektrikin polyarizasiyası-xarici elektrik sahəsində dielektrikin qarşı üzlərində əks işarəli bağlı elektrik yüklərinin yaranmasıdır.
  • Dielektrik nüfuzluğu-dielektrik daxilində sahə intensivliyinin vakuumdakı sahə intensivliyindən neçə dəfə kiçik olduğunu göstərən fiziki kəmiyyətdir: ε=E0/E.Dielektrik nüfuzluğu adsız kəmiyyətdir və maddənin növündən asılıdır.
  • İzolyatorlar-dielektriklərin izolyasiya məqsədi ilə işlədilən bir qrupudur.

Seqnetoelektriklərxarici elektrik sahəsi olmadıqda belə spontan(özbaşına) polyarizasiya kəsb edən dielektriklərdir.Onlar digər dielektriklərdən dielektrik nüfuzluğunun böyük olmasına və qalıq polyarizasiyaya malik olmalarına görə fərqlənirlər.Seqnetoelektriklərə misal olaraq seqnet duzunu,barium titanatı,qurğuşun titanatı və onun əsasında hazırlanmış bərk məhlulları göstərmək olar.
  • Pyezoelektriklər-mexaniki gərginliyin təsiri ilə qarşı üzlərində əks işarəli yüklər yaranan kristallardır.
  • Piroelektriklər-temperaturun və istilik şüalanmasının təsiri ilə qarşı üzlərində əks işarəli elektrik yükləri yaranan kristallardır.

Diqqətinizə görə təşəkkürlər
Yüklə 178,95 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə