«Яс-Сящищу-л-Мусняд»мин ясбаби-н-Нузул китабыны йазмаьы мяним цчцн асанлашдыран Ужа Аллаща щямд едирям


«De: “Allaha, Onun ayələrinə və Onun Elçisinə isteh­zamı edirsiniz?”»



Yüklə 2,89 Mb.
səhifə13/27
tarix05.06.2018
ölçüsü2,89 Mb.
#47632
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

«De: “Allaha, Onun ayələrinə və Onun Elçisinə isteh­zamı edirsiniz?”»

Bu hədisin isnadında olan ravilərin hamısı – Hişam ibn Sə'd­dən başqa – Buxari və Muslimin istinad etdiyi ravi­lər­dir. Hişam ibn Sə'də gəlincə, Təbəri «Təfsir»ində (10-cu cild, səh. 172) ona istinad edərək bu hədisi qüvvətləndirən bir hədis rəvayət etmişdir. Həmçinin ibn Əbi Hatim «Təf­sir»ində (4-cü cild, səh. 64) başqa bir «həsən» isnadla Kə'b ibn Malikdən (r.a) bu hədisi gücləndirən bir hədis rəvayət etmişdir.


Uca Allah buyurur:
ﭽ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﭼ
«Möminlərdən könüllü surətdə sədəqə verənlərə və çə­tinliklə tapdıqlarını verənlərə eyib tutanları, onları məs­xərəyə qoyanları, Allah məsxərəyə qoyacaqdır. Onları sarsıdıcı bir əzab gözləyir».

(79-cu ayə)
Buxari «Səhih» əsərində (4-cü cild, səh. 25) de­miş­­dir­: «Əbu Məsud (r.a) rəvayət edir ki, sədəqə barəsində ayə111 nazil olduğu zaman biz bir-birimizə borc verirdik. Bir nəfər (Əbu Hil (r.a)) kasıblara çoxlu sədəqə verdi və münafiqlər: «O riyakardır!»- dedilər. Başqa bir kimsə də gətirib bir «saa» sədəqə verdikdə onlar: «Allahın bir «saa» sədəqəyə eh­tiyacı yoxdur!»- dedilər. Uca Allah da bu ayəni nazil et­di:
ﭽ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﭼ الآية
«Möminlərdən könüllü surətdə sədəqə verənlərə və çə­tinliklə tapdıqlarını verənlərə eyib tutanları, onları məs­xərəyə qoyanları..»

Bu hədisi həmçinin Buxari «Təfsir» fəslində (9-cu cild, səh. 400), Muslim «Səhih» əsərində (7-ci cild, səh. 105), ibn Əbi Hatim «Təfsir»ində (4-cü cild, səh. 73), ibn Cərir «Təf­sir»ində (10-cu cild, səh. 197), Təyalisi «Müsnəd» əsərində (2-ci cild, səh. 19) ibn Hibban «Səhih» əsərində (Hey­sə­mi­nin «Məvariduz-Zaman» əsə­rində (səh. 471) qeyd olunduğu kimi) və Vahidi «Əsbabun-Nuzul» əsərində rəvayət etmiş­lər.



Uca Allah buyurur:
ﭽ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﭼ
«Heç vaxt onlardan ölmüş bir kəsin cənazə namazını qılma, qəbrinin başında da durma. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər və günahkar olaraq öl­dü­lər».

(84-cü ayə)
Buxari «Səhih» əsərində (3-cü cild, səh. 381) de­miş­­dir­: «İbn Ömər (r.a) rəvayət edir ki, Ab­dullah ibn Ubey vəfat etdikdə oğlu Pey­ğəmbərin  yanına gəlib dedi: «Ey Allahın elçisi! Libası­nı ver onu kəfənləyək və onun üçün cənazə na­mazı qılıb Allahdan ona ba­ğış­lanma dilə!» Peyğəmbər  öz libasını ona verdi və onun cənazə namazını qılmaq istə­dikdə Ömər (r.a) onu saxlayıb de­di: «Məgər Allah münafiqlərin cənazə namaını qılma­ğı sənə qadağan etməyib?» Peyğəm­bər  də «Mən (onların cənazə namazını qılıb-qılmamaqda) ixtiyar sahibi­yəm!» - deyib
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟﭠ ﭼ
«Onların bağışlanması üçün dua etsən də, etməsən də, hətta onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə, Allah onları əsla bağışlamayacaqdır»112 ayəsini oxudu və onun cənazə namazını qıldı. Bu zaman Uca Allah bu ayəni nazil etdi:
ﭽ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﭼ
«Heç vaxt onlardan ölmüş bir kəsin cənazə namazını qılma, qəbrinin başında da durma. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər və günahkar olaraq öl­dü­lər».

Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (3-cü cild, səh. 471; 9-cu cild, səh. 403, 407, 409; 12-ci cild, səh. 380), Muslim «Səhih» əsərində (15-ci cild, səh. 167; 17-ci cild, səh. 121), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 118-119), Nəsai «Sünən» əsə­rində (4-cü cild, səh. 13), ibn Macə «Sünən» əsərində (1523-cü hə­dis), Əhməd «Müsnəd» əsə­rində (1-ci cild, səh. 16; 2-ci cild, səh. 18), ibn Cərir «Təf­sir»ində (10-cu cild, səh. 205), ibn Əbi Hatim «Təfsir»ində (4-cü cild, səh. 76-77) və ibn İshaq (ibn Hişamın «Sira» əsə­rində (2-ci cild, səh. 552) qeyd olunduğu kimi) rəvayət et­mişlər.

Tirmizi bu hədisin «həsən-səhih» olduğunu demişdir.
Uca Allah buyurur:
ﭽ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹﭺ ﭻ ﭼﭽ ﭾ ﭿﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﭼ
«Yanlarına qayıtdığınız zaman onlardan əl çəkəsiniz deyə qarşınızda Allaha and içəcəklər. Siz onlardan üz döndərin. Çünki onlar murdardırlar. Qazandıqları gü­nahların cəzası olaraq sığınacaqları yer Cəhənnəm ola­caqdır. Qarşınızda and içəcəklər ki, onlardan razı qa­la­sınız. Siz onlardan razı olsanız da, Allah fasiq cama­at­dan razı qalmaz».

(95 və 96-cı ayələr)
İbn Cərir «Təfsir»ində (11-ci cild, səh. 3) de­miş­­dir­: «Kə'b ibn Malik (r.a) demişdir: «Təbuk döyüşündən sonra Peyğəmbər  səhabələrilə bir yerdə oturmuşdu. Bu vaxt dö­yüşdən yayınan səksəndən çox kişi onun yanına gəldi və (bəhanələrini doğrultmaq üçün) and içərək üzrxahlıq etməyə başladılar. Peyğəmbər  on­ların camaat arasında dediklərini qəbul etdi, onlardan bir daha vəd aldı, onlar üçün Allahdan bağışlanma dilədi və qəlblərin­də gizlətdiklərini Allaha hə­valə etdi. Mən isə həqiqəti gizlətmədim və ona düzünü dedim. Allaha and olsun ki, mənim üçün İslam ne­mətindən sonra Allahın əta etdiyi ən əzəmətli nemət Peyğəmbərə  düz danışmaq idi ki, yalan danışıb həlak olan­lardan olmayım. Həqiqətən, Allah yalan danışanların dedikləri­nin necə də pis olması barədə bu ayəni nazil etdi:
ﭽ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹﭺ ﭻ ﭼﭽ ﭾ ﭿﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﭼ الآيتان
«Yanlarına qayıtdığınız zaman onlardan əl çəkəsiniz deyə qarşınızda Allaha and içəcəklər. Siz onlardan üz döndərin. Çünki onlar murdardırlar. Qazandıqları gü­nahların cəzası olaraq sığınacaqları yer Cəhənnəm ola­caqdır...»

Bu hədisin ravilərinin hamısı Buxari və Muslimin istinad etdiyi ravilərdir.


Uca Allah buyurur:
ﭽ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭼ
«Müşriklərin Cəhənnəm sakinləri olduqları onlara bəl­li olduqdan sonra, qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün bağışlanma diləmək yaraş­maz».

(113-cü ayə)
Buxari «Səhih» əsərində (3-cü cild, səh. 465; 8-ci cild, səh. 194) de­miş­­dir­: «Museyyib (r.a) rəva­yət edir ki, Əbu Talibin ölümqabağı Peyğəmbər  onun yanına gəldi və de­di: «Ey əmi! «Lə iləhə illəllah!» kəlməsini de, Allah ya­nın­da sənin dediyinə şəhadət ve­rim (sənə şəfaətçi olum)». Orada olan Əbu Cəhl və Abdullah ibn Əbi Ümeyyə isə dedi: «Ey Əbu Talib! Abdulmüttəlibin millətindən üz çevirmək istəyirsən. Peyğəmbər  bir neçə dəfə dediyində təkid etdi və onlar da öz növbələrində etirazlarını bil­dirdilər. Nəhayət Əbu Talibin axır sözü Abdulmüttəlibin millə­tində qalaca­ğı­nı israr etməsi oldu və «lə iləhə illəllah» deməkdən imtina etdi. Peyğəmbər  də ona dedi: «Allaha and olsun ki, mənə qadağan olunana qədər sənin üçün bağışlan­ma diləyəcəm». Uca Allah da bu ayəni nazil etdi:
ﭽ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭼ
«Müşriklərin Cəhənnəm sakinləri olduqları onlara bəl­li olduqdan sonra, qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün bağışlanma diləmək yaraşmaz».

Həmçinin bu ayə də nazil oldu:


ﭽ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘﮙ ﮚ ﮛ ﮜ ﮝ ﭼ
«Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməz­sən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğ­ru yolda olanları da daha yaxşı tanıyır»113

Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (9-cu cild, səh. 411; 10-cu cild, səh. 124), Muslim «Səhih» əsərində (1-ci cild, səh. 214), Nəsai «Sünən» əsərində (4-cü cild, səh. 74), Əhməd «Müs­nəd» əsərində (5-ci cild, səh. 433), ibn Cərir «Təfsir»ində (11-ci cild, səh. 41), Beyhəqi «Əsma vəs-Sifat» əsərində (səh. 97-98) və ibn Əbi Hatim «Təf­sir»ində (4-cü cild, səh. 102) rəvayət etmişlər.


Uca Allah buyurur:
ﭽ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭼ
«Allah, müsəlmanlardan bəzilərinin qəlbi cihaddan ya­yınmaq üzrə olduqdan sonra, Peyğəmbərin də, çətin vaxtda onun ardınca gedən mühacirlərin və ənsarların da əvvəlcə tövbəsini qəbul etdi, sonra da onları bağışladı. Çünki Allah onlara müsəlmanlara qarşı Şəfqətlidir, Rəhmlidir. Geri qalmış üç nəfəri də bağışladı. Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürək­ləri kədərdən sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra Allah peşman olsunlar de­yə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah töv­bə­ləri qəbul Edəndir, Rəhmlidir. Ey iman gətirənlər! Allah­dan qorxun və düz danışanlarla birlikdə olun».

(117-119-cu ayələr)
Buxari «Səhih» əsərində (9-cu cild, səh. 176) de­miş­­dir­: «Kə'b ibn Malik (r.a) rəvayət edir ki, Təbuk döyüşündən başqa Peyğəmbərlə  iştirak etdiyim döyüşlərin heç bi­rin­dən yayınmamış­dım. Bədr döyüşün­dən yayınmağıma gə­lin­cə, ondan yayınanları Peyğəmbər  qınamamışdı. Çün­ki o zaman Peyğəmbər  döyüşə yox, Qüreyş karvanının yolunu kəsmək üçün çıx­mışdı. Allah da onları vədələş­mə­dikləri bir yerdə düşmənləri ilə üz-üzə gətirdi.

Əqəbə114 beyətində hamımız Peyğəmbərlə  bərabər İs­lamı yaşatmağa söz verdik. İnsanlar arasında Bədr döyü­şü­nün Əqəbə beyətindən daha üztün sayılmasına baxmaya­raq mənim üçün Əqəbə beyəti daha sevimli idi. Təbuk döyü­şünə gəlincə, bu döyüşdən yayındığım zaman özümü başqa döyüşlərdə olduğundan daha qüvvətli və gümrah hiss edir­dim. Allaha and olsun ki, bundan öncə heç vaxt mənim bir dəvədən artıq miniyim olma­mışdı. Bu döyüş vaxtı isə mə­nim iki dəvəm var idi. Hər hansı bir döyüşə getmək istə­dik­də iyham (iki mənalı ifadə) etməklə həqiqi məqsədini bil­dir­mək Peyğəmbərin  adəti idi.115

Peyğəmbər  Təbuk döyüşünə şiddətli bir isti zamanı yo­la düşdü. Bu səfər çox uzun və təhlükəli, qarşılaşacaq­ları düşmənin isə sayı çox olduğundan o, müsəlmanlar bunları nəzərə alıb hazırlıq gör­sünlər deyə, məqsədini açıqlayıb, ge­dəcəyi istiqaməti onlara xəbər verdi. O za­man Peyğəmbərin  yanında olan müsəlmanların sayı çox idi, ancaq o, onların adlarını xüsusi bir kitabda qeyd etmədi.

Heç kim döyüşdən yayınmaq istəmirdi. Yalnız döyüşdən ya­yınmaq istəyən az sayda müsəlman elə zənn edirdi ki, vəhy nazil olmayınca onların bu hərə­kətindən Peyğəmbər  kim xəbər tutmayacaq. Peyğəmbər  mü­səlmanlarla birgə hazırlıq görüb meyvələrin yetişdiyi və ağac köl­gələrinin xoş olduğu bir zamanda (isti payız günündə) bu döyüşə çıxdı. O zaman onlar döyüşə hazırlaşarkən, mən də hər səhər dö­yüşə hazırlaşmaq məqsədilə evdən çıxır və hər axşam heç bir hazırlıq görmədən evə qayıdıb öz-özümə deyirdim: «Ha­zırlıq gör­mək üçün kifayət qədər vaxt var».

Camaat döyüşə tam hazır olana qədər bu səhlənkarlıq məndə davam etdi. Səhəri gün Peyğəmbər  və mü­səl­man­lar artıq səfərə yola düşdülər. Mən isə hələ də hazırlıq gör­məmişdim. Mən yenə öz-özümə de­dim: «Bir-iki günə ha­zır­lıq gördükdən sonra gedib onlara çataram».

Onlar Mədinədən çıxdıqdan sonra mən yenə də hazırlıq gör­mək üçün evdən çıxdım və heç bir iş görmədən axşam evə qayıt­dım. Bu hal məndə, onların tez bir zamanda düş­mənlə qarşılaş­dıqları anacan davam etdi və mən bu döyüşdə iştirak etmək für­sətini əldən buraxdım. Bütün bunlara bax­mayaraq, mən yenə də onlara çatmaq fikrində idim. Kaş ki, bu fikrimi doğrul­daydım. Lakin bu mənə müyəssər olmadı.

Peyğəmbər  Mədinədən çıxıb döyü­şə get­dikdən sonra insanlar arasına çıxdıqda məni ən çox kədərləndirən o idi ki, burada yalnız münafiqlikdə ittiham olunanlar və Allahın dö­yüşə getməmə­yə rüsxət verdiyi zəiflər qalmışdı.

Peyğəmbər  Təbuka gəlib çatana qədər mənim ba­rəmdə düşünmədi. Təbukda ikən səhabələr arasında ol­duqda məni xatırla­yıb dedi: «Kə'b nə etdi?» Bənu Sələmə qəbilə­sindən olan bir kişi dedi: «Ey Allahın elçisi! Kə'bi iki gözəl libası və yan-yörəsinə özündən razı halda baxması Mədi­nədə sax­ladı».

Muaz ibn Cəbəl (r.a) dedi: «Sənin dediyin necə də pis­dir! Ey Allahın elçisi! Allaha and olsun ki, biz Kə'bdən yax­şılıqdan başqa bir şey görməmişdik». Peyğəmbər  heç nə de­mədi.

Onların Mədinəyə qayıtma xəbərini eşitdikdə kədər məni bü­rüdü, artıq yalan danışmaq barəsində düşünməyə baş­la­dım və öz-özümə dedim: «Mən nə edim ki, sabah onun qə­zəbindən xilas olum?» Sonra mən bu iş barəsində təc­rübəsi olan yaxınlarımla məsləhətləşdim.

Peyğəmbərin Mədinəyə yaxınlaşması xəbəri mənə çat­dıqda bü­tün batil fikir­ləri özümdən uzaqlaşdırdım və başa düşdüm ki, uy­durduğum yalan fikirlərlə özümə bəraət qa­zandıra bilməyəcəyəm. Ona görə də qərara gəldim ki, hər şeyi olduğu kimi Peyğəmbərə  söyləyim.

Səhəri gün Peyğəmbər  Mədinəyə gəldi və adəti üzrə məscidə daxil olub iki rəkət namaz qıldı. Sonra da orada olan camaatla (hal-əhval tutmaq üçün) birgə oturdu. Bu vaxt Təbuk döyüşündən yayınan səksəndən artıq kişi gəlib Pey­ğəmbərə  müxtəlif bəha­nələr gətirməklə və and içməklə üzrxahlıq etməyə başladılar. Allahın elçisi on­ların camaat arasında dediklərini qəbul etdi, onlardan bir daha vəd aldı, onlar üçün bağışlanma dilədi, qəlblərində gizlətdiklərini isə Allaha hə­valə etdi.

Bu zaman mən də Peyğəmbərin  hüzuruna gəlib ona salam verdim. Peyğəmbər  məni gör­cək gülümsə­di, lakin qəzəbli olduğu hiss olunurdu. Peyğəmbər  : «Gəl!» - deyə məni çağırdı. Mən yaxınlaşıb onun qarşısında oturduqda o mə­nə dedi: «Bu döyüşdən yayınma­ğının səbəbi nə idi? Mə­gər sən bundan öncə beyət etməmişdin? (İslamı yaşatmağa söz verməmişdin?)»

Mən dedim: «Doğrudur, ey Allahın elçisi! Allaha and ol­sun ki, həqiqətən, mən başqa birisinin hüzurunda olsaydım, bir bəhanə gətirməklə onun qəzəbindən canımı necə qur­ta­racağımı görərdin. Doğrudan da mənim çox fəsahətli da­nı­şıq qabiliyyətim var. La­kin - and olsun Allaha - mən başa düşdüm ki, əgər mən bu gün yalan danışmaqla səni razı sal­sam, sonra Allah sənə həqiqəti bil­dirdikdə mənə qəzəb­lə­nə­cəksən. Ancaq sənə həqiqəti söyləsəm, sənin mənə qəzəbin tutsa da Allahın məni bağışlayacağına ümid edəcəm.

Xeyr! Allaha and olsun ki, mənim bu döyüşdən yayın­dı­ğıma bəraət qazan­dıracaq heç bir üzürlü səbəbim yoxdur. Çünki mən heç vaxt özümü indiki kimi qüv­vətli və gümrah hiss etməmiş­dim».

Peyğəmbər  dedi: «Buna gəlincə, həqiqətən doğru söy­lədi. Ey Kə'b, get və Allah sənin barəndə hökm verənə qə­dər səbr et».

Mən çıxıb getdikdə Bənu Sələmə qəbiləsindən olan bir dəstə kişi tələsik ar­xamca gəlib mənə dedi: «Allaha and ol­sun ki, biz səni bundan əvvəl günahkar bir şəxs kimi ta­nı­mırdıq. Sən döyüşdən yayınan şəxslər kimi Peyğəmbərə  üzr­xahlıq etməyib aciz qaldın. Halbuki sə­nin bu günahın üçün Peyğəmbərin  bağışlanma diləməyi kifayət edərdi.

Allaha and olsun ki, onlar məni o qədər taqsırlandırdılar ki, qayıdıb yalan söylədiyimi bildirmək istədim. Sonra mən: «Mən­dən başqa belə hərəkət edən bir kimsə varmı?» - deyə soruşdum. Onlar dedilər: «Bəli, iki kişi də sən dediyin kimi həqiqəti söylədi və sənə söylənilənlər onlara da deyildi». Mən onların kim olduğu­nu soruşduqda onlar: «Bu Murara ibn Rəbi əl-Amri (r.a) və Hilal ibn Ümeyyə əl-Vaqifidir (r.a) - deyib Bədr döyüşündə iştirak et­miş, nümunəvi olan iki səhabəni mənə bildirdilər. Onlar bunu mənə söylədikdən sonra (fikrimdən dönməyib) çıxıb getdim.

Peyğəmbər  döyüşdən yayınanlar arasında yalnız bizim üçümüzlə danışmağı müsəlmanlara qadağan etdi. Camaat bizdən uzaq­laşdı və onların bizə qarşı olan münasibəti də­yişdi. Hətta bu yerlər mənim üçün qəribləşdi. Bu vəziyyət əlli gün davam etdi. Bu müddət ərzində Murara (r.a) və Hi­lal (r.a) Allahın qədərinə boyun əyməklə evlərində oturub ağlayırdılar. Mən isə onlardan daha gənc və dözümlü ol­du­ğum üçün müsəl­manlarla birlikdə namazlarda iştirak edir və bazarlarda gəzib do­laşırdım. Lakin mə­nimlə heç kəs danış­mırdı. Namazdan sonra Peyğəmbərin  yanına gəlib salam verər və öz-özümə deyərdim: «Görəsən onun dodaqları tər­pəndimi, mənim salamımı aldımı?» Sonra onun yaxın­lığın­da na­maz qılar və gizlincə ona nəzər salardım. Namaza gəl­diyim zaman Peyğəm­bər  mənə tərəf baxardı, ancaq mən ona tərəf bax­dıqda o məndən üz çevirərdi.

İnsanların məndən üz çevirməsi və mənə qarşı olan so­yuq mü­nasibətləri o qədər davam etdi ki, mən bir gün əmim oğlu Əbu Qəta­dənin (r.a) həyət divarını aşıb onun yanına gəl­dim. Əbu Qətadə (r.a) ən çox sevdiyim insanlardan biri idi. Mən ona salam verdim, an­caq Allaha and olsun ki, o mə­nim salamımı almadı. Mən dedim: «Ey Əbu Qətadə! Sə­ni Allaha and verirəm, de görüm mənim Allah və Rəsulunu  sevən bir bəndə olduğumu bilirsənmi?»

O susdu. Mən bir daha Allaha and verib soruşduqda o yenə də cavab vermədi. Mən üçüncü dəfə Allaha and verib soruşdum. O dedi: «Allah və rəsulu daha yaxşı bilir!»

Bu cavabdan sonra gözlərim yaşla doldu, sonra hasarı aşıb oradan uzaq­laşdım.

Bir gün mən Mədinə bazarında gəzib dolaşdığım zaman ora ticarət üçün gəlmiş, Şam əhlindən olan bir nəsrani əkin­çi: «Mən Kə'b ibn Maliki (r.a) necə tapa bilərəm?» - deyə soruşduqda, bazardakılar məni işarə ilə ona göstərdilər. O yaxınlaşıb Ğəssan vilayətinin hökmdarının məktubunu mə­nə təqdim etdi. Orada bu sözlər yazılmışdı: «Həqiqətən, mə­nə çatmış məlumatlara görə dos­tun (Peyğəmbər ) səninlə çox sərt davranır. Doğrudan da Allah səni təhqir olunacağın və sıxıntı çəkəcəyin bir yerdə qalmaq üçün yaratmamışdır. Elə isə bizim yanımıza gəl, sənə layiqincə hörmət edək». Bu məktubu oxuduqdan sonra mən: «Bu da bir imtahandır» - deyib onu təndirə atıb yandırdım.

Qırx gün keçdikdən sonra Peyğəmbərin  göndərdi­yi şəxs, (Xuzeymə ibn Sabit (r.a))116 gəlib mənə dedi: «Allahın elçisi sənə həyat yoldaşından uzaqlaşmağı əmr edir». Mən dedim : «Onu boşayım, ya yox?» O dedi: «Xeyr! Ondan uzaqlaş və onunla yaxınlıq etmə!»

Peyğəmbər  bu xəbəri Murara (r.a) və Hilala (r.a) da göndərmişdi. Mən həyat yoldaşıma dedim: «Atan evinə get və Allahın hökmü gələnə qədər orada qal!»

Hilal ibn Ümeyyənin (r.a) zövcəsi Peyğəmbərin  yanına gəlib dedi: «Ey Allahın elçisi! Həqiqətən, Hilal artıq qocalmış və əldən düşmüşdür. Ona xidmət edəcək bir kimsə yox­dur. Ona xidmət gös­tərməyimə də qadağa qoyursan?» O dedi: «Xeyr, lakin səninlə yaxınlıq etməsin». Hilalın (r.a) zövcəsi dedi: «Allaha and olsun ki, onun heç hərəkət etmə­yə taqəti qalmayıb. Bu hadisə baş verəndən bəri o, dayan­madan ağlayır».

Mənim də yaxınlarımdan117 bəziləri mənə dedilər: «Bəl­kə sən də Peyğəm­bərdən  izn istəyəsən və o Hilal ibn Ümeyyənin zövcəsinə ona xidmət etmək üçün izn verdiyi kimi sənin zövcənə də izn versin». Mən dedim: «Allaha and olsun ki, bu barədə Peyğəmbərdən  izn istəməyəcəm. Mən nə bilim ki, o nə cavab verəcək. Bundan başqa mən hələ gəncəm».

Mən on gün də gözlədim və artıq Peyğəmbərin  qa­da­ğan etdiyi günlərin sayı əlliyə çatdı. Mən əllinci gün sübh namazını qılıb evlərimizdən biri­nin damının üstündə Alla­hın (ayədə) zikr etdiyi vəziyyətdə, yəni ürəyim təngə gəlib sıxılmış və gen dünya mənə dar olmuş kimi oturmuşdum ki, birdən Səl dağının üstünə çıxıb uca səslə çağıran carçının: «Ey Kə'b ibn Ma­lik, sevin!» - dediyini eşitdim.

Mən dərhal səcdə etdim və anladım ki, artıq sevinc və fərəh gəlmişdi.

Peyğəmbər  sübh namazını qıldıqdan sonra Allahın bi­zim tövbələrimizi qəbul etdiyini insanlara bəyan etmiş və onlar da bu şad xəbəri bizə çatdırmağa tələsmişlər. Onlar­dan bir qismi Muraranı (r.a) və Hilalı (r.a) müjdələmək üçün onların yanına getmişlər. Onlardan biri atını çaparaq məni müjdələməyə gəlmiş, digəri isə Səl dağına qalxıb ora­dan bu müjdəni mənə daha tez çatdırmışdı. Belə ki, səsin surəti atın surətindən daha tez çatır. Səsini eşitdiyim müj­də­çi mənim yanı­ma gəldikdə libasımı (rida və izarımı) ona verdim. Özümün isə bundan başqa libasım olmadığı üçün geyinmək məqsədilə (Əbu Qətadə­dən (r.a))118 libas aldım və onu geyib Peyğəmbərin  yanına getdim. Sə­habələr dəstə-dəstə məni qarşılayır və tövbəmin qəbul olunması müna­si­bətilə təbrik edib deyirdilər: «Allahın tövbəsi sənə xeyirli olsun!» Mən məscidə daxil ol­duqda Peyğəmbər  orada oturmuş və camaat da onun ətrafına toplaşmışdı. Təlhə ibn Ubeydullah (r.a) qalxaraq sürətlə mənə tərəf gəlib əlimi sıx­dı və məni təbrik etdi. Allaha and olsun ki, ondan başqa mü­hacir­lərdən heç kəs məni təbrik etmək üçün ayağa qalx­ma­dı. Mən onun bu münasibətini heç vaxt unutmaram. Mən Pey­ğəmbərə  salam verdikdə o, sevinclə parlayan üzünü mə­nə tərəf çevirib dedi: «Anan səni dünyaya gətirdiyi gün­dən bəri sənin üçün ən xeyirli olan bu günün səadətiylə se­vin!» Mən: «Ey Alla­hın elçisi! Bu müjdə sənin tərə­fin­dən­dir, yoxsa Allahın?»- deyə so­ruşduqda o dedi: «Xeyr, əksinə bu Allah tərəfindən olan müjdə­dir».

Adətən, Peyğəmbər  sevindikdə onun üzü ay parçası ki­mi parlayardı. Biz də onun sevindiyini bu görkəmin­dən hiss edərdik.

Mən Peyğəmbərin  qarşısında oturub de­dim: «Ey Alla­hın elçisi! Tövbəm qəbul olunduğu üçün var-dövlə­timi Allah və Onun rəsuluna sədəqə etmək istəyirəm». Peyğəm­bər  dedi: «Var-dövlətinin bir hissəsini özündə saxla. Bu sənin üçün daha xeyirlidir». Mən dedim: «Xeybər119 döyü­şündə əldə olunmuş qənimətdən payıma düşən hissəni özüm üçün saxlayıram. Ey Allahın elçisi! Həqiqətən, Allah məni bu sı­xıntıdan yalnız doğru danışdığım üçün qurtardı. Elə buna görə də bundan sonra da yalnız doğru danışacağam».

Allaha and olsun ki, Peyğəmbərə  doğru söylədi­yim vaxtdan bəri Allahın kimi isə doğru danışmaqda məni imta­hana çəkdiyindən daha gözəl imtahana çəkdiyini bilmirəm. Bütün bunları Peyğəm­bərə  söylədikdən sonra heç vaxt yalan danışmaq ba­rəsində düşünmədim (niyyətində ol­ma­dım) və Allahdan istəyirəm ki, bundan sonra da bu işdə mə­ni qorusun. Buna görə də Allah Peyğəmbərinə  bu ayəni nazil etdi:
ﭽ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﭼ إلى فوله : ﭽ ﭷ ﭸ ﭹ ﭺ ﭼ
«Allah, müsəlmanlardan bəzilərinin qəlbi cihaddan ya­yınmaq üzrə olduqdan sonra, Peyğəmbərin də, çətin vaxtda onun ardınca gedən mühacirlərin və ənsarların da əvvəlcə tövbəsini qəbul etdi..ayəsindən «...düz da­nı­şanlarla birlikdə olun» ayəsinə qədər.

Allaha and olsun ki, İslam nemətindən sonra Allahın mənə bəxş etdiyi nemətlərdən ən gözəli Peyğəmbərə  doğru danışmaqdır ki, yalan danışıb həlak olanlardan olma­yım. Həqiqətən, Uca Allah yalan danışanları məzəmmət edərək onlar barəsində bu ayəni nazil etdi:


ﭽ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹﭺ ﭻ ﭼﭽ ﭾ ﭿﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﭼ
«Yanlarına qayıtdığınız zaman onlardan əl çəkəsiniz de­yə qarşınızda Allaha and içəcəklər. Siz onlardan üz dön­dərin. Çünki onlar murdardırlar. Qazandıqları gü­nah­ların cəzası olaraq sığınacaqları yer Cəhənnəm ola­caq­dır. Qarşınızda and içəcəklər ki, onlardan razı qala­sınız. Siz onlardan razı olsanız da, Allah fasiq cama­at­dan razı qalmaz».120

Peyğəmbər  bizim üçümüzdən başqa dö­yüşdən yayı­nanların hər birindən and içib, üzr diləmələrini qəbul etdi və onlarla beyət edərək onlar üçün bağışlanma dilədi. Lakin bi­zim barəmizdə olan hökmü Allahın əmri gələnə qədər təxirə saldı. Bu barədə Uca Allah belə buyurur:


ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭼ
«Geri qalmış üç nəfəri də …»121

Ayədə qeyd olunmuş «geri qalanlar» ifadəsi heç də bizim Tə­buk döyüşün­dən geri qalmağımıza işarə deyil. Əksinə bu bizim barəmizdə olan hökmün, digərlərindən, and içərək Peyğəmbərdən  üzr diləyən­lər barəsində olan hökmdən (əlli gün) geri qalmasıdır.

Bu hədisi həmçinin Buxari «Təfsir» fəslində ixtisarla (9-cu cild, səh. 412), Muslim «Səhih» əsərində (17-ci cild, səh. 87), Tirmizi «Sünən» əsərində ixtisarla (4-cü cild, səh. 121), imam Əhməd «Müsnəd» əsərində (3-cü cild, səh. 457), Abdur­rəzzaq «Müsən­nəf» əsərində (5-ci cild, səh. 397), İbn İshaq (ibn Hişamın «Si­ra» əsərində (2-ci cild, səh. 531) qeyd olunduğu kimi), ibn Cərir «Təf­sir»ində (11-ci cild, səh. 58) və ibn Əbi Hatim «Təfsir»ində (4-cü cild, səh. 105) rəvayət etmişlər.
Hud surəsi
Uca Allah buyurur:
ﭽ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﭼ
«Baxın, onlar ürəklərini qısırlar (küfrü ört-basdır edir­lər) ki, Allahdan gizlənsinlər. Doğrusu, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, kökslərdə olanları bilir».


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə