541
«Azadlıq» qəzeti
8 oktyabr 2009
Mən sovet dövründə yazdıqlarımı sandıqda gizlədib bu gün izn veriləndə çıxarıb
qürrələnənlərdən deyiləm.Sovet dövründə nə yazmışamsa, orda sizin bugünkü
yazılarınızdan fərqli olaraq yalan yoxdur.Siz ki,mənim yaradıcılığıma mənim özümdən də
yaxşı bələdsiniz,hər sözümü,hər cümləmi əzbər bilirsiniz, daima izləyirsiniz ki, haçan nə
demişəm ya deməmişəm,ən çox beyninizi mənim barəmdə düşüncələr qurcalayır, biz sözlə
cavan ömrünüzü mənə əta etmisiniz. İndinin özündə də marıqda durub hər sözümü
güdürsünüz, hər hərəkətimi pusursunuz. Əsərlərim «həmişə xalqın hüquqsuz vəziyyətə
salınmağına xidmət edibdir» deyə mənə çirkin böhtan atarkən,heç olmasa rəhmətlik
Əbülfəz Elçibəyin ruhundan utanaydınız.
«Azərbaycan milli-azadlıq hərəkatı tarixində və milli dövlətçilik şüurunun
formalaşmasında Sizin bədii əsərləriniz müstəsna rol oynayıb.Eyni zamanda milli azadlıq
hərəkatında iştirakınız minlərlə insanların oyanmasında,ziyalıların hərəkata qoşulmasında
böyük rol oynamışdır» -Əbülfəz bəy mənə belə yazırdı və bu məktub indi sizlərin
səhifələrini ləkələdiyiniz «Azadlıq» qəzetində dərc olunmuşdu.Müxtəlif çıxışlarında
Əbülfəz bəy deyirdi:
«Respublikada gəncləri çox əzirdilər.Rəsul Rza birdən çıxdı,20-30 nəfəri himayə
elədi.Camaat baxırdı ki,yuxarıda Rəsul da var,Rəsulun hesabına aşağıdan bəziləri
cəsarətlənirdilər.
Sonra hamı düşdü onun üstünə,başladılar Rəsul Rzanın əleyhinə yaşmağa,Anarın
əleyhinə yazmağa. Həmin dövrdə Ə.Əylisli də, Anar da,Elçin də, Y.Səmədoğlu da göz
qabağında idilər. O zamanın yazısına daha çox qiymət verilməlidir. Millətin ölüm nəfəsini
geri qaytardıqları üçün. O dövrün ziyalıları haqqında ayrıca yazı da yaşmaq
lazımdır.Onların qiyməti də verilməlidir.
542
Mənim
yadımdadır
«Molla
Nəsrəddin-66
Anarın
yazılarını
hamı
oxuyurdu,müzakirəsini keçirirdilər,danışırdılar cavanlar. Yəni bu Sabir ruhunun qayıtması
idi».
Doğrudan da namuslu şəxsiyyətlərin fikirləri həmişə aktualdır və həmişə hər dövrün
nadan hücumlarına qarşı ən kəsərli cavabdır.Əlbəttə.mədəni mühitdə gözləmək olardı ki
Cəmil müəllimin məqaləsindən sonra abrı olanlar bu çirkin kompaniyaya son qoyacaqlar.
Amma sifariş başqa idi axı…
Əvvəlki kimi, hər gün dızıldamaqdan əl çəkmədilər. Əgər «Azadlıq»da bir gün Anar
haqqında föhş çap etməyibsə deməli o gün qəzet çıxmayıb. Bu illər boyu davam
edir.Əvvəlki illər bir yana dursun, yalnız elə bu son beş-altı ayda «Azadlığı» vərəqləsəniz
görərsiniz ki, hər nömrədə eyni bir müəllif ya onun o biri tayı(başmaq tayları kimi yazıları
bir-birinin eynidir) Anara növbəti atmaca atıb. Heç nədən əməlli başı çıxmayan amma, hər
şeydən yazan bu müəllifə yazığım gəlir. Hər gün yaşmalıdır və hər gün Anardan
yazmalıdır,nə yazsın? Daha nə uydursun,daha hansı böhtanı atsın? Axı böhtan,yalan
ehtiyatları da haçansa bitib tükənir. O biri tərəfdən də işverənləri qarşısında öhdəlik
götürüb ki,nədən yazır yazsın,mütləq Anarı sancmalıdır.İçindəki çirkab da tükənməz deyil
axı, məcburdur o biri nökər tayından əl borcu alsın ki, öhdəliyinə əməl etsin, yoxsa bir gün
də qapılarında saxlamazlar.
Xəcalət çəkmədən yazır ki,Anar «Sizsiz»i Simon de Bovurun hansısa əsərinin
təsiriylə yazıb.Əvvəla Simon de Bovur adlı yazıçı yoxdur,Simona de Bovuar var,özü də
kişi yox, qadındır. Qəzet ştatlı anarşünas tutanda heç olmasa bir az savadlısının
xidmətindən istifadə etsin. «Sizsiz» həyatımın ən ağır vaxtında, üç ay ərzində atamı və
anamı itirdiyim günlərin acı təsiriylə yazılıb və gönü qalın olmayan minlərlə oxucu bu
əsəri göz yaşlarıyla oxuyub. Nə qədər insafsız olmalısan ki,mənə səbəbsiz nifrətinə və
aldığı sifarişə görə «Sizsiz» haqqında bu sözləri yazasan, nə qədər qansız olmalısan ki,
real faktlara,hadisələrə əsaslanan yazını fransız yaşıçının (yeri gəlmişkən,mənim hələ d
oxumadığım)əsərinin təsiriylə yazıldığını dilinə ğətirə biləsən.
543
Adını çəkmirəm,çəkməyəcəm də,çünki onun incə qəlbinin ən kövrək həsrəti adının
çəkilməsidir.Bircə dəfə adını çəkdim, sevincindən yerə .göyə sığmırdı,bir dəfə heç də onu
nəzərdə tutmayaraq ədəbi mığmığalardan yazmışdım, aləmə car çəkdi ki,baxın,məni deyir
e...Başqa yazılarında da adının çəkilib çəkilməməsini özünə dərd eləyir. İndi də bərk
ürəyinə salıb ki,hansısa sorğuda o biri curnalistlərin neçə yüz oxucusu olduğu halda (ən
çox oxunan müəllifin- abırlı curnalist Zabil Müqabil oğlunun -362 oxuçusu olduğunu
biləndə sevindim)bunu isə cəmi-cümlətanı 20 adam oxuyur.o biri taylarını da 26, ən çoxu
54 adam.Bundan sonra «biz yeni ədəbiyyat yaratdıq,biz ədəbiyyata yeni nəfəs gətirdik,biz
qələbə çaldıq» -deyə xoruzlandıqları zaman bişmiş toyuğun da gülməyi gəlir.Amma çox da
dərd eləməsin,ona təsəlli vermək istəyirəm,qoy bilsin ki, oxucusu 20 yox,iyirmi bir
nəfərdir.İyirmi birinci oxuçusu mənəm.Əlbəttə deyə bilmərəm ki, dəhşətli dərəcədə səfeh
və dəhşətli dərəcədə savadsız yazılarının hamısını oxuyuram,amma hərdən-bir - tibbi
məqsədlə gözdən keçirirəm.Psixi cəhətdən demirəm,bu psixiatrların işidir.Məni
maraqlandıran odur ki, öz taylarının səmimi etirafına görə bu «yazar» yüz qram pivə içən
kimi qatıqlamağa başlayır.Yazılarına nəzər atdıqca düşünürəm,bu qədər qatıqlamaq üçün
görəsən insan orqanizmi nə qədər pivə qəbul edə bilər?
Prezident İlham Əliyevin sərəncamıyla Azərbaycan Yazıçılar Birliyinin 75 illityi
təntənəylə qeyd edildi,17 ölkədən 40-dan artıq qonağın iştirakıyla «Sərhədsiz söz»
beynəlxalq forumunu keçirdik.
Nizamnaməyə görə mən forumun növbəti sədri oldum. Məhz həmin günlərin
ərəfəsində qəzetlərdə akademik Ramiz Mehdiyevin Elmimizin vəziyyəti haqqında böyük
məqaləsi dərc olundu.Məqalənin cəmi iki abzasında ədəbiyyatımızın (Yazıçılar Birliyinin
deyil,məhz ədəbiyyatın) vəziyyəti haqqında müəyyən tənqidi qeydlər vardı.Müxalifət
qəzetlərinin bəzi küçə yazarları dərhal bundan istifadə edib məsələni şişirtdilər,Yazıçılar
Birliyinə,Anara qarşı yeni hücümlar üçün istifadə etdilər..Sonralar R.Mehdiyev heç də
Yazıçılar Birliyini nəzərdə tutmadığını desə də, «Dövlətlə Birlik arasında heç bir soyuqluq
yoxdur» deyə təkzib versə də «Azadlıq» qəzeti həmişəki təxribatlarını davam etdirdi,özləri
haqqında dediyim sözləri başqa ünvana yönəltməyə çalışdı,aravurmaq üçün hər cür