Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə53/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   49   50   51   52   53   54   55   56   ...   189

çalışanda, yaxud«Anar axır illər heç nə yazmır» deyəndə məcburam ki,ədalət və insaf  

naminə bəzi faktları xatırladım.  

Son  illərdə  yazdığım  «Qırmızı  limuzin»  hekayəsi  ABŞ-da,  Polşada,  Ruisyada 

(«Drujba  narodov»  jurnalında  və  kitabımda),  Türkiyədə  nəşr  olunub.  «Otel  otağı» 

povestim  Turkiyədə,  Rusiyada  çap  edilib,  əsasında  mərhum  rejissorumuz  Rasim 

Ocaqov  film  çəkib.  Qeyri  təvazökarlıq  kimi  görünsə  də  görkəmli  alimimiz  Nizami 

Cəfərovun  bu  əsər  haqqında  fikrini  gətirməliyəm.  Nizami  yazır  ki,  «Otel  otağı» 

Azərbaycan ədəbiyyatının XX əsrin sonunda yaratdığı ən möhtəşəm obrazdır və dünya 

ədəiyyatının  böyük  nümunələriylə  bir  sırada  durur.  «Ağ  qoç,  qara  qoç»  Bakıda, 

Moskvada,  (kitabımda  və  «Drujba  narodov»  jurnalında),  Türkiyədə  (ayrıca  kitab 

şəklində və «Orta Doğu» qəzetində silsilə şəklində), Rumıniyada(ayrıca kitab şəklində), 

eləcə də ingilis, alban və qazax dillərində çap olunandan sonra haqqında Azərbaycan, 

rus, türk, rumın mətbuatında 30-dan artıq məqalə çıxıb. Əgər bütün bu faktlara gözünü 

yumub,  qulağını  tıxayan,  işi-peşəsi  yalnız  tanınmış  yazıçıları  və  hər  uğurlarına 

qısqandığı  istedadlı  gənc  yazıçıları  sancmaq,  zəhərləmək  olan  birisi,  mən  bunu  əsər 

saymıram  -deyirsə,  sual  olunur,  yaxşı sənin özünü, sözünü bir  sayan  varmı  ki, sən  də 

kimisə ya nəyisə saymayasan. 

Qəribədir  ki,  bəzən  bir-birinə  qarşı  qatı  müxalif  mövqedə  duranlar,o  cümlədən 

bəzi  iqtidar  qəzetlərinin  və  bəzi  müxalifət  qəzetlərinin  yazarlarını  Yazıçılar  Birliyinə, 

ümumyən  çağdaş ədəbiyyatımıza, bəzən hətta klassiklərimizə də  eyni bədxah, inkarçı 

münasibət  birləşdirir.  Yaxşı  ki,  heç  olmasa  Yazıçılar  Birliyinə  qarşı  qərəzli 

münasibətlərində konsensusa gələ bilirlər.  

Əlbəttə, belə bayram günündə bu sayaq atmacalara cavab verməyin bəlkə də yeri 

deyil, amma əvvəl axır bütün bu ucuz təxribatlara bir dəfə cavab vermək lazımdır axı. 

İşıqlı bir  insan olan Nəcəf  Nəcəfovun  yaratdığı  «Azadlıq»  qəzetində  indi  yuva salmış 

üç-dörd  nəfər  köşə  yazarının  işi-peşəsi  Azərbaycan  ədəbiyyatına,  tanınmış 

yazıçılarımıza,  Yazıçılar  Birliyinə,  konkret  olaraq  mənə  böhtan  atmaqdır.  Əgər 

«Azadlığın»  bir  nömrəsində  mənə  qarşı  yazı  yoxdursa,  deməli  o  gün  qəzet  çıxmayıb. 

Belə  birisi  açıq  yazır  ki,  biz  şər  atdığımızı,  böhtan  atdığımızı  bilirik,  bunu  bilə-bilə 

edirik ki, o adamların, təzyiqi qalxsın, şəkəri artsın, biz də bir az rahat olaq. Görün nə 




qədər bədbəxt məxluqdurlar ki, həyatlarının ən böyük sevinci və rahatlığı başqalarının 

qanını  qaraltmaqdır.  Başqalarını  əsəbləriylə  oynamağı  qarşılarına  ulu  məqsəd  kimi 

qoyanları  rahatsız  edən,  qanlarını  qaradan  da  Azərbaycanımızın,  o  cümlədən 

ədəbiyyatımızın  hər  uğurudur.  Yazıçılar  Birliyinin  hər  uğurlu  tədbiridir.  Bu  qədər 

nüfuzlu əcnəbi qonağın iştirakıyla yüksək səviyyədə keçən tədbir də bunların yuxusunu 

qaçırıb,  «Azadlıq» qəzetinin adını belə çəkmək istəmədiyim həmin  paparatsilər(onları 

jurnalist adlandırmağa adamın dili gəlmir) dərhal qələmə sarılıb açıq təxribata əl atıblar.  

Mənim,  ayın  14-də  Natavan  klubunda  60  nəfərin  iştirakıyla  keçirilən    Mətbuat 

konfransında məhz belə küçə yazarlarına aid dediyim sözdəri başqa ünvana yönəltmək  

-  dələduzlduğun  ən  bariz  örnəyidir.Özlərinin  Yazıçılar  Birliyinə  heç  bir  dəxlləri 

olmadıqları  halda,  daima  bütün  dərdləri-  azarları  Yazıçılar  Birliyidir,  guya 

Azərbaycanın  başqa  heç  bir  problemi  qalmayıb.  Heç  bir  haqları  olmadan  Yazıçılar 

Birliyinin  daxili  məsələlərinə  qarışır,  Qurutlayımızın  haçan  keçiriləcəyi,rəhbərliyə 

kimin  gedib  kimin  gələcəyi  haqqında  bir-birindən  əcaib  şayiələr  uydurur,  sonra  da  

başlayırlar öz iftiralarını müzakirə etməyə.  

Onu  da  deyim  ki,  müxalifətə  ən  böyük  ziyanı  məhz  belə  mətbuat  səhifələrində 

dərc olunan yalan-palanlar vurur. O qədər yalan yazırlar ki, doğru sözlərinə də inanan 

qalmır.  

Mən sarıdan onları daim qıcıqlandıran odur ki, mən həmişə - o, iş başında olanda 

da, olmayanda da böyük  Heydər Əliyevi yüksək qiymətləndirmişəm.  

Elə  hey  təkrar  edirlər  Anar  Heydər  Əliyev  haqqında    «Qalib  gəldi,qalib  getdi» 

yazıb.Bəli, belə yazmışam,həmişə də bu fikirdə olmuşam.Onun bü dünyadan qalib kimi 

getdiyini  kim  inkar  edə  bilər?  Sizin  fikrinizcə  o  Azərbaycana  bəla  gətirirb,mənim 

fikrimcə  o,  Azərbaycanı  bəlalardan  xilas  edib.  93-cü  il  hadisələrini  -    Azərbaycanın 

parçalanma 

təhlükəsini,vətəndaş 

müharibəsini, 

qardaş 


qırğınını 

nə 


tez 

unutdunuz,sizlərin özünüzün də son xilas yolu kimi  Heydər  Əliyevə  üz tutmağınız nə 

tez  yadınızdan  çıxdı?  Bəli,  o  bü  dünyadan  heç  kəsə  məğlub  olmadan  getdi,  nə 

Qorbaçovun  intriqaları  onu  yıxa  bildi,  nə  erməni  lobbisinin    və  onlara  züy  tutan  bəzi 

özümüzünkülərin  ciddi  cəhdləri,  nə  də  sizin  nökərçilik  etdiyiniz  sahiblərinizin  gücsüz 

təşəbbüsləri… Bilirəm ki, bü çıxışımdan sonra hər nömrəsində məni sancan «Azadlıq» 




qəzeti bəlkə bütün nömrəsini mənə qarşı föhş və böhtanlarla doldurdu. Olsun, əllərindən 

gələni beş qaba çəksinlər. 

Tarix  heç  nəyi  unutmur.  Gec-  tez  tarix  qarşısında  cavab  verməli  olacaqlar  və 

ləkəli adlarını heç vaxt təmizə çıxara bilməyəcəklər. Mən ömrüm boyu ədəbiyyatımızın 

sağlam  qüvvələrinə  inanmışam  və  arxalanmışam,  ədəbiyyatımızın  gələcəyini  də  məhz 

istedadlı,  sağlam  qüvvələrlə  bağlamışam.  Elə  dünən  Filarmoniyada  poeziya  gecəsində 

şeir  oxuyan  23  yaşlı  Qismət  adlı  şairin  necə  hərarətlə  qarşılandığının  şahidi  olduq. 

Qismətin  dünən  oxuduğu  elə  tək  bir  bu  şeiri  özlərini  ədəbiyyata  zorla  sırımağa 

çalışanların neçə-neçə cızma-qarasına dəyər.  

Yazıçılar  Birliyi  gənclərin  sağlam  yolla  inkişaf  etmələri  üçün  əlindən  gələni 

əsirgəmir.. 

Son iki qurultaylarımızda Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibləri seçilmiş, 

Gənclər Şurası yaradılmış, «Ulduz» jurnalı bütünlüklə cavanların ixtiyarına verilmişdir. 

Keçən  qurultayımız  ərəfəsində  Yazıçılar  Birliyinin  rəhbərliyiylə  görüş  zamanı  

Prezident  İlham Əliyev bu məsələni xüsusi vurğuladı. O dedi: 

 «Son  illər  ərzində  Yazıçılar  Birliyinin  fəaliyyəti  çox  uğurlu  olmuşdur,  xüsusilə 

gənc  yazıçılara  böyük  diqqət  göstərilib,  çoxlu  işlər  görülmüşdür.  Bütün  görülən  işlərə 

görə sizə öz minnətdarlığımızı bildirirəm…» 

Mən  də  bu  günkü  tədbirdən  istifadə  edərək  hörmətli  Prezidentimizə 

minnətdarlığımızı  bildirmək  istəyirəm.  Elə  dünənki  və  bugünkü  tədbirlərin 

keçirilməsində  yardımına  görə,  Yazıçılar  Birliyinin  binasının  əsaslı  təmirini  təmin 

etdiyinə görə, 70 yazıçıya, o cümlədən 20 gənc yazıçıya Prezident təqaüdləri verildiyinə 

görə. 

Qəribədir ki, bəziləri özləri  bundan da yüksək təqaüdlər ala-ala, başqa yazıçıların 



təqaüd almalarına etiraz edirlər. Nə isə… 

Bütün 


çətinliklərdən 

keçə-keçə,bütün 

sınaqlara 

sinə 


gərə-gərə, 

dövlətçiliyimizə,mənəvi dəyərlərimizə sədaqətinə görə aramsız hücumlara məruz qala-

qala,  yalnız  öz  ədəbi  vicdanımıza  və  xalqımızın  rəğbətinə  arxalana-arxalana,  bütün 

istedadlara  --  yaşlı  olsun,cavan  olsun  -həmişə  böyük  diqqət  və  qayğıyla  yanaşa-




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə