592
Allah xalq şairi Rəsul Rzaya bir də ona görə rəhmət eləsin ki, zəngin arxivininin bir
qovluğunda bu titrək, kövrək sarı yarpağı qoruyub saxlayıb. Anarımıza bir də ona görə
uzun ömür versin ki, xeyirxah işlərə, əməllərə vaxtı çatsın».
QABİL «Bir yarpaq nişanə…»
(«Ədəbiyyat qəzeti» 27 yanvar 2000)
YAZIÇILAR BİRLİYİNİN SƏDRİ,
MİLLƏT VƏKİLİ, CƏNAB ANAR RZAYEVƏ
Hörmətli Anar bəy!
«Yeni Müsavat» qəzeti olaraq Sizə müraciət etməyi qərara aldıq. Əlbəttə istərdik ki,
milli qəzet olaraq Azərbaycanın böyük ədibinə, ictimai-siyasi xadiminə müraciət edərkən
ədəbi, milli-mənəvi və xalqımızı düşündürən digər məsələlərdən söhbət açaq. Ancaq
təəssüf ki, Sizə bu dəfəki müraciətimiz ötən həftə redaksiyamızda baş verən arzuolunmaz
insidentlə bağlıdır. Yəqin ki, Kütləvi İnformasiya Vasitələrindən şair Nüsrət Kəsəmənlinin
redaksiyamıza hücumu haqda oxumusunuz. Məlumat üçün bildirirəm ki, qəzetimizin 10-11
aprel tarixli sayında dərc olunmuş «Nüsrət Kəsəmənlininin oğlunu tutublar» sərlövhəli
məqalədən sonra şair iki dəfə redaksiyaya gəlib və qəzetin bütün əməkdaşlarını kobud
söyüşlərlə təhqir edib. Bu zaman N.Kəsəmənli kobudluğa yol verməmək, məsələni masa
arxasında müzakirə etmək çağrışlarımıza məhəl qoymadı. Üstəlik,əlinə keçən əşyalarla
qəzetin baş redaktorunu hədələdi və iş rejimini pozan davranışlara yol verdi. Təsadüfü
deyil ki, N.Kəsəmənli kobudluq edərkən müxalifət qəzeti olduğumuz üçün hər bir halda
bizim günahkar sanılacığımızı xüsusi vurğuladı.
Hörmətli Anar bəy!
Siz görkəmli yazıçı və ziyalı kimi,dəfələrlə ictimai-siyasi proseslərə prinsipial
mövqe bildirmisiniz. Diqqətinizə çatdırdığım insidentlə bağlı isə Sizin N.Kəsəmənlini
tənqid etmənizi qətiyyən arzulamıram. Ancaq Sizdən xahişim budur ki, jurnalistlərin
bundan sonra da təhqir olunmasına yol açan bu kimi presedentlərin qarşısının alınması
593
üçün nüfuzlu ziyalı və milləi vəkili olaraq məsələyə münasibət bildirəsiniz Əvvəlcədən
təşəkkür edirəm. Şəxsinizə
dərin hörmətlə,
RAUF ARİFOĞLU.
«Yeni Müsavat» qəzetinin baş redaktoru.
«Yeni Müsavat» qəzeti 21 aprel 1998
ANAR N.KƏSƏMƏNLİNİN HƏRƏKƏTİNİ PİSLƏYİR …
VƏ BARIŞIĞA ÇAĞIRIR.
Şair N.Kəsəmənlinin əməlləri ilə bağlı Yazıçılar Birliyinin sədri, millət vəkili Anara
da müraciət etmişdik. Bu günlərdə ondan cavab almışıq. Anar cavab məkubunda yazır:
Hörmətli Rauf bəy!
Nüsrət Kəsəmənli ilə əlaqədar mənə göndərdiyiniz məktubu aldım. Sizi, gənc
jurnalistlər nəslinin layiqli nümayəndəsi kimi mətbuatdan tanıyıram. Qazetinizə hörmətim
var. Nüsrət Kəsəmənlini də çağdaş şeirimizin ən istedadlı nümayəndələrindən biri kimi
qiymətləndirirəm. Aranızdakı acınacaqlı konfiktə təəssüflənirəm. Məsələyə bütün
təfərrüatıyla yetərincə bələd olmadığımdan yalnız onu deyə bilərəm ki, qəzetlərdə bəzən
təsdiq olunmamış məlumatların sensasiya xatirinə verilməsini təqdir etmirəm. Bunun
müqabilində hər hansı şəxsin - kim olur olsun - jurnalistlərə qarşı kobud hərəkətini
yolverilməz hesab edir və qınayıram. Bu sayaq işlər heç kəsə başucalığı gətirmir.
İctimaiyyətin diqqət mərkəzində olan hər iki tərəfi -tanınmış qələm sahiblərini - anlaşmağa
və barışmağa çağırıram.
«Yeni Müsavat» qəzeti 25 aprel 1998
Anarın şərhi: Elə həmin günlərdə hər ikisini - Rauf Arifoğlunu və rəhmətlik Nüsrət
Kəsəmənliini Yazıçılar Birliyinə, yanıma çağırdım. Sağ olsunlar, sözümü yerə salmadılar,
barışdılar.
594
FİLMFEST KURYOZSUZ ÖTÜŞMƏDİ
Kino sənətində xidmətlərinə görə xüsusi mükafat İsrailin Azərbaycandakı səfiri
cənab Milmana təqdim olunur. Bir tərəfdən möhtərəm yazıçımız Anar səhnəyə qalxır ki,
mükafatı təqdim etsin, o biri tərəfdən cənab səfir tələsik addımlarla sevincək səhnəyə çıxır
ki, mükafatı alsın. Anar müəllim də özünəməxsus ağayana bir jestlə ona verilən qəşəng
qutunu səfirə təqdim edib əlini sıxır və üzünü çevirib səhnədən aşağı enir. Biçarə səfir çaş-
baş vəziyyətdə özündən də xeyli artıq çaşmış auditoriya ilə üzbəüz qalmalı olur: həm də
təkbətək… Sonra Nərgiz Cəlilovanın sualına: - «Anar müəllim, bəs oxumadınız?». Anar
müəllimin,yenə də özünəməxsus yarızarafat -yarıgerçək cavabı: «daha verdim də
özünə»(təxminən bu cür). Salonda yenə təbii bir gülüşmə. Və səfirin kor-peşman
vəziyyətdə öz-özünə ünvanlanan bir təbriki oxuması. Situasiya komediya filmlərinə
bənzəyir ya yox? Hər halda o səhnədə o səfirin yerinə olmaq arzusu yəqin heç kəsin
ürəyindən keçən deyil.
«Azadlıq» qəzeti 16-19 oktyabr 1999
SORĞULAR VƏ CAVABLAR:
XX əsrin Azərbaycanlıları
Oxucularımızın məktubları,açıqcaları,telofon zəngləri və redaksiyamıza təşrif
buyurmaları ilə keçirilən sorğuda 7 nominasiyanın (görkəmli şair, yazıçı, bəstəkar,
müğənni, rəssam, artist və məşhur idmançı) hər biri 10000 dən artıq sorğu iştirakçısı
hərəyə 5 görkəmli şəxsin adını çəkib. XX əsrin ən görkəmli beş yazıçısı «Eksprss»in
versiyasında aşağıdakı kimi müəyyənləşib:
1.Cəlil Məmmədquluzadə - 5377
2.Cəfər Cabbarlı -27 27
3.Anar -2111
4.İsmayıl Şıxlı - 1887