Yazıçı jurnalist Xəqani Rzaquliyev və Rəhman Quluzadənin bu kitabı



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə10/27
tarix14.06.2018
ölçüsü0,63 Mb.
#48958
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

21 

 

Kəndin vətənpərvər oğulları razı olmurdular ki, Süleyman kişi yaşda olanlar  əlinə 



silah alsınlar. Amma Süleyman kişi öz silahı ilə düşmənlə üzə-üzə dayanırdı. 

Süleyman  kişi  evini  həyət-bacasının  Ballıqayadan  bir  kiçik  çay  ayırırdı. 

Döyüşlər  qızışanda  erməni  quldurları  kəndə  hücum  eliyəndə  Süleyman  kişinin 

evini  oda  qalayırdılar.  Buna  baxmayaraq  Süleyman  kişi  öz  isti  ocağından, həyət-

bacasından çıxmırdı. Süleyman kişi elə öz həyətində quldur gülləsindən ağır yara 

aldı. Bu xeyirxah, insanpərvər adam 1992-ci ilin mart ayında vətən, torpaq uğrunda 

ağsaqqal yaşında şəhid oldu. Süleyman kişi, həmişə ağız dolusu danışdığın bacın 

oğlu  Azərbaycanın  Milli  Qəhrəmanı  kimi ad  qoyub  əbədiyyətə  qovuşan  Nadirin, 

yeznən İnqilabın şəhid olduğunu yaxşı ki, görmədin. 

Məzarı Əlicalı kəndindədir.  



 

BĠZ DƏMĠRYOLÇU OLACAĞIQ 

 

Məzahir  Məhərrəm  oğlu  Həsənov: 

Zahid Qulu oğlu Süleymanov. 

Neçə il əvvəl Sırxavənd kəndində hər 

səhər  məktəbə  əli  çantalı  iki  uşaq  tələsirdi. 

Zahidlə Məzahir. 

Orta  məktəbi  başa  vurduqdan  sonra 

ürəklərində baş qaldıran arzuları da bir oldu. 

Zahid  Qulu  oğlu  Salmanov  1966-cı  ildə  anadan  olub.  Zahid  körpə  ikən 

atasını  itirmişdi.  Ailədə  yaranmış  vəziyyətə  görə  dayısı  Məhərrəm  Zahidi  öz 

himayəsinə  götürmüşdü.  Orta  məktəbi  qurtardıqdan  sonra  əsgərliyə  çağrılır.  Və 

Uralda daxili qoşun hissəsində öz borcunu yerinə yetirir. Zahiddlə uşaqlıqdan baş 

qaldıran arzusu onu Qazaxıstan Respublikasındakı Dəmir yol texnikumuna apardı. 

Zahid həm işləyir, həm  də  təhsilini  davam  etdirirdi.  Qarabağda  cücərən hadisələr 

haqqında  Moskva  televiziyası  ilə  verilən  xəbərləri  eşitdikdə  bu  mətbuat 

səhifələrindəki  yazırları  oxuduqca  çox  narahat  olurdu.  Tez-tez  məktub  yazır, 

telefonla əlaqə saxlayırdı. Nəhayət, dəmiryolçu diplomu ilə Vətənə qayıdır. 

Zahid  doğma  kəndinə  qayıdanda  artıq  erməni  kəndlərinin  əhatəsində 

yerləşən Sırxavəndin də səksəkəli, narahat günləri başlamışdı. Zahid həmyaşıdları 

ilə  birlikdə  kəndin  müdafiəsində  durur,  erməni  quldurlarının  təxribatlarının 

qarşısını  alır,  çətin  məqamlarda  soyuqqanlılığı,  cəsarəti  ilə  fərqlənirdi.  Kəndin 

üzərinə  olan  hücumlarda  Zahid  qorxmazlığı  ilə  əlbəyaxa  döyüşdə  neçə-neçə 

erməni  quldurunu  məhv  etmişdi.  Zahid  kənddəki  özünümüdafiə  batalyonunun  ən 

təcrübəli, bacarıqlı səriştəli döyüşçüsü kimi hamının hörmətini qazanmışdı.   

Zahid  Salmanov  Bakıya  hərbi  kursa  göndərilir.  Altı  aylıq  hərbi  təlim 

keçdikdən  sonra  zabit  kimi  Kəlbəcər  bölgəsinə  göndərilir.  Zahid  komandanlığı 

tərəfindən  dəfələrlə  bütün  əsgərlər  qarşısında  göstərdiyi  şücaətlərə  görə  nümunə 

göstərilmişdir.  O,  söz  düşəndə  deyərdi  ki,  bizim  Sırxavənd  kəndi  də  dağlar 




22 

 

əhatəsində yerləşir. Elə Ural dağlarında hərbi təlimdə olanda da birincilər sırasında 



idim. Kəlbəcərin dağlarında, qayalarında, dərələrində döyüşmək mənə çətin deyil. 

Zahidgilin  bölməsinə  Kəlbəcər-Ağdərə  istiqamətində  irəliləmək  tapşırığını 

vermişdilər.  Dəfələrlə  bu  istiqamətdə  kəşfiyyata  çıxmış,  düşmənin  mövqelərini 

dəqiqliklə  öyrənmişdi.  Ağdərə  rayonunun  Çapar,  İmarət-Qərvənd;  Aterk,  Qozlu, 

Qızılqaya  kəndlərinin  erməni  quldurlarından  təmizdənməsində  igidliklər 

göstərmişdir. Döyüşlərin birində qarın nahiyəsindən ağır yaralanan Zahid müalicə 

olunandan sonra yenə də “N” hərbi hissəsinə qayıtmış və döyüşə atılmışdır. 

Məzahir Məhərrəm oğlu Həsənov 1968-ci ildə doğulmuşdur. Orta məktəbi 

qurtardıqdan sonra Bakı Dəmir  Yolu Texnikumuna daxil olmuşdu. Birinci kursda 

hərbi xidmətə çağrılmışdı. Uzaq Şərqdə 6 aylıq hərbi kursda olub, hərbi texnikanın 

sirlərini  öyrənir.  Dəfələrlə  valideynlərinə  hərbi  hissənin  komandanlığı  tərəfindən 

təşəkkür məktubu göndərilib.  

Uzaq  Şərqdə  iki  illik  hərbi  xidmətini  başa  vurduqdan  sonra  Məzahir 

təhsilini  davam  etdirir  və  1990-cı  ildə  Bakı  Dəmir  Yolu  Texnikumunu  əla 

qiymətlərlə başa vurur. Onun təlimatını Bakı şəhəri Dəmir yolu idarəsinə verirlər. 

Lakin kənddə yaranmış vəziyyətlə bağlı doğma yurdu Sırxavəndə qayıtmağa çalışır. 

Çox keçmir ki, Məzahir təyinatını Ağdam tikinti trestinə alır. Kəndə gələn Məzahir 

gündüz kənddə inşa edilən sosial tikintilərdə işləyir, gecələr isə postlarda dururdu. 

Müxtəlif  cəbhələrdə  döyüşən  Zahidlə  tez-tez  əlaqə  saxlayır,  görüşündə 

keçdikləri  döyüş  yolundan  danışırdılar.  Məzahir  Ağdam,  Zahid  isə  Kəlbəcər 

bölgələrində  dəfələrlə  düşmənlə  üz-üzə  gəlmişdilər.  Dayı  oğlu,  bibi  oğlu  hərdən 

toylarını bir yerdə edəcəklərindən söhbət açırdılar.  

Son  dəfə  valideynləri  məskunlaşdığı  Kəngərli  kəndində  görüşmüşdülər. 

Bütün  gecəni  yatmayıb,  səhərə  kimi  söhbət  etmişdilər.  Sübh  tezdən  isə  hər  ikisi 

cəbhə xəttini yollanırlar. 

1992-ci  il  iyulun  7-də  dörd  nəfər  yoldaşı  ilə  birlikdə  Məzahirə  istehkam 

qurmaq tapşırığı verirlər. Bu tapşırığı yerinə yaterərkən qəhrəmancasına həlak olub. 

Həmin gün Sırxavəndlilər igidini torpağa tapşırdı. 

Ağdərə torpaqlarının erməni quldurlarından təmizlənməsində Zahidin adı-

sanı hər tərəfə yayılmışdı. Dəfələrlə ölümlə üz-üzə gələn Zahid qardaşının qanını 

yerdə  qoymamaq  üçün  düşmənin  texnikasını  məhv  etmişdi.  İki  dost,  eyni  əqidə 

yolçusu olan bu igidlər hər ikisi yayda şəhid olub. 

Zahid  Qulu  oğlu  Salmanovun  son  döyüşü  Ağdərədə  oldu.  Payızada 

dünyaya gələn Zahid 1993-cü ilin yayında əbədiyyətə qovuşdu. 

Vətənin  azadlığı,  müstəqilliyi,  bütövlüyü  uğrunda  şəhid  olan  el 

oğullarımızın ruhu düşməndən qisas alacaq. 

Məzahir  Salahlı  Kəngərlidə,  zahid  isə  Bakıdakı  Şəhidlər  Xiyabanında 

dəfn edilib. 

 

 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə