26
gününü bu dəfə necə lazımdı elə də keçirəcəyik. Nuru heç kimin qəlbinə
toxunmasın deyə dinmədi.
...Şaxtalı bir yanvar gecəsi idi. Qış küləyi aləmi bir-birinə qatmışdı. Beş
addım irəlini görmək olmurdu. Nurugil kəşfiyyatdan qayıdanda axşamdan xeyli
ötmüşdü.
Erməni quldurları isə hücuma keçmişdilər. Ağır döyüşlər gedirdi. Ağdərə
polis şöbəsinin əməkdaşları sağ cinahdan düşmənə zərbə vurmaq tapşırığını özü
üzərinə götürmüşdü. Xeyli irəliləmişdilər, lakin erməni quldurları tutduqları
mövqeləri vermək istəmirdilər. Ölüm-dirim mübarizəsi gedirdi. Getdikcə döyüş
şiddətlənirdi. Quldurlar sağ cinahdan vurulan zərbələrə tab gətirməyib, geriyə
çəkilməyə başladılar. Nurugilin bölməsi verilən tapşırığı yerinə yetirmişdilər.
Ağdərə-Kəlbəcər yolunun bir hissəsinə nəzarət edirdilər. Nurugil yeni aldıqları
mövqedə yerlərini möhkəmlədirirdilər. Sübh tezdən başlayan şiddətli döyüşdə
əsgərlərimiz böyük qəhrəmanlıq göstərmişdilər. Nuru həmişəki kimi bu dəfə də
fərqlənmişdi. Döyüş yoldaşları Nurunu döyüşün qəhrəmanı adlandırırdılar. Qəfil
atılan “qrad” mərmisi dörd tərəfi alt-üst etdi. Mərminin bir qəlpəsi Nurunu
haqlamışdı. Nurunun köməyinə çatan yoldaşları onu hərbi səhra qospitalına
çatdırdılar. “Anama deyin gözləməsin” – deyərək Nuru əbədiyyətə qovuşdu.
Nuru söz düşəndə deyərdi ki, özünüzü “Boz qraddan” gözləsin. O, “qradı”
boz qrad adlandırırdı.
Bu döyüş Nurunu son döyüşü idi. Aldığı yara yanvarın 13-də 24 yaşı
tamam olan gün 5 iilik keçdiyi döyüş yoluna nöqtə qoydu. Ən mühüm tapşırığını
yerinə yeritdikdən sonra Nuru torpaq, Vətən yolunda özünü qurban verdi.
Məzarı Bərdə rayonunun Şəhidlər Xiyabanındadır.
ONDAN XƏBƏR GƏLMƏYĠR...
Erməni quldurları torpaqlarımıza təcavüz edəndə Ələmdar Allahverdi
uşaqlıq illərini yaşayırdı. Bu 11 yaşlı oğlan əmiləri Bəhmən və Famildən, qonşuları
Bilal, Əhməd və Arifdən əl çəkmir, bütün günlərini səngərlərdə, kəndin
müdafiəçiləri arasında keçirirdi. Ələmdar qorxmazlığı, çevikliyi ilə yaşıdlarından
seçilirdi. İllər keçdikcə Ələmdar döyüş sirlərini, müxtəlif silahlardan istifadə etmək
qaydalarını öyrənirdi. Döyüşlərdə Ələmdar qüvvəsi çatan köməklikləri edir, verilən
tapşırıqları yerinə yetirirdi. Çox keçmir ki, kənddə ad-san çıxarır. 1992-ci ilin
fevralın 9-da ölüm-dirim savaşında o qəhrəmanlıq göstərir. Düşmən arxasında
keçmiş Bəhmən Məmmədovun dəstəsinin patronu tükənirdi. Onlara patron
çatdırmaq lazım idi. Bu ağır işi kiçik yaşlı Ə. Abdullayev öz üzərinə götürür və
qarlı-şaxtalı gündə keçilməz dağ-dərələri keçərək ər igidlərə patron çatdırır.
Döyüşdən-döyüşə mətinləşən Ə.Abdullayev könüllü olaraq Ş.Mirzəyev
adına batalyona üzv sayıldı. O, heç bir təlim keçməmiş batalyonun tərkibində
erməni quldurlarının hücumlarına gərir, bələdçi kimi verilən tapşırıqları yerinə
27
yetirirdi. Fərrux, Qazançı, Manikli, Naxçıvanik, Canyataq və Gülyataq kəndlərinin
erməni quldurlarından azad edilməsində iştirak edir, onlarla düşməni məhv edir.
1992-ci ilin yayında Ələmdar doğma kəndi Sırxavənd uğrunda gedən döyüşlərdə
bələdçi kimi iştirak edir.
Azərbaycan Milli Ordusunun baş leytenantı “Şərəf” döş nişanına layiq
görülən Bilal Məmmədovun dediklərindən:
-Ələmdar əsgərlərimizin yaşca ən kiçiyi idi, amma buna baxmayaraq hər
döyüşdə onun göstərdiyi şücaətlər hamımızı heyran edirdi. Qorxu nə olduğunu
bilmədi. Pulemyot və qrantamyotlardan ustalıqla istifadə edirdi. Dəstəmizin
kəşfiyyat işi ona tapşırılırdı. Onun əldə etdiyi dəqiq faktlar döyüşlərdə bizə uğur
qazandırırdı. Mehmana kəndi uğrunda qanlı savaşda biz bir qrup döyüşçü
mühasirəyə düşmüşdük. Özünə əlverişli mövqe seçən Ələmdar düşmənin bir
tankını məhv edərək bizi mühasirədən çıxartdı. Biz onunla Ağdərə, Ortakənd,
Maqavuz, Dəmirçi, Çaylı, Çardaxlı, Umudlu, Qozlu, Aptek, Çıldıran və digər
Elvin və başqa yoldaşların işıqlı dünyada yaşamasını, məhz Ələmdar bəxş edib.
Umudlu kəndinin müdafiəsində bizi ölümdən qurtardı. Həmin an qranatomyotla
düşmən hədəfinin gününü göyə sovurdu.
1993-cü ilin payızında Ələmdargilin bölməsi Ağdam cəbhəsinə göndərilir.
Ergi, Mərzili döyüşlərində Ələmdar igidliklər göstərir. Dekabrın 29-daq Mərzili
uğrunda döyüşləd başlayır. Ələmdarın qranatomyotunun səsi bütün Mərzilini
bürümüşdü. O, döyüşün ağırlığını öz üzərinə götürmüşdü. Hər döyüşdə olduğu
kimi bu dəfədə Ələmdar əlverişli mövqe tutmuşdu. Döyüşün əvvəlində düşmənin
bir tankını məhv etmişdi. Sübh tezdən başlayan döyüş axşamçağına kimi davam
edir. Ələmdarın ikinci bir düşmən tankını məhv etməsi döyüşün müqəddaratını həll
edir. Ələmdarın ikinci bir düşmən tankını məhv etməsi döyüşün müqəddaratını həll
edir. Çox keçmir ki, döyüşlər yenidən qızışır. Düşmən arxasında keçən Ələmdarla
əlqə kəsilir. O, gündən bu günə hamı igid Ələmdarın sorağındadır.
CƏSUR PULEMYOTÇU
Natiq Sevindik oğlu Əliyev 1971-ci il yanvarın 20-də
anadan olub. Anamı Odlar diyarının başı üstünü qara buludlar
alanda Natiq Rusiyanın Amur vilayətində hərbi xidmətdə idi.
Qarabağdan gələn qanlı xəbərlər onu bərk sarsıtmışdı.Göz açıb
ərsəyə yetdiyi doğma torpağının düşmən tapdağında qalmasını
Natiq heç cürə qəbul edə bilmirdi.Odur ki, hərbi xidməti başa
vuran kimi Sırxavəndə qayıdır. Doğma yurdu erməni
quldurlarının vurduğu zərbələri görəndə Natiq azğın düşmənə qarşı qan-qan deyə
silaha sarsılaraq Sırxavənd batalyonuna qoşulur. Düşmənə qarşı keçirilən hər bir
döyüş əməliyyatında Natiqin cəsarəti, hünəri, döyüşkənliyi az müddətdə onu silah
dostlarının sevimlisi edir.