Úàâèäè õàòûðëàðêÿí
178
feodal-patriarxal və eyni zamanda, kapitalist münasibətlərin do-
ğurduğu eybəcər hadisələrə hiddət və nifrət hissi oyadır. Turxan
bəyin ailəsində özünü göstərən ailə dramının aynasında müasir
həyatın baş məsələləri görünməkdədir. Turxan bəy puluna, adına
güvənərək on altı yaşlı yetim qız Maralı almışdır. Halbuki onun
iyirmi yeddi yaşlı, ali məktəb bitirmiş oğlu var. Maral gözəl ol-
maqla bərabər, düşünür, mühakiməlidir. Maral anasını təqsirlən-
dirmir, bilir ki, xüsusilə yetim qızların, ümumiyyətlə bir çox qız-
ların taleyi belədir. Göyərçin kimi azad yaşayan Maral qəflətən
yetim qalır.
Turxan bəy bəla ildırımı kimi, ailənin başının üstünü alır.
Hamı susur. Turxan bəy arzusuna nail olur. Maral, içində yaşadığı
zəngin həyatdan belə nəticə çıxarır: “Uff, bəxtiyarlıq içində öl-
mək, kədərlər, üzüntülər içində yaşamaqdan min qat xeyirli
imiş...”
Turxan bəy tutduğu işdən peşman deyil. O, bu fikirdədir ki,
hər şeyi pul ilə almaq mümkündür. O deyir:
“– Hadir! Nadir! Heç bir hiss, heç bir qüvvət, heç bir yer yox-
dur ki, orada altun, gümüş rol oynamasın. Əmin olunuz ki, dün-
yanın bütün izzəti, bütün səadəti ancaq para ilə əldə edilə bilir.
Nadir bəy – (yerindən qalxaraq). Əvət, hər şey para ilə əldə
edilir; illa fəzilət və insaniyyət!
Turxan bəy – Xayır, xayır... Fəzilət də paradır, insaniyyət
də...”
Əlbət ki, Turxan bəy insan dedikdə “insan paltarına girmiş
çulsuz-noxtasız uzunqulaqları, yalnız altundan yapılmış bir palan-
ları əskik olanları” nəzərdə tutur. Bu yalnız Turxan bəyin öz ba-
şından çıxardığı “fəlsəfə” deyil, bəlkə müasir burjua cəmiyyətinin
obyektiv qanunudur. Turxan bəylər həmin qanunun vasitəsi,
marallar isə onun qurbanıdırlar.
Ağalar...
Nə buldular İsgəndərlər, Çingizlər?!
Qanlar töküb, canlar yıxıb getdilər!..
Cahanı titrədib alt-üst etdilər,
Qanlı bir iz buraxdılar ellərdə...
Úàâèäè õàòûðëàðêÿí
179
Zabit Çingiz bəy bu bəndin ideyasına düşmən olduğu üçün
aşığı qovur. Bu ətrafda başlayan mübahisələrdə hüquqşünas Nadir
bəy H.Cavidin müharibə və sülh haqqında fikirlərini ifadə edərək
deyir:
“Hər kəs eyi bilir ki, mən əsla qan tökülməsini sevməm. De-
yil ki, məxluqatın ən şərəflisi olan insanların, hətta zəif, aciz bir
qarıncanın belə qanına girmək, məncə əfv edilməz bir cinayət-
dir...”
H.Cavidin birinci dünya müharibəsi ərəfəsində dediyi bu
sözlər onun öz ürək sözləri idi.
Keçmişdə burjua cəmiyyətində mətbuatın satqınlığından çox
yazılmışdır. Tək bir “O olmasın, bu olsun” komediyasında qəzetçi
Rza bəyin iş və hərəkətlərində bu tənqidin tutarlı nümunəsini
görmək olar. H.Cavid də “Maral” dramında bu tənqidi başqa bir
şəkildə vermişdir. Humay Cəmil bəyə qəzet oxumağı təklif etdiyi
vaxt, Cəmil bəy deyir:
“Nə olacaq! Hər günkü saçma, hər günkü fəlakət!..
İştə hər tərəfdə haqq namına bir haqsızlıqdır gediyor”.
Cəmil bəyin fikrincə, qəzetlər saçma, yəni yalan yazmaqla
bərabər, insanlığın başına gətirilən eyni fəlakəti təkrar edirlər. Bu
fəlakət isə hər yerdə haqq adına haqsızlıq şəklində davam edir.
H.Cavidin istər poeziyasında, istərsə də dramaturgiyasında
haqqın, insan hüququnun hər tərəfdə pozulduğu mühüm bir motiv
kimi etiraz şəklində səslənir. Ruhən humanist olan həssas şairin
insan oğlunun başı üstündə gəzən qara buludları gösrməsi və bu
fəlakətin qarşısını almaq üçün qüdrətinin çatmamasını etiraf etmə-
si nə qədər acı və nə qədər tragik idi! Üstəlik, şairin faciəsi bir də
onda idi ki, tarixdə bu fəlakəti yox edə biləcək proletariatın
qüdrətini görə bilmirdi.
Dövrün ən mühüm məsələlərindən biri də örtünmək, yaşın-
maq məsələsi idi. Cəmil bəylə Humay evləndikdən sonra küçədə
açıq gəzirlər. Ona görə də Cəmil bəyin atası Turxan bəy nə küçə-
Úàâèäè õàòûðëàðêÿí
180
yə çıxa bilir, nə bazara. Hər yerdə onların sözünü danışırlar. Bu
ətrafda başlayan mübahisədə Nadir bəy qadın azadlığı haqqında
fikirlərini söylərkən bilavasitə qadınların örtünmək məsələsinə də
toxunur:
“...Xalqı təhlükəli uçurumlara yuvarlayan bir qanun isə pək
çürük və mənasız bir əfsanə deməkdir”.
Bir az aşağıda:
“Sağlıam bir tərbiyəyə, sarsılmaz bir əxlaqa malik olan
xanımların açıq gəzməsində heç bir məhzur görmiyorum...”
Nadir bəy inanır ki, gələcəkdə bütün qızlar, qadınlar Humaya
arqadaş olacaqlar. Nadir bəy ilə Turxan bəyin mübahisəsi getdik-
cə qızışır. Bu vaxt Qazı dini ehkamın, cəhalətin qara qüvvələrin
dotələb bir pəhləvanı kimi içəri girir. O, Humayın xristian qızla-
rından fərqlənmədiyini göstərir. Əgər “müsəlmanlıq belə gedərsə,
çox sürməz ki, ev-eşiyimiz Lut şəhəri kimi yerin dibinə keçir”
deyir. Nadir bəyin etirazına Qazı təhqirli ifadələrlə cavab verər-
kən, Nadir bəy onu “ağzıpozuq səfil” və “tərbiyəsiz” cahil adlan-
dırır. Mübahisə dueli xatırladır. Turxan bəy isə Qazının qorxusun-
dan oğlu Cəmil bəyi evindən qovmalı olur.
Bu əsərdə ruhaniliyin ifşası “Ölülər” səviyyəsinə yüksələ
bilməsə də, Qazının romantik bir şair tərəfindən ölümcül yaralan-
ması diqqətəlayiq idi. Diqqətəlayiq idi ona görə ki, atası ruhani,
qardaşı şeyx olan, ruhani məktəbdə təhsil alan şair irticaya qarşı,
mütərəqqi yol seçmişdi. Öz xalqı qarşısında vicdani sözünü söy-
ləməklə bərabər, ona mütərəqqi, mədəni həyat yolunu göstərirdi.
Göründüyü kimi, dramaturq bir ailə dramı fonunda müasir
dövrün bəzi mühüm ictimai məsələlərini qoyub müsbət mənada
həll edir. Bu nöqteyi-nəzərdən əsərin iki surəti diqqətəlayiqdir.
Onlardan birincisi hüquqşünas Nadir bəydir. Cəmil bəyin dostu-
dur. H.Cavid onu müsbət surət kimi vermək istəmişdir. O, drama-
turqun həll etmək istədiyi məsələlərin hamısında iştirak edib, öz
sözünü söyləyir. Onun fikirləri aydın və konkret olub, əsas
etibarilə müəllifin öz sözləridir.
Dostları ilə paylaş: |