922. Sifilisəleyhinə dərman maddələrinin uyğunluğunu müəyyən edin:
I Bisillin V
II Biyoxinol
1) Antibiotikdir
2) Bismut tərkiblidir
3) Uzun təsir müddətinə malikdir
4) Antidotu unitioldur
5) Sulfhidril qrupu saxlayan fermentləri blokada edir
I II
A) 1, 3 2, 4, 5
B) 1, 4, 5 2, 3
C) 2, 3 3, 4
D) 3, 4 1, 5
E) 1, 3, 5 2, 3, 4
923. Göbələkəleyhinə preparatların uyğunluğunu müəyyən edin:
I Amfoterisin B
II Qrizeofulvin
1) Dermatomikozlarda istifadə olunur
2) Sistem və dərin mikozlarda istifadə olunur
3) Antibiotikdir
4) Nuklein turşularının sintezini blokada edir
5) Hüceyrə membranındakı struktur elementi olan erqosterolla birləşir
I II
A) 2, 3, 5 1, 3, 4
B) 1, 4 2, 3, 5
C) 1, 5 1, 3
D) 2, 4, 5 3, 4, 5
E) 1, 3, 5 1, 3, 4
924. Virusəleyhinə maddələrin uyğunluğunu müəyyən edin:
I Asiklovir
II Qossipol
1) Sintetik preparatdır
2) Bitki mənşəli preparatdır
3) Spermatosid təsiri var
4) Herpesəleyhinə təsir göstərir
5) QİDS-in müalicəsində istifadə olunur
I II
A) 1, 4 2, 3, 4
B) 2, 3, 4 1, 4, 5
C) 1, 2, 5 1, 3, 4
D) 3, 4 2, 4, 5
E) 1, 3, 5 1, 2
925. Düzgün ifadə deyil:
1) Mikobakteriyalarda RNT- polimeraza fermentini ingibə etməsi, izoniazidə xas olan farmakoloji xüsusiyyətdir
2) Asiklovir A və B tipli qrip viruslarına təsir göstərən preparatdır
3) Mikol turşusu sintezini pozması, rifampisinə xas olan farmakoloji xüsusiyyətdir
4) Remantadin qripin profilaktikasında istifadə olunan preparatdır
5) Terbinafin onixomikozlar zamanı yüksək müalicəvi təsir göstərən preparatdır
A) 1, 2, 3
B) 1, 2, 4
C) 2, 3, 5
D) 2, 4, 5
E) 1, 3, 4
Dostları ilə paylaş: |