119
sakitlik lazımdır. Ġndi yoldaĢlar sizi yatmağa aparar və hər
Ģey yadınızdan çıxar...
– Sən, – Ġvan diĢini qıcırdıb onun sözünü kəsdi, – baĢa
düĢürsən ki, professoru tutmaq lazımdır? Nə çərənləyib
zəhləmi tökürsən?! Gic!
– BağıĢlayın, yoldaĢ Bezdomnı, – bu iĢə baĢ qoĢduğuna
görə artıq peĢman olmuĢ həmin Ģəxs pörtüb geri çəkildi.
– Yox, kimi də olsa, səni bağıĢlamaram, – Ġvan
Nikolayeviç kinli-kinli dedi.
Sifəti əsəbdən əyildi, Ģamı tələsik sağ əlindən sol əlinə
keçirib, qolunu gendən hərlədi və mərhəmətli Ģəxsin
qulağının dibinə iliĢdirdi.
Bu yerdə baĢa düĢdülər ki, Ġvanı tutmaq lazımdır və
onun üstünə tökülüĢdülər. ġam söndü, yerə düĢən eynək bir
anda tapdandı. Ġvan hətta bulvardakıların diqqətini çəkən
dəhĢətli bir nərilti qoparıb müdafiə olunmağa baĢladı.
Stolların üstündən tökülən qab-qacaq cingildədi, qadınlar
qıĢqırıĢdı.
downloaded from KitabYurdu.org
120
Ofisiantlar Ģairi dəsmalla bağladıqları vaxt soyunub-
geyinmə otağında yelkənli gəmi komandiri ilə qapıçı
arasında söhbət gedirdi.
– Sən görmədin ki, o, alt tumanındadır? – dəniz qulduru
onun üstünə bozardı.
– Axı, Arçibald Arçibaldoviç, – qapıçı qorxa-qorxa
cavab verdi, – əgər onlar Massolitin üzvüdürlərsə, mən necə
buraxmaya bilərəm?
– Sən görmədin ki, o, alt tumanındadır? – dəniz qulduru
təkrar etdi.
– BağıĢlayın, Arçibald Arçibaldoviç, – qapıçı qızardı, –
mən nə eləyə bilərəm? BaĢa düĢürəm ki, eyvanda xanımlar
əyləĢib...
– Xanımların bu iĢə dəxli yoxdur, xanımların nə vecinə,
– dəniz qulduru qapıçını gözləriylə yeyirdi, – ancaq milisin
dəxli var! Adam alt tuman-köynəyində Moskvanın
küçələriylə vur-tut bir halda gedə bilər, onda da milisin
müĢayiətilə və yalnız bir yerə – milis Ģöbəsinə! Sən isə əgər
qapıçısansa, bilməlisən ki, bu cür adamı görəndə bir an belə
gecikmədən fit çalmalısan. EĢidirsən?
downloaded from KitabYurdu.org
121
Ağlı baĢından çıxmıĢ qapıçı eyvandan gurultu, qab-
qacaq səsi, qadınların qıĢqırtısını eĢidirdi.
– Buna görə indi sənə nə cəza verək? – dəniz qulduru
soruĢdu.
Qapıçının sifəti yatalağa tutulmuĢ xəstənin sifəti kimi
bomboz oldu, gözləri ölgünləĢdi. Ona elə gəldi ki, dəniz
quldurunun ortadan ayrılaraq daranmıĢ qara saçları
alovlanan ipək kimi iĢıldadı. NiĢastalı yaxalı, frak yoxa
çıxıb, qurĢağından tapançanın dəstəyi göründü. Qapıçı
özünü gəminin for-marsa-reyindən
15
asılmıĢ təsəvvür etdi.
Özünün bayıra çıxmıĢ dilini, çiyninə düĢmüĢ cansız baĢını
öz gözləriylə gördü, hətta gəmiyə çırpılan dalğaların səsini
eĢitdi. Qapıçının dizləri qatlandı. Bu yerdə dəniz quldurunun
ona rəhmi gəldi və sərt baxıĢlarını yumĢaltdı.
– Bax ha, Nikolay! Axırıncı dəfə olsun. Restoranda boĢ
yerə bizə belə qapıçı lazım deyil. Get kilsədə qarovulçu iĢlə.
– Bunları deyib, komandir cəld, dəqiq və aydın əmrlər verdi:
15
For-marsa-rey – gəminin burnu tərəfdən birinci dorağacındakı ikinci yelkənin
asılması üçün üfüqi tir
downloaded from KitabYurdu.org
122
– Bufetdən Panteleyi. Milisioneri. Protokol. MaĢın.
Psixiatriyaya. – Və əlavə etdi: – Fit ver!
On beĢ dəqiqə keçmiĢ təkcə restoranda yox, hətta
bulvarda, pəncərəsi restoranın bağına baxan evlərdə son
dərəcə heyrətlənmiĢ adamlar Panteleyin, qapıçının, milisin,
ofisiantın və Ģair Ryuxinin kukla kimi bələnmiĢ bir gənci
Qriboyedovun qapısından çıxardığını gördülər. Bu gənc göz
yaĢlarından boğula-boğula məhz Ryuxinə tüpürməyə
çalıĢaraq bağırırdı:
– Alçaq!
Sifətindən zəhrimar yağan sürücü motoru iĢə saldı.
Yaxınlıqdakı faytonçu atı cuĢa gətirmək üçün yasəmən
rəngli cilovu onun sağrısına vuraraq qıĢqırdı:
– Cıdır atım indi olaydı da! Mən onunla ruhi
xəstəxanaya adam aparmıĢam!
Bu qeyri-adi hadisəni müzakirə edən adamların hay-
həĢiri ətrafı baĢına götürmüĢdü; bir sözlə, hamının diqqətini
çəkən bu murdar, iyrənc qalmaqal yalnız yük maĢını
Qriboyedovun qapısından bədbəxt Ġvan Nikolayeviçi,
downloaded from KitabYurdu.org
123
milisioneri, Panteleyi və Ryuxini götürüb aparandan sonra
sona çatdı.
VI fəsil
ġĠZOFRENĠYA – BELƏCƏ DƏ DEMĠġDĠLƏR
Moskva ətrafında, çay kənarında bu yaxınlarda tikilmiĢ
məĢhur psixiatriya klinikasının qəbul otağına ağ xalatlı, sivri
saqqallı kiĢi daxil olanda gecə saat ikinin yarısı idi. Üç
sanitar divanda oturan Ġvan Nikolayeviçdən gözünü
çəkmirdi. Çox həyəcanlanmıĢ Ģair Ryuxin də buradaydı.
Ġvan Nikolayeviçin bağlandığı dəsmallar divanın üstünə
atılmıĢdı. Onun əl-qolu açıq idi.
Ġçəri girən adamı görəndə Ryuxinin sifəti ağardı və
öskürüb, çəkinə-çəkinə dedi:
– Salam, həkim.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |