Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə65/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   61   62   63   64   65   66   67   68   ...   151

 

326 


çökmüĢ  təsəvvür  eləyib,  qeyri-ixtiyari  düĢündü:  "Bu 

Kurolesov lap zırramadır ki!" 

O  isə  hey  səsini  qaldıraraq  hələ  də  günahlarını  etiraf 

eləyirdi  və  Nikanor  Ġvanoviçi  əməlli-baĢlı  dolaĢdırdı,  çünki 

birdən  səhnədə  olmayan  kiməsə  müraciət  etməyə  və 

olmayan  adamın  əvəzinə  özü  özünə  cavab  verməyə 

baĢladı,həm  də  özünə  gah  "hökmdar",  gah  "baron",  gah 

"ata", gah "oğul", gah "siz", gah "sən" deyirdi. 

Nikanor  Ġvanoviç  bircə  onu  anladı  ki,  artist:  "Açarlar! 

Mənim açarlarım!" – qıĢqırıb xırıldaya-xırıldaya və ehmalca 

qalstukunu çıxararaq, döĢəməyə yıxılıb əzabla öldü. 

Kurolesov  öləndən  sonra  qalxıb,  frakının  Ģalvarından 

tozu çırpdı, saxta təbəssümlə gülümsəyib baĢ əydi və seyrək 

alqıĢların müĢayiətilə səhnədən getdi. Konferansye isə dedi: 

– Biz  sizinlə  Savva  Potapoviçin  çox  gözəl  ifasında 

"Xəsis  cəngavər"ə  qulaq  asdıq.  Bu  cəngavər  ümid  eləyirdi 

ki,  Ģux  məleykələr  uçub  yanına  gələcəklər  və  bu  cür  xoĢ 

Ģeylər  hələ  çox  baĢ  verəcək.  Ancaq  gördüyünüz  kimi,  belə 

Ģey  baĢ  vermədi,  məleykələr  onun  yanına  uçub  gəlmədilər, 

ilham  pəriləri  ona  vergi  vermədilər  və  özü  üçün  heç  bir 

downloaded from KitabYurdu.org



 

327 


imarət  ucaltmadı,  əksinə,  valyuta  və  daĢ-qaĢ  dolu  sandığın 

üstündə iflicdən cəhənnəmə vasil oldu. Sizi xəbərdaredirəm, 

əgər  valyutanı  təhvil  verməsəniz,  sizin  də  baĢınıza  bu  cür, 

bəlkə, bundan da betər iĢlər gələcək. 

PuĢkin 

poeziyasınınmı, 



konferansyenin 

bayağı 


çıxıĢınınmı  təsirindən  birdən  zaldan  kimsə  çəkinə-çəkinə 

dedi: 


– Mən valyutanı təhvil verirəm. 

– Buyurun  səhnəyə!  –  Konferansye  qaranlıq  zala  göz 

gəzdirərək nəzakətlə dəvət etdi. 

Səhnəyə  balacaboy,  sarıĢın,  sifətindən  üç  həftəyə 

yaxındı üzünü qırxmadığı hiss olunan bir adam çıxdı. 

– BağıĢlayın,  soyadınız  necədir?  –  konferansye  xəbər 

aldı. 

– Kanavkin Nikolay, – səhnəyə çıxan adam utana-utana 



cavab verdi. 

– Aha! Çox xoĢdur, vətəndaĢ Kanavkin, deməli? 

– Təhvil verirəm, – Kanavkin sakitcə dedi. 

– Nə qədər? 

– Min dollar və iyirmi qızıl onluq. 

downloaded from KitabYurdu.org




 

328 


– Bravo! Hamısıdır? 

Proqramın  aparıcısı  Kanavkinin  düz  gözlərinin  içinə 

baxdı və Nikanor Ġvanoviçə hətta elə gəldi ki, artistin gözləri 

Kanavkini  rentgen  Ģüası  kimi  dəlib  keçdi.  Zalda  hamı 

nəfəsini içinə çəkmiĢdi. 

– Ġnanıram!  –  nəhayət,  artist  bərkdən  deyib  baxıĢlarını 

çəkdi,  –  inanıram!  Bu  gözlər  yalan  demir.  Axı  mən  sizə 

dönə-dönə  demiĢəm  ki,  baĢlıca  səhviniz  insan  gözünün 

əhəmiyyətini  qiymətləndirməməyinizdir.  BaĢa  düĢün,  dil 

həqiqəti  gizlədə  bilər,  göz  isə  –  heç  vaxt!  Sizə  qəfil  sual 

verirlər, sizin tükünüz də tərpənmir, bir anın içində özünüzü 

ələ  alıb  bilirsiniz  ki,  həqiqəti  gizlətmək  üçün  nə  demək 

lazımdır və çox inamla onu deyirsiniz, üzünüzün bir cizgisi 

də  tərpənmir,  ancaq  əfsuslar,  sualın  tərpətdiyi  həqiqət  bir 

anın içində ürəyinizin dərinliyindən gözünüzə sıçrayır və hər 

Ģey bitir. O sezilib, yalanınızın üstü açılıb! 

Artist  bu  çox  inandırıcı,  alovlu  çıxıĢını  baĢa  vurub, 

mehribanlıqla Kanavkindən xəbər aldı: 

– Harada gizlədilib? 

– Preçistenkada, xalam Poroxovnikovagildə... 

downloaded from KitabYurdu.org



 

329 


– Aha!  Bu...  dayanın...  yoxsa  Klavdiya  Ġliniçnanı 

deyirsiniz? 

– Bəli. 

– Hə,  hə,  hə!  Xudmani  ev?  QarĢı  tərəfdə  də  kiçik 

bağça?  Əlbəttə,  tanıyıram!  Bəs  siz  əmanəti  haraya 

dürtmüsünüz? 

– Zirzəmidə Eynem

21

 qutusundadır... 



Artist əllərini bir-birinə vurdu. 

– Belə Ģeyə rast gəlmisiniz? – o, pərt halda qıĢqırdı. 

– Axı pullar  kiflənər, nəmlənər!  Belə  adamlara  valyuta 

etibar eləmək olarmı? Hə? Vallah, uĢaq kimi safsınız! 

Kanavkin qəbahət iĢ gördüyünü özü də anlayıb, kəkilli 

baĢını aĢağı dikdi. 

– Pul,  –  artist  sözünə  davam  etdi,  –  gərək  dövlət 

bankında, quru və yaxĢı qorunan xüsusi yerdə saxlana, daha 

xalanın  zirzəmisində  yox,  onları  hətta  siçovul  da  korlaya 

bilər! Doğrudan, ayıbdır, Kanavkin! Axı siz uĢaq deyilsiniz! 

                                                 

21

Eynem – Moskvada konditer fabrikinin sahibi; metal monpası qutusu 



downloaded from KitabYurdu.org


 

330 


Kanavkin  bilmirdi  baĢını  hara  soxsun,  elə  hey 

pencəyinin ətəyini didiĢdirirdi. 

– Di yaxĢı, – artist yumĢaldı, – keçmiĢi yada salanın... 

– Və birdən əlavə etdi, – hə, yeri gəlmiĢkən, maĢını boĢ 

yerə  sürməmək  üçün  birdəfəyə  həll  eləyək...  yəqin,  xalanın 

da varıdır, hə? 

Məsələnin  belə  Ģəkil  alacağını  gözləməyən  Kanavkin 

diksindi və teatra sükut çökdü. 

– Eh, Kanavkin, – konferansye tənə ilə dedi, – mən hələ 

onu təriflədim də! Gör bir, heç nədən yenə korladı! Mənasız 

Ģeydir, Kanavkin! Axı mən indicə göz barədə danıĢdım. Axı 

bilinir ki, xalanın da var. Bizi nahaq yerə niyə incidirsiniz? 

– Var! – Kanavkin dəli kimi bağırdı. 

– Bravo! – konferansye qıĢqırdı. 

– Bravo! – zal uğuldadı. 

Sakitlik  çökəndə  konferansye  Kanavkini  təbrik  etdi, 

əlini  sıxdı,  maĢınla  Ģəhərə,  evinə  aparmağı  təklif  etdi, 

pərdənin  arxasındakı  adama  tapĢırdı  ki,  elə  həmin  maĢınla 

xalanın dalınca gedib, qadın teatrındakı proqrama gəlməsini 

xahiĢ etsin. 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə