Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə64/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   60   61   62   63   64   65   66   67   ...   151

 

321 


Dunçil  əlli  yaĢlannda  yaraĢıqlı,  ancaq  düĢkün 

görkəmlibir kiĢi idi. 

– Sergey Gerardoviç, – konferansye ona müraciət etdi, – 

artıq  ay  yarımdır  burada  oturub,  sizdəki  valyutanın  qalan 

hissəsini  verməkdən  boyun  qaçırırsınız,  hansı  ki,  ölkənin 

buna  ehtiyacı  var,  sizə  isə  o  heç  lazım  deyil,  ancaq  yenə 

tərslik  edirsiriniz.  Ziyalı  adamsınız,  hər  Ģeyi  gözəl  baĢa 

düĢürsünüz, ancaq yenə mənə kömək etmək istəmirsiniz. 

– Təəssüf  ki,  heç  nə  eləyə  bilmərəm,  çünki  daha 

valyutam yoxdur, – Dunçil sakitcə cavab verdi. 

– Heç olmasa, brilyantın da yoxdur? – artist soruĢdu. 

– Brilyantım da yoxdur. 

Artist baĢını sallayıb fikrə getdi, sonra əlini əlinə çırpdı. 

Pərdənin  arxasından  səhnəyə  orta  yaĢlarında,  son  dəblə 

geyinmiĢ,  yəni  yaxalıqsız  paltoda  və  xırda  Ģlyapada  bir 

qadın çıxdı. Qadının narahat görkəmi var idi, ancaq Dunçil 

onu vecinə almadı. 

– Bu  qadın  kimdir?  –  proqramın  aparıcısı  Dunçildən 

soruĢdu. 

downloaded from KitabYurdu.org




 

322 


– Mənim  arvadım,  –  Dunçil  ləyaqətlə  cavab  verdi  və 

qadının uzun boğazına ikrahla baxdı. 

– Sizi,  madam  Dunçil,  –  konferansye  qadına  müraciət 

etdi,  –  bir  məsələyə  görə  narahat  etmiĢik:  istəyirik  sizdən 

soruĢaq, ərinizdə yenə valyuta varmı? 

– O  vaxt  hamısını  təhvil  verdi,  –  madam  Dunçil 

həyəcanla bildirdi. 

– Belə,  –  artist  dedi,  –  indi  ki  belədir,  qoy  belə  olsun. 

Əgər  hamısını  təhvil  veribsə,  neyləmək  olar,  Sergey 

Qerardoviçdən  dərhal  ayrılmalıyıq!  Əgər  istəyirsinizsə, 

teatrı  tərk  eləyə  bilərsiniz,  Sergey  Qerardoviç,  –  artist 

təmtəraqlı bir jest elədi. 

Dunçil  sakitcə  və  ləyaqətlə  dönüb  pərdənin  arxasına 

tərəf getdi. 

– Bir  dəqiqə!  –  Konferansye  onu  dayandırdı,  –  icazə 

verin,  xudahafizləĢməzdən  əvvəl  sizə  proqramımızdan  bir 

nömrə də göstərim, – və əlini əlinə vurdu. 

Arxadakı qara pərdə aralandı, əlindəki qızıl məcməyidə 

lentlə  bağlanmıĢ  qalın  bağlama  və  göy,  sarı,  qırmızı 

downloaded from KitabYurdu.org




 

323 


parıltılarla  bərq  vuran  brilyant  boyunbağı  olan  gözəl  gənc 

qadın bal paltarında səhnəyə çıxdı. 

Dunçil  bir  addım  geri  çəkildi,  ağappaq  ağardı.  Zal 

donub-qalmıĢdı. 

– On səkkiz min dolları və qiyməti qızıl pulla qırx min 

olan  boyunbağını,  –  artist  təmtəraqla  elan  etdi,  –  Sergey 

Qerardoviç  Xarkov  Ģəhərində  öz  məĢuqəsi,  qarĢınızda 

görməkdən  məmnunluq  duyduğunuz  Ġda  Gerkulanovna 

Vorsun  mənzilində  saxlayırdı  və  bu  qiymətli,  ancaq  Ģəxsi 

əldə  faydasız  olan  xəzinəni  tapmaqda  o,  bizə  lütfkarlıqla 

yardım etdi. Çox sağ olun, Ġda Gerkulanovna. 

Gözəl  qız  diĢlərini  parıldadaraq  gülümsədi  və  onun 

uzun kirpikləri titrədi. 

– Sizin  ləyaqət  yağan  çöhrənizin  arxasında  isə,  –  artist 

Dunçilə  müraciət  etdi,  –  acgöz, tamahkar,  yalançı gizlənib. 

Siz  öz  mənasız  tərsliyinizlə  hamını  ay  yarımdır  üzürsünüz. 

Ġndi  çıxın  gedin  evinizə,  qoy  arvadınızın  baĢınıza  açacağı 

oyun sizin cəzanız olsun. 

downloaded from KitabYurdu.org



 

324 


Dunçil  yırğalandı,  az  qaldı  yıxılsın,  ancaq  kiminsə  əli 

onun  köməyinə  çatdı.  Bu  yerdə  ön  pərdə  düĢdü  və 

səhnədəkilərin hamısını görünməz etdi. 

Gurultulu alqıĢlar gah titrətdi, hətta Nikanor Ġvanoviçə 

elə  gəldi  ki,  çilçırağın  iĢıqları  tərpəndi.  Öndəki  qara  pərdə 

qalxanda  isə  səhnədə  artistdən  baĢqa  artıq  heç  kim  yox  idi. 

Onu  ikinci  alqıĢ  dalğası  qarĢıladı  və  o,  təzim  edərək  sözə 

baĢladı. 

– Bu Dunçilin Ģəxsində sizin qarĢınızda burunlu-qulaqlı 

eĢĢək  çıxıĢ  elədi.  Axı  valyutanı  gizlətməyin  mənasız 

olduğunu dünən demiĢdim. Sizi inandırıram, heç kim heç bir 

vəchlə ondan istifadə eləyə bilməz. Götürək elə Dunçili. O, 

çox yaxĢı məvacib alır, heç nəyə də ehtiyacı yoxdur. Gözəl 

mənzili, aıvadı və gözəl məĢuqəsi var. Ancaq yox, valyutanı, 

daĢ-qaĢı  verib  rahat,  qulağı  dinc  yaĢamaq  əvəzinə,  bu 

tamahkar  axmaq  iĢi  gətirib  o  yerə  çatdırdı  ki,  hamının 

yanında  ifĢa  olundu,  üstəlik  də,  ailəsində  xoĢagəlməz 

vəziyyət yaratdı. Beləliklə, kim təhvil verir? Heç kim? Onda 

bizim proqramın növbəti nömrəsi – tanınmıĢ, istedadlı artist 

Kurolesov 

Savva 

Potapoviç  Ģair  PuĢkinin  "Xəsis 



downloaded from KitabYurdu.org


 

325 


cəngavər"indən  bir  parçanı  ifa  etmək  üçün  xüsusi  olaraq 

dəvət edilib. 

Kurolesov  özünü  çox  gözlətmədi,  frakda  və  ağ 

qalstukda  hündür,  gonbul,  üzü  qırxılmıĢ  bir  kiĢi  səhnəyə 

çıxdı. 

GiriĢsiz-filansız  sifətini  turĢudub  qaĢlarını  çatdı  və 



zınqırova baxa-baxa saxta səslə danıĢmağa baĢladı: 

– Hiyləgər  bir  cananın  görüĢünə  tələsən  gənc  Ģorgöz 

kimi... 

Və  Kurolesov  özü  haqqında  xeyli  xoĢagəlməz  Ģeylər 

danıĢdı. Kurolesovun etirafından Nikanor Ġvanoviç bildi ki, 

hansısa bədbəxt dul qadın nalə çəkərək, yağıĢın altında onun 

qarĢısında  diz  çöküb,  ancaq  artistin  ürəyini  rəhmə  gətirə 

bilməyib.  Nikanor  Ġvanoviç  bu  yuxuya  qədər  Ģair  PuĢkinin 

əsərlərindən xəbərsizdi, ancaq onun adı dilinin əzbəri idi və 

hər  gün  buna  oxĢar  kəlmələr  iĢlədirdi:  "Bəs  mənzil  pulunu 

PuĢkin  verəcək?"  Yaxud  "Pilləkəndəki  lampanı,  yəqin, 

PuĢkin çıxarıb?" "Nefti, yəqin, PuĢkin alacaq?" 

Ġndi  onun  bir  əsəriylə  tanıĢlıqdan  sonra  Nikanor 

Ġvanoviç  kədərləndi,  qadını  yetimləriylə  yağıĢın  altında  diz 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə