69
Dəstə yalnız bağdan meydana çıxıb geniĢ daĢ eĢafota
qalxanda Pilat qıyılmıĢ gözləriylə yuxarıdan-aĢağı meydanı
süzüb, vəziyyəti anlaya bildi. Ġndicə keçdiyi, yəni saray
divarından daĢ eĢafota qədər olan sahə boĢ idi, ancaq
önündəki meydanı Pilat artıq görmürdü – onu kütlə
tutmuĢdu. Əgər üç cərgə düzülmüĢ sebastiyalı əsgərlər
Pilatdan sol tərəfi və itureyalı yardımçı koqortanın əsgərləri
sağ tərəfi saxlamasaydı, kütlə daĢ eĢafotun özünü də, boĢ
sahəni də doldurardı.
Pilat lazımsız toqqanı qeyri-ixtiyari ovcunda sıxaraq,
gözlərini qıyıb daĢ eĢafota qalxdı. Prokurator gün düĢdüyünə
görə gözlərini qıymamıĢdı, yox! Nə üçünsə məhkumları
görmək istəmirdi, ancaq indi onun arxasınca edam
meydançasına çıxarılacaqlarını da gözəl bilirdi.
Qıpqırmızı astarlı ağ plaĢ insan dənizi üzərindəki
sıldırımda görünən kimi səs dalğası Pilatı vurdu: "Ha-a-a..."
Haradasa uzaqda, hippodromun dərinliklərindən doğulan bu
zəif səs sonra gurultuya çevrildi və bir neçə saniyə davam
edib sönməyə baĢladı. "Məni gördülər", – prokurator
düĢündü. Səs dalğası sönməyə macal tapmamıĢ birdən yenə
downloaded from KitabYurdu.org
70
artmağa baĢladı və əvvəlkindən yüksəyə qalxdı, ikinci
dalğada, dəniz kükrəyəndə köpük üzə çıxdığı kimi, fit səsləri
ucaldı və gurultunun içindən qadın iniltiləri eĢidildi.
"Məhkumları da edam meydançasına çıxardılar... – Pilat
fikirləĢdi, – inilti də ona görədir ki, izdiham qabağa
yeriyəndə bir neçə qadın ayaq altında qaldı".
O, bir müddət gözlədi, çünki izdiham öz içindəkiləri
püskürüb sakitləĢməyincə, onu heç bir qüvvəylə susdurmaq
mümkün olmayacağını bilirdi.
Həmin an yetiĢəndə prokurator sağ əlini yuxarı qaldırdı
və səs-küy tamam yatdı.
Onda Pilat isti havanı bacardığı qədər sinəsinə yığıb
qıĢqırdı və onun səsi minlərlə adamın baĢı üstündə
dalğalandı:
– Qeysər imperator adından!
Kəsik-kəsik
bağırtılardan
qulaqları
batdı
–
koqortalardakı əsgərlər nizə və bayraqlarını yuxan ataraq
hayqırdılar:
– YaĢasın qeysər!
downloaded from KitabYurdu.org
71
Pilat baĢını qaldırıb günəĢə baxdı. Gözlərində yaĢıl alov
oynadı, bu alov beynini qaynatdı və xırıltılı arami sözləri
ətrafa yayıldı.
– YerĢalaimdə adam öldürdüyünə, qiyama çağırıĢa,
qanun və etiqadımızı təhqir etdiyinə görə həbs olunmuĢ dörd
cinayətkar rüsvayçı edama – dar ağacından asılmağa
məhkum edilib. Bu edam indi Keçəl Dağda olacaq!
Cinayətkarların adı – Dismas, Hestas, Var-Ravvan və Qa-
Nosridir. Budur, onlar sizin qarĢınızdadır!
Pilat cinayətkarları görməsə də, əliylə sağ tərəfi
göstərdi, çünki onların harada lazımsa, orada olduqlarını
bilirdi.
Ġzdiham heyrətdən, ya rahatlandığına görə uğuldadı.
Uğultu yatanda Pilat sözünə davam etdi:
– Ancaq onların yalnız üçü edam olunacaq, çünki
qanuna və adətə görə, Pasxa bayramı münasibətilə
məhkumlardan birinin mənfur həyatını, Kiçik Sinedrionun
seçimi və Roma hakimiyyətinin təsdiqiylə, alicənab qeysər
imperator onun özünə qaytaracaq!
downloaded from KitabYurdu.org
72
Pilat sözləri qıĢqırdıqca uğultunun dərin sükutla əvəz
olunduğunu hiss edirdi. Artıq heç bir səs-səmir eĢidilmirdi,
hətta elə bir an gəlib çatdı ki, Pilat, ümumiyyətlə, ətrafda hər
Ģeyin yoxa çıxdığını düĢündü. Nifrət bəslədiyi Ģəhər
ölmüĢdü, bircə o, günün altında üzünü göyə tutub qalmıĢdı.
Pilat bir az susub, sonra qıĢqırdı:
– Ġndi sizin qarĢınızda azadlığa buraxılacaq adamın
adı...
Ad çəkməmiĢdən əvvəl heç nəyi unutmadığına
əminolmaq üçün yenə gözlədi, çünki həmin xoĢbəxtin adını
çəkəndən sonra ölü Ģəhərin diriləcəyini və baĢqa sözlərin
eĢidilməyəcəyini bilirdi.
"Qurtardımı? – Pilat öz-özünə pıçıldadı.– Qurtardı.
Ad!"
Və "r" hərfini uzadıb, sükut çökmüĢ Ģəhərə qıĢqırdı:
– Var-Ravvan!
Bu zaman ona elə gəldi ki, günəĢ baĢı üstündə
cingiltiylə çilikləndi və qulaqlarına od doldu. Bu odda
bağırtı, çığırtı, inilti, qəhqəhə və fit səsləri qaynayırdı.
downloaded from KitabYurdu.org
73
Pilat çönüb, büdrəməmək üçün ayağı altındakı ala-
bəzək taxta döĢəmədən savayı heç hara baxmadan edam
meydançasıyla geriyə, pilləkənə sarı getdi. O bilirdi ki, indi
edam meydançasına bürünc pullar, xurmalar dolu kimi
yağır, izdiham çaxnaĢır, adamlar bir-birini itələyir, bir-
birinin belinə dırmaĢırlar ki, möcüzəni – artıq ölümün
pəncəsində olan adamın necə qurtulduğunu öz gözləriylə
görsünlər! Legionerlər istintaq zamanı burulmuĢ qollarından
kəndiri açanda ağrının Ģiddətindən üz-gözünü qırıĢdırıb
ufuldasa da, məhbusun mənasız, gic bir təbəssümlə necə
gülümsədiyini görsünlər.
O bilirdi, elə bu vaxt mühafizəçilər qolları bağlı üç
nəfəri artıq yan pilləkənlərlə düĢürürlər ki, onları qərbə,
Ģəhər kənarına, Keçəl Dağa aparan yola çıxarsınlar. Yalnız
edam meydançasının arxasında Pilat təhlükəsiz olduğuna
inandığından baĢını qaldırdı – məhkumları daha görə
bilməzdi.
Ġzdihamın get-gedə səngiyən uğultusunu prokuratorun
edam meydançasından dediklərini indi arami və yunan
dilində təkrar edən carçıların qıĢqırıqları batırmıĢdı. Bundan
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |