74
baĢqa, o, at ayaqlarının zəif tappıltısını və Ģeypurun qısa, Ģən
səsini eĢitdi. Bazardan hippodrom meydanına çıxan küçənin
damlarındakı uĢaqların qulaqdeĢən fıĢqırıqları və "ehtiyatlı
ol!" bağırtıları da bu səslərə qarıĢdı.
Meydanın boĢaldılmıĢ sahəsində tək dayanmıĢ əsgər
əlindəki bayrağı həyəcanla qaldıranda prokurator, legionun
leqatı, katib və mühafizəçilər dayandılar.
Süvari ala insan yığnağından yan ötüb, tənəklərin
dırmaĢdığı daĢ hasarlı döngəyə burularaq, kəsə yolla Keçəl
Dağa çapmaq üçün löhrəm yeriĢlə meydana girdi.
Süvari alanın uĢaq kimi balaca, mulat kimi qara suriyalı
komandiri çaparaq Pilatla bərabərləĢəndə nəsə çımxırıb,
qılıncını qınından çıxardı. Tərə batmıĢ qara at kənara
sıçrayıb Ģahə qalxdı. Sırayla üç-üç düzülmüĢ atlar toz-
duman qaldırıb onun arxasınca çapdılar; bambuq
mizraqların yüngül ucları atılıb-düĢürdü. DiĢləri Ģən-Ģən
ağarıb parıldayan, ağ çalma altında lap qara görünən sifətlər
prokuratorun yanından ötüb-keçdilər.
Süvari ala tozu göyə qaldırıb döngəyə girdi və
çiynindəki Ģeypur gün iĢığında parıldayan sonuncu əsgər
downloaded from KitabYurdu.org
75
Pilatın yanından çapıb keçdi. Pilat əliylə tozdan qorunaraq,
narazılıqla sifətini qırıĢdırıb saray bağının darvazasına tərəf
getdi. Leqat, katib və mühafizəçilər də onun arxasınca
hərəkət etdilər.
Səhər saat ona az qalmıĢdı.
III fəsil.
YEDDĠNCĠ SÜBUT
– Bəli, səhər saat ona az qalmıĢdı, möhtərəm Ġvan
Nikolayeviç, – professor dedi.
ġair yenicə yuxudan oyanmıĢ adam kimi əlini üzünə
çəkdi və gördü ki, Patriarx gölündə axĢamdır.
Gölün suyu qaralmıĢdı, üzən qayığın avarlarının
Ģappıltısı və qayıqdakı qadının gülüĢü eĢidilirdi. Bizim
həmsöhbətlərin oturduğu yerdən baĢqa, xiyabanın qalan üç
tərəfindəki skamyalarda artıq əyləĢənlər vardı.
Moskva səması, elə bil, solmuĢdu, yüksəkdəki dəyirmi
ay tamamilə aydın görünürdü, ancaq hələ qızılı yox, ağ idi.
downloaded from KitabYurdu.org
76
Nəfəs almaq asanlaĢmıĢdı və cökə ağacının altında səslər
axĢama xas yumĢaqlıqla səslənirdi.
"Onun əməlli-baĢlı bir hekayə quraĢdırdığından necə
xəbərim olmayıb?.." – Bezdomnı heyrətlə fikirləĢdi, – gör
ha, artıq axĢam da düĢüb! Ancaq bəlkə, bunları heç o
danıĢmayıb, sadəcə, mən yatıb yuxuda görmüĢəm?"
Ancaq hər halda, professorun danıĢdığını ehtimal etmək
lazımdı, yoxsa düĢünməli olacaqdı ki, eyni Ģey Berliozun da
yuxusuna girib, çünki o, əcnəbinin sifətinə diqqətlə baxaraq
dedi:
– Professor, sizin hekayəniz Ġncildəki hekayətlərə
qətiyyən uyğun gəlməsə də, çox maraqlıdır.
–
Əfv
edərsiniz,
–
professor
təkəbbürlə
gülümsədi, – heç kim də olmasa, siz gərək biləsiniz ki,
Ġncillərdə yazılanların heç biri, əslində, baĢ verməyib və biz
əgər Ġncilə tarixi mənbə kimi istinad etsək... – o, yenə
gülümsədi və Berlioz duruxdu, çünki o, təxminən, eyni
sözləri Bronnı küçəsi ilə Patriarx gölünə tərəf gələndə
Bezdomnıya demiĢdi.
downloaded from KitabYurdu.org
77
– Elədir, – Berlioz qeyd etdi, – ancaq qorxuram ki, sizin
bizə danıĢdıqlarınızın da, həqiqətən, baĢ verdiyini heç kim
təsdiqləyə bilməsin.
– Heç də yox! Bunu təsdiq edən tapılar! – professor
sözləri düzgün tələffüz etmədən, çox əminliklə dedi və qəfil
hər iki dostu iĢarəylə yaxına çağırdı.
Ġkisi də ona tərəf əyildi və o, bu dəfə tamamilə
aksentsiz danıĢdı, özü də nəyə görəsə bu aksent gah itir, gah
peyda olurdu.
– Məsələ belədir ki... – bu yerdə professor qorxa-qorxa
ətrafına boylanıb pıçıltıyla dedi, – mən Ģəxsən orada
olmuĢam. Eyvanda da Ponti Pilatın yanında idim, bağda
Kaifa ilə danıĢanda da, edam meydançasında da... Ancaq
gizlicə, necə deyərlər, inkoqnito
13
, ona görə də sizdən xahiĢ
edirəm, heç kimə bir kəlmə deməyin, sirr kimi saxlayın!..
Sss!
Sükut çökdü və Berliozun rəngi qaçdı.
13
İnkoqnito – kim olduğunu hamıdan gizli tutaraq
downloaded from KitabYurdu.org
78
– Siz... siz neçə vaxtdır Moskvadasınız? – o, titrək səslə
soruĢdu.
– Mən elə bu dəqiqə Moskvaya gəlmiĢəm, – professor
çaĢqınlıqla cavab verdi və onun gözlərinin içinə əməlli-baĢlı
baxmaq fikri yalnız indi dostların ağlına gəldi və əmin
oldular ki, onun yaĢıl sol gözündən dəlilik yağır, sağ gözü
isə bomboĢ qara deĢikdir.
"Budur ha, hər Ģey aydın oldu! " – Berlioz təĢviĢlə
düĢündü. – "Dəli alman gəlib, ya indicə Patriarx gölündə
havalanıb. Belə-belə iĢlər!"
Bəli, doğrudan da, hər Ģey aydınlaĢdı: mərhum filosof
Kantın yanında anlaĢılmaz səhər yeməyi də, günəbaxan yağı
ilə AnnuĢka haqqında gic-gici söhbət də – professor dəli
imiĢ.
Berlioz nə etmək lazım olduğunu o saat anladı. Özünü
skamyanın söykənəcəyinə yıxıb, professorun arxasından
Bezdomnıya göz vurdu – yəni mübahisə etmə, ancaq
karıxmıĢ Ģair bu iĢarələri baĢa düĢmədi.
– Bəli, bəli, bəli, – Berlioz həyəcanla dedi, –
ümumiyyətlə, hər Ģey mümkündür! Hətta çox mümkündür,
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |