ildən isə sənaye istehsalanm artımı ölkədə sürətli
iqtisadi inkişafın təməlini yaratdı.
Beləliklə, Azərbaycanda yeni bir həyat başlan
dı. Əsrlərlə arzuya çevrilmiş azadlıq, müstəqillik ide
yaları əsrlərin ən böyük dahisi Ümummilli lider
Heydər Əliyevin gərgin zəhməti, böyük səyləri,
siyasi və diplomatik məharəti sayəsində həyata
keçirilərək öz bəhrələrini verməyə başladı.
66
İK İN C İ BÖLMƏ
Milli - m ənəvi dəyərlər
Azərbaycançılıq ideyalarının formalaşmasında
milli - mənəvi dəyərlərin çox mühüm rolu vardır.
Ümummilli lider Heydər Əliyev milli mənəvi
dəyərləri milli ideologiyamızın ikinci hissəsi kimi
qiymətləndirir: «Milli ideologiyamızın ikinci hissəsi
bizim milli - mənəvi dəyərlərimizdir. Biz öz milli -
mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli -
mənəvi
dəyərlərimiz
əsrlər
boyu
xalqımızın
həyatında, yaşayışında formalaşıbdır. Milli - mənəvi
dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq
ola bilməz. Azərbaycan xalqının milli - mənəvi
dəyərləriminin ən əsası bizim müqəddəs kitabımız
«Qurani - şərif»də öz əksini tapıbdır. Ancaq bununla
yanaşı Azərbaycanın mütəfəkkir insanları, mütərəqqi
insanları,
Azərbaycanın
böyük
şəxsiyyətləri,
Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri,
böyük elm, mədəniyyət xadimləri Azərbaycan
xalqının milli - mənəvi dəyərlərini yaradıblar. Bu
bizim adət - ənənələrimizdir. Bu bizim milli əxlaqi
metalitetimizdir. Bu bizim bütün başqa mənəvi
dəyərlərimizdir. Bunların hamısı ilə biz fəxr
etməliyik. Milli - mənəvi dəyərlərimiz bizim ana
67
dilimizdir, Azərbaycan dilidir, bizim dinimizdir.
Bizim adət-ənənələrim izdir».1
Müasir beynəlxalq inteqrasiya şəraitində milli -
mənəvi dəyərlər təkcə öz hüdudları daxilində inkişaf
edib zənginləşə bilməz. Milli - mənəvi dəyərlərin
inkişaf etməsi və zənginləşməsi üçün müasirləşmə
ən başlıca şərtdir. Milli - mənəvi dəyərlərin
müasirləşməsi onun bəşəri ideyalarla qovuşması
sayəsində mümkündür. Milli - mənvi dəyərlərin
müasirləşməsi insanların şüuruna təsir edərək onları
etik, əxlaqi cəhətdən, həmçinin, bəşəri ideyaların
mənimsənilməsi cəhətdən kamilləşdirir. Ümummilli
liderimiz
Heydər
Əliyev
milli
-
mənəvi
dəyərlərimizin ümumbəşəri ideyalara inteqrasiyası
barədə
bəhs
edərkən
göstərir:
«Bizim milli
ideologiyamızın bir şaxəsi, bir qolu da ümumbəşəri
dəyərlərdir. Ümumbəşəri dəyərlər Azərbaycan xalqı
tərəfindən bir çox illərdir, əsrlərdir ki, qavranıbdır,
qəbul olunubdur. Öz milli - mənəvi dəyərlərimizi
ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib
Azərbaycan xalqının ümumi
dəyərlərini, mənəvi
dəyərlərini yaratmalıyıq».
Milli - mənəvi dəyərlərimizi, başlıca olaraq,
aşağıdakı kimi səciyyələndirmək mümükündür.
1) ana dili
1 Bax: Heydər Əliyev. Yeni Azərbaycan Partiyasının yaradılmasının
altıncı ildönümünə həsr olunmuş təntənəsi yığıncaqdakı nitqi. «Xalq
qəzeti», 24 noyabr, 1998.
68
Azərbaycançılıq haqqında bəhs edərkən ana dili
məsələsinə xüsusi bir diqqətlə yanaşmaq lazımdır.
Ana dili hər bir xalqm, millətin varlığını təyin edən
ən başlıca atributlardan biridir. Ana dili sadəcə
informasiya vasitəsi kimi qəbul edilməməlidir. Ana
dili xalqm min illərdən bəri yaratdığı milli - mənəvi
sərvətlərin daşıyıcısıdır. Azərbaycan xalqının dünya
görüşündə, elmi və bədii təfəkküründə yaradılan nə
varsa sonrakı nəsillərə ana dili vasitəsi ilə çatdırılır.
Ona görə də ana dilini sevmək, onu qorumaq, dilin
normalarına riayət etmək hər bir vətəndaşm borcu
dur. Dilin normaları gözlənilmirsə sonrakı nəsillər
üçün onun anlaşıqlılıq səviyyəsi azalır. Deməli, bu
gün biz ana dilini qorumuruqsa gələcək nəsilləri milli
- mənəvi sərvətlərimizdən məhrum etmiş oluruq.
Heydər Əliyev göstərir ki, «Gərək hər bir vətəndaş
öz vətəninə görə, öz millətinə görə, öz xalqma görə,
öz ana dilinə görə qürur hissi keçirsin, azərbaycanlı
olması ilə fəxr etsin. Нөг bir azərbaycanlı rus dilini,
ingilis dilini, başqa dilləri mükəmməl bilərək
onlardan istifadə edirsə öz doğma Azərbaycan dilinə
diqqətini və hörmətini azaltmamalıdır».1
Dil elə ictimai varlıqdır ki, onun qorunması,
norma sabitliyinin saxlanması və zənginləşməsi
bilavasitə dövlətçiliklə bağlıdır. Dövlətçilik dilin
dayağıdır.
Dövlətçilik olmadıqda dilin özünün
1 Bax: «Xalq qəzeti», 24 noyabr, 1998.
69
mənəvi bir sərvət kimi qorunması, dil normalarının
sabitliyinin saxlanılması heç kəsdə məsuliyyət hissi
yaratmır. Dil strukturunun zənginləşməsindən isə
söhbət açmaq mümkün olmur. Odur ki, dildən necə
gəldi istifadə edilir, nəticədə ərazilər üzrə çoxlu nitq
fərqləri (dialektizmlər) yaranır. Dilə çoxlu ixtiyari
sözlər daxil olur. Böyük mütəfəkkirlər, söz ustadları,
alimlər öz əsərlərini ana dilində yox, dövrün daha
nüfuzlu sayılan başqa bir dilində yazmağa səy
göstərirlər. Belə olduqda, əw əla, ana dili sonrakı
nəsillər üçün öz anlaşıqlığını azaltmış olur, ikincisi
isə azərbaycanlı mütəfəkkirlərin yaradıcılığı başqa
xalqların adma çıxılır. Həmin əsərlər ana dilini bədii,
estetik, elmi cəhətdən zənginləşdirmək əvəzinə
başqa dillərin inkişafına xidmət göstərməli olur.
Azərbaycanın tarixində belə hallara yol verilməsi
mövcud olmuşdur. Bu dil, hətta, sovet imperiyası
dövründə öz məkanında ikinci bir dil kimi
işlədilməyə də məruz qalmışdı. Ancaq ümummilli
liderimiz Heydər Əliyevin böyük səyləri nəticəsində
1978-ci il Azərbaycan konstitusiyasında ana dilimiz
dövlət dili kimi təsbit olunmuşdu. Azərbaycanda
müstəqil dövlətçiliyin yaradılması ana dilimizin tətbi
qinə, onun yazılı və şifahi normalarının yaxınlaşma
sına, dilin məna potensialının daxili imkanlar hesa
bına zənginləşməsinə münbit bir şərait yaratdı. Ana
dilinin qorunması, tətbiqi və onun təkmilləşməsi
barədə Heydər Əliyevin fəaliyyəti tarixi bir hadisə
70
kimi qiymətləndirilməlidir. Heydər Əliyevin Respub
lika hakimiyyətində olmadığı vaxtlarda ana dilimiz
barədə çox məsuliyyətsiz qərarlar verilirdi. İş hətta o
yerə gəlmişdi ki, dilin özünün adı da sıradan
çıxarılmışdı. Belə ki, 1992-ci il dekabrın 22-də AXC
- Müsavat cütlüyü tərəfindən idarə edilən o zamankı
Azərbaycan Milli Məclisi ana dili barədə yanlış bir
qərar qəbul etmişdi. Bu qərara görə Azərbaycan
Respublikasının dili türk dili elan olunmuşdu. Təkcə
bunu nəzərə aldıqda ki, Azərbaycan dili ilə türk dili
arasında norma baxımından çoxlu fərqlər vardır, onda
həmin qərarın necə məsuliyyətsizlik olduğu bir daha
aydınlaşar.
Heydər Əliyev 1995-ci ildə bu məsələ ilə
əlaqdar müzakirələr keçirdi. Ana dilinin öz adı
yenidən özünə qaytarıldı. 2001-ci il iyunun 18-də
Azərbaycan
Respublikasının
Prezidenti
Heydər
Əliyev Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
barədə möhtəşəm bir fərman imzaladı. 2001-ci il
iyulun 4-də isə ana dilinin tətbiqi məsələlərinin
həyata keçirilməsinin təmin olunması məqsədi ilə
Dövlət Dil
Komissiyası yaradıldı.
Respublika
Prezidentinin 9 avqust 2001-ci il tarixli fərmanı ilə
avqustun 1-i ana dili və əlifba günü kimi təsis edildi.
Dövlət dilinin tətbiqi işinin əməli şəkildə həyata
keçirilməsini təmin etmək məqsədi ilə 30 sentyabr
2001-ci ildə Respublika Prezidentinin təsdiq etdiyi
«Azərbaycan Respublikasında Dövlət dili haqqında»
71
Dostları ilə paylaş: |