Yeni azərbaycan partiyasi gəNCƏ ŞƏHƏr təŞKİlati y u s if o V m ü b a r iZ İm r a n o ğ L u



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix04.02.2018
ölçüsü0,73 Mb.
#24112
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

ildən  isə  sənaye  istehsalanm  artımı  ölkədə  sürətli 

iqtisadi inkişafın təməlini yaratdı.

Beləliklə,  Azərbaycanda yeni bir həyat  başlan­

dı.  Əsrlərlə  arzuya çevrilmiş  azadlıq,  müstəqillik ide­

yaları  əsrlərin  ən  böyük  dahisi  Ümummilli  lider 

Heydər  Əliyevin  gərgin  zəhməti,  böyük  səyləri, 

siyasi  və  diplomatik  məharəti  sayəsində  həyata 

keçirilərək öz bəhrələrini verməyə başladı.

66

İK İN C İ BÖLMƏ



Milli -  m ənəvi dəyərlər

Azərbaycançılıq  ideyalarının  formalaşmasında 

milli  -   mənəvi  dəyərlərin  çox  mühüm  rolu  vardır. 

Ümummilli  lider  Heydər  Əliyev  milli  mənəvi 

dəyərləri  milli  ideologiyamızın  ikinci  hissəsi  kimi 

qiymətləndirir:  «Milli  ideologiyamızın  ikinci  hissəsi 

bizim  milli  -   mənəvi  dəyərlərimizdir.  Biz  öz  milli  -  

mənəvi  dəyərlərimizlə  fəxr  etməliyik.  Bizim  milli  -  

mənəvi 

dəyərlərimiz 



əsrlər 

boyu 


xalqımızın 

həyatında,  yaşayışında  formalaşıbdır.  Milli  -   mənəvi 

dəyərləri  olmayan  millət  həqiqi  millət,  həqiqi  xalq 

ola  bilməz.  Azərbaycan  xalqının  milli  -   mənəvi 

dəyərləriminin  ən  əsası  bizim  müqəddəs  kitabımız 

«Qurani -  şərif»də  öz əksini tapıbdır.  Ancaq bununla 

yanaşı Azərbaycanın mütəfəkkir  insanları,  mütərəqqi 

insanları, 

Azərbaycanın 

böyük 


şəxsiyyətləri, 

Azərbaycanın  hörmətli  siyasi  və  dövlət  xadimləri, 

böyük  elm,  mədəniyyət  xadimləri  Azərbaycan 

xalqının  milli  -   mənəvi  dəyərlərini  yaradıblar.  Bu 

bizim  adət -   ənənələrimizdir.  Bu  bizim  milli  əxlaqi 

metalitetimizdir.  Bu  bizim  bütün  başqa  mənəvi 

dəyərlərimizdir.  Bunların  hamısı  ilə  biz  fəxr 

etməliyik.  Milli  -   mənəvi  dəyərlərimiz  bizim  ana

67



dilimizdir,  Azərbaycan  dilidir,  bizim  dinimizdir. 

Bizim adət-ənənələrim izdir».1

Müasir beynəlxalq  inteqrasiya şəraitində  milli -  

mənəvi dəyərlər təkcə  öz hüdudları  daxilində  inkişaf 

edib  zənginləşə  bilməz.  Milli  -   mənəvi  dəyərlərin 

inkişaf  etməsi  və  zənginləşməsi  üçün  müasirləşmə 

ən  başlıca  şərtdir.  Milli  -   mənəvi  dəyərlərin 

müasirləşməsi  onun  bəşəri  ideyalarla  qovuşması 

sayəsində  mümkündür.  Milli  -   mənvi  dəyərlərin 

müasirləşməsi  insanların  şüuruna  təsir  edərək  onları 

etik,  əxlaqi  cəhətdən,  həmçinin,  bəşəri  ideyaların 

mənimsənilməsi  cəhətdən  kamilləşdirir.  Ümummilli 

liderimiz 

Heydər 


Əliyev 

milli 


-  

mənəvi 


dəyərlərimizin  ümumbəşəri  ideyalara  inteqrasiyası 

barədə 


bəhs 

edərkən 


göstərir: 

«Bizim  milli

ideologiyamızın  bir  şaxəsi,  bir  qolu  da  ümumbəşəri 

dəyərlərdir.  Ümumbəşəri  dəyərlər  Azərbaycan  xalqı 

tərəfindən  bir  çox  illərdir,  əsrlərdir  ki,  qavranıbdır, 

qəbul  olunubdur.  Öz  milli  -   mənəvi  dəyərlərimizi 

ümumbəşəri  dəyərlərlə  birləşdirib,  zənginləşdirib 

Azərbaycan  xalqının  ümumi 

dəyərlərini,  mənəvi 

dəyərlərini yaratmalıyıq».

Milli  -   mənəvi  dəyərlərimizi,  başlıca  olaraq, 

aşağıdakı kimi səciyyələndirmək mümükündür.

1)  ana dili

1  Bax:  Heydər  Əliyev.  Yeni  Azərbaycan  Partiyasının  yaradılmasının 

altıncı  ildönümünə  həsr  olunmuş  təntənəsi  yığıncaqdakı  nitqi.  «Xalq 

qəzeti», 24 noyabr,  1998.

68

Azərbaycançılıq haqqında bəhs  edərkən ana dili 



məsələsinə  xüsusi  bir  diqqətlə  yanaşmaq  lazımdır. 

Ana  dili  hər bir  xalqm,  millətin  varlığını  təyin  edən 

ən  başlıca  atributlardan  biridir.  Ana  dili  sadəcə 

informasiya  vasitəsi  kimi  qəbul  edilməməlidir.  Ana 

dili xalqm min  illərdən bəri  yaratdığı milli -  mənəvi 

sərvətlərin  daşıyıcısıdır.  Azərbaycan  xalqının  dünya­

görüşündə,  elmi  və  bədii  təfəkküründə  yaradılan  nə 

varsa  sonrakı  nəsillərə  ana  dili  vasitəsi  ilə  çatdırılır. 

Ona  görə  də  ana  dilini  sevmək,  onu  qorumaq,  dilin 

normalarına  riayət  etmək  hər  bir  vətəndaşm  borcu­

dur.  Dilin  normaları  gözlənilmirsə  sonrakı  nəsillər 

üçün  onun  anlaşıqlılıq  səviyyəsi  azalır.  Deməli,  bu 

gün biz ana dilini qorumuruqsa gələcək nəsilləri milli 

-   mənəvi  sərvətlərimizdən  məhrum  etmiş  oluruq. 

Heydər  Əliyev  göstərir  ki,  «Gərək  hər  bir  vətəndaş 

öz vətəninə  görə,  öz  millətinə  görə,  öz xalqma görə, 

öz  ana  dilinə  görə  qürur  hissi  keçirsin,  azərbaycanlı 

olması  ilə  fəxr  etsin.  Нөг  bir  azərbaycanlı  rus  dilini, 

ingilis  dilini,  başqa  dilləri  mükəmməl  bilərək 

onlardan istifadə  edirsə öz doğma Azərbaycan dilinə 

diqqətini və hörmətini azaltmamalıdır».1

Dil  elə  ictimai  varlıqdır  ki,  onun  qorunması, 

norma  sabitliyinin  saxlanması  və  zənginləşməsi 

bilavasitə  dövlətçiliklə  bağlıdır.  Dövlətçilik  dilin 

dayağıdır. 

Dövlətçilik  olmadıqda  dilin  özünün



1 Bax:  «Xalq qəzeti», 24 noyabr,  1998.

69



mənəvi  bir  sərvət  kimi  qorunması,  dil  normalarının 

sabitliyinin  saxlanılması  heç  kəsdə  məsuliyyət  hissi 

yaratmır.  Dil  strukturunun  zənginləşməsindən  isə 

söhbət  açmaq  mümkün  olmur.  Odur  ki,  dildən  necə 

gəldi  istifadə  edilir,  nəticədə  ərazilər üzrə  çoxlu nitq 

fərqləri  (dialektizmlər)  yaranır.  Dilə  çoxlu  ixtiyari 

sözlər daxil  olur.  Böyük mütəfəkkirlər,  söz ustadları, 

alimlər  öz  əsərlərini  ana  dilində  yox,  dövrün  daha 

nüfuzlu  sayılan  başqa  bir  dilində  yazmağa  səy 

göstərirlər.  Belə  olduqda,  əw əla,  ana  dili  sonrakı 

nəsillər  üçün  öz  anlaşıqlığını  azaltmış  olur,  ikincisi 

isə  azərbaycanlı  mütəfəkkirlərin  yaradıcılığı  başqa 

xalqların adma çıxılır.  Həmin əsərlər ana dilini bədii, 

estetik,  elmi  cəhətdən  zənginləşdirmək  əvəzinə 

başqa  dillərin  inkişafına  xidmət  göstərməli  olur. 

Azərbaycanın  tarixində  belə  hallara  yol  verilməsi 

mövcud  olmuşdur.  Bu  dil,  hətta,  sovet  imperiyası 

dövründə  öz  məkanında  ikinci  bir  dil  kimi 

işlədilməyə  də  məruz  qalmışdı.  Ancaq  ümummilli 

liderimiz  Heydər Əliyevin  böyük  səyləri  nəticəsində 

1978-ci  il  Azərbaycan  konstitusiyasında  ana  dilimiz 

dövlət  dili  kimi  təsbit  olunmuşdu.  Azərbaycanda 

müstəqil dövlətçiliyin yaradılması ana dilimizin tətbi­

qinə,  onun  yazılı  və  şifahi  normalarının  yaxınlaşma­

sına,  dilin  məna  potensialının  daxili  imkanlar  hesa­

bına  zənginləşməsinə  münbit  bir  şərait  yaratdı.  Ana 

dilinin  qorunması,  tətbiqi  və  onun  təkmilləşməsi 

barədə  Heydər  Əliyevin  fəaliyyəti  tarixi  bir  hadisə

70

kimi qiymətləndirilməlidir.  Heydər Əliyevin Respub­



lika  hakimiyyətində  olmadığı  vaxtlarda  ana  dilimiz 

barədə  çox məsuliyyətsiz  qərarlar verilirdi.  İş hətta o 

yerə  gəlmişdi  ki,  dilin  özünün  adı  da  sıradan 

çıxarılmışdı.  Belə  ki,  1992-ci  il  dekabrın 22-də  AXC 

-  Müsavat cütlüyü tərəfindən  idarə  edilən o  zamankı 

Azərbaycan  Milli  Məclisi  ana  dili  barədə  yanlış  bir 

qərar  qəbul  etmişdi.  Bu  qərara  görə  Azərbaycan 

Respublikasının  dili  türk  dili  elan  olunmuşdu.  Təkcə 

bunu  nəzərə  aldıqda  ki,  Azərbaycan  dili  ilə  türk  dili 

arasında norma baxımından çoxlu fərqlər vardır, onda 

həmin  qərarın necə  məsuliyyətsizlik olduğu bir daha 

aydınlaşar.

Heydər  Əliyev  1995-ci  ildə  bu  məsələ  ilə 

əlaqdar  müzakirələr  keçirdi.  Ana  dilinin  öz  adı 

yenidən  özünə  qaytarıldı.  2001-ci  il  iyunun  18-də 

Azərbaycan 

Respublikasının 

Prezidenti 

Heydər 

Əliyev Dövlət dilinin tətbiqi  işinin təkmilləşdirilməsi 



barədə  möhtəşəm  bir  fərman  imzaladı.  2001-ci  il 

iyulun  4-də  isə  ana  dilinin  tətbiqi  məsələlərinin 

həyata  keçirilməsinin  təmin  olunması  məqsədi  ilə 

Dövlət  Dil 

Komissiyası  yaradıldı. 

Respublika 

Prezidentinin  9  avqust  2001-ci  il  tarixli  fərmanı  ilə 

avqustun  1-i  ana dili və əlifba günü kimi təsis  edildi. 

Dövlət  dilinin  tətbiqi  işinin  əməli  şəkildə  həyata 

keçirilməsini  təmin  etmək  məqsədi  ilə  30  sentyabr 

2001-ci  ildə  Respublika  Prezidentinin  təsdiq  etdiyi 

«Azərbaycan  Respublikasında  Dövlət  dili  haqqında»

71



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə