Yeni azərbaycan partiyasi gəNCƏ ŞƏHƏr təŞKİlati y u s if o V m ü b a r iZ İm r a n o ğ L u



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə18/28
tarix04.02.2018
ölçüsü0,73 Mb.
#24112
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

Azərbaycan 

Respublikasının 

qanunu 

qüvvəyə 


minmişdir.  Həmçinin,  «Azərbaycan  Respublikasında 

Dövlət  dili  haqqında  Azərbaycan  Respublikası 

qanununun  tətbiq  edilməsi  barədə»  2003-cü  il 

yanvarın 2-də Azərbaycan Respublikası Prezidentinin 

fərmanı verilmişdir.

Bu  gün  Azərbaycan  dili  müstəqil  bir  dövlətin 

dili 

kimi 


geniş 

tətbiq 


imkanlarına 

malikdir. 

Azərbaycanın  milli  mədəniyyət nümunələri,  ölkənin 

sosial  -   iqtisadi  nailiyyətləri,  Respublikamızda  baş 

verən  yeniliklər beynəlxalq  aləmə  məhz  ana  dilində 

yayılır.  Ana  dilinin  tətbiqi  imkanları  ilə  rəsmi  üslub 

zənginləşir.  Rəsmi  üslub  bazasında  ana  dilinin  yeni 

siyasət  və  diplomatiya  üslubları  formalaşır.  Ümum­

milli  liderimiz  Heydər  Əliyevin  və  Azərbaycan  Res­

publikasının  Prezidenti  İlham  Əliyevin  xarici  ölkədə 

Azərbaycan  dilindəki  çıxışları  dövlət  dilimizin  siya­

sət və diplomatiya üslublarının təməlidir. Azərbaycan 

dilində  bu  dilin  öz  potensialı  əsasında  hərbi  üslub 

yaranır.  Müasir  dövrdə  dilin  ən  başlıca  problemi 

yazılı  və  şifahi  nitqi  bir  -   birinə  yaxınlaşdıran  nor­

maların  tətbiqindən  və  sabitləşdirilməsindən  ibarət­

dir.  Norma  sabitliyi  həm  dilin  Azərbaycan  məkanın­

dan kənarda öyrənilərək  istifadə  olunmasını,  həm də 

zamandan  -   zamana  verilən  informasiyaların  qəbul 

edilməsini  asanlaşdırır.  Azərbaycan  barədə  beynəl­

xalq aləmdə doğru informasiyaların verilməsi ən baş­

lıca  cəhətlərdən  biridir.  Azərbaycanda  müstəqil

72

dövlətçilik 



öz 

bəhrələrini 

verdikcə 

dilin 


öz 

məkanından  kənarda  öyrənilməsinə  maraq  artır.  Bu 

isə  Azərbaycana  aid  düzgün  informasiyaların  məhz 

bu dilin vasitəsi ilə alınmasına münbit şərait yaradır.

2)  dini təəsübkeşlik

Azərbaycanda  ictimai  şüurun  formalaşması 

prosesində,  xüsusilə,  əxlaqi  -   etik  normaların 

zənginləşməsində  dinin  müəyyən  rolu  olmuşdur. 

Heydər  Əliyev  milli  ideologiya  haqqında  bəhs 

edərkən  dinlə  əlaqədar  fikirlərini  belə  ifadə  edir: 

«Biz  müstəqillik  əldə  edəndən  sonra  islam  dinini 

özümüzə  qaytardıq.  Yəni  bu  din  insanların  qəlbində 

həmişə  yaşayırdı,  ancaq  rəsmi  deyildi.  Bu,  rəsmi 

qayıtdı,  bərpa  olundu.  Şübhəsiz  ki,  müqəddəs 

kitabımızda,  «Qurani-şərif»də  böyük əxlaqi normalar 

əks  olunubdur.  Onlardan  səmərəli  istifadə  etmək 

lazımdır».1

Dindən  səmərəli  istifadə  etmək  belə  başa 

düşülür ki,  bu  dinə  etiqad  göstərən  hər bir  kəs  onun 

qanunlarına, 

etik-əxlaqi 

normalarına 

hörmətlə 

yanaşmalıdır.  Şərt  onda  deyildir  ki,  hər bir vətəndaş 

hökmən  Quranı  təhlil  etməyi  bacarmalıdır.  Ancaq 

hər  kəsin  borcudur  ki,  dini  ayinlərə  hörmətlə 

yanaşsın, 

fanatizmə 

meyl 

göstərməsin. 



Dini 

dünyagörüş,  şəriət  qaydaları  əsrlərlə  insanların 

ictimai  şüurunda özünə yer tapmış  olduğu üçün qeyri

1 Bax: «Xalq qəzeti», 24 noyabr,  1998.

73



-  

ənənvi 


dinlərə 

və 


ya 

təriqətlərə 

meyl 

göstərilməsin.  İbadət  yerlərinə,  müqəddəs  sayılan 



şəxsiyyətlərə  və  ziyarətgahlara  ehtiram  göstərilsin. 

Heydər  Əliyev  bütün  bunları  ümumiləşdirərkən  öz 

fikrini  cəmiyyətdə  aydın  dəlillərlə  çatdırır:  «Biz 

imkan  verməməliyik  ki,  dini  bəzi "şəxsi  məqsədlər 

üçün  istismar  etsinlər.  Buna  imkan  verməməliyik. 

Dinin  ondan  öz  məqsədləri  üçün  istifadə  etmək 

istəyən  ayrı -  ayrı  adamların  əlinə keçməsinə  imkan 

verilməməlidir.  Din  həqiqi  din  xadimləri  tərəfindən 

istifadə  və  tətbiq  olunmalıdır.  Burada  da  bizim 

görəcəyimiz  işlər  çoxdur  və  biz  dini  təbliğ  edərkən 

müqəddəs islam dininin əxlaq normalarını ölkəmizdə 

vətəndaşların arasında geniş yayarkən, eyni zamanda, 

fanatizmə  yol  verməməliyik.  Fundamentalizm,  Fana­

tizm  heç  də  müqəddəs  kitabımızın  mənası  deyil.  Bu 

sonradan yenə  də  dindən  istifadə  edib  öz  siyasi  məq­

sədlərinə  nail  olmaq  üçün,  yaxud  da  ki,  öz  dövlət 

işlərini  qurmaq  üçün  yaranmış  ayrı  -   ayrı  istiqamət­

lərdir. Biz, Azərbaycanda buna yol verməməliyik».1

Nəzərə  almaq  lazımdır  ki,  müasir  dövrdə 

senzurasız  ədəbiyyatın  yayılması  imkanlarından 

istifadə  edən  şəxslər  və  ya  təşkilatlar  islam  dinini 

təbliğ etmək üçün saysız -  hesabsız ünvanı, nəşr yeri, 

bəzən  də  müəllifi  bilinməyən  kitablar  və  kitabçılar 

çap  etdirirlər.  Bunların  bir  çoxu  insanları  haqqa,



1 Bax:  «Xalq qəzeti», 24 noyabr,  1998.

74

ədalətə,  mənəvi  kamilliyə  dəvət  etmək  əvəzinə 



onlarda  küskün,  bədbin  əhval  -   ruhiyyə  yaratmağa 

meyllidir.  Ona  görə  də  xüsusən  gənclər  arasında 

azərbaycançılıq  şüuru  bazasmda  maarifləndirmə  işi 

aparılmalıdır.  Heydər  Əliyevin  tövsiyə  etdiyi  kimi, 

gənclər  dünyaya  ayıq  gözlə  baxmalı,  təşəbbüskar 

olmalı,  həyati  çətinliklərdən  çıxış  yollarını  axtarıb 

tapmağa daim səy göstərməlidirlər.1

İslam  dininə  aid  həqiqətlər  isə  birbaşa  müqəd­

dəs  Quranda  öz  təsdiqini  tapmışdır.  Quran  ilahi  bir 

kitab  kimi  özündə  üçölçülü  məntiqin  məhdətinin 

təcəssüm etdirir.

Zahiri  m əntiq  -   oxunanların  başa  düşülməsinə 

və  onlara  riayət  olunmasına  xidmət  edir.  Zahiri 

məntiq ayinlərin düzgün, dəyişdirilmədən öz norması 

hüdudunda yerinə yetirilməsini şərtləndirir.



Batini məntiq -  dünya və  axirət, bədən və ruh, 

işıq  və  qaranlıq,  görünən  və  görünməyən  kimi 

əksliklərin  qarşılıqlı  vəhdətidir.  Batini  məntiq 

bəşəriyyətin  böyük  kəşflərə  nail  olunmasının  irfan 

qapısıdır.

B əşəri  məntiq  -   cəmiyyət  həyatında  əxlaqi- 

etik  münasibətlərin,  insanların  hüquq  və  azadlıqları­

nın  təminatçısıdır.  Bəşəri  məntiq  bütün  əsrlər  boyu 

cəmiyyətdə  vacib  olan  həyat və  məişət normalarının 

məcmusudur.

1  Bax:  Heydər  Əliyev.  Fəal  həyat  mövqeyinin  formalaşdırılması, 

mənəvi tərbiyənin təcrübəsi və aktual problemləri. Bakı,  1979, s.15.

75



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə