Yeni azərbaycan partiyasi gəNCƏ ŞƏHƏr təŞKİlati y u s if o V m ü b a r iZ İm r a n o ğ L u



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə16/28
tarix04.02.2018
ölçüsü0,73 Mb.
#24112
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

1918-ci  il  mayın  28-də  Tiflisdə  Azərbaycanın 

dövlət  müstəqilliyi  elan  edildi.  Azərbaycan  Xalq 

Cümhuriyyəti  yaradıldı.  Cümhuriyyətin  fəaliyyəti 

Milli  Şura  tərəfindən  tənzim  edilirdi.  Milli  Şuranın 

sədri  Məmməd  Əmin  Rəsulzadə  idi.  1918-ci  il 

iyunun  16-da Azərbaycan  Milli  Şurası  və  Müvəqqəti 

hökumət Gəncəyə köçdü.  Sentyabrın  17-də Azərbay­

can Milli hökuməti Bakıda qərarlaşdı.  1920-ci il apre­

lin  28-də  bolşevik Rusiyası  tərəfindən Azərbaycanın 

dövlət  müstəqilliyinə  son  qoyuldu.  Azərbaycan 

Demokratik  Cümhuriyyətinin  süqutu  ilə  əlaqədar 

müxtəlif  mülahizələr  irəli  sürülsə  də  ən  başlıca 

səbəb  o  idi  ki,  hökumətdə  və  parlamentdə  sabitlik 

yox  idi.  Hökumət  rəhbərləri  idarəçilikdə,  siyasətdə 

və  diplomatiyada  təcrübəli  deyildilər.  Xalqda  milli 

birlik və mütəşəkkillik yaratmaq mümkün olmamışdı. 

Ən  başlıcası  isə  milli  lider  yox  idi.  Zamanı  öz 

arxasınca  aparmağa  qadir  olan  tarixi  bir  şəxsiyyətə 

cəmiyyətin  daha  çox  ehtiyacı  var  idi.  Lakin  bu 

hadisələr tarixdə  təcrübə  idi.  Sonrakı  hadisələr üçün 

ibrət  dərsinə  çevrilmişdi.  Buna  görə  də  həm  Cənubi 

Azərbaycanda,  həm  də  Şimali  Azərbaycanda  milli 

azadlıq  hərəkatı  öz  məqamında  təsirini  göstərə 

biləcək potensial bir  qüvvəyə  çevrildi.  Belə  ki,  1941 

-   1945-ci  illərdə  Cənubi  Azərbaycanda  yenidən 

demokratik hərəkat baş  qaldırdı.  Bu dövrdə  ölkədəki 

ictimai  ədalətsizliklər  Azərbaycan  dilində  nəşr 

olunan qəzet və jurnallarda əks olunmağa başlamışdı.

62

Bununla  da  demokratik  hərəkatın  birinci  m ərhələsi 



başlandı.

Cənubi  Azərbaycanda  Demokratik  hərəkatın 

ikinci  m ərhələsi  isə  1945-ci  ilin  iyun  -   sentyabr  ay­

larından  başlandı.  Sentyabrın  3-də  Seyid  C əfər  Pişə- 

vəri  Azərbaycan  Demokratik  Partiyasının  yaranması 

barədə bəyanat verdi.  1945-ci il 

«21  Azər»  (12 de­

kabr)  günü  Milli  Məclis  işə  başladı.  Seyid  C əfər  Pi- 

şəvərinin  başçılığı  ilə  Milli  hökum ət yaradıldı.  Milli 

dirçəliş  faktı  olan  bu  hadisə  Azərbaycan  xalqının 

tarixinə  «21  A zər hərəkatı»  kimi  daxil  oldu.  1946-cı 

il  dekabnn  12-də  İranın  hökum ət  qoşunları  Təbrizə 

daxil oldu. Milli hökumətin fəaliyyətinə son qoyuldu. 

Stalin  Pişəvəriyə  tövsiyə  edirdi  ki,  İranın  mərkəzi 

hökum ətinə güzəştə getsin.  Demokratik hərəkatın bu- 

çox  üzvləri  m əhv  edildi.  Bir  qismi  isə  Şimali 

Azərbaycana  (Azərbaycanı  SSR-ə)  keçdi.  Seyid 

C əfər  Pişəvəri  isə  Azərbaycanda  B ak ı'  -   Gəncə 

yolunda  müəmmalı  şəkildə  törədilmiş  avtomobil 

qəzasında həlak oldu.  Bütün bunlar əlbəttə ki, xalqın 

azadlıq  və  müstəqillik  ideyalarının  m əhv  olması 

demək  deyildi.  Xalqın  daxilindəki  bu  istək  nə 

zamansa  həyati  reallığa  çevrilib  öz  bəhrələrini 

verməli  idi.  Tarix  sübut  etdi  ki,  bu  doğrudan  da 

belədir.  Belə  də  oldu.  1990-ci  ildə  SSRİ  dövləti 

süquta uğradı.  Azərbaycan  1991-ci  il  oktyabrın  18-də 

öz  dövlət  müstəqilliyini  elan  etdi.  Ancaq  həmin

63



dövrdə  müsətqilliyi  əldə  saxlamaq  çox  çətin  idi. 

Ölkədə daxili bir nizamsızlıq var idi.

1991-ci  il  sentyabrın  14-də  Ayaz  Mütəlibov 

Azərbaycan  Respublikasının  prezidenti  seçilmişdi. 

Ölkə səriştəsiz rəhbərlərin əlində sanki bir oyuncağa 

çevrilmişdi. 

1992-ci  il  ilin  yanvarında  Dağlıq 

Qarabağın  Kərkicahan,  fevral  ayında  isə  Malıbəyli 

və  Quşçular  kəndləri  erməni  separatçıları  tərəfindən 

tutuldu.  1992-ci  il  fevralın  25  -   26-da  Rusiyaya 

məxsus  366-cı  motoatıcı  alayın  iştirakı  ilə  Xocalı 

zəbt  olundu.  1992-ci  il  martın  6-da  Ayaz  Mütəlibov 

istefa  verdi.  Mayın  18-də  AXC  -   Müsavat  cütlüyü 

hakimiyyəti  qəsb  etdi.  Lakin  bu  hakimiyyətin  ömrü 

çox  olmadı.  Hakimiyyət  kreslolarının  sahibləri  milli 

mənafe  əvəzinə  öz  şəxsi  mənafelərinə  üstünlük 

verirdilər.  Ölkə  xaos  içərisində  idi.  Hakimiyyətdə 

liderlik edənlər var idi.  Ancaq onların içərisində milli 

lider olmağa qadir bir rəhbər yox idi.  Bunun nəticəsi 

idi  ki,  1992-ci  il  mayın  7  -   8-də  Şuşa,  mayın  17-də 

isə  Laçın  ermənilər  tərəfindən  ələ  keçirildi.  1993-cü 

il  aprelin  3-də  K əlbəcər  tutuldu.  Bu  hadisələr 

cəmiyyəti  mənəvi  və  psixoloji  iflasa  aparırdı.  Xalq 

isə öz xilaskarına -  Heydər Əliyevə üz tutdu.  1993-cü 

il  iyunun  15-də  Heydər  Əliyev  xalqın  təkidi  ilə 

hakimiyyətə  qayıtdı.  Bu  zaman  qarşıda  bir  məqsəd 

dururdu.  Qazanılmış  müstəqilliyi  qoruyub  saxlamaq! 

Bunun  üçün  ictimai  -   siyasi  sabitliyin  yaranması 

vacib  idi.  Lakin  ölkədə  AXC  -   Müsavat  cütlüyünün

64

törətdiyi  əm əllər  bu  işə  ciddi  əngəl  yaradırdı. 



Ermənistan  isə  bundan  istifadə  edib  hücumlannı 

genişləndirirdi.  1993-cü  il  iyulun  12-də  Ağdərə,  23- 

də  Ağdam,  avqustun  21-də  Füzuli,  avqustun  23-də 

Cəbrayıl, avqustun 31-də  Qubadlı, oktyabrın 2 -  7-də 

Zəngilan rayonu işğal edildi.

Bütün  bunlardan  əlavə,  ölkədə  daxili  separatçı­

lıq  meylləri  də  baş  qaldırmışdı.  1993-cü  ilin  avqust 

ayında  Əlikram  Hümbətov  7  cənub  rayonu  əsasmda 

quraşdırma  «Talış  Muğan  Respublikası»  yarandığını 

elan etdi.

Şimal  -   Qərb  regionunda  «Ləzgistan  dövləti» 

yaradılması meylləri baş qaldırdı.  1993-cü il iyulun 4- 

də Gəncədə qiyamçılar dəstəsi peyda oldu. Ölkə belə 

bir xaos  içərisində  boğulurdu.  Lakin ümummilli  lider 

Heydər  Əliyevin  gərgin  əm əyi,  çox  ciddi  səyləri  və 

siyasi  uzaqgörənliyi  sayəsində  1994-cü  il  mayın  12- 

də  atəşkəs  əldə  edildi.  M üstəqillik  əldə  edildikdən 

sonra  ölkədə  ən  vacib  olan  birinci  şərt  yerinə 

yetirlidi.  Müstəqillik  çətinliklər  bahasına  qorunub 

saxlanıldı. 

Bundan 

sonra  isə 



ölkənin 

iqtisadi 

dirçəlişini  təmin  etmək  vəzifəsi  qarşıda  dururdu. 

1994-cü  il  sentyabrın  20-də  böyük  neft  strategiyası 

həyata  keçirildi.  «Əsrin  müqaviləsi»  adlı  30  illik bir 

saziş  baş  tutdu.  1999-cu  ildə  «Bakı  Ceyhan»  əsas 

ixrac  Neft  kəm əri  haqqında  saziş  imzalandı.  2000-ci 

ildən  ölkədə  baş  verən  iqtisadi  dirçəliş  dinamik 

inkişaf  m ərhələsinin  başlanğıcı  daxil  oldu.  2004-cü

65



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə