Yeni azərbaycan partiyasi gəNCƏ ŞƏHƏr təŞKİlati y u s if o V m ü b a r iZ İm r a n o ğ L u



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə12/28
tarix04.02.2018
ölçüsü0,73 Mb.
#24112
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

canlandınlmasma 

xidmət 


edən 

yazılarla 

çıxış 

etmişlər.



İctimai  fikrin  formalaşmasında,  ən  əsası  isə 

cəmiyyətdə  insanın  azad,  şərbət,  müstəqil  həyat 

mövqeyinə  qoşulmasında  XX  əsr  ədəbiyyatı  çox 

böyük əhəmiyyət daşıyır.  Bədii  ədəbiyyat hər zaman 

insanların  şüuruna  və  düşüncəsinə  ciddi  təsir  edən 

vasitə  olmuşdur.  XX  əsrdə,  xüsusən,  sovet  ideologi­

yasının  güclü  təbliğ  edildiyi  bir  mərhələdə  milli 

şüurun canlandınlmasma təsir edən  əsərlərin yaradıl­

ması  çətin  idi.  Lakin  ədəbiyyat  çətinliklə  də  olsa  öz 

işini  görürdü.  Cəmiyyəti  azad,  sərbəst,  müstəqil  dü­

şüncəyə,  vətənpərvəlik amalına nail olmağa səsləyir­

di.  Əlbəttə  ki,  bu  yolda baş  verən  çətinliklər  cəmiy­

yət  həyatında  fəsadlarm  yaranmasına  da  öz  təsirini 

göstərirdi.  Xüsusən,  Sovet hakimiyyətinin ilk onillik­

lərində  Azərbaycanın  intellektual  potensialı  bu sahə­

də  böyük itkilərə məruz  qaldı.  Hüseyn  Cavid,  Mika­

yıl  Müşfiq,  Cəfər  Cabbarlı,  Hacı  Kərim  Sanılı,  Əh­

məd Cavad,  Səməd Mənsur,  Cabbar Əfəndizadə, Al­

mas İldırım,  Müniri,  İbrahim Tahir və bir çox başqa­

ları  dövrim  siyasi  qurbanları  siyahısına  daxil  olmuş­

dular.  Lakin ictimai fikri ləngitmək,  onun qarşısını al­

maq  mümkün  deyildi.  Cəmiyyətin  ehtiyacı  olduğu 

ictimai  fikir  və  düşüncələr  davam  etdirilirdi.  Əli 

Nəzmi,  Abdulla  Şaiq,  Cəfər  Cabbarlı,  Səməd 

Vurğun,  Rəsul  Rza, 

Məmməd  Rahim,  Nigar 

Rəfibəyli,  Mirvarid  Dilbazi,  Əhməd  Cəmil,  Cəlil

46

Məmmədquluzadə,  Əbdürrəhim  bəy  Haqverdiyev, 



Hacıbaba  Nəzərli,  Əbülhəsən  Ələkbərzadə,  Hüseyn 

Mehdi, Mir Cəlal, Əli Vəliyev,  Sabit Rəhman,  Süley­

man  Rəhimov,  Tağı  Şahbazi  Simurq  kimi  bədii  söz 

sənətkarları  mövcud  çətinliklərə  baxmayaraq  1920  -  

1930-cu  illərdə  öz  əsərlərində  həyati  reallıqları  tə­

cəssüm etdirirdilər.  1930 -   1940-cu  illərdə  Məmməd 

Səid  Ordubadi,  Hüseyn  Mehdi,  Mirzə  İbrahimov, 

Rəsul  Rza,  Səməd  Vurğun,  Süleyman  Rüstəm,  Sabit 

Rəhman,  Mir  Cəlal,  Zeynal  Xəlil,  Osman  Sıravəlli, 

Süleyman  Sani  Axundov,  Seyid  Hüseyn,  Süleyman 

Rəhimov,  Əli  Vəliyev  kimi  yazıçı  və  şairlər  həyat 

həqiqətlərini canlandıran əsərlərlə bədii  dilin vüsəti­

nə  istinad  edərək  ictimai  şüurun  canlandırılmasmda 

əvəzsiz xidmətlər göstərmişlər.

Yazıçıların və şairlərin yaratdığı əsərlərdə bədii 

ümumiləşdirmə  ictimai  təfəkkürün  daha  da  canlan­

masına və bununla bağlı ictimai şüurun formalaşması­

na çox güclü təsir göstərir.

Heydər  Əliyev  göstərir  ki,  «Azərbaycanın  mü­

təfəkkir  insanları,  mütərəqqi  insanları  Azərbaycanın 

böyük  şəxsiyyətləri,  Azəbaycanm  hörmətli  siyasi  və 

dövlət  xadimləri,  böyük  elm,  mədəniyyət  xadimləri 

Azərbaycanın  milli  -   mənəvi  dəyərlərini  yaradıb­

lar».1


1 Bax:  «Xalq qəzeti»,  24 noyabr,  1998.

47



Bütün  bunlar  ictimai  təfəkkürün  canlanmasına 

və  ictimai  şüurun  formalaşmasına  təsir  göstərən 

mühüm mənəvi -  psixoloji amillərdir.

3) maddi mədəniyyət abidələri

İctimai 

təfəkkürün 

canlanmasında 

maddi 


mədəniyyət  abidələrinin  çox  mühüm  və  təsiredici 

rolu  vardır.  Hər  hansı  ölkədə,  hər  hansı  məkanda 

maddi  mədəniyyət  abidələrinin  çoxluğu  həmin 

məkanın  tarixinin  qədimliyini  və  mədəniyyətinin 

zəngin 

olduğunu 



göstərir. 

Maddi 


mədəniyyət 

abidələri  tarixin  canlı  yaddaşıdır.  Bəzi  abidələr 



vardır ki,  zamandan -  zamana onların özü qalıb.  Belə 

abidələr  qorunur  və  saxlanılır.  Bəziləri  müxtəlif 

zamanlarda  baş  verən  hadisələrin  təsirindən  dağılıb 

izi  qalıb.  Belə  abidələr  bərpa  olunur.  Bəzi  abidələr 

də  vardır  ki,  onların  izləri  ancaq  təsəvvürlərdə 

yaşayır.  Belə  abidələr yenidən  qurulur  və yaradılır. 

Maddi  mədəniyyət  abidələrində  xalqın  həyatına, 

məişətinə,  adət  -   ənənələrinə,  fəlsəfi  dünyagörüşü­

nə,  etik -   əxlaqi  normalarına və  fəaliyyətinə dair tə- 

səvürlər  canlandırılır.  Maddi  mədəniyyət  abidələri 

bütövlükdə  cəmiyyətdə  insanların  fikir,  düşüncə  və 

təsəvvürlərini  ümumiləşdirir.  Maddi  mədəniyyət 

abidələri  ictimai  fikri  zaman  -   zaman  formalaşdırır 

və  zənginləşdirir.  Hər  bir  dövrdə  yaranan  maddi 

mədəniyyət  abidələrində  cəmiyyətin  bir  mərhələsi 

canlanır.  Bu  bünövrə  üzərində  isə  ictimai  fikrin 

ənənələri inkişaf edir və zənginləşir.



48

Azərbaycan  ərazisində  müəyyən  edilən  ilkin 

insan mədəniyyətinin izləri bir milyon beş yüz min il 

bundan  əvvələ  gedib  çıxır.  Quruçay  mədəniyyətinə 

aid  olan  nümunələr  əsas  etibarı  ilə  adi  çay 

daşlarından  hazırlanmış  kobud  əmək  alətlərindən 

ibarətdir.  Eyni  zamanda,  bu  əmək  alətlərinin 

içərisində  əl çapacaqları,  itiuclu alətlər,  müxtəlif növ 

qaşovlar,  dişli  iskənəyə  bənzər  alətlər  və  s.  vardır. 

Bu  alətlər  kəsmək,  deşmək,  sıyırmaq  işlərinə  tətbiq 

olunurdu.1

Qobustan 

ərazisində 

aparılan 

arxeoloji 

qazıntıların  nəticəsi  göstərir ki,  burada  həyat  12  min 

il  əvvəl  başlanmışdır.  Qazıntılar  zamanı  ərazidəki 

çaxmaq  daşı  və  çay  daşından,  habelə  sümükdəfı 

hazırlanmış  müxtəlif  alətlər  aşkar  edilmişdir.  Aşkar 

edilən  alətlərin  təyinatı  öyrənilərkən  müəyyən 

olunmuşdur  ki,  sümükdən  biz,  ox  ucu,  balıq  toru 

toxunulmasında istifadə edilən alətlər hazırlanırmış,2

Eradan  əvvəl  VII  -   VI  əslərə  aid  olan  əmək 

alətləri  Gəncə  yaxınlığındakı Gillikdağ  ərazisində də 

aşkar  edilmişdir.  Buradan  görünür  ki, 

qədim 


Azərbaycan  ərazilərində  istehsal  vasitələri  mövcud 

imiş.  İstehsal  vasitələrinin  mövcudluğu  ondan  xəbər 

verir  ki,  hələ  qədim  zamanlardan  Azərbaycan 

ərazisində  istehsal  sahəsi  yaranmışdır.  İstehsal 

sahələrinin  formalaşması  isə  iqtisadiyyata  mövcud-

1 Bax: Azərbaycan tarixi. Bakı,  1994, s.20-21.

2 Bax: Azərbaycan tarixi.  Yenə orada, Bakı,  1994, s.25.

49



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə